Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı .....                     Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? .....                     Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı .....                     "Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır" .....                     Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək” .....                     "Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." .....                     Qaxda məktəb direktoru həbs oluna bilər .....                     Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu .....                     Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib .....                     Türkiyədə növbəti dəfə zəlzələ oldu .....                     Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular .....                     Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq .....                     “Brent” markalı neftin qiyməti ucuzlaşır .....                     Bu gün dollar neçəyədir? .....                     Quba sakinləri narkotiklə yaxalandılar .....                     Daha hansı başçını yola salacaqlar? .....                     Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək .....                     DTX-nın tutduğu YAP-ın namizədi .....                     Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi .....                     Azərbaycan nefti 2 dollar ucuzlaşıb .....                     Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub .....                     Bakıda hava limanında nəzarət gücləndirilib: .....                     “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub .....                     Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? .....                     Azərbaycanda vəzifəli şəxs vəfat edib .....                     Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb .....                     "Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." .....                     Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib .....                     Bakıda tələbə dəm qazından boğulub .....                     Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı .....                     Qohum olan keçmişli-indikili DEPUTATLAR… .....                     "Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" .....                     Əhmədzadənin çətiri altında ilginc olaylar... .....                     Həbs olunan icra başçısını nə gözləyir? .....                     Şabranın icra başçısı da sahibkar imiş... .....                     Neftçalada tender udan şirkətlər... .....                     "DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." .....                     İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... .....                     Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib .....                     "Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir" .....                 

Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi - Sənəd
Tarix: 27-01-2020, 16:37 | Çap et
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalov 2009-cu ilin fevralından Rusiya Federal Vergi Müfəttişliyinin 31 saylı Moskva ərazi vergi xidmətində fərdi sahibkar kimi qeydiyyatdadır. Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

PİA.az xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin yaydığı sənədlərə görə, Rəşad Camalova Rusiya Federasiyasında daşınmaz əmlak biznesi dahəsində fəaliyyət göstərmək üçün lisenziya verilib. 2008-ci ildə 1087746656205 saylı lisenziya və 300 min rubl nizamnamə kapitalı ilə 24 saylı Moskva ərazi vergi xidmətində qeydiyyata alınmış "Olimpik Star" MMC-nin ("Олимпик Стар" ООО) təsisçisi də Rəşad Camalovdur.

Şirkət Moskvanın Orexovıy Bulvar 31a ünvanında 2016-cı il iyulun 25-ə qədər fəaliyyət göstərib. Şirkət restoran biznesilə məşğul olub. Qeyd olunan ünvanda Rəşad Camalova məxsus "Olimpik Star" ticarət mərkəzi fəaliyyət göstərib.
Rusiya mənbələrindən məlum olur ki, Camalovun Moskvadakı biznesi geniş profilli olub, bura reklam xidməti göstərən şirkət, "Atrium" mebel salonu, "Pioner" Ticarət Mərkəzi, çoxsaylı daşınmaz əmlak aiddir. Ən maraqlı məqam isə Rəşad Camalovun vətəndaşlığı ilə bağlı məqamdır. Federal Vergi Xidmətinin fərdi sahibkarlıqla məşğul olanlar haqqında qeydiyyat bazasında 2017-ci ilin avqustun 10-a aid məlumata əsasən Rəşad Camalov Rusiya vətəndaşı olub. Rəşad Camalov bağlı Rusiya mətbuatında keçən bir xəbər də diqqətçəkicidir.

Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi

"Novaya Vremya" qəzetinin 2013-cü il 16 dekabr tarixli 42-ci saylı buraxılışında Rusiya oliqarxları ilə bağlı "МОСКВА ЧИНОВНАЯ" başlıqlı maraqlı bir araşdırma dərc olunub. Jurnalist ОЛЕГ РОЛДУГИН yazırdı ki, Kremlin yaxınlığındakı Şvedskiy dalanı 3-də Rusiya prezidentinin İşlər İdarəsinə aid bina Moskvanın superstatuslu yaşayış binalarındandır. Bu binada Rusiya xarici işlər naziri Lavrov, Rusiya hökumət başçısının müavini İqor Seçin, Rusiya Hesablama Palatasının hazırki sədri (keçmiş maliyyə naziri) Aleksey Kudrin, baş nazirin müavini Sergey Prixodko (Putinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri), Rusiya 1-ci telekanalının baş direktoru, mediamaqnat, Konstantin Ernst, neft maqnatı Gennadi Timçenko ilə qonşuluqda azərbaycanlı iş adamı Rəşad Yavər oğlu Camalov da var.

Ralduqin qeyd edib ki, Moskva nomenklaturası üçün prestij sayılan bu binada mənzillərin 1 kv. metri 50 min dollardan başlayır. Məsələn, Kremlə panoraması və böyük terrası olan 1000 kvadrat metrlik mənzillərdən biri əmlak şirkətləri tərəfindən 50 milyon dollara təklif olunur.

Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi

Jurnalist qeyd edib ki, Camalov "Olimpik Star" şirkətinin (RООО «Олимпик Стар») sahibidir, restoranları, otelləri var, çörəkdən spirtli içkilərə kimi ən müxtəlif məhsulların parakəndə satışı ilə məşğuldur. Moskvada meyvə-tərəvəzin satışı ilə məşğul olan "Zarya" ticarət şəbəkəsi ona aiddir. Şirkət 2004-cü ilin iyulunda 1 milyon rubl nizamnamə kapitalı ilə Moskvada qeydiyyatdan keçib, 2007-ci ilin dekabrından təsisçisi dəyişdirilib və Rəşad Camalovun qohumu Şahin Əliyevin adına rəsmiləşdirilib.

Əsasən ticarət sahəsində fəaliyyət göstərib, 2016-cı ilin aprelin 11-də ləğv edilib. Təkcə Moskvada bu adda 3 supermarket fəaliyyət göstərib. Rəsmi təsisçisi Denis Kalinin adlı işadamı olub, lakin şirkətə müxtəlif vaxtlarda Mustafayev Rasim Şirzad oğlu və Məlikov Mahir Südeyif oğlu rəhbərlik ediblər. Moskvada Rəşad Camalovla bağlılığı olan daha bir şirkət MPK-GLADİATOR MMC (ООО "МПК-Гладиатор") 1996-cı ildə Şahin Baratxan oğlu Əliyevin adına qeydiyyatdan keçib. O, Şirvan şəhərindəndir, qardaşı Əliyev Şamil Baratxan oğlunun adı 3 il əvvəl "Unibank"la məhkəmə çəkişməsində keçir. 2017-ci ildə Şirvan məhkəməsində "Bank of Baku" tərəfindən də Şamil Əliyevə qarşı pul tələbi ilə iddia qaldırılmışdı.

Daha bir məhkəmə çəkişməsi 2018-ci ildə Şahin Əliyevin özü ilə "Atabank” ASC arasında baş verib. Hər iki halda Camalovun qohumlarının məhkəməyə verilməsinə səbəb onların banklara borcları ilə bağlı olub. Təəssüf ki, qardaşların banklara borclarının həcmi haqqında əlimizdə dəqiq məlumat yoxdur, amma yəqin ki, burada ciddi məbləğlərdən söhbət gedir.

Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi

Adıçəkilən şəxslərin Azərbaycanda faktiki biznesləri olmayıb, Rusiyada fərdi sahibkar kimi qeydiyyatdadırlar, orada şirkətləri var. Belə çıxır ki, Azərbaycan banklarından götürülən kreditlər ölkədən çıxarılıb və Rusiyadakı biznesə yönəldilib, yaxud vəsait Azərbaycanın özündə başqa şəxslərin adına biznesə yatırılıb. Şahin Əliyev 2009-cu ildən 43 saylı Mosvkva şəhər regional vergi müfəttişliyində sahibkar kimi qeydiyyatdadır. Fəaliyyəti daşınmaz əmlak biznesindən tutmuş, ticarət və restoran biznesinə qədər ən müxtəlif sahələri əhatə edir.

Yeri gəlmişkən, onların daha bir qardaşı - Əliyev Mehdi Baratxan oğlu da ötən ilin dekabrından Tver şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb. Mehdi Əliyev Tver vilayətində parakəndə ərzaq ticarəti ilə məşğuldur. 1996--cı ildə Moskva Qeydiyyat Palatasında 1 milyon rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş MPK-GLADİATOR MMC (lisenziya nömrəsi7719119858) də Rusiya paytaxtında daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərir. 2016-cı il martın 10-dan baş direktoru Şahin Əliyevdir.

Şirkətin 2016-cı il maliyyə sənədlərinə görə gəliri 28 milyon 268 min rubl, yaxud 460 min dollar, xərcləri isə 47 milyon 509 min rubl təşkil edib. Bu şirkət üzərindən 1997-ci ilin sentyabrında daha bir şirkət "Bejetsk" Qapalı Səhmdar Cəmiyyəti qeydiyyatdan keçirilib, lakin 2007-ci ildə onun fəaliyyəti dayandırılıb. Şirkətin digər təsisçisi "Moloko" ASC olub.

Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi

Yavər Camalovun qardaşı Əlikram Camalov da 2008-ci ildən Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib. Moskvada sahib olduğu daşınmaz əmlakın biznesi ilə məşğuldur. Onun 2006-cı ilin avqustun 18-də Rusiya paytaxtında 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi "AQROPLYUS" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АГРОПЛЮС") ötən ilin fevralına qədər fəaliyyət göstərib, hazırda ləğv prosesindədir. 99 faiz sahiblik hüququ Yavər Camalovun qardaşına aid olan bu şirkət də daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərib.

Əlikram Camalov Rusiya vətəndaşıdır. Vaxtilə Azərbaycanda Şirvan və Salyan rayonlarını əhatə edən "Hacı Camalxan" adlı fermer təsərrüfatı da açmışdı. Bu təsərrüfat vasitəsilə 2010-cu ildə "Dəmirbank"dan 5 milyon dollardan artıq kredit götürmüşdü və 2013-cü ildə krediti qaytarmadığı üçün bankla qalmaqal yaranmışdı.

Yavər Camalovun digər qardaşı Mərdan Camalov isə hazırda Zərdab rayon icra hakimiyyətinin başçısıdır. Mərdan Camalovun oğlu Alı Camalov da 2007-ci ilin iyunundan 2013-cü ilin fevralına qədər Rusiyanın Tümen vilayətində fərdi sahibkar kimi qeydiyyatda olub. Vaxtilə Yavər Camalovun ailə biznesində çalışmış Salamov Elcin Zahid oğlu bu ailənin Azərbaycandakı biznes obyektlərinin geniş siyahısını açıqlamışdı.

PİA.az bildirir ki, bütün bu iddialar qarşısında 46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalov susur və bu iddiaları nə təkzib edir, nə də doğrulayır. Maraqlıdır ki, bütün bu iddialara qarşı həm 46 saylı Şürvan DSK, həm də MSK qanuna uyğun davranmır və seçkinin qanunlara uyğun, o cümlədən ədalətli və şəffaf keçirilməsinə görə qurum susqunluğunu ortaya qoyaraq qanun pozuntusuna göz yummaqdadır.


Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq deputatın "xırda-xuruş" biznesinin siyahısı - FOTO
Bu gün, 08:46
Sığorta bazarında etimad mühiti:Onun yaranmasına kim mane olur? - TƏHLİL
Bu gün, 08:42
Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı
Bu gün, 08:35
"Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır" - deputat
Bu gün, 08:32
Tramp: “Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək”
Bu gün, 08:29
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." - Sahibkar nazirə ÜSYAN ETDİ
Bu gün, 08:28
Qaxda məktəb direktoru həbs oluna bilər - korrupsiya faktları və...
Bu gün, 08:24
Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Bu gün, 08:21
Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib
Bu gün, 08:16
Türkiyədə növbəti dəfə zəlzələ oldu
Bu gün, 08:15
Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular
Bu gün, 08:13
Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq
Bu gün, 08:10
“Brent” markalı neftin qiyməti ucuzlaşır
Bu gün, 08:09
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
Quba sakinləri narkotiklə yaxalandılar
22-02-2020, 12:27
Daha hansı başçını yola salacaqlar? - GƏLİŞMƏ
22-02-2020, 12:25
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR
22-02-2020, 12:19
DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb
22-02-2020, 12:18
"Bunu Damlaya qadağan etmişəm"
22-02-2020, 12:16
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi
22-02-2020, 12:12
Azərbaycan nefti 2 dollar ucuzlaşıb
22-02-2020, 12:08
Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub
22-02-2020, 12:07
“80 yaşımda deputat olmaq arzum yaransa…” - Azər Qərib
22-02-2020, 12:02
Bakıda hava limanında nəzarət gücləndirilib: - Koronovirusa nəzarətçi heyətin sayı artırılıb
22-02-2020, 11:58
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22-02-2020, 11:56
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
22-02-2020, 11:54
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
22-02-2020, 11:52
Azərbaycanda vəzifəli şəxs vəfat edib
22-02-2020, 11:42
Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb
22-02-2020, 11:34
"Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." - VİDEO
22-02-2020, 11:33
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib
22-02-2020, 11:29
Bakıda tələbə dəm qazından boğulub
22-02-2020, 11:17
Tanınmış azərbaycanlı teleaparıcı təcili xəstəxanaya yerləşdirildi –"Çox pis virusdur..."
22-02-2020, 11:16
Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı - "Burada başaa məna axtarmağa lüzum yoxdur"
22-02-2020, 11:15
Əməkdar artist depressiyaya düşdü - "Əməliyyat olunmalıyam, amma..."
22-02-2020, 11:11
Qohum olan keçmişli-indikili DEPUTATLAR… - SİYAHI
22-02-2020, 11:08
"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" - Salyan sakinlərindən ÇAĞIRIŞ
22-02-2020, 11:06
Əhmədzadənin çətiri altında ilginc olaylar... - VİDEO
22-02-2020, 11:02
Həbs olunan icra başçısını nə gözləyir? – Ağır cəza...
22-02-2020, 10:57
Şabranın icra başçısı da sahibkar imiş... - FOTO
22-02-2020, 10:54
Neftçalada tender udan şirkətlər... - Onların da işi araşdırılmalıdır...
22-02-2020, 10:45
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." - deputat
22-02-2020, 10:41
İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... - Adam rüşvəti biznesə yatırırmış...
22-02-2020, 10:39
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib
22-02-2020, 10:33
“Efiri bazara çevirmisən” - Yeni qalmaqal
22-02-2020, 10:32
"Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir"
22-02-2020, 10:30
"Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib" - QALMAQAL
22-02-2020, 10:27
Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb - FOTO
22-02-2020, 10:25
Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
22-02-2020, 10:23
İsmayıl Vəliyevin qollarındakı qandal... – Yaxud keçilərin SİNFONİYASI
22-02-2020, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru