Azərbaycanlılar istirahət üçün niyə xaricə gedirlər? .....                     Dərsliklər ictimai müzakirəyə çıxarılıb .....                     “İnanıram ki, atam tezliklə azad olunacaq” .....                     “Dövlət Vergi Xidməti və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində müstəqil olaraq fəaliyyət göstərəcək” .....                     Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb .....                     Tahir Kərimli ölümlə hədələnir: .....                     Mandatsız qalan Elmira Axundova üçün YENİ VƏZİFƏ: .....                     Axşam buludluluğun artacağı gözlənilir .....                     Qusarda narkotacirlər yaxalandı .....                     "Gündə beş dəfə namaz qılan insan rüşvət götürür" .....                     Əsəd ordusu Hələbin böyük hissəsini ələ keçirdi .....                     Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır? .....                     MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib .....                     Zaqatalada evdən oğurluq edən şəxslər saxlanılıb .....                     Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı .....                     "İnstaqram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı .....                     “Paşinyan Münhendə gülüşə səbəb oldu” .....                     MSK yenə toplanır: daha iki dairə ləğv edilir?.. .....                     Sərnişinlər şikayət edir: .....                     Saatlar qaldı, bu gün dəhşətli müharibə başlaya bilər .....                     Elza Seyidcahan döyülməsindən danışdı: .....                     Həcc ziyarətinə getmək üçün 150 adam müraciət edib .....                     Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? .....                     Təkcə bu il Ermənistanın 13 hərbçisi ölüb .....                     Azərbaycanlı vunderkind kalkulyatordan daha sürətli hesablayır .....                     SDU-da nələr dolaşır… .....                     Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir? .....                     Xəzərin sahili sintetik torlardan təmizlənib .....                     Yevlaxda taksi sürücüsü qarət edilib .....                     “Allah İlham Əliyevi başımızın üstündən əskik eləməsin” .....                     Palataları bazara çevirib... .....                     Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü .....                     Aprel zəfərinin diplomatik müstəvidə davamı .....                     Narkoloji Mərkəzdə xəstə intihar edib .....                     Həsən Ruhani: ABŞ-ın İrana təzyiq siyasəti uğursuz oldu .....                     Bakı Dövlət Universitetinə yeni mətbuat katibi təyin edildi .....                     Bakıda məktəbli qız qəzadan son anda xilas oldu .....                     Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı .....                     Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları .....                     Bu dairələrdən hansının nəticələri ləğv olunacaq? .....                 

Bankların valyutadəyişmə BARYERİ - PROBLEM
Tarix: 14-02-2020, 10:36 | Çap et
Bankların valyutadəyişmə BARYERİ
“Əslində valyutadəyişmə məntəqələrinin bağlanması səhv qərar idi. Çünki onun yerinə ”qara bazar" yarandı. Üstəlik, 4 min insan işsiz qaldı".

Bu fikirləri “Yeni Müsavat”a iqtisadçı Natiq Cəfərli açıqladı. Onun sözlərinə görə, ölkəyə turist gəldiyi halda, valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməməsi ciddi çətinliklər yaradır.

Ekspert qeyd etdi ki, indi həmin məntəqələri açmaq üçün şərtlər sərtləşdirilib: “Sahibkar valyutadəyişmə məntəqəsi açmaq üçün 100 min manat kapitala malik olmalıdır. Bu vəsaitin 50 min manatı depozit qoyulur, yerdə qalan hissəsinə isə lisenziya alınır, standartlara uyğun işlər görülür. Sahibkar isə ilkin kapital üçün bu qədər vəsaiti ödəməkdə maraqlı görünmür. Nəzərə almaq lazımdır ki, bu məntəqələrin aylıq qazancı yüksək deyil. Ona görə hökumət şərtləri sadələşdirməsə, problem həllini tapmayacaq”.

N.Cəfərli bildirdi ki, hazırkı vəziyyət bankların xeyrinədir: “Ona görə şərtlər sadələşdirilmir. Əgər valyutadəyişmə məntəqələri açılarsa, inhisarçılığa son qoyular. Bu gün turistik ərazilərdə bankların qoyduğu məzənnə daha aşağı məbləğdir, yəni çox gəlir götürə bilirlər. O baxımdan bu vəziyyətdə turistlərin və sahibkarların deyil, bankların maraqları düşünülür”.

Yada salaq ki, manatın iki kəskin devalvasiyadan sonra ölkədə yaradılan valyuta qıtlığı və digər səbəblər valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə nəticələndi.

Bu qadağa 2 il müddətində qüvvədə qalsa da, 2018-ci ilin yanvar ayında yeni qərarla valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasına şərait yaradıldı.

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” təsdiqləndi.

Yeni qayda valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısını, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Ancaq qərarın verilməsindən təxminən 2 ilə yaxın vaxt keçsə də, hələ də valyutadəyişmə məntəqələri fəaliyyətə başlamayıb. Yenə də valyuta mübadilələri bank filiallarında həyata keçirilir.

Problem də buradan qaynaqlanır: turistlər həftə sonları pullarını dəyişə bilmirlər. Banklar işləmir, valyutadəyişmə məntəqələri yoxdur, restoranlar və kafelərdə belə bir xidmət göstərilmir. Yalnız şəhərin mərkəzində, Fəvvarələr Meydanında yerləşən bank fasiləsiz olaraq turistlərə işləyir.

Həmin bank isə rəqabətsiz fəaliyyət göstərdiyinə görə dolları daha aşağı məzənnə ilə dəyişir. Başqa bir ünvanın isə dəmiryol vağzalı ətrafındakı “qara bazar” olduğu bildirilir.

Nəticədə turistlər ciddi problemlə üzləşirlər. Eyni zamanda təcili pulunu çevirmək istəyən hər hansı iş adamı, yaxud orta statistik azərbaycanlı da çıxılmaz vəziyyətlə üzləşir. Bu halda ya şəhərin mərkəzinə getməlisən, ya da həftənin bazar ertəsini gözləməlisən.

Ekspertlər qeyd edirlər ki, Abşeronda, Sumqayıt və Gəncədə valyutadəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq.

Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Belə yüksək depozit rəqəminin necə hesablandığı aydın deyil.

Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir. Məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir.

Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar. Bundan əlavə, depozitin tamamilə ləğv edilməsinə ehtiyac var.

İkincisi, valyutadəyişmə məntəqələrinin formalaşması mexanizmlərinin yumşaldılması, xüsusən də yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqi labüddür.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlılar istirahət üçün niyə xaricə gedirlər? - ARAŞDIRMA
Bu gün, 13:06
Dərsliklər ictimai müzakirəyə çıxarılıb
Bu gün, 13:02
“İnanıram ki, atam tezliklə azad olunacaq” - Dilqəm Əsgərovun oğlu
Bu gün, 12:54
“Dövlət Vergi Xidməti və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində müstəqil olaraq fəaliyyət göstərəcək”
Bu gün, 12:52
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Bu gün, 12:51
Tahir Kərimli ölümlə hədələnir: - “Mənə deyirlər ki..."
Bu gün, 12:45
Mandatsız qalan Elmira Axundova üçün YENİ VƏZİFƏ: - Keçmiş deputat səfir göndərilir
Bu gün, 12:44
Axşam buludluluğun artacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:39
Qusarda narkotacirlər yaxalandı
Bu gün, 12:38
"Gündə beş dəfə namaz qılan insan rüşvət götürür" - Xalq artisti
Bu gün, 12:35
Əsəd ordusu Hələbin böyük hissəsini ələ keçirdi
Bu gün, 12:33
Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır? - Sitatlar
Bu gün, 12:24
MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib
Bu gün, 12:14
Zaqatalada evdən oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 11:57
Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı - SİYAHI
Bu gün, 11:51
"İnstaqram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı - FOTO
Bu gün, 11:44
“Paşinyan Münhendə gülüşə səbəb oldu” - Sabiq erməni nazir
Bu gün, 11:43
MSK yenə toplanır: daha iki dairə ləğv edilir?.. - GƏLİŞMƏ
Bu gün, 11:42
Sərnişinlər şikayət edir: - “Avtobusu necə gəldi idarə edirlər”
Bu gün, 11:39
Saatlar qaldı, bu gün dəhşətli müharibə başlaya bilər - Ordu ƏMR GÖZLƏYİR
Bu gün, 11:37
Elza Seyidcahan döyülməsindən danışdı: - "Qadının alt paltarından bülleten çıxdı"
Bu gün, 11:33
Həcc ziyarətinə getmək üçün 150 adam müraciət edib
Bu gün, 11:30
Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - NİKOL PAŞİNYAN ÜÇÜN TARİXİ ARAYIŞ
Bu gün, 11:26
Təkcə bu il Ermənistanın 13 hərbçisi ölüb - Düşmən tərəfi etiraf edir
Bu gün, 11:23
Azərbaycanlı vunderkind kalkulyatordan daha sürətli hesablayır - VİDEO
Bu gün, 11:20
SDU-da nələr dolaşır… - İTTİHAM
Bu gün, 11:18
Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir? - İLGİNC
Bu gün, 11:16
Xəzərin sahili sintetik torlardan təmizlənib - FOTO
Bu gün, 11:14
Yevlaxda taksi sürücüsü qarət edilib
Bu gün, 11:12
“Allah İlham Əliyevi başımızın üstündən əskik eləməsin” - Əli Həsənovdan status
Bu gün, 11:00
Palataları bazara çevirib... - NARAZILIQ...
Bu gün, 10:57
Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü
Bu gün, 10:51
Aprel zəfərinin diplomatik müstəvidə davamı - TƏHLİL
Bu gün, 10:47
Narkoloji Mərkəzdə xəstə intihar edib
Bu gün, 10:42
Həsən Ruhani: ABŞ-ın İrana təzyiq siyasəti uğursuz oldu
Bu gün, 10:38
Bakı Dövlət Universitetinə yeni mətbuat katibi təyin edildi - FOTO
Bu gün, 10:36
Bakıda məktəbli qız qəzadan son anda xilas oldu - VİDEO
Bu gün, 10:35
Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı - FAKT
Bu gün, 10:26
Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları - ABDULLAYEVLƏRİN BİZNESİ NECƏ ÇÖKDÜ...
Bu gün, 10:23
Bu dairələrdən hansının nəticələri ləğv olunacaq? - SİYAHI
Bu gün, 10:18
Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatdı
Bu gün, 10:16
Aysel biabır etdi: - “Pullu kişilərin “şotu”na...”
Bu gün, 10:13
İslahatlara kimlər mane olmağa çalışır: - Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar...
Bu gün, 10:09
Badamdarda baş verən hadisə sürüşmə deyil, uçqundur - ETSN
Bu gün, 10:04
Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTO
Bu gün, 10:02
Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib
Bu gün, 09:54
Fazil Mustafa Mehman Hüseynovu şantajda ittiham etdi
Bu gün, 09:48
Amerikalı professordan Paşinyana sərt cavab - FOTO
Bu gün, 09:47
Bu Tiqran o Tiqran deyil: Paşinyan tarixi necə qarışdırdı - TƏHLİL
Bu gün, 09:33
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru