TƏBİB sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi .....                     Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var .....                     "Türk əsgərinə hücum edən rejimin hər üzvü məhv ediləcək" .....                     Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib .....                     Ağdamda 20 subartezian quyusu qazılacaq .....                     Vilayət Eyvazov vətəndaşları dinlədi .....                     Məktəblərdə dərslər dayandırıla bilərmi? .....                     Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır .....                     Qardaşı öldürülən şəxs "Neon"un mühafizə rəisini bağışladı .....                     BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib .....                     Prezident hərbi xidmətə çağırışla bağlı .....                     İstirahət günlərində gözlənilən hava proqnozu .....                     Sanqaçal qəsəbəsində səyyar qebul keçirilib .....                     Bakıda evli qadınla intim əlaqədə olan taksi sürücüsü öldürüldü .....                     QMİ koronavirusla bağlı məscidlərə tapşırıq verib .....                     Martın 2-də dollar neçəyə olacaq? .....                     "Vətəndaşlıq almaqla bağlı sənədləri hazır edə bilməmişik" .....                     “Bakı Atatürk Liseyi”ndə nə baş verir? .....                     Laçınlı köçkünlər mənzil paylanmasından narazı qaldılar .....                     “Karvan-L” şirkəti cərimələndi .....                     BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? .....                     İdlibdə Türkiyə ordusuna gözlənilməz hücum: Proseslər necə inkişaf edəcək? .....                     İradə Gülməmmədovanın Güzdək qəsəbəsində səyyar qəbul-görüş keçirdi .....                     Nazirlər Kabinetindən koronavirus açıqlaması .....                     Azercell Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır .....                     Baş dəmiryolçunun yaratdığı DAHA BİR PROBLEM... .....                     “Məni və ailəmi ölümlə hədələyirdilər” .....                     "Artıq uzunmüddətli müharibə başlayıb" .....                     "Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə kömək edəcək" .....                     Bakı polisindən koronavirus açıqlaması .....                     “NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər” .....                     "Azərkosmos" ötən ay ixracdan nə qədər qazanıb? .....                     Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb .....                     “Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib” .....                     Səfər Mehdiyevdən daha bir ŞİKAYƏT .....                     "Daha 5-6 dairədə nəticələr ləğv edilməlidir ki, parlamentə münasibət dəyişsin" .....                     Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur .....                     Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı .....                     Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər .....                     İşlətdiyi işçilərin haqqını yeyib... .....                 

Vilayət Eyvazov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib - FOTO
Tarix: 22-01-2020, 17:04 | Çap et
Vilayət Eyvazov  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib
DİA.AZ: - Yanvarın 22-də Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda bildirilir.

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

Hesabat məruzəsi ilə çıxış edən Daxili İşlər naziri deyib ki, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2018-ci illə müqayisədə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4, mülkiyyət əleyhinə olan cinayətlər 12, o cümlədən soyğunçuluqlar 3,9, quldurluqlar 2, dələduzluqlar 24,3, hədə-qorxu ilə tələb etmələr 25, avtonəqliyyat vasitəsinin qaçırılması faktları 15,5, habelə xuliqanlıqlar 13,4, ictimai yerlərdə baş verən cinayətlər 26, yetkinlik yaşına çatmayanların cinayətləri 30,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 1,3 faiz azalıb.

Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin 87, şəxsiyyət əleyhinə olanların 97, onlardan qəsdən adam öldürmələrin 95, adam öldürməyə cəhdlərin 98, qəsdən sağlamlığa ağır zərər vurmaların 94, xuliqanlıqların 93, mülkiyyət əleyhinə olan cinayətlərin 73,4 faizinin, onlardan oğurluqların 65,4, dələduzluqların 94, soyğunçuluqların 84, quldurluqların 86, hədə-qorxu ilə tələb etmələrin 91, avtonəqliyyat vasitəsini qaçırmaların 81 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

Məruzəçi «102» Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin «isti izlərlə» açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

General-polkovnik Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin ardıcıllıqla icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov 2019-cu ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.

O da qeyd olunub ki, 2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir.

Cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bütün təşkilati işlər vaxtında və yüksək səviyyədə yerinə yetirilməlidir.

Sonda general-polkovnik V.Eyvazov nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da tam yerinə yetiriləcəkdir.

Vilayət Eyvazov  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi
Bu gün, 18:09
Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var
Bu gün, 18:05
"Türk əsgərinə hücum edən rejimin hər üzvü məhv ediləcək"
Bu gün, 17:55
"Az düşüklük edin, görməmiş olmayın..." - Kənan MM ƏSƏBLƏŞDİ
Bu gün, 17:50
Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib
Bu gün, 17:49
Ağdamda 20 subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Bu gün, 17:47
Vilayət Eyvazov vətəndaşları dinlədi
Bu gün, 17:46
"Baxın, mən tanınmış adamam, mənim evimi verməsəniz, sizi ifşa edəcəyəm"
Bu gün, 17:44
Məktəblərdə dərslər dayandırıla bilərmi? - RƏSMİ AÇIQLAMA
Bu gün, 17:39
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Bu gün, 17:36
Qardaşı öldürülən şəxs "Neon"un mühafizə rəisini bağışladı - TƏFƏRRÜAT
Bu gün, 17:27
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Bu gün, 17:26
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Bu gün, 17:25
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Bu gün, 17:24
Sanqaçal qəsəbəsində səyyar qebul keçirilib - FOTO
Bu gün, 17:22
Bakıda evli qadınla intim əlaqədə olan taksi sürücüsü öldürüldü
Bu gün, 17:11
QMİ koronavirusla bağlı məscidlərə tapşırıq verib
Bu gün, 17:09
Martın 2-də dollar neçəyə olacaq?
Bu gün, 17:04
"Vətəndaşlıq almaqla bağlı sənədləri hazır edə bilməmişik"
Bu gün, 17:02
“Bakı Atatürk Liseyi”ndə nə baş verir? - QALMAQAL
Bu gün, 16:59
Məşhur modelyer boşandığı polkovnik ərindən danışdı: - “Xəyanətlərin sayı çox olub”
Bu gün, 16:52
"Ay insan, mənim arvadım da, uşağım da var"
Bu gün, 16:45
Laçınlı köçkünlər mənzil paylanmasından narazı qaldılar - İŞƏ POLİS VƏ İCRA BAŞÇISI QARIŞDI
Bu gün, 16:43
“Karvan-L” şirkəti cərimələndi
Bu gün, 16:38
"Guya bilmirlər ki, Maraş dondurma satıcıları şou göstərir?"
Bu gün, 16:36
BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? - AÇIQLAMA
Bu gün, 16:34
İdlibdə Türkiyə ordusuna gözlənilməz hücum: Proseslər necə inkişaf edəcək? - TƏHLİL
Bu gün, 16:32
İradə Gülməmmədovanın Güzdək qəsəbəsində səyyar qəbul-görüş keçirdi - FOTO
Bu gün, 16:29
Nazirlər Kabinetindən koronavirus açıqlaması - XƏBƏR DOĞRUDUR
Bu gün, 16:27
Azercell Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır
Bu gün, 16:26
Baş dəmiryolçunun yaratdığı DAHA BİR PROBLEM... - "Razılığı onlara Cavid Qurbanov verib..."
Bu gün, 16:19
“Məni və ailəmi ölümlə hədələyirdilər” - Şamaxı Rəsədxanasının direktoru
Bu gün, 16:17
"Artıq uzunmüddətli müharibə başlayıb" – Türkiyəni zəiflətmək PLANI
Bu gün, 16:09
"Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə kömək edəcək"
Bu gün, 16:02
Bakı polisindən koronavirus açıqlaması
Bu gün, 15:34
“NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər”
Bu gün, 15:31
"Azərkosmos" ötən ay ixracdan nə qədər qazanıb?
Bu gün, 15:22
Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb – Nazirlikdən REAKSİYA
Bu gün, 15:19
“Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib” - Prezident
Bu gün, 15:11
Səfər Mehdiyevdən daha bir ŞİKAYƏT - "Aclıq hələ qabaqdadır"
Bu gün, 15:08
"Daha 5-6 dairədə nəticələr ləğv edilməlidir ki, parlamentə münasibət dəyişsin" - GƏLİŞMƏ
Bu gün, 14:58
"Müğənnilərin nələr etdiyini görmək üçün gecə klubuna getdim"
Bu gün, 14:55
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur
Bu gün, 14:50
Azərbaycanı "Eurovision 2020"də təmsil edəcək qızdan AÇIQLAMA
Bu gün, 14:49
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı - RƏSMİ
Bu gün, 14:45
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Bu gün, 14:41
İşlətdiyi işçilərin haqqını yeyib... - NARAZILIQ...
Bu gün, 14:07
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi
Bu gün, 13:09
Mart ayına olan hava proqnozu açqlanıb
Bu gün, 13:08
Ermənilər İrəvanda bu azərbaycanlını axtarır - VİDEO
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru