“JEK” müdiri həbs edildi .....                     Sahib Rəhimov vəfat edib .....                     "Bax, sosial ədalət burada pozulub" .....                     “Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     “Belə davam edərsə, un və un məhsullarının qiyməti qalxacaq” .....                     Ermənistanda 881 nəfər koronavirusa yoluxub .....                     Pandemiya vaxtı “seçki”: Cinayətkar rejim nə istəyirdi və niyə alınmadı .....                     Sabah Milli Məclisin iclası keçiriləcək .....                     Goranboyun icra başçısı ilə bağlı ilginc iddialar... .....                     Şəmkirdə ailə üzvlərini yandıran şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb .....                     Bakıda “Köhnə Hamam” deyilən tikilidə kişi meyiti tapılıb .....                     OPEC+ iclasından öncə neftin qiyməti yüksəldi .....                     "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır" .....                     "Dövlət Gömrük Komitəsinə 40000-50000 manata işə düzəldə biləcəyini dedi" .....                     Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib .....                     Saleh Məmmədovun işçisi ittiham olunur... .....                     Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı .....                     "Brent" neftinin qiyməti bu il 33, gələn il isə 45 dollar olacaq .....                     Nizami rayonunda koronavirus pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir .....                     Koronavirus və Naxçıvan: Maraqlı məqam var .....                     Məşhur dələduz yenidən saxlanıldı .....                     Karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib .....                     Milli Məclisdə kadr islahatları aparılarsa... .....                     Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır .....                     Mətbuat öz "koronavirusundan" müalicə olunur... .....                     “Baklift-2”nin sabiq rəisi barəsində cinayət işi başlanıb .....                     Necə etmək olar ki, işçilərə çatacaq dövlət yardımını sahibkar mənimsəməsin? .....                     İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb .....                     Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi .....                     EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişib .....                     Pandemiya Dağlıq Qarabağ prosesinin diplomatik vektorunu iflic edib .....                     Heydər Əsədov pullarını belə xərcləyir... .....                     Bu rayonlar üzrə pensiyaların ödənilməsinə başlanılır .....                     “Bir çox dövlətlər öz müstəqilliklərini itirəcək, amma Azərbaycan…” .....                     "Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq" .....                     "Bakı Sığorta"nın durumu GƏRGİNDİR .....                     ABŞ-da gün ərzində koronavirusdan rekord sayda insan öldü .....                     Aygün Kazımova karantin müddətində boş dayanmır .....                     Neftin bahalaşması davam edir .....                 

“Ölkənin birinci naziri təhsil naziri olmalıdır!” - MÜSAHİBƏ
Tarix: 24-01-2020, 03:20 | Çap et
“Ölkənin birinci naziri təhsil naziri olmalıdır!”
Təhsil sektorunun hər bir dövlətin və cəmiyyətin həyatında mühüm yer tutduğu, onun sadəcə bu gününə deyil, həm də gələcəyinə yön verdiyi şübhəsizdir.

Moderator.az olaraq görkəmli təhsil mütəxəssisi, professor Şahlar Əsgərovla söhbətimizdə, Azərbaycan cəmiyyətində təhsilə olan maraq və münasibət, bu sahənin önəm və əhəmiyyətinin dərkolunma səviyyəsi və s. ilə bağlı məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Şahlar müəllim, uzun illərdir ki, təhsil sektorunda çalışan, bu sahənin bütün incəliklərinə bələd olan peşəkar mütəxəssis kimi ölkəmizdə təhsilə olan münasibəti necə xarakterizə edərdiniz? Sizcə təhsil, onun əsl fəlsəfəsi Azərbaycan cəmiyyəti tərəfindən yetərincə dərk olunurmu?

- 30-40 ildir ki, təhsili iziləyirəm. Bütün bu müşahidələrim nəticəsində belə bir qənaətə gəlmişəm ki, Azərbaycanda təhsil hələ dərk edilməyən həqiqətdir. Bunu isbat etmək üçün mənim yüzlərlə sübutum var. Lakin mən bu sübutların hamısını səsləndirməyə ehtiyac görmürəm. Sadəcə, bir faktı deyim ki, alimliyi bir tərəfə qoyub qohumbazlıqla təyinatlar, alimliyi bir tərəfə qoyub şəxsi mənfəətə görə qiymtə yazmaq, alimliyi bir tərəfə qoyub pulla dissertasiya yazmaq onu göstərir ki, bu sektor bizdə hələ dərk olunmayan həqqiətdir.

- Şahlar müəllim, bu gün BDU-dakı çıxışınız böyük marağa səbəb oldu...

- Bu gün biz Təhsil Nazilriyi yanında İctimai Şuranın üzvləri və jurnalistlər olaraq BDU-nun rektoru Elçin Babayevlə görüşdük. Elçin Babayev BDU-da gedən proseslərdən danışdı. Azərbaycan Respublikasının prezidentinin BDU-nun 100 illiyi ilə bağlı məruzəsindən bir sıra misallar gətirdi. Xüsusilə də yataqxana məsələsi, tərbiyə məsələsi və s.-dən danışdı. Bir sıra məsələlərlə bağlı maraqlı məlumatlar verdi.

Həmin çıxışa rəğmən dedim ki, ayın 14-də Moderator.az saytında mənim bir məqaləm işıqlandırıldı. Mən onu “Təhsilin fəlsəfəsi” adlandırmışdım. Amma siz onun adını Qarabağla əlaqələndirmişdiniz. Məqalənin mahiyyəti ondan ibarət idi ki, Qarabağ məsələsində Təhsil Nazirliyi də Müdafiə Nazirliyi qədər gücə malikdir. 16 yanvarda isə Rusiya saytlarının birində bir məqalə yer aldı. Məqalə Moskvada təşkil edilən “Qaydar” forumu, orada səsləndirilən məruzələrlə əlaqədar idi. Həmin forumda Rusiyanın inkişafı və dünyada bu inkişafın yeri müzakirə edilib.

Bu forumda nəinki Rusiyanın adlı-sanlı alimləri, dünyanın məşhur alimləri, keçmiş prezidentləri və s. çıxış edib. Təxminən 40-50 məruzə dinlənilib. Bu məruzələrin birini də “Sberbank”ın direktoru German Qref edib. O, təqribən mən dediyim sözləri deyib. Xatırladım ki, o, Rusiyanın sabiq nazirlərindən biridir. G.Qref deyir ki, mən artıq bu qərara gəldim ki, ölkənin birinci naziri maliyyə naziri deyil. Mən artıq bu qərara gəldim ki, ölkənin birinci naziri iqtisadiyyat naziri deyil. Mən bu qərara gəldim ki, ölkənin birinci naziri təhsil naziridir. Mənim illərlə dediyimi o, daha qısa formada, daha təsirli şəkildə diqqətə çatdırıb.

- Demək belə çıxır ki, ölkədəki bütün problemlərin həlli üçün sadəcə təhsilin inkişafını təmin etmək kifayətdir?

- Elədir. Iqtisadiyyatı inkişaf etdirə bilərsiniz, lakin yenə də ölkədə bir çox problemlər həll edilməmiş qalacaq. Maliyyəni inkişaf etdirə, insanlara daha çox vəsait verə bilərsiniz, amma yenə də ölkə problemlərdən tam azad olmayacaq. Amma Təhsil Nazirliyi, təhsil sistemini qaldırsanız, ölkə bütün problemlərdən azad olar. Bu problemlər fonunda həm maliyyə, həm də iqtisadi problemlər öz həllini tapar. Yəni ölkədə birinci nazir təhsil naziridir. Bunu dərk etmək lazımdır. Həqqiətən də ölkənin birinci naziri təhsil naziri olmalıdır. Niyə? Niyəsini 30 ildir deyirəm.

Mən Moderator.az-dakı məqalələrimi yığdım. Onları üst-üstə qoyanda iki cildlik kitab əmələ gəlir. Həmin məqalələrin hamısında bu ideyanı təbliğ edirəm. G.Qrefin məlum fikri mənim fikrimlə üst-üstə düşür və inanıram ki, bu, bir rezonans yaratmalıdır.

- Belə çıxır ki, problemlərin səbəbi də, onlardan xilas yolu da insan şüuru ilə bağlıdır?

- Bəli. Ölkəni düzəltmək üçün insanların şüurunda dəyişiklik etmək lazımdır. Neft də, pambıq da əhəmiyyətli şeylərdir. Amma təhsilin yanında bunlar çox əhəmiyyətsizdir. Önəmli olan təhsildir. Böyük Azərbaycan şairi Hüseyn Cavid nə deyib? Deyib ki, təhsildə ilahi güc var. Ilahi sözü orada təsadüfi işlədilməyib. Təhsil o qədər güclü bir sahədir ki, hər şeyi həll edə bilər.

- BDU-dakı çıxışınızda maraqlı bir məqama toxundunuz və təhsilin sosial sahəyə deyil, təhlükəsizlik sahəsinə aid edilməsinin vacibliyini vurğuladınız. Sizcə, qəlibləşmiş bu yanaşmanı dəyişmək, təhsili sosial sferaya deyil, təhlükəsizlik sahəsinə aid etmək üçün çoxmu iş aparılmalıdır?

- Mənim bizim partiyanın icraçı katibi Əli Əhmədovla da bununla bağlı söhbətim olub. Bu barədə təhsil naziri Ceyhun Bayramovla da söhbət etmişəm. Ə.Əhmədov baş nazirin sosial sahəyə baxan müavinidir. Mən deddm ki, Əli müəllim, mənə elə gəlir ki, təhsil sosial sferaya daxil edilməməlidir. Sosial sferaya daxil ediləndə nə əmələ gəlir? Dövlət təhsili müdafiə edir, ona dəstək verir, amma deyir ki, gənclərin təhsili məsələsi valideyn məsələsidir, dövlətə aid deyil. Amma sovet dövlətində gənclərin təhsil məsələsi dövlətin məsələsi idi, valideynə aid deyildi. Hətta valideyn uşağı məktəbə göndərməyəndə, dövlət onu tuturdu. Dedim buna görə də təhsil sosial sahə deyil.

Əli müəllim məndən soruşdu ki, bəs hansı sahəyə aiddir? Dedim ki, bu, təhlükəsizlik sahəsinə aiddir. Əsgər xidməti yerindən, postdan qaçanda ona nə cəza düşürsə, uşaq da məktəbdən qaçanda həmin cəzanı almalıdır. Komandir sərhəddə dövlətin ziyanına addım atanda hansı cəzanı alırsa, məktəbdə müəllim də həmin cəzanı almalıdır. Hər təsadüfi əsgərdən komandir seçilmədiyi kimi, hər təsadüfi müəllimdən də direktor seçilə bilməz. Əli müəllim dediklərimi maraq və gülərüzlə dinlədi, söylədiklərimə etiraz etmədi. Hiss etdim ki, dediklərim onun da ürəyincədir.

- O zaman belə çıxır ki, Təhsil Nazirliyinə məxsusi münasibət ortaya qoyulmalıdır?

- Şübhəsiz, təhsil təhlükəsizlik sahəsinə aid olmalıdır. Ən azı ildə bir-iki dəfə bizim baş nazir təhsil nazirimizlə təkbətək görüşməlidir. Bu görüşlərdə təhsilin vəziyyəti müzakirə edilməlidir. Amma mən neçə idlir ki, təhsil sahəsində işləyən bir adam kimi hələ görməmişəm ki, təhsil nazirini baş nazir qəbul etsin. Halbuki, mən bu görüşləri, bu müzakirələri vacib və zəruri hesab edirəm.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“JEK” müdiri həbs edildi – Zərərçəkən Akademiyanın şöbə rəisidir
Bu gün, 11:43
Sahib Rəhimov vəfat edib
Bu gün, 11:39
"Kişilər elə öpüşür, deyirsən..."
Bu gün, 11:38
"Bax, sosial ədalət burada pozulub" - ETİRAZ
Bu gün, 11:37
“Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” - NARAZILIQ...
Bu gün, 11:35
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 11:30
"Kaş koronavirus ölməli insanları öldürərdi" - Rasim Balayev
Bu gün, 11:30
"Polislərimiz bu işdə fəal iştirak edirlər, onlara dua edirik" - Xalq artisti
Bu gün, 11:21
“Belə davam edərsə, un və un məhsullarının qiyməti qalxacaq” - deputat
Bu gün, 11:18
Ermənistanda 881 nəfər koronavirusa yoluxub
Bu gün, 11:10
Pandemiya vaxtı “seçki”: Cinayətkar rejim nə istəyirdi və niyə alınmadı - TƏHLİL
Bu gün, 11:04
Sabah Milli Məclisin iclası keçiriləcək
Bu gün, 11:03
Goranboyun icra başçısı ilə bağlı ilginc iddialar... - İTTİHAM
Bu gün, 11:01
"Toya gedə bilmədiyim üçün ATV mənə qadağa qoymuşdu"
Bu gün, 11:00
Şəmkirdə ailə üzvlərini yandıran şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb
Bu gün, 10:56
Qarmon ifaçısı Abbasəli Qafarov vəfat edib
Bu gün, 10:55
Bakıda “Köhnə Hamam” deyilən tikilidə kişi meyiti tapılıb
Bu gün, 10:54
OPEC+ iclasından öncə neftin qiyməti yüksəldi
Bu gün, 10:49
"Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır" - Jurnalistdən icra başçısına
Bu gün, 10:48
"Dövlət Gömrük Komitəsinə 40000-50000 manata işə düzəldə biləcəyini dedi" — ŞOK FAKTLAR
Bu gün, 10:47
Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib - TƏBİB
Bu gün, 10:44
Saleh Məmmədovun işçisi ittiham olunur... - İDDİA
Bu gün, 10:43
Müğənni cinayət təqibinə görə kompensasiya tələb edir - QALMAQAL
Bu gün, 10:41
Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı
Bu gün, 10:36
"Brent" neftinin qiyməti bu il 33, gələn il isə 45 dollar olacaq - Gözlənti
Bu gün, 10:34
Nizami rayonunda koronavirus pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 10:33
Koronavirus və Naxçıvan: Maraqlı məqam var - GƏLİŞMƏ
Bu gün, 10:31
Məşhur dələduz yenidən saxlanıldı - Məhkəmə işi
Bu gün, 10:29
Karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 10:21
Milli Məclisdə kadr islahatları aparılarsa... - İLGİNC FAKTLAR
Bu gün, 10:19
Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır - RƏSMİ
Bu gün, 10:16
Mətbuat öz "koronavirusundan" müalicə olunur... - Amma cəza da olmalıdır...
Bu gün, 10:14
“Baklift-2”nin sabiq rəisi barəsində cinayət işi başlanıb - Bu maddə ilə ittiham olunur...
Bu gün, 10:12
Necə etmək olar ki, işçilərə çatacaq dövlət yardımını sahibkar mənimsəməsin? - GƏLİŞMƏ
Bu gün, 10:11
“MTRŞ-nın televiziyalar arasında da heç bir nüfuzu, hörməti yoxdur”
Bu gün, 10:08
İş yerləri bağlandı, qazanc qalmadı: Rusiyadan göndərilən pullar kəskin azalıb - HESABAT
Bu gün, 10:03
Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi - AÇIQLAMA
Bu gün, 10:01
EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişib
Bu gün, 10:00
Pandemiya Dağlıq Qarabağ prosesinin diplomatik vektorunu iflic edib - TƏHLİL
Bu gün, 09:58
Heydər Əsədov pullarını belə xərcləyir... - FOTO
Bu gün, 09:56
Bu rayonlar üzrə pensiyaların ödənilməsinə başlanılır - SİYAHI
Bu gün, 09:54
“Bir çox dövlətlər öz müstəqilliklərini itirəcək, amma Azərbaycan…” - GƏLİŞMƏ
Bu gün, 09:53
"Nuşirəvan Məhərrəmli mənim üçün beş il öncə işdən çıxmışdı"
Bu gün, 09:52
"Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq" - deputat
Bu gün, 09:47
"Bakı Sığorta"nın durumu GƏRGİNDİR - xalis mənfəəti 29% azalıb
Bu gün, 09:46
ABŞ-da gün ərzində koronavirusdan rekord sayda insan öldü
Bu gün, 09:32
Aygün Kazımova karantin müddətində boş dayanmır - VİDEO
Bu gün, 09:31
Neftin bahalaşması davam edir
Bu gün, 09:30
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:29
Azərbaycanlı milyarder “Forbes”in siyahısında ruslar arasında ilk beşlikdə
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru