DTX gömrük sistemində araşdırma aparsa... .....                     Rafiq Quliyev Xətaini bərbad günə salıb... .....                     Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? .....                     Abşeronda OLAY: .....                     Dilarədən yeni KLİP: "Heç vecimə deyilsən" .....                     Başqasının “çörəyimizə yaxdığı” yağ: Problemi harda axtaraq? .....                     Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı .....                     Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? .....                     Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı .....                     "Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır" .....                     Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək” .....                     "Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." .....                     Qaxda məktəb direktoru həbs oluna bilər .....                     Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu .....                     Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib .....                     Türkiyədə növbəti dəfə zəlzələ oldu .....                     Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular .....                     Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq .....                     “Brent” markalı neftin qiyməti ucuzlaşır .....                     Bu gün dollar neçəyədir? .....                     Quba sakinləri narkotiklə yaxalandılar .....                     Daha hansı başçını yola salacaqlar? .....                     Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək .....                     DTX-nın tutduğu YAP-ın namizədi .....                     Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi .....                     Azərbaycan nefti 2 dollar ucuzlaşıb .....                     Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub .....                     Bakıda hava limanında nəzarət gücləndirilib: .....                     “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub .....                     Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? .....                     Azərbaycanda vəzifəli şəxs vəfat edib .....                     Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb .....                     "Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." .....                     Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib .....                     Bakıda tələbə dəm qazından boğulub .....                     Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı .....                     Qohum olan keçmişli-indikili DEPUTATLAR… .....                     "Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" .....                     Əhmədzadənin çətiri altında ilginc olaylar... .....                     Həbs olunan icra başçısını nə gözləyir? .....                 

Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır - Xırda qüsurlar olsa da...
Tarix: 29-01-2020, 10:14 | Çap et
 Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır
Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərin təşviqat dövrü uğurla davam edir desək yanılmarıq. İlkin mərhələdə, yəni namizədlərin irəli sürülməsi prosesində iddialı şəxslərə heç bir maneə yaradılmayıb. Rləcə də namizədlərin qeydiyyatı prosesi qanunauyğun şəkildə həyata keçirilib. Belə ki, tələb olunan imzaları toplayan namizədlərin qeydiyyat işi asan həll edilib. İndi isə təşviqat dövrüdür. Namizədliyi qeydə alınmış iddialılar seçiciləri ilə qapalı və açıq görüşlərini sərbəst şəkildə keçirirlər. Dövlət tərəfindən prosesin şəffaf və demokratik keçirilməsi üçün lazımi tədbirlər görülməkdədir.

Təbii ki, hər seçkidə problemlər də olur. Heç bir ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması və s. pozuntular və neqativ hallar müşahidə edilir. Hətta ən inkişaf etdmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə bu kimi faktlar kifayət qədərdir.

Məsələn ABŞ-da sonuncu prezident seçkilərini götürək. Hazırkı ABŞ prezidenti Donald Tramp ın belə təşviqat kampaniyasında qanunsuzluqlar etdiyi haqqında mətbuatda silsilə yazılar gedirdi.

Əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Qanun pozuntusu varsa da, namizəd aidiyyatı üzrə Mərkəzi Seçki Komissiyasına şikayətini göndərir, MSK-da məsələyə baxılıb, uyğun qərar verilir.

Hazırda Azərbaycanda keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək tendensiya müşahidə olunmur

Ümumilikdə, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Bu fakt parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını əyani şəkildə təsdiq edir.

KİV-lərin və sosial medianın hətta səthi monitorinqi belə onu deməyə əsas verir ki, namizədlər fəal təşviqat kampaniyası aparırlar. Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər, bu imkanlardan yetərincə yararlanırlar. Namizədlər hər bir yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər. Bəzi hallarda plakatların cırılması yolverilməz haldır. Lakin yüksək rəqabətlilik şəraitində keçən seçkilərdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni üsullardan istifadə etməsi faktları da mümkündür ki, bununla bağlı seçki orqanlarına müraciət etmək zəruridir.

Bununla yanaşı 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini açıq müşahidə etmək olar.
Həmçinin seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir.

Müşahidələr göstərir ki, Azərbaycan dövləti Milli Məclisə seçkilərə qatılmış namizədlərin potensialını yüksək qiymətləndirir, onları ehtiyat kadr bankı hesab edir və qarşıdan gələn dövrdə də ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu insanların imkanlarından yararlanmaq niyyətindədir.

Bütün bunlara nəzər saldıqda demək olar ki, bəzi siyasi partiyaların və namizədlərin seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddiaları faktlara əsaslanmır və mümkün məğlubiyyətdən sığortalanmaq məqsədi güdür. Belə faktlar müəyyən olunarsa, qanunvericiliyə uyğun şəkildə seçki orqanına müraciət etmək problemin aradan qaldırılması üçün ən optimal variantdır.

Ümumilikdə, seçkiqabağı vəziyyət cəmiyyət, o cümlədən siyasi partiyalar, namizədlər, ekspertlər və politoloqlar tərəfindən müsbət qiymətləndirilir, seçkilərin yüksək fəallıq, rəqabət şəraitində, bərabər imkanlar, azad və sərbəst mühit təmin olunmaqla keçirildiyi xüsusi vurğulanır.

Məsələn Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edir ki, indiki mərhələyədək seçki prosesini müsbət qiymətləndirmək olar.

O, Serq.az-a açıqlamasında qeyd edib ki, namizədliyini irəli sürən çox az adam qeydiyyatdan keçmədi:

“Güman ki, qanuna uyğun olaraq imza toplaya bilməyənlər, hansısa sənədi çatışmayanlar qeydiyyata alınmadı. Amma əksəriyyət qeydiyyata alındı, hazırda da normal təşviqat kampaniyası aparırlar. Dövlət tərəfindən namizədlərə lazımi şəraitin yaradıldığını söyləmək olar. Təşviqat aparırlar, seçiciləri ilə sərbəst görüşürlər, sözlərini deyirlər. Mətbuatdan izləyirik, bunun şahidiyik. Bundan sonrakə seçki prosesi də hesab edirəm ki, qanunamüvafiq həyata keçiriləcək. Ümumilikdə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı mərhələni qənaətbəxş saymaq olar. Təbii ki, müəyyən narazılar olacaq, bu da normaldır. Heç bir ölkə 100 faizlik ideal seçki keçirə bilmir. Bizdə də narazı namizədlər var. Ola bilsin ki, xırda, dəyişimə xor baxan məmurlar hansısa əngəl törədirlər. O zaman müvafiq orqana şikayət etsinlər. Eyni zamanda rəqib namizədlər arasında da bir-birinə qarşı müəyyən qanunsuzluğa əl atanlar ola bilər. Amma bu kütləvi deyil, ümumi seçki kampaniyasına kölgə sala bilməz”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DTX gömrük sistemində araşdırma aparsa... - İDDİA
Bu gün, 09:10
Rafiq Quliyev Xətaini bərbad günə salıb... - köhnəsinə şükür...
Bu gün, 08:59
Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
Bu gün, 08:56
Abşeronda OLAY: - güclü yanğın başlayıb
Bu gün, 08:50
Dilarədən yeni KLİP: "Heç vecimə deyilsən" - VİDEO
Bu gün, 08:48
Başqasının “çörəyimizə yaxdığı” yağ: Problemi harda axtaraq? - ARAŞDIRMA
Bu gün, 08:47
Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı - FOTO
Bu gün, 08:46
Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? - TƏHLİL
Bu gün, 08:42
Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı
Bu gün, 08:35
"Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır" - deputat
Bu gün, 08:32
Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək”
Bu gün, 08:29
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." - Sahibkar nazirə ÜSYAN ETDİ
Bu gün, 08:28
Qaxda məktəb direktoru həbs oluna bilər - korrupsiya faktları və...
Bu gün, 08:24
Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Bu gün, 08:21
Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib
Bu gün, 08:16
Türkiyədə növbəti dəfə zəlzələ oldu
Bu gün, 08:15
Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular
Bu gün, 08:13
Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq
Bu gün, 08:10
“Brent” markalı neftin qiyməti ucuzlaşır
Bu gün, 08:09
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
Quba sakinləri narkotiklə yaxalandılar
22-02-2020, 12:27
Daha hansı başçını yola salacaqlar? - GƏLİŞMƏ
22-02-2020, 12:25
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR
22-02-2020, 12:19
DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb
22-02-2020, 12:18
"Bunu Damlaya qadağan etmişəm"
22-02-2020, 12:16
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi
22-02-2020, 12:12
Azərbaycan nefti 2 dollar ucuzlaşıb
22-02-2020, 12:08
Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub
22-02-2020, 12:07
“80 yaşımda deputat olmaq arzum yaransa…” - Azər Qərib
22-02-2020, 12:02
Bakıda hava limanında nəzarət gücləndirilib: - Koronovirusa nəzarətçi heyətin sayı artırılıb
22-02-2020, 11:58
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22-02-2020, 11:56
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
22-02-2020, 11:54
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
22-02-2020, 11:52
Azərbaycanda vəzifəli şəxs vəfat edib
22-02-2020, 11:42
Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb
22-02-2020, 11:34
"Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." - VİDEO
22-02-2020, 11:33
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib
22-02-2020, 11:29
Bakıda tələbə dəm qazından boğulub
22-02-2020, 11:17
Tanınmış azərbaycanlı teleaparıcı təcili xəstəxanaya yerləşdirildi –"Çox pis virusdur..."
22-02-2020, 11:16
Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı - "Burada başaa məna axtarmağa lüzum yoxdur"
22-02-2020, 11:15
Əməkdar artist depressiyaya düşdü - "Əməliyyat olunmalıyam, amma..."
22-02-2020, 11:11
Qohum olan keçmişli-indikili DEPUTATLAR… - SİYAHI
22-02-2020, 11:08
"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" - Salyan sakinlərindən ÇAĞIRIŞ
22-02-2020, 11:06
Əhmədzadənin çətiri altında ilginc olaylar... - VİDEO
22-02-2020, 11:02
Həbs olunan icra başçısını nə gözləyir? – Ağır cəza...
22-02-2020, 10:57
Şabranın icra başçısı da sahibkar imiş... - FOTO
22-02-2020, 10:54
Neftçalada tender udan şirkətlər... - Onların da işi araşdırılmalıdır...
22-02-2020, 10:45
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." - deputat
22-02-2020, 10:41
İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... - Adam rüşvəti biznesə yatırırmış...
22-02-2020, 10:39
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib
22-02-2020, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru