DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi .....                     Polis yenə sevindirdi .....                     FTX əməkdaşları Anar Məmmədovu Stavropolda həbs etdi .....                     "Ay saxtakar..." .....                     MSK baxılmadan geri qaytarılan müraciətlərin sayını açıqladı .....                     Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır .....                     Ərinin dostu ilə qaçan QADINLA BAĞLI ŞOK FAKTLAR: .....                     MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı .....                     Bakıda boğazında ət tikəsi qalan azyaşlı qız ölüb .....                     Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub .....                     Fazil Məmmədovun yaxın qohumu həbs edildi .....                     Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər .....                     Azərbaycanda seçkilər mobil telefonlarla keçirilə bilər .....                     Bəzi yerli icra strukturlarından narazılıq: .....                     “Unibank”ın idarəetmə orqanlarına təyinatlar olacaq .....                     80 yaşlı Ziyad Səmədzadəni belə deputat etmək istəyirlər .....                     "Araz market"in əməkdaşı iş başında bıçaqlandı .....                     "Küçələrə səpələnmiş" gələcəyimiz .....                     Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub .....                     Biləsuvarda soyuq su ilə çimən gənc oğlan öldü .....                     "AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu .....                     Arvadını bıçaqladı, özü intihar etmək istədi .....                     MSK şikayətləri araşdıran zaman əsas götürdüyü faktorları açıqladı .....                     Biləsuvarda məktəbli bir qrup şagird tərəfindən döyüldü .....                     Qalib namizədlər dəyişə bilər .....                     Nazir Ramin Quluzadəyə qarşı qiyamın arxasında nə dayanır? .....                     BNA-NIN ÜMİDİ ƏCNƏBİLƏRƏ QALIB... .....                     Bakıya gələn canavarlar niyə insanlara hücum edir? .....                     Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürülüb .....                     Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı .....                     “Muğan Bank” cərimələndi .....                     Bakıda iki xalaoğlu bıçaqlandı .....                     Zakir Qaralova sözü olanların .....                     Vilayət Eyvazovdan yeni TƏYİNAT .....                     Gürcüstanın sabiq baş naziri azadlığa çıxdı .....                     Fərman Ceyranlının adı keçən cinayət üzrə daha bir məhkəmə başlayıb .....                     "Nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?" .....                     Deputat Əhliman Əmiraslanovun qardaşı oğluna qarşı dələduzluq ittihamı .....                     Azərbaycan davamlı və lokal hərbi əməliyyatlarla da düşməni ədalətli sülhə vadar edə bilər .....                     OPEC+ çərçivəsində nazirlərin görüşü vaxtında keçiriləcək .....                 

"Radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər" - Başlıca hədəfləri gənclərdir
Tarix: 23-01-2020, 12:54 | Çap et
"Radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər"
Son illər ölkəmizdə dini sahədə mövcud olan boşluqlar və bu boşluqlardan istifadə edərək ölkəmizə müxtəlif radikal qrupların maraqlarına xidmət edən dini ədəbiyyatların gətirilməsinə cəhdlərdən çox danışılır. Bundan başqa, sosial media üzərindən gənclərin “tor”a salınaraq din pərdəsi altında xarici ölkələrin döyüş poliqonlarına göndərilməsi, dini bilgisi zəif olan gənclərin xarici təsirlərə düşməsi məsələsi ətrafında də ciddi fikir mübadiləsi aparılır. Həmçinin, “Yehova Şahidləri” məsələsi, orta məktəblərin yuxarı siniflərində din dərslərinin keçirilməsi də cəmiyyətdə, eləcə də sosial mediada müzakirə predmetinə çevrilib. Eyni zamanda rayon və kəndlərdə yaşayan mollaların neqativ əməlləri, hətta hacı, məşədi və kərbəlayi titullarının lağ obyekti olması, telekanalların verilişlərə xurafatla məşğul olan falçı və ekstrasens dəvət edib, cəmiyyəti korlaması halları sərt tənqid hədəfinə tuş gəlib.

Biz də “Şərq” qəzeti olaraq, bütün bu məsələlərə aydınlıq gətirmək üçün ilahiyyatçı-alim Hacı Şahin Həsənli ilə əlaqə saxlayıb, söhbətləşdik.

- Bu yaxınlarda ulduzların ölüb-ölməməsinə dair Fransa mətbuatında bir məqalə oxudum. Bəzi alimlər bunu təsdiqləyirlər, bəziləri isə inkar edir. Bu məqalə mənə uşaq vaxtı nənə və babalarımızın kimsə dünyasını dəyişəndə dediyi “Filankəsin də ulduzu söndü” fikrini xatırlatdı. Din bunu necə izah edir, real məsələdirmi?

- Bunun heç bir dini əsası yoxdur. İnsan dünyasını dəyişdikdə onun ulduzunun sönməsi məsələsinin dinlə heç bir əlaqəsi yoxdur. Bu barədə nə Quranda, nə də hədislərdə məlumat var.

- Ölkəmizə müxtəlif radikal qrupların maraqlarına xidmət edən dini ədəbiyyatların gətirilməsinə cəhdlər olunur. Doğrudur, bu səylərin qarşısı alınır. Amma bilmək istərdim, bu qüvvələrin məqsədləri nədir?

- Bu məsələ Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ekspertiza şöbəsi var. Onlar kitabları araşdırır. Razılıq əsasında bu kitablar ölkəyə idxal edilə bilər. Təbii ki, ölkəmizə kənardan dini ədəbiyyatların gətirilməsinə dair həmişə cəhdlər olunur. Və buna adətən müvəffəq ola bilmirlər. Etiraf edək ki, müəyyən radikal görüşlərin təbliğ edilməsi və qarşıdurma yaratmaq məqsədi daşıyan fikirlərin yayılması üçün bir sıra siyasi dairələr buna səy göstərirlər. Bəzən də planlarını dini ədəbiyyatlar vasitəsilə gerçəkləşdirməyə çalışırlar. Ona görə də, ölkə daxilində bu məsələlər qanunvericiliklə tənzimlənir. Azərbaycanda nəşr olunan dini ədəbiyyat qanunvericiliyin tələblərinə uyğun şəkildə nəşr edilir və dini təyinatlı mağazalarda satılır.

- Azərbaycanda sağlam islamla bağlı boşluqların olduğu bildirilir. Hətta təkliflər edilir ki, gənclərin hansısa təhlükəli dini cərəyanlara uymaması, xarici təsirlərə düşməməsi üçün orta məktəblərin yuxarı siniflərində sağlam islam tədris olunsun. Sizcə, buna ehtiyac varmı?

- Din haqqında ümumi məlumatın verilməsinə ehtiyac var. Şagirdlər məktəb dövrlərindən din haqqında müəyyən təsəvvürlərə malik olmalıdırlar. Çünki bilgisizlik olan mühitdə radikal görüşlər inkişaf edə bilər. Söhbət orta məktəblərdə dinin tədris olunmasından yox, din haqqında bilgilərin, dini mövzularda məlumatların verilməsindən gedir. Çünki onlar fərqli məsələlərdir. Bu işlər hələ ki ictimai müzakirədədir. Ola bilər ki, gələcəkdə ümumi dinlər haqqında məlumat fənn kimi məktəblərdə tədris olunsun. Hər halda bu təklifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vermişdi. Həmin istiqamətdə müəyyən işlər görüldü. Amma vəziyyətin nə yerdə olduğu barədə məlumatım yoxdur.

- Paytaxt küçələrində “Yehova Şahidləriyik” adı altında insanlara yaxınlaşırlar, hətta evlərə qədər gedirlər, söhbətlər aparırlar, kitablar təqdim edirlər. Bu nə cərəyandır, onlar kimdirlər?

- O icma ilə bağlı dəqiq məlumatım yoxdur. Bir ara onlarla bağlı problemlər vardı. Deyəsən, məsələ həllini tapıb. Hər bir halda bizə yad olan, kənar təsirlərdən qorunmaq üçün ənənəvi dinimizi təbliğ etməliyik ki, hazırda bu istiqamətdə proseslər davam edir. Müxtəlif verilişlər və dini ədəbiyyatlar və məqalələr vasitəsilə görüşlərimiz təbliğ olunur. Amma bu yöndə atılan addımlar davamlı və ardıcıl olmalıdır.

- “Din qardaşlarımızı qoruyaq” adı altında aldadılaraq xarici ölkələrə aparılıb, döyüş poliqonlarında ölən gənclərimiz oldu. Bəziləri isə aldadıldıqlarını anlayıb, müxtəlif yollarla geri qayıtdılar. Bu prosesin qarşısı tam şəkildə alındımı?

- Tam məsuliyyətlə deyirəm ki, Azərbaycandan o cərəyanlara qoşunlanların sayı tamamilə məhdudlaşıb. Hətta sıfıra enib. Düzdür, yenə müəyyən cərəyanlar mövcuddur. İnsanları, gəncləri “tor”a salmağa çalışırlar. Azərbaycandan xarici ölkələrdəki münaqişələrə cəlb edilən insanların sayı kəskin azalıb. Bu da o istiqamətdə aparılan maarifləndirmənin və ardıcıl fəaliyyətin nəticəsidir. Gənclər, insanlar o döyüşlərdə iştirak edib, həlak olanların aqibətini gördükdən sonra əksəriyyət bu yoldan çəkindi. O döyüşlərə qatılaraq, sağ qalıb, Azərbaycana qayıdanların peşmanlığını gördülər. Və bildilər ki, bu cür insanlar kimlərinsə siyasi maraqları üçün alətə çevriliblər. Bütün hallarda bu cür məsələlərə imkan vermək olmaz.

- Azərbaycanda sağlam islamın təbliğində, eləcə də xarici dairələrin təsirinə məruz qalanların islah olunmasında, insanların dini cəhətdən maariflənməsində mətbuatın rolu nə qədərdir və siz medianın bu sahədəki işindən razısınızmı?

- Əlbəttə, mətbuatda dini mövzular mütəmadi işıqlandırılmalıdır. Hazırkı vəziyyət məni qane etmir. Mediada dini mövzulara peşəkar şəkildə toxunulumur. Yazılan məqalələrdə səhvlərə yol verilir. Din həssas mövzu olduğu üçün daha çox diqqət tələb olunur. Din sahəsi ilə bağlı jurnalistlərə ciddi təlimlərin keçirilməsinin tərəfdarıyam. Jurnalistlərə də ümumi məlumatlar verilməlidir. Bu mövzular mütəmadi olaraq mətbuatda işıqlandırılmalıdır. Belə olarsa, əlbəttə, müsbət nəticələrin şahidi olarıq.

- Bəzi radikal dini qruplar ciddi şəkildə sosial mediaya ayaq açıblar. Sosial media üzərindən daha ciddi formada işləyirlər. Müxtəlif təsiredici ifadələrlə gəncləri “tor”larına salıb, beyinlərini yumağa çalışırlar və müəyyən mənada nail ola bilirlər. Buna nəzarət etmək mümkündürmü?

- Sosial mediaya nəzarət mexanizmi yoxdur. Azərbaycanda internet azaddır, sosial şəbəkələr mövcuddur və insanlar ondan sərbəst şəkildə istifadə edirlər. Təbii ki, radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər. Başlıca hədəfləri gənclərdir. Gəncləri ələ alırlar və öz görüşlərini təbliğ etməyə çalışırlar. Belə bir halda Azərbaycanda din xadimləri, dindar insanlar sosial şəbəkələrdə aktiv olmalıdırlar. Müəyyən dini informasiyalar din xadimlərinin əlində toplanmalıdır. Bunun hansısa mexanizmi tapılmalıdır. Ölkəmizdə dinə maraq getdikcə artır. Bundan maksimum şəkildə müsbət mənada yararlanmağa çalışmalıyıq. Gənclər, insanlar düzgün, sağlam islama doğru yönəldilməlidirlər. Din xadimləri sağlam islamla bağlı təbliğatlarını sosial media vasitəsilə aparmalıdırlar. Dini ədəbiyyatlar, məqalələr yazıb, sosial şəbəkələrdə yaymaq gərəkir. Təklif etmişəm ki, din xadimləri sosial mediada fəal olsunlar. Dini məsələlərlə bağlı məlumatları, yazıları din xadimləri təklif etməlidir. Bu məsələlər kənardan idarə olunmamalıdır. Bunu özümüz idarə etməliyik. Dini dəyərlərimiz sosial media vasitəsilə təbliğ olunmalıdır. Məsələni yalnız bu müstəvidə həll etmək olar. Çünki məhdudlaşdırıcı addım atmaq mümkün deyil.

- Bu işlərdə KİV-lərin fəaliyyətindən narazı qaldığınızı söylədiniz. Televiziyaların ən güclü təsirə malik KİV orqanı olduğunu nəzərə alsaq, təəssüf ki, fikirlərinizlə razılaşmamaq olmur. Hazırda bəzi telekanallar qalmaqal və reytinq xatirinə xurafatçıları - ekstrasens, falçıları efirlərə dəvət edib, evimizin içinə qədər gətirirlər...

- Əfsuslar olsun ki, cəmiyyətimizdə xurafata meyillilik var. Xalqın müəyyən kəsimi buna meyl edir. Hansısa bir müəmmanın həll olunması, qeybdən xəbərlərin verilməsinə insanlar maraq göstərirlər, bu kimi məsələlərə meyillənirlər. XXI əsrdir, amma yenə də insanlara bunun xurafat olduğunu çatdırmağa çalışırıq. Müəyyən qisim insan belələrinin təsirinə düşür. Onlar bundan gəlir mənbəyi kimi istifadə edirlər. Sizinlə razıyam. Bu gün efirlərdə bu cür xurafatçılar təbliğ olunurlar. Faktiki olaraq, öz fikirlərini deyirlər, efirdə guya eksperimentlər keçirirlər. Belə olduqda isə həmin xurafatçılara maraq yaranır. Onlara qarşı əks təbliğat aparılsa belə, bu, müəyyən qaydalar çərçivəsində və elmi şəkildə aparılmalıdır. Onlara meydan verilməməlidir. Bəzi telekanallar onları tənqid etmək adı ilə efirə dəvət edib, qalmaqal yaradıb, reytinq qazanırlar. Amma düşünmürlər ki, bununla cəmiyyətə, insanlara zərbə vururlar. Efirlərdə xurafatçıların fikirlərini təşviq edirlər. Onların fikirləri insanlara aşılanır. Düşünürəm ki, bu məsələlərlə bağlı din xadimləri, ziyalılar çıxışlar etməlidirlər. Məscidlərdə, xütbələrdə bu mövzulara toxunulmalıdır. İnsanlara izah olunmalıdır ki, bu, dini nöqteyi-nəzərdən günahdır, xurafatdır. Hətta sağlam ağla, məntiqə sığmayan əməllərdir. Amma gərək insanlar da diqqətli olsunlar. Bəzən sadəlövh insanlar onların “tor”una düşür. Təəssüf olsun, bəzən eşidirik ki, hətta savadlı insanlar da xurafatçılara müraciət edirlər. Halbuki, bu, əqli, dini və məntiqi düşüncələrə zidd əməldir. Amma bizim ziyalı kimi tanıdığımız bəzi adamlar bu davranışlara uyurlar. Həmin mövhumatçılara efirlərdə bu mövzunu izah etmək mümkün olmur. Onlar efir zamanı din xadimlərinə danışmağa imkan vermirlər. Əvvəllər onların bir neçəsi ilə eyni verilişdə olmuşam. Amma daha onlarla efirə çıxmıram. Həmin adamlarla sağlam müzakirə aparmaq praktiki olaraq mümkün deyil. Ona görə də düşünürəm ki, onlara meydan verilməməlidir. O adamların normal və sağlam müzakirə mədəniyyətləri olmur.

- Bəzi savadsız mollalarla bağlı da ciddi narazılıqlar var. Daha çox rayon və kənd yerlərində neqativ əməllərlə məşğul olan mollalara rast gəlmək mümkündür. Qadın, narkotik alveri və pivə biznesi ilə məşğul olan mollalar var. Bu adamlar həm neqativ əməllərlə məşğul olurlar, həm də yas mərasimlərini idarə edirlər. Çox hallarda isə lağ obyektinə çevrilirlər. İnsanlar belələrini ciddi qəbul etmir. Lakin kənd yerlərində başqa molla olmadığı üçün mərhumun yaxınları məcbur qalıb yas mərasimini belələrinə həvalə etməli olurlar. Sizcə, vəziyyət niyə düzəlmir?

- Ümumiyyətlə, din xadimləri cəmiyyətdə müsbət imic və reputasiyaya malik olmalıdırlar. Din xadimləri təkcə yas mərasimlərini idarə etmək üçün deyil. Onlar yaşadıqları bölgədə bir etalon kimi təqdim olunmalıdır. Hörmət, nüfuz sahibi olmalıdırlar. Əxlaqi cəhətdən nümunə ola biləcək adamlar olmalıdırlar. Bu, ən vacib məsələlərdən biridir. Belə olmadıqda, din xadimlərinin sözü ilə əməli üst-üstə düşmədikdə kənar təsirlər güclənir. İnsanlar ehtiyaclarını ödəməyə çalışırlar və bunun üçün sosial mediaya üz tuturlar. Burada da müxtəlif təsirlərə məruz qalmaları bəzən qaçılmaz olur. Ona görə də bu birlik ölkə daxilində din xadimləri tərəfindən təmin edilməlidir.

- Bu məsələlərə hansı qurum nəzarət etməlidir?

- Buna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzarət edir. QMİ-də attestasiya komissiyası var. Din xadimləri attestasiyadan keçir və onlara rəsmi sənəd verilir. Amma sənədsiz fəaliyyət göstərən din xadimləri də var. Onların QMİ-yə heç bir aidiyyəti yoxdur, müstəqil şəkildə fəaliyyət göstərirlər. Kənd və rayon yerlərində nəzarətdən kənarda qalırlar. Amma, ümumiyyətlə, işə peşəkar mütəxəssislərin cəlb olunması prosesi gedir. İlbəil bu prosesdə irəliləyişlər müşahidə olunur. Amma birdən-birə bütün bölgələri peşəkar, savadlı din xadimləri ilə təmin etmək mümkün olmur. Bu, davamlı prosesdir. Bu kimi neqativ halları aradan qaldırmaq üçün yeni peşəkar kadrların yetişdirilməsinə ehtiyac var. Artıq Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Eyni zamanda QMİ-də də müəyyən tədris müəssisələri yaradılır. Yəni, bu istiqamətdə ciddi addımlar atılır. Amma bundan qısa müddətdə nəticə gözləmək mümkün deyil. Sovetlər birliyi dağıldıqdan sonra bu sahədə boşluqlarla qarşılaşdıq. Bu boşluğu doldurmağa çalışırıq.

- Bilirik ki, hacı, məşədi, kərbəlayi titulları müqəddəs statuslardır. Bəzən bunu da gülüş obyektinə çevirirlər. Təbii ki, xeyli haqlı səbəb də var. Məsələn, adam var hacıdır, amma məşğul olmadığı neqativ əməl yoxdur. Hətta bəzi müğənnilər də bir-birinə “Sənin də “həcin” varmı” deyə replika atırlar. Vəziyyət niyə bu həddə gəlib çıxdı?

- Uzun illər QMİ-nin təşkil etdiyi Həcc ziyarəti prosesində fəaliyyət göstərmişəm. Hazırda da bu ziyarət qruplarına rəhbərlik edirəm. Qrup rəhbəri olaraq dini ayinlərin icrasına yardım göstərmək məqsədilə ziyarətlərdə oluruq. Gənc və yaşlı nəslin çoxlu sayda nümayəndələri var ki, o ziyarətlərə səmimi olaraq gedirlər və ayinləri diqqətlə izləyirlər. Böyük şövqlə o əməlləri yerinə yetirirlər. Amma şan-şöhrət üçün gələnlər də olur. Cəmiyyətdə, insanlar içində hacı statusundan sui-istifadə etmək üçün gedənlər də var. Bunu hər hansı formada tənzimləmək mümkün deyil. Hər halda nümunəvi insanların, zəvvarların sayı çoxalarsa, digərləri onların kölgəsində qalar. Sağlam insan yetişdirmək lazımdır. Onlarla xeyirxah din xadimi, insan tanıyıram ki, şəhid ailələri, qazilər və sosial şəraiti ağır olan ailələrə yardımlar göstərirlər. Amma adlarının hallandırılmasını istəmirlər. Amma o addan istifadə edənlər xırda bir iş gördükdə, özlərini reklam edirlər. Sonra da nalayiq hərəkətlərə yol verirlər. Təəssüf ki, cəmiyyətimizdə belələri də var. Amma biz ictimaiyyətə sağlam insanları təqdim etməliyik.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Xüsusi əməliyyat olduğu deyilir
Bu gün, 12:59
Polis yenə sevindirdi - FOTO
Bu gün, 12:56
FTX əməkdaşları Anar Məmmədovu Stavropolda həbs etdi
Bu gün, 12:45
"Ay saxtakar..." – Bir-birlərinə sərt sözlər dedilər
Bu gün, 12:37
MSK baxılmadan geri qaytarılan müraciətlərin sayını açıqladı
Bu gün, 12:31
"Atam Firəngiz Mütəllimovanı çox sevirdi"
Bu gün, 12:29
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır
Bu gün, 12:13
Ərinin dostu ilə qaçan QADINLA BAĞLI ŞOK FAKTLAR: - Bir-birinə "bacı-qardaş" deyirdilər
Bu gün, 12:12
MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı - CƏZALANAN OLACAQMI?
Bu gün, 12:08
Bakıda boğazında ət tikəsi qalan azyaşlı qız ölüb
Bu gün, 12:07
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:01
Fazil Məmmədovun yaxın qohumu həbs edildi - “AtaBank” işi keçmiş naziri bitirir
Bu gün, 12:00
Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər
Bu gün, 11:51
Elçin Cəfərov da "Altın Kelebek" dən imtina etdi
Bu gün, 11:46
Azərbaycanda seçkilər mobil telefonlarla keçirilə bilər
Bu gün, 11:43
Bəzi yerli icra strukturlarından narazılıq: - “Məmurlar şikayətçiləri qəbul etmir…”
Bu gün, 11:41
“Unibank”ın idarəetmə orqanlarına təyinatlar olacaq
Bu gün, 11:39
80 yaşlı Ziyad Səmədzadəni belə deputat etmək istəyirlər – ŞOK videolar yaylıdı
Bu gün, 11:38
"Araz market"in əməkdaşı iş başında bıçaqlandı
Bu gün, 11:36
"Küçələrə səpələnmiş" gələcəyimiz – Bəziləri təhsilə qaytarılsa da, bəziləri qaytarılmır
Bu gün, 11:30
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub
Bu gün, 11:26
Biləsuvarda soyuq su ilə çimən gənc oğlan öldü
Bu gün, 11:23
"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu - GİLEY
Bu gün, 11:17
Arvadını bıçaqladı, özü intihar etmək istədi - MƏHKƏMƏ HÖKMÜ
Bu gün, 11:15
MSK şikayətləri araşdıran zaman əsas götürdüyü faktorları açıqladı
Bu gün, 11:13
"Videoları sildiyim üçün heç biri inciməyəcək" - QALMAQAL
Bu gün, 11:09
Biləsuvarda məktəbli bir qrup şagird tərəfindən döyüldü
Bu gün, 11:04
Qalib namizədlər dəyişə bilər – Seçkilərdə daha bir SÜRPRİZ
Bu gün, 10:58
Nazir Ramin Quluzadəyə qarşı qiyamın arxasında nə dayanır? - İLGİNC
Bu gün, 10:55
BNA-NIN ÜMİDİ ƏCNƏBİLƏRƏ QALIB... - Parkinq problemini çözmək bu qədərmi müşküldür?
Bu gün, 10:53
Bakıya gələn canavarlar niyə insanlara hücum edir? - AÇIQLAMA
Bu gün, 10:40
Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürülüb - BQXK
Bu gün, 10:39
Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO
Bu gün, 10:29
“Muğan Bank” cərimələndi
Bu gün, 10:26
"Elə adamlara demək lazımdır ki, sənin özün kimsən bəs?"
Bu gün, 10:23
Bakıda iki xalaoğlu bıçaqlandı
Bu gün, 10:20
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
Bu gün, 10:17
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Bu gün, 10:15
Gürcüstanın sabiq baş naziri azadlığa çıxdı
Bu gün, 10:11
Fərman Ceyranlının adı keçən cinayət üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 10:10
"Nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?" - GİLEY
Bu gün, 10:01
Deputat Əhliman Əmiraslanovun qardaşı oğluna qarşı dələduzluq ittihamı - Müraciət...
Bu gün, 09:58
Azərbaycan davamlı və lokal hərbi əməliyyatlarla da düşməni ədalətli sülhə vadar edə bilər - GƏLİŞMƏ
Bu gün, 09:56
OPEC+ çərçivəsində nazirlərin görüşü vaxtında keçiriləcək
Bu gün, 09:54
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Bu gün, 09:53
"Kaspi" liseyində ÖZBAŞINALIQ - VİDEOGİLEY
Bu gün, 09:51
Jurnalistə bədən xəsarəti yetirilməsi barədə məlumat doğru deyil - Bakı polisi
Bu gün, 09:46
Aysun 45 illik tarixi olan mahnıya yeni nəfəs verdi
Bu gün, 09:44
Elşad Abdullayevin başı dərddə - Fransa polisi araşdırmalara başladı
Bu gün, 09:41
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru