Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib .....                     Hesablama Palatası üç qurumun büdcə vəsaitindən istifadəsini yoxlayıb .....                     Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial .....                     Ağ Evin Qarabağ siyasəti: İkiləşməyə səbəb nədir? .....                     Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı .....                     “Çin koronavirus üzərində qələbə çalacağına əmindir və buna qadirdir” .....                     Sabah dollar neçəyə olacaq? .....                     “FONDUN AKTİVLƏRİ HESABINA BÖYÜK PULLAR QAZANIRLAR...” .....                     27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb .....                     MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı .....                     Ağac kəsən şirkət cəzalanıb .....                     MSK 29 saylı dairə ilə bağlı şikayəti təmin etmədi .....                     Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb .....                     MSK-nın iclasında seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır .....                     Konstitusiya Məhkəməsi MM-ə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək .....                     İlk Novruz hədiyyəniz Azercell-dən olsun .....                     Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib .....                     Arif Alışanov yenə sifariş verə biləcəkmi? .....                     Bu gün MSK Milli Məclisə seçkilərə yekun vuracaq .....                     AZPROMO agentliyə çevrildi .....                     Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi .....                     “Qardaşım Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikrini eyni ilə təkrar etmək istəyirəm” .....                     Məktəblərdə dərslər dayandırılır? .....                     ““BAŞ”sız qalan Neftçala rayonunda vətəndaşların hüquqları pozulmaqda davam edir” .....                     Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi .....                     Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb .....                     Həbs edilən İsmayıl Vəliyevin səlahiyyətlərini kim icra edəcək? .....                     "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti .....                     Oqtay Şirəliyevlə Fəxrəddin Qoca arasında XƏYALİ KORONAVİRUS SÖHBƏTİ .....                     Astaranın baş həkimi işdən çıxarıldı .....                     Dövlət Bahçeli Xocalı soyqırımından bəhs etdi .....                     Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu .....                     Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib .....                     Yarıboş vitrinlər, yoxa çıxan dərmanlar, 3,5 manatlıq maska, depodan xəbərdarlıq: .....                     Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: .....                     Oqtay Əsədovun yerinə sədr kim olacaq? .....                     Ərdoğanin Azərbaycana rəsmi səfəri başlayıb .....                     “Daxili işlər orqanları inam və etimadı doğruldur” .....                     Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın .....                     Paşinyan xalqın diqqətini problemlərdən yayındırmağa çalışır .....                 

"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Tarix: 23-01-2020, 12:26 | Çap et
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil"
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün müəyyənləşdirdiyi ödənişli efir vaxtı qiyməti namizədlər, siyasi partiyalar, o cümlədən sadə vətəndaşlar arasında ciddi narazılıqla qarşılanıb. Belə ki, yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat civarındadır. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı məlumatda bildirilir ki, 2015-ci il parlament seçkilərinə nisbətən qiymətlərdə olan artım son 5 il ərzində reklam və televiziya bazarında baş vermiş dəyişikliklər, habelə İTV-nin və İctimai Radionun efirinin xeyli təkmilləşməsi ilə bağlıdır. Eyni zamanda, İTV və İctimai Radionun siyasi reklamın yerləşdirilməsi üçün öz proqram şəbəkəsində dəyişiklik edəcəyi də istisna olunmur. O da qeyd olunur ki, qanuna uyğun olaraq ödənişli siyasi təşviqat üçün nəzərdə tutulan vaxt namizədlər arasında bərabər bölüşdürüləcək.

"İTV hələ də əsas vəzifəsini yerinə yetirmir, ictimai kanal ola bilmir"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən millət vəkilliyinə namizəd Natiq Cəfərlinin bildirdiyinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin ödənişli efir vaxtı üçün qiymətləri əlverişsizdir: "İTV özəl kanal olsaydı, bir iradım olmazdı. Amma İTV büdcədən maliyyələşir, vətəndaşlar zatən o telekanalın fəaliyyətinə görə vergi ödəyir. Deməli, vətəndaşın ödədiyi vergi müqabilində seçki kimi önəmli bir məsələdə daha çox informasiya almaq hüququ yaranır. Əslində, İTV-nin yaranması Avropa Şurası ilə danışıqlar və üzvlüyə görə mümkün oldu. Əsas məqsəd ictimai kanal vasitəsi ilə vətəndaşın alternativ informasiyaya çıxış imkanlarının genişlənməsi idi".

Son zamanlar İctimai Televiziyanın fəaliyyətində müəyyən müsbət dəyişikliklərin olduğunu, az da olsa auditoriya toplaya bildiyini vurğulayan REAL-ın icra katibi qeyd edib ki, buna baxmayaraq, İTV hələ də əsas vəzifəsini yerinə yetirmir, ictimai kanal ola bilmir: "Hökumət uzun illər səhv və bərbad informasiya siyasətinə görə vətəndaşlarımızı yerli telekanallardan uzaq salıb. Ölkənin böyük əksəriyyəti Türkiyə və Rusiya kanallarına baxır, onların təsiri altına düşüb. Hətta hökumətin öz mesajları belə, yerli auditoriyaya çatmır, ötürmək istədikləri təbliğat havada qalır. Belə bir şəraitdə seçki kimi önəmli məsələdə auditoriya toplamağa çalışmaqdansa yerli telekanallar yenə çal-çağırla məşğuldurlar. Amma həm onlar, həm də informasiya siyasətinə baxan qalstuklu müəllimlər anlamırlar ki, camaat onların çaldığına yox, Türkiyə və Rusiya kanalların çaldığına oynayırlar. Bu isə məmləkət üçün əlavə təhlükələr doğurur".

"İTV-nin dövlət tərəfindən maliyyələşdiyini nəzərə alsaq, 5 ildən bir keçirilən parlament seçkilərində ödənişli efir vaxtının tətbiq edilməsi heç də düzgün addım deyil"

İctimai Televiziya və Radio Yayımları Şirkətinin xalqın siyasi, mədəni maariflənməsində mühüm əhəmiyyət kəsb edən əsas kütləvi informasiya vasitələrindən biri olduğunu vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, İTV-nin dövlət tərəfindən maliyyələşdiyini nəzərə alsaq, 5 ildən bir keçirilən parlament seçkiləri, həmçinin dövlət əhəmiyyətli digər proseslərdə ödənişli efir vaxtının tətbiq edilməsi heç də düzgün addım deyil: "Bu, müəyyən qədər siyasi qərardır. Burada əsas faktor ondan ibarətdir ki, seçki zamanı namizədlə xalqın təmasını əngəlləməkdir. İTV-nin tətbiq etdiyi qiymətlərə gəldikdə isə düşünürəm ki, bu, fantastik qiymətdir. Çünki siyasi reklamın bir saniyəsinin qiymətinin 65 manat müəyyən edilməsi əslində o deməkdir ki, efir vaxtı əksər namizədlər üçün bağlıdır və İctimai Televiziya bu efirdə maraqlı deyil. Halbuki siyasi reklamın 1 saniyəsinə görə ağlabatan, real qiymətlər müəyyən edilsəydi, o zaman bu, düşündürücü ola bilərdi. Yəni bu zaman əksər namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edə bilərdi. Hazırda isə İctimai Televiziyanın tətbiq etdiyi fantastik qiymətlər namizədlərin böyük əksəriyyəti üçün əlçatan deyil. Görünən odur ki, bu, namizədlərin televiziya vasitəsindən istifadə etməməsinə hesablanıb".

"İctimai Televiziya ictimaiyyət üçün açıq olmalı idi, amma təəssüf ki, o, öz xəttindən kənar kurs götürüb"

Növbəti seçkilərdə bu sahədə islahatların aparılacağına ümid etdiyini deyən Məhəmməd Əsədullazadə hesab edir ki, seçki ərəfəsində namizədlərə televiziyalarda pulsuz efir vaxtının verilməsi reallaşmalıdır: "Qeyd edim ki, Azərbaycanda İctimai Televiziya ölkəmiz Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərə uyğun olaraq yaradılıb. Yəni İTV-nin yaradılmasında əsas məqsəd ölkədə siyasi plüralizmi təmin etmək, fikir müxtəlifliyini nümayiş etdirmək və ictimai əsasları təbliğ etmək idi. Bir sözlə, adıçəkilən telekanal ictimaiyyət üçün açıq olmalı idi. Amma təəssüf ki, İctimai Televiziya öz xəttindən kənar kurs götürüb. Digər telekanalları başa düşmək olar, çünki onlar kommersiya xarakterlidir. Lakin İctimai Televiziya sırf milli və dövlətçilik ənənələrinə bağlı olan telekanal olmalıdır. Bu səbəbdən də İTV-nin meydanı həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərində hər bir namizəd üçün açıq olmalıdır".

"Xalqın iştirakçılığının vacib olduğu parlament seçkiləri kimi mühüm siyasi hadisəni İctimai Televiziyanın iqnor etməsi yolverilməzdir"

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da bu qənaətdədir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti seçki təbliğatı üçün pulsuz efir vaxtı ayırmamaqla, pullu efir vaxtının qiymətlərini isə əlçatmaz həddə müəyyənləşdirməklə faktiki olaraq parlament seçkiləri kimi mühüm əhəmiyyətli siyasi hadisəni görməzdən gəlir: "Ölkə əhəmiyyətli siyasi hadisələrə, vətəndaşlar üçün xüsusi əhəmiyyətli məsələlərə dövlət büdcəsindən qidalanan informasiya vasitələrinin, xüsusi ilə İctimai Televiziyanın geniş vaxt ayırmaq borcudur. Xalqın iştirakçılığının vacib olduğu parlament seçkiləri kimi mühüm siyasi hadisəni İctimai Televiziyanın iqnor etməsi yolverilməzdir". Onun fikrincə, İTV, eləcə də AzTV kimi büdcədən maliyyələşən televiziyalar parlament seçkiləri ətrafında müzakirələr və debatlar təşkil etməli, seçkilərlə bağlı xalqı ətraflı informasiya ilə təmin etməli, siyasi alternativləri seçiciyə təqdim etməlidir.
Hurriyyet.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib
Bu gün, 17:36
Hesablama Palatası üç qurumun büdcə vəsaitindən istifadəsini yoxlayıb
Bu gün, 17:27
Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİL
Bu gün, 17:24
Ağ Evin Qarabağ siyasəti: İkiləşməyə səbəb nədir? - TƏHLİL
Bu gün, 17:13
Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı
Bu gün, 17:11
“Çin koronavirus üzərində qələbə çalacağına əmindir və buna qadirdir”
Bu gün, 17:10
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:08
“FONDUN AKTİVLƏRİ HESABINA BÖYÜK PULLAR QAZANIRLAR...” - İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar
Bu gün, 17:08
27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
Bu gün, 17:04
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Bu gün, 17:03
Ağac kəsən şirkət cəzalanıb
Bu gün, 16:56
MSK 29 saylı dairə ilə bağlı şikayəti təmin etmədi
Bu gün, 16:52
Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb
Bu gün, 16:50
MSK-nın iclasında seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır
Bu gün, 16:41
Konstitusiya Məhkəməsi MM-ə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək
Bu gün, 16:40
İlk Novruz hədiyyəniz Azercell-dən olsun
Bu gün, 16:35
Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Bu gün, 16:34
Arif Alışanov yenə sifariş verə biləcəkmi?
Bu gün, 16:28
Bu gün MSK Milli Məclisə seçkilərə yekun vuracaq
Bu gün, 16:25
AZPROMO agentliyə çevrildi
Bu gün, 16:23
Ceki Çan koronavirusa görə karantinə alındı
Bu gün, 16:22
Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi
Bu gün, 16:15
“Qardaşım Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikrini eyni ilə təkrar etmək istəyirəm” - Ərdoğan
Bu gün, 16:14
Məktəblərdə dərslər dayandırılır? - Təhsil Nazirliyi açıqladı
Bu gün, 16:12
““BAŞ”sız qalan Neftçala rayonunda vətəndaşların hüquqları pozulmaqda davam edir” - KAMRAN ƏSƏDOV
Bu gün, 16:10
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
Bu gün, 16:07
Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb
Bu gün, 16:04
Həbs edilən İsmayıl Vəliyevin səlahiyyətlərini kim icra edəcək?
Bu gün, 15:59
"Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti - SİYAHI
Bu gün, 15:57
Oqtay Şirəliyevlə Fəxrəddin Qoca arasında XƏYALİ KORONAVİRUS SÖHBƏTİ – STENOQRAM
Bu gün, 15:53
Astaranın baş həkimi işdən çıxarıldı
Bu gün, 15:50
"Başımdan vururdular, ağlayırdım" – Şəbnəm Tovuzlu
Bu gün, 15:48
Azərbaycanlı aktyorların toy tarixi bəlli oldu
Bu gün, 15:41
Dövlət Bahçeli Xocalı soyqırımından bəhs etdi
Bu gün, 15:35
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu - FOTO
Bu gün, 15:32
Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib
Bu gün, 15:30
Yarıboş vitrinlər, yoxa çıxan dərmanlar, 3,5 manatlıq maska, depodan xəbərdarlıq: - Bakının koronavirus hazırlığı
Bu gün, 14:12
Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: - BDU-nun rektoru YÖK sədrini Bakıda necə aşağıladı?
Bu gün, 14:07
Oqtay Əsədovun yerinə sədr kim olacaq? – Milli Məclisin rəhbərliyi yenilənir
Bu gün, 14:00
Ərdoğanin Azərbaycana rəsmi səfəri başlayıb
Bu gün, 13:43
“Daxili işlər orqanları inam və etimadı doğruldur” - Vilayət Eyvazov
Bu gün, 13:15
Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın DANIŞDI
Bu gün, 13:13
Paşinyan xalqın diqqətini problemlərdən yayındırmağa çalışır
Bu gün, 13:00
Xaçmazda yaşayış binasının damını külək uçurub
Bu gün, 13:00
Masallı sakinləri nazirdən hamamın bərpasını istəyiblər
Bu gün, 12:56
Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib
Bu gün, 12:53
Gürcüstanda azərbaycanlılar yolu bağladı
Bu gün, 12:48
Sabah gün ərzində mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:47
Deputatın adı QALMAQALDA - İDDİA
Bu gün, 12:45
Əməkdar artist bu halını görənləri təəccübləndirdi - VİDEO
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru