"Sanki belə qənaət formalaşır ki, Qazaxda qadınların dediyi kişilər üçün qanundur" .....                     Azərbaycan-İtaliya sənədləri .....                     “15 yaşayış binasının dam örtüyü qəzalı vəziyyətdədir” .....                     Haqqında “Ölüf, ölüf, derəm saa... Başdaşı da var” deyilən şəxs ölməyibmiş .....                     Daha bir məntəqədə seçkinin nəticələri ləğv olunub .....                     Neftçalanın icra başçısı vəzifəsindən azad edildi .....                     “Bülletenlər çox ciddi şəkildə qorunmalı və seyfdə saxlanılmalıdır” .....                     Məzahir Pənahovun son görəvi .....                     Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı .....                     “MSK seçicilərin iradəsini əks etdirməyən şübhəli hallar aşkarlananda, nəticələri ləğv edir” .....                     İmamverdi İsmayılov da mandatını qorudu .....                     Rusiya XİN: "Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik" .....                     Putin, Ərdoğan və Ruhani nə vaxt görüşür? .....                     Əli İnsanov partiya sədrini görüşə çağırdı .....                     "Energetika sahəsində çox gözəl nəticələr var" .....                     Baş Prokurorluq Bərdədəki həbslərlə bağlı .....                     “SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir” .....                     Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi .....                     Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə .....                     Keçmiş başçının zülmündən bezən camaat ETİRAZA QALXDI .....                     Azərbaycanda dollar bazarı: Mərkəzi Bankın bugünkü qərarından sonra nə olacaq? .....                     “Məzahir müəllim, necə olur ki, siz texniki səhvi görürsünüz, amma dairələrdəki qanun pozuntuları haqda danışmırıq” .....                     Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Məntəqə komissiya üzvlərinin müşahidəçilərə protokol verməmək hüququ yoxdur” .....                     İsmayıllının icra başçısı Xanagah kəndində sakinləri qəbul edib .....                     Baş Prokurorluq və TƏBİB birgə məlumat yaydı .....                     Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru və müavini HƏBS OLUNDU .....                     Azərbaycan avtomobillərini ixrac edəcək ölkələrin adları açıqlandı .....                     "Azəriqaz"da struktur islahatı aparılıb .....                     Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla .....                     “Qarşı tərəf məhkəməyə müraciət edə bilər” .....                     Roza bu dəfə Rüstəmi seçdi .....                     Maliyyə nazirliyi TƏFTİŞ QƏRARI VERDİ: Gömrükdə YOXLAMA .....                     "Oğlum zəng vurub ki, “ata, anamı öldürmüsən?" .....                     MSK daha bir neçə dairə üzrə müraciətlərin DSK-ya göndərilməsinə qərar verib .....                     MSK-nın iclası başlayıb, seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır .....                     Moskvada qışın ən isti günü qeydə alınıb .....                     Siyasilər İsgəndər Həmidovu unudub? .....                     Türkiyədə zəlzələ nəticəsində Azərbaycana təxliyə olunan tələbələrin bir hissəsi geri dönüb .....                 

"Kollecdə pul yığmaq üçün bütün tələbələri imtahandan kəsirlər" - İTTİHAM
Tarix: 6-02-2020, 04:08 | Çap et
"Kollecdə pul yığmaq üçün bütün tələbələri imtahandan kəsirlər"
“Semestrlərdə qiymət almaq mümkün deyil. Ancaq kredit hesablayırlar. 83 manat, 85 manat, 50 manat. Yazanların da, yazmayanların da, bütün tələbələrin qiymətini kəsirlər”.

Bu sözləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin adının açıqlanmasını istəməyən 2-ci kurs tələbəsi deyib. Onun sözlərinə görə, direktor müavini Şahin Əliyevin göstərişi ilə necə oxumasından asılı olmayaraq, bütün tələbələrdən pul yığılır:

“Bu pul qanuni yolla yığılmır, kollec pullu deyil. Hamımız nəğd ödəyirik, sadəcə bizə üzərində “Kapitalbank” yazılmış qəbz verirlər. Bu qəbzlərdə möhür yoxdu. Hələ də anlamırıq ki, banka məxsus olduğu deyilən bu qəbzləri niyə kollecin mühasibatlığından alırıq”.

Tələbənin sözlərinə görə, nə qədər çox imtahan varsa, pulun miqdarı da o qədər çox olur:

“Məsələn, 7 imtahan varsa, 400 manata qədər pul alırlar, 9 imtahan olanda pulun miqdarı 700 manata qədər artır. Qəsdən hər kəsi kəsirlər ki, kredit yığılsın, təkrar imtahan üçün ödəniş olsun. Əyani şöbənin müdiri Kamilə Həmidova gəlib bir-bir deyir ki, oxuduz, oxumadız, pul verməlisiz, əks halda kəsiləcəksiz. Bir tələbə deyə bilməz ki, pul vermədən qiymət almışam”.

Adının açıqlanmasından çəkinən daha bir 2-ci kurs tələbəsi isə qiyabi təhsil aldığını deyir. Onun sözlərinə görə, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova açıq şəkildə deyib ki, heç kim imtahandan qiymət almayacaq, hamı ödəniş etməlidir:

“Güllübəyim müəllimə deyir ki, göstəriş kollecin direktorundan gəlib. Bu işlərin başında da direktor müavini Şahin Əliyev durur. Bütün pul yığılması məsələsinə o baxır. Təsəvvür edin, qiyabi dərslər başlayanda cəmi 3-4 nəfər gəlir, qalanları pul verib heç kollecə ayaq basmırlar”.

Tələbənin sözlərinə görə, birinci kurs üçün imtahan nəzərdə tutulmasa da, 9 imtahan salıb tələbələrdən pul yığırlar.

Eyni şikayətlə təqaüdçü müəllim İsfəndiyar Əliyev də mətbuata üz tutub. Müəllimin sözlərinə görə, nəvəsi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birinci kursunda təhsil alır:

“Qış imtahanlarına da yaxşı hazırlaşmışdı. Evdə imtahanda yaxşı yazdığını da dedi. Qiymət alacağına əmin idi. Ancaq nəticələr açıqlananda məlum oldu ki, imtahanların 5-dən kəsilib. Daha sonra isə həmin kəsildiyi imtahanlara görə ondan pul istəyiblər”.

Müəllim deyir ki, bundan sonra məsələni aydınlaşdırmaq üçün nəvəsi ilə birgə kollecə üz tutub:

“Dedim, keçmiş müəlliməm, oradakılar da mənim həmkarlarımdır. Danışar, aydınlaşdıraram. Nə məsələ olduğunu öyrənərəm. Ancaq getdiyimə peşman oldum. Əvvəla 2 saat gözlədim. Sonra içəri girdim ki, 2-3 nəfər xanım müəllimə oturub. Dedim, nəvəmin kəsirlərinə görə gəlmişəm. Ad-soyadını soruşdular. Sonra hesablayıcını çıxarıb, başladılar nəsə yazmağa. Axırda da dedilər ki, sizdə 232 manat edir. Ödəyin, problemi həll edək”.

İsfəndiyar Əliyev deyir ki, o, buna etiraz edəndə isə bunun onların problemi olmadığı cavabını alıb:

“Dedilər, “ağsaqqal, bizə belə deyiblər. Narazısınızsa, direktoru görün” Kor-peşman otaqdan çıxdım”.

İsfəndiyar Əliyev deyir ki, bundan sonra direktorun otağına üz tutub. Fikirləşib ki, bəlkə onunla dil tapar:

“Bu boyda kollecdə bir-birimizi anlayacağımız bir müəllimlə danışacağıma ümid edirdim. Direktorun otağına girib, vəziyyəti izah etdim. Bu zaman həmin adam başladı səsini ucaltmağa. “Sənin nəvən niyə oxumur? Biz burada oturub hamının problemini həll edən deyilik. Nə deyirlər onu da verin, qiymət alsın”, dedi. Bu pulun çox olduğunu deyəndə “yox, ondan az olmaz” – cavabını verdi. Ora getdiyimə peşman oldum”.

İsfəndiyar Əliyev deyir ki, nəvəsinin üzündə yaranan məyusluğa və onun ürəyini qırmamağa görə deyilən pulu əyani şöbədə oturan qadınlara ödəyib:

“Bu zaman içəridə biraz vaxt keçirdim. Otaqda vur-çatlasın alış-veriş gedirdi. Pul alan, vərəq axtaran kim, stolun üstünə yığılan topa-topa pulu dəstələyən kim. Həmin içəridə olduğumuz on beş dəqiqə ərzində biz də içində olmaqla bir neçə nəfərdən təxminən 3000-4000 manata yaxın pul yığdılar. Hətta bir tələbə 500 manat ödədi. Görünür, onun kəsiri daha çox olub”.

Təqaüdçü müəllim deyir ki, çıxanda qapının önündə qələbəlik var imiş. Nə qədər insan içəri girib, kəsirinə görə pul ödəmək üçün növbə göləyirmiş:

“Onlar bura pulunu verib, imtahan vərəqin alıb, cavabları yazmaq üçün yığışmışdılar. Tələbə, valideyn əlindən tərpənmək olmurdu”.

İsfəndiyar Əliyev deyir ki, sonradan bu gördüklərini İsmayıllı kollecində çalışan müəllim həmkarı ilə bölüşüb. Ondan öyrənib ki, ümumiyyətlə, kollecdə təhsil alan birinci kurs tələbələrinə imtahan olmur. “Kollecin etdiyi özbaşınalıq və qanun pozuntusudur”, - dedi:

“Birinci kurslarda böyük summativ qiymətləndirmə olur və fənn müəllimi tərəfindən aparılır. Buna heç kim müdaxilə etmir. İkincisi, bu qərar sırf rüşvət yığmağa xidmət edir və bu, təhsil ocağında bir neçə nəfərin varlanmağına xidmət edir. Bu zaman bir həqiqəti də dərk etdim ki, tələbələrə saxta tərtib etdikləri imtahanlar haqqında yalan məlumat verilir. Bu, kəsri çox göstərmək və daha böyük məbləğdə rüşvət yığmaq üçün fikirləşilib”.

Sonda İsfəndiyar Əliyev təhsil naziri Ceyhun Bayramova müraciət edib:

“Cənab nazir, həyatının 38 ilini təhsilə həsr edən bir qocaman müəllim kimi təhsil ocaqlarını bu cür insanlardan təmizləməyinizi xahiş edirəm. Sizdən rüşvət yığan bu direktoru, şöbədə pul yığan qadın müəllimələrin cəzalandırılmasını rica edirəm”.

"Kollecdə pul yığmaq üçün bütün tələbələri imtahandan kəsirlər"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sanki belə qənaət formalaşır ki, Qazaxda qadınların dediyi kişilər üçün qanundur" - MSK üzvü
Bu gün, 19:00
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
Bu gün, 18:54
“15 yaşayış binasının dam örtüyü qəzalı vəziyyətdədir” - Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı
Bu gün, 18:48
Haqqında “Ölüf, ölüf, derəm saa... Başdaşı da var” deyilən şəxs ölməyibmiş - MSK-dan araşdırma
Bu gün, 18:46
Elza Seyidcahan yeni şeir YAZDI: - Dövlətimizin sevgisi məni mərd edir...
Bu gün, 18:37
Daha bir məntəqədə seçkinin nəticələri ləğv olunub
Bu gün, 18:28
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 18:25
“Bülletenlər çox ciddi şəkildə qorunmalı və seyfdə saxlanılmalıdır” - MSK sədri
Bu gün, 18:23
Məzahir Pənahovun son görəvi – 69 yaşlı professor evə göndərilir
Bu gün, 18:22
Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı
Bu gün, 18:14
“MSK seçicilərin iradəsini əks etdirməyən şübhəli hallar aşkarlananda, nəticələri ləğv edir” - Məzahir Pənahov belə deyir
Bu gün, 18:07
İmamverdi İsmayılov da mandatını qorudu - Yekun qərar
Bu gün, 18:03
Rusiya XİN: "Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik"
Bu gün, 18:01
Fuad Əlişovun keçmiş həyat yoldaşı yataq fotosunu paylaşdı
Bu gün, 17:59
Putin, Ərdoğan və Ruhani nə vaxt görüşür?
Bu gün, 17:55
Əli İnsanov partiya sədrini görüşə çağırdı - SƏBƏB
Bu gün, 17:49
"Energetika sahəsində çox gözəl nəticələr var" - Prezident İlham Əliyev
Bu gün, 17:47
Baş Prokurorluq Bərdədəki həbslərlə bağlı MƏLUMAT YAYDI
Bu gün, 17:43
“SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir”
Bu gün, 17:36
“Proxodnoy dvor” televiziyalarımız axmaq müğənniləri efirə çıxarır”
Bu gün, 17:34
Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi
Bu gün, 17:31
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
Bu gün, 17:24
Keçmiş başçının zülmündən bezən camaat ETİRAZA QALXDI - Lütvəli Babayevin hoqqaları davam edir...
Bu gün, 17:23
Azərbaycanda dollar bazarı: Mərkəzi Bankın bugünkü qərarından sonra nə olacaq? - TƏHLİL
Bu gün, 17:17
“Məzahir müəllim, necə olur ki, siz texniki səhvi görürsünüz, amma dairələrdəki qanun pozuntuları haqda danışmırıq” - ETİRAZ
Bu gün, 17:15
Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi - FOTO
Bu gün, 17:11
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:10
“Məntəqə komissiya üzvlərinin müşahidəçilərə protokol verməmək hüququ yoxdur” - Məzahir Pənahov
Bu gün, 17:09
İsmayıllının icra başçısı Xanagah kəndində sakinləri qəbul edib
Bu gün, 17:08
Baş Prokurorluq və TƏBİB birgə məlumat yaydı
Bu gün, 17:06
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru və müavini HƏBS OLUNDU - Daha bir RÜŞVƏT ƏMƏLİYYATI
Bu gün, 16:53
"Allah ona vergi verib, onu qabağa itələməlisən"
Bu gün, 16:50
Azərbaycan avtomobillərini ixrac edəcək ölkələrin adları açıqlandı
Bu gün, 16:46
"Azəriqaz"da struktur islahatı aparılıb
Bu gün, 16:44
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu gün, 16:39
“Qarşı tərəf məhkəməyə müraciət edə bilər” - MSK sədri
Bu gün, 16:38
Roza bu dəfə Rüstəmi seçdi
Bu gün, 16:36
Maliyyə nazirliyi TƏFTİŞ QƏRARI VERDİ: Gömrükdə YOXLAMA - Səfər Mehdiyev dövləti aldadıb?
Bu gün, 16:34
"Oğlum zəng vurub ki, “ata, anamı öldürmüsən?"
Bu gün, 16:28
MSK daha bir neçə dairə üzrə müraciətlərin DSK-ya göndərilməsinə qərar verib
Bu gün, 16:23
MSK-nın iclası başlayıb, seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır
Bu gün, 16:18
Moskvada qışın ən isti günü qeydə alınıb
Bu gün, 16:14
Ləman Ələşrəfqızına iş təklifləri var - “Hələ ki işimiz bitməyib”
Bu gün, 16:12
Siyasilər İsgəndər Həmidovu unudub?
Bu gün, 16:10
Türkiyədə zəlzələ nəticəsində Azərbaycana təxliyə olunan tələbələrin bir hissəsi geri dönüb - RƏSMİ
Bu gün, 16:08
Rusiyanın yeni ticarət nümayəndəsi nə vaxt işə başlayır?
Bu gün, 16:02
Musiqi dinləməyə görə törədilən qətl: - məhkəmə ətrafında bıçaqlı hədə-qorxu
Bu gün, 15:58
Paşinyan vətəndaşlıq “kartını” işə salır - GƏLİŞMƏ
Bu gün, 15:51
Bakı Regional Mərkəzi “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir
Bu gün, 15:47
Tutulan icra başçısına rüşvəti kim verib? - Açıqlama
Bu gün, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru