Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb .....                     Lerikin icra başçısından Prezidentə şikayət olundu .....                     Zaqatalada 44 yaşlı kişi intihar edib .....                     MSK bu həftə seçkilərə yekun vuracaq .....                     İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib .....                     Qarabağ veteranı işsizlikdən gileylənir... .....                     "Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi" .....                     "Bu vətəndən Astaranın icra başçısına nə?.." .....                     Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İsa Qəmbərin 63 yaşı tamam oldu .....                     “Nazilrik əlinin altındakı sənədi bizdən istəyir” .....                     DTX gömrük sistemində araşdırma aparsa... .....                     Nəqliyyat şirkəti özünə yeni rəhbər seçəcək .....                     Nazim İbrahimovun dolayı biznesi... .....                     "AtaBank"ın İdarə Heyəti tam və 3 departament direktoru işdən azad olunub .....                     Samir Şərifovun kürsüsü çoxmu rahatdır?.. .....                     Rafiq Quliyev Xətaini bərbad günə salıb... .....                     Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? .....                     Abşeronda OLAY: .....                     Dilarədən yeni KLİP: "Heç vecimə deyilsən" .....                     Başqasının “çörəyimizə yaxdığı” yağ: Problemi harda axtaraq? .....                     Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı .....                     Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? .....                     Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı .....                     "Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır" .....                     Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək” .....                     "Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." .....                     Qaxda məktəb direktoru həbs oluna bilər .....                     Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu .....                     Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib .....                     Türkiyədə növbəti dəfə zəlzələ oldu .....                     Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular .....                     Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq .....                     “Brent” markalı neftin qiyməti ucuzlaşır .....                     Bu gün dollar neçəyədir? .....                     Quba sakinləri narkotiklə yaxalandılar .....                     Daha hansı başçını yola salacaqlar? .....                     Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək .....                     DTX-nın tutduğu YAP-ın namizədi .....                 

"Dializ böhranı" ilə bağlı son durum - Müvafiq qurumlar niyə susur
Tarix: 27-01-2020, 16:44 | Çap et
"Dializ böhranı" ilə bağlı son durum
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) zəhərləndikləri iddia olunan dializ xəstələrindən dördü Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) müalicə olunur. Xəstələrin hazırkı vəziyyəti ilə bağlı məlumat almq üçün üçün Mərkəzi Neftçilər Xəstəxanasına baş çəkdik.

MNX-nın baş həkimi Nadir Mehdiyev AYNA-ya açıqlamasında bildirdi ki, xəstələr kritik vəziyyətdən çıxıblar: “Xəstəxanamıza ilk olaraq Nəsirova Gülbacı gətirilmişdi, vəziyyəti indi stabildir, dünəndən palataya köçürülüb, artıq evə getmək istəyir. Əlimədət, Seymurə və Əzizə isə hələ reanimasiya şöbəsindədirlər. Hər üç xəstə bizə müraciət edəndə ağır vəziyyətdə idilər, indi isə ikisinin - Əlimədət və Seymurənin vəziyyəti stabildir. Əzizənin isə hazırkı vəziyyəti digərlərinə nisbətən ağırdır. Xəstəxanamıza gətiriləndə o, suallara adekvat deyildi, təzyiqi normadan çox aşağı idi, ancaq indi suallarımıza reaksiya verir, təzyiqi 120-ə qalxıb”.

“Özüm də şəxsən xəstələrə baş çəkmişəm, bütün lazımi tibbi xidmət göstərilir, müalicələri tam qaydalara uyğun olaraq davam etdirilir. Bu gün xəstələrdən təkrar analiz götürülüb, analizlərin cavabı çıxandan sonra vəziyyət qənaətbəxş olsa, Əlimədətlə Seymurə də palataya köçürüləcək. Xəstələrin kreatinləri də normaldır, 4-7 arasında dəyişir. Həmçinin Əzizəylə Gülbacını dializ də etmişik. Əlimədətlə Seymurədə infeksiya olduğuna görə antibiotik müalicəsi hələ də davam etdiyindən, onları dializ edə bilməmişik. İnfeksiya təmizləndikdən sonra hər ikisi dializ olunacaq”, - deyə baş həkim qeyd etdi.

Qeyd edək ki, xəstələrin dördü də uzun müddətdir dializ olunur, həftədə 3 dəfə dializ alırlar.

Sabirabad RMX-nın baş həkimi Ənvər Lümanovdan isə digər xəstələr barədə məlumat aldıq: “İki nəfərdən başqa, digər xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb. Hadisə baş verən gün Bakıya aparılmış iki xəstə dünən artıq geri qayıdıb, bu gün xəstəxanamızda dializ alıblar. Xəstələrdən biri də altıncı gün dializini alıb getmişdi, vəziyyəti normal idi, ancaq gecə vəziyyəti ağırlaşıb, xəstəxanaya gətiriblər. Bəlli oldu ki, kreatini 2000-ə qalxıb, müalicəyə başladıq, indi vəziyyəti normaldır. Neftçilər Xəstəxanasına aparılmış 4 xəstə barədə artıq özünüz məlumatlısız”.

Baş həkimin dediklərindən anlaşıldı ki, 23 yanvar tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasında dializ almış 5 yox, 9 dializ xəstəsinin vəziyyəti ağırlaşıb. Onlardan ikisi - Saatlı rayon sakini Ağayev Əlisa Mahmud oğlu və Sabirabad rayon sakini Soltanov Füzuli Soltan oğlu hadisə baş verəndən bir gün sonra - 24 yanvar tarixində həyatını itirib. Xəstə yaxınlarının iddiasına görə, dializ xəstələri dializ aparatında "osmos" deyilən qurğunun filterinin olmadığına və ya dəyişdirilmədiyinə görə zəhərləniblər. Bildirirdilər ki, məhz buna görə dializ suyuna bakteriya düşüb və bu da xəstələrin qanına keçib. Həmçinin, xəstəxanada nefroloq və uroloqun olmadığı, xəstələri tibb bacılarının dializ etdiyi da iddia olunurdu.

Sabirabad RMX-nın baş həkimi Ə.Lümanov isə hadisənin nədən baş verdiyini bilmir: “Hadisənin hansı səbəbdən baş verməsi barədə dəqiq heç nə deyə bilmirəm. Ötən həftənin şənbə günü Bakıdan monitorinq qrupu, prokurorluq nümayəndələri gəldilər, hazırda araşdırma gedir. Ehtimal edirik ki, hadisə xəstələrdə kreatinin qalxması və son dövrlər yayılmış kəskin respirator xəstəliklə əlaqəli ola bilər. Bu da sadəcə fərziyyədir”.

Ancaq baş həkim AYNA-ya açıqlamasında Sabirabad RMX-da uroloq və nefroloq olmadığını təsdiq etmişdi: “Kadr yoxdur xəstəxanada, dəfələrlə Bakıya getmişəm, heç kim burda işləməyə gəlmir, heç həkim də yoxdur ki, gələ. Tibb bacılarına dializ etməyə Səhiyyə Nazirliyi icazə verib, kurs keçiblər, həmçinin dializə kardioloq, terapevt təhkim etmişik, xəstələrə o həkimlər nəzarət edirlər”.

Təəssüflər olsun ki, hadisə baş verən gündən AYNA məsələni ictimailəşdirsə də, indiyədək heç bir aidiyyəti qurumdan rəsmi açıqlama ala bilməmişik. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına nəzarət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilsə də, qurumun mətbuat xidmətindən bu barədə açıqlama vermək ixtiyarında olmadıqları bildirilir. Səbəb olaraq isə, dializ xəstələri ilə bağlı dövlət proqramının Səhiyyə Nazirliyinin səlahiyyətlərinə daxil olması göstərilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən açıqlama almaq isə, hər zamankı kimi, bu dəfə də müşkülə çevrildi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov, ümumiyyətlə zənglərimizə cavab vermir. Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə suallarımızdan xəbər tutsa da, görməməzlikdən gəlir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb
Bu gün, 09:51
Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO
Bu gün, 09:49
Zaqatalada 44 yaşlı kişi intihar edib
Bu gün, 09:47
MSK bu həftə seçkilərə yekun vuracaq
Bu gün, 09:45
İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib - DANX
Bu gün, 09:42
Qarabağ veteranı işsizlikdən gileylənir... - "Mənə deyirlər ki, kimə istəyirsən yaz"
Bu gün, 09:41
"Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi" - PA rəsmisi
Bu gün, 09:39
"Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
Bu gün, 09:37
Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur - Səhiyyə Nazirliyi
Bu gün, 09:33
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:32
İsa Qəmbərin 63 yaşı tamam oldu
Bu gün, 09:31
Mənzurə Musayeva yenidən ərə gedir? - "Mütləq kişi lazımdır"
Bu gün, 09:29
“Nazilrik əlinin altındakı sənədi bizdən istəyir” - GİLEY
Bu gün, 09:26
DTX gömrük sistemində araşdırma aparsa... - İDDİA
Bu gün, 09:20
Nəqliyyat şirkəti özünə yeni rəhbər seçəcək
Bu gün, 09:19
Nazim İbrahimovun dolayı biznesi... - İndi-indi üzə çıxır...
Bu gün, 09:17
"AtaBank"ın İdarə Heyəti tam və 3 departament direktoru işdən azad olunub
Bu gün, 09:15
Samir Şərifovun kürsüsü çoxmu rahatdır?.. - İTTİHAM
Bu gün, 09:13
Rafiq Quliyev Xətaini bərbad günə salıb... - köhnəsinə şükür...
Bu gün, 08:59
Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
Bu gün, 08:56
Abşeronda OLAY: - güclü yanğın başlayıb
Bu gün, 08:50
Dilarədən yeni KLİP: "Heç vecimə deyilsən" - VİDEO
Bu gün, 08:48
Başqasının “çörəyimizə yaxdığı” yağ: Problemi harda axtaraq? - ARAŞDIRMA
Bu gün, 08:47
Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı - FOTO
Bu gün, 08:46
Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? - TƏHLİL
Bu gün, 08:42
Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı
Bu gün, 08:35
"Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır" - deputat
Bu gün, 08:32
Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək”
Bu gün, 08:29
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." - Sahibkar nazirə ÜSYAN ETDİ
Bu gün, 08:28
Qaxda məktəb direktoru həbs oluna bilər - korrupsiya faktları və...
Bu gün, 08:24
Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Bu gün, 08:21
Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib
Bu gün, 08:16
Türkiyədə növbəti dəfə zəlzələ oldu
Bu gün, 08:15
Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular
Bu gün, 08:13
Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq
Bu gün, 08:10
“Brent” markalı neftin qiyməti ucuzlaşır
Bu gün, 08:09
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
Quba sakinləri narkotiklə yaxalandılar
22-02-2020, 12:27
Daha hansı başçını yola salacaqlar? - GƏLİŞMƏ
22-02-2020, 12:25
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR
22-02-2020, 12:19
DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb
22-02-2020, 12:18
"Bunu Damlaya qadağan etmişəm"
22-02-2020, 12:16
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi
22-02-2020, 12:12
Azərbaycan nefti 2 dollar ucuzlaşıb
22-02-2020, 12:08
Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub
22-02-2020, 12:07
“80 yaşımda deputat olmaq arzum yaransa…” - Azər Qərib
22-02-2020, 12:02
Bakıda hava limanında nəzarət gücləndirilib: - Koronovirusa nəzarətçi heyətin sayı artırılıb
22-02-2020, 11:58
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22-02-2020, 11:56
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
22-02-2020, 11:54
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
22-02-2020, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru