ABŞ öz qoşunlarını Suriya-Türkiyə sərhədinə qaytarmağı düşünmür .....                     Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur .....                     Günelə yüzdən çox qızıl gül verdilər .....                     Ərdoğanın Bakıda Qarabağ mövzusunda apardığı son müzakirələrin pərdəarxası .....                     Fevralın 29-da MSK binası qarşısında keçirilməsi planlaşdırılan mitinq təxirə salınıb .....                     Gənclər Fondunun MÜƏMMA DOLU tenderləri... .....                     Simgedən 4 klip birdən .....                     Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib .....                     Koronavirusun aşkarlandığı gürcü Azərbaycanda digərləri ilə ünsiyyətdə olub .....                     Bundan sonra Paşinyanın kompromisə getməsi real görünmür... .....                     Rövşən Bağırov 9 fevralı necə yola verdi? .....                     Gəncə sakini dəm qazından zəhərlənib .....                     Ər keçmiş arvadını qətlə yetirərək evini yandırdı .....                     Bu gün dollar neçəyədir? .....                     Azərbaycan XİN başçısının müavini Zöhrab Mnatsakanyana cavab verib .....                     Tramp koronavirusa görə iclas keçirəcək .....                     Üç nəfərə və özünə qəsd edən şəxs Bakıya gətirilir .....                     Şəmkirin icra başçısından şikayət var: .....                     “Gecə 12-də görüşdük, qızın atası razılıq verdi” .....                     Zümrüd Yağmurun 3 tələbi təmin olundu .....                     Gəncədə yeniyetmə qız dəm qazından boğularaq ölüb .....                     Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı .....                     İslahatlar abonent məmnuniyyətinin təminatı üçündür .....                     Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb .....                     Ərdoğanın Bakı səfərindən sonra .....                     Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib .....                     “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib” .....                     Masallıdakı dəhşətlə bağlı daha bir İDDİA: .....                     Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? .....                     Azərbaycanda dəhşətli cinayətin qurbanlarının kimlikləri bilindi .....                     SOCAR Ukrayna hökuməti ilə böyük hub açacaq .....                     Virus Mərkəzi Bankı rəhmə gətirdi .....                     “İsrail həm şad, həm də faciəli günlərdə Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanır” .....                     Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıb .....                     Serj Sarkisyanın məhkəməsi keçirilib .....                     Kişi arvadını, qaynını və qayınanasını güllələyib, özünü vurdu .....                     Gəncədə 13 yaşlı oğlan dəm qazından zəhərlənib .....                     Qusarın icra başçısından ehtiyat tədbirləri... .....                     BŞİH mitinqlə bağlı müraciətə cavab verib .....                     Ana və oğlunun müəmmalı ölümü: .....                 

Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR - GƏLİŞMƏ
Tarix: 22-01-2020, 12:50 | Çap et
Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR
Milli Məclisin özünü buraxması və son parlament üzvlərinin həm xalq, həm siyasi rəhbərlik tərəfindən narazılıqla qarşılanması artıq təbliğat kampaniyasında da özünü göstərir.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən yenidən deputatlığa namizəd olan Çingiz Qənizadənin keçirdiyi görüşdə seçicilər tərəfindən az qala daş-qalaq olunması buna bir sübut idi.
Anaxeber.info yazır ki, seçicilərin Ç.Qənizadəyə münasibəti bir daha Milli Məclisin buraxılmasının məntiqli olduğunu təsdiqlədi.
Bu, keçmiş deputatların xalqın gözündən düşdüyünü, onları təzədən parlamentdə görmək istəmədiklərini əyani şəkildə nümayiş etdirdi.
Ç.Qənizadə son dövrlərdə gündəmə də xoşagəlməz qalmaqallarla gəlirdi. Onun gah qardaşının borc məsələsi, gah Rusiyadakı qətldə adının hallanması, bu yaxınlarda icra başçısı olmağa hazırlaşdığı iddiaları, ardınca seçicilərin onunla görüşdə açıq şəkildə etirazını bildirməsi reputasiyasına ciddi zərbə vurub.
İmişli və Beyləqan seçiciləri onları Milli Məclisdə Ç.Qənizadənin təmsil etməsini istəmədiklərini ortaya qoydular.
Bu dairədən ona əsas rəqib isə son çıxışı ilə hamını özünə güldürən keçmiş deputat Xanhüseyn Kazımlının qızıdır. Bu dairədə Çingiz Qənizadə ilə Əsli Kazımova rəqabət aparacaqlar. Seçicilərlə görüşdə Qənizadədən narazılıq ifadə edilməsi isə Ə.Kazımovaya ciddi divident qazandırdı.
Lakin Ç.Qənizadə tək deyil, bir çox yenidən namizəd olan eks-deputatlar var ki, ya seçicilərlə təbliğat dövründə görüşmürlər, ya da əhali onları MM-də görmək istəmir.
Bu siyahıda adlar çoxdur. Məsələn, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Musa Qasımlının təzədən deputat olmaq istəməsi camaatı bezdirib. M.Qasımlı seçkidən-seçkiyə özünü reklam edir, sonra seçicilərlə nə görüş keçirir, nə parlamentdə aktiv fəaliyyəti olur.
73 saylı Lənkəran şəhər seçki dairəsindən biznesmen deputat Rüfət Quliyevin namizədliyini irəli sürməsi yerli adamlar tərəfindən etirazla qarşılanıb. R.Quliyev Lənkəran şəhərində yaşayan seçicilərin nə dadına çatıb, nə problemlərinə kömək edib.
O, biznesi ilə ad çıxarıb. Onun əsas rəqibi müsavatçı Yadigar Sadıqlı olsa da, milyonçu iş adamının deputat təyin olunacağı ehtimal edilir. O, seçiciləri ilə kosmetik görüşlər də keçirmir.
Oxşar vəziyyət 78 saylı Lerik seçki dairəsində yaşanır. Biznesmen, vergi işçilərini döydürən “Relax” istirahət mərkəzinin sahibi İqbal Məmmədov təzədən deputatlığa hazırlaşır.
İ.Məmmədovun keçirdiyi görüşlərdə 5-6 adam görmək olur ki, bu da lerikli seçicilərdən dəstək almadığını sübut edir.
Çünki adını çəkdiyimiz bu namizədlər məhz islahatların kursuna uyğun gəlmədiyinə, ictimai nəzarətin təmin edilməsində aktivlik göstərmədiyi, seçici ilə işləmədiyi üçün Milli Məclis buraxıldı. Amma özlərini buraxan bu deputatlar yenə mandat sahibi olmaq istəyirlər.
125 saylı Qubadlı-Zəngilan dairəsindən biznesmen İmamverdi İsmayılovun yenidən deputatlıq eşqinə düşməsi fəlakətdir.
Axı İ.İsmayılov Milli Məclisin buraxılmasına səs verib, parlamentdəki fəaliyyəti sıfırdır, heç bir qanun layihəsi təqdim etməyib, 5 ildə ağzını açıb hansısa təşəbbüslə çıxış etməyib, aktual məsələlərə fikir bildirməyib, seçiciləri ilə görüşməyib, indi də görüşmür, arxayın şəkildə 9 fevralı gözləyir ki, həmin gün axşam adı sandıqdan “çıxarılsın”.
Halbuki, prezident belə deputatları nəzərdə tutaraq Milli Məclisin buraxılmasının və növbədənkənar seçkiyə gedilməsinin səbəbini açıqlamışdı.
Eyni sözləri 115 saylı Şəki kənd ikinci seçki dairəsindən milyonçu, “Avromed” rəhbəri Cavanşir Feyziyev haqda söyləmək olar. C.Feyziyevin üzünü seçicilər nə bundan əvvəl görürdü, nə də indi təbliğat-təşviqat kampaniyası dövründə ona dərd-sərini danışa biliblər. Öz puluna güvənən oliqarx Feyziyevin də növbəti dəfə parlamentə buraxılacağı şəkk-şübhə doğurmur.
112 saylı Qax seçki dairəsindən yenə də mebel biznesi ilə tanınan Azər Kərimli deputatlığa hazırlaşır. O da seçicilərini saymır, təbliğat aparmır və əmindir ki, ona “yaşıl işıq” yandırılacaq.
Bu mənzərə göstərir ki, Milli Məclisin buraxılmasına baxmayaraq, yeni parlament fərqli tərkibdən ibarət olmayacaq. Dairələr üzrə namizədlərə diqqət yetirəndə görünür ki, YAP-dan kifayət qədər eyni namizəd, o cümlədən iqtidaryönlü bitərəflər, biznesmenlər mandata yiyələnəcəklər.
Hakimiyyəti bərbad şəkildə müdafiə edən Elşən Musayev yenə 110 saylı Zaqatala seçki dairəsindən, heç bir fəaliyyəti olmayan Ülviyyə Ağayeva 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən, biznesdən başqa bir işi olmayan Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, həmçinin Rəsulzadəni təhqir etmiş, Elmar Vəliyevçi Naqif Həmzəyev Gəncə kimi ziyalı şəhərdə 38 saylı Nizami ikinci seçki dairəsindən namizədlikləri dəstəklənirsə, o zaman Milli Məclisin buraxılması və islahatlarla ayaqlaşan parlament formalaşdırılması niyyəti ilə uyğun gəlmir.
YAP-ın 75 yeni namizədlə seçkiyə qatılması da rəqəmlərdən ibarətdir. Çünki namizəd irəli sürmədiyi dairələrdə dəstəklədiyi iqtidaryönlü deputatların fəaliyyəti əvəlki parlamentdə bərbad olub, irəli sürdüyü dairələrin bir çoxunda isə tanınmayan həmin YAP-çıları “stavka” edilən bitərəf, biznesmen namizədlərə qurban vermək üçün irəli sürüblər...
Gundemxeber.Az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ öz qoşunlarını Suriya-Türkiyə sərhədinə qaytarmağı düşünmür
Bu gün, 09:12
Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur
Bu gün, 09:11
Günelə yüzdən çox qızıl gül verdilər
Bu gün, 09:09
Ərdoğanın Bakıda Qarabağ mövzusunda apardığı son müzakirələrin pərdəarxası - Ankara Bakının “əlini” gücləndirir...
Bu gün, 09:07
Fevralın 29-da MSK binası qarşısında keçirilməsi planlaşdırılan mitinq təxirə salınıb
Bu gün, 09:06
Gənclər Fondunun MÜƏMMA DOLU tenderləri... - 5 manatlıq şirkətlər necə qalib olur?
Bu gün, 09:04
Simgedən 4 klip birdən
Bu gün, 08:56
Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib - VİDEO
Bu gün, 08:53
Koronavirusun aşkarlandığı gürcü Azərbaycanda digərləri ilə ünsiyyətdə olub
Bu gün, 08:52
Bundan sonra Paşinyanın kompromisə getməsi real görünmür... - GƏLİŞMƏ
Bu gün, 08:51
Rövşən Bağırov 9 fevralı necə yola verdi? - Bir namizədin qeydləri...
Bu gün, 08:49
Gəncə sakini dəm qazından zəhərlənib
Bu gün, 08:47
Ər keçmiş arvadını qətlə yetirərək evini yandırdı - Salyanda DƏHŞƏT
Bu gün, 08:46
Bu gün dollar neçəyədir?
Bu gün, 08:44
Azərbaycan XİN başçısının müavini Zöhrab Mnatsakanyana cavab verib
Dünən, 18:10
Tramp koronavirusa görə iclas keçirəcək
Dünən, 18:07
Üç nəfərə və özünə qəsd edən şəxs Bakıya gətirilir - Burnu amputasiya olunub
Dünən, 18:01
Şəmkirin icra başçısından şikayət var: - "Özümü qatarın altına atacağam"
Dünən, 17:54
“Gecə 12-də görüşdük, qızın atası razılıq verdi” - Bulvardakı intiharla bağlı yeni faktlar
Dünən, 17:39
Zümrüd Yağmurun 3 tələbi təmin olundu - Rəsmən boşandılar
Dünən, 17:32
Gəncədə yeniyetmə qız dəm qazından boğularaq ölüb
Dünən, 17:31
Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı - FOTO
Dünən, 17:30
İslahatlar abonent məmnuniyyətinin təminatı üçündür - “Azəriqaz”
Dünən, 17:29
Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb - NARAZILIQ...
Dünən, 17:27
Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı
Dünən, 17:11
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Dünən, 17:09
“Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib” - İntihar edən universitet tələbəsinin atası
Dünən, 17:08
Masallıdakı dəhşətlə bağlı daha bir İDDİA: - Zorladığı qızla ailə qurubmuş
Dünən, 17:05
Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? – XİN-dən ZİDDİYƏTLİ CAVAB
Dünən, 17:01
Azərbaycanda dəhşətli cinayətin qurbanlarının kimlikləri bilindi - TƏFƏRRÜAT
Dünən, 16:57
SOCAR Ukrayna hökuməti ilə böyük hub açacaq
Dünən, 16:56
Virus Mərkəzi Bankı rəhmə gətirdi - yeni qərarla 6 min işə xitam verilə bilər
Dünən, 16:53
“İsrail həm şad, həm də faciəli günlərdə Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanır” - Səfir
Dünən, 16:50
Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıb
Dünən, 16:45
Serj Sarkisyanın məhkəməsi keçirilib
Dünən, 16:41
Kişi arvadını, qaynını və qayınanasını güllələyib, özünü vurdu - Masallıda DƏHŞƏT
Dünən, 16:39
Gəncədə 13 yaşlı oğlan dəm qazından zəhərlənib
Dünən, 16:36
Qusarın icra başçısından ehtiyat tədbirləri... - Hamı ilə əlaqəsini kəsib
Dünən, 16:34
BŞİH mitinqlə bağlı müraciətə cavab verib
Dünən, 16:28
Ana və oğlunun müəmmalı ölümü: - Əmisi intihara inanmır
Dünən, 16:26
"Azərbaycan ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir" - RƏSMİ
Dünən, 16:15
Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA
Dünən, 16:13
"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik"
Dünən, 16:12
Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə qərar verdi
Dünən, 16:09
O, yenidən Gürcüstanın başına keçə bilərmi? - TƏHLİL
Dünən, 16:08
ÜST nümayəndəsi koronavirusla bağlı Avropadakı vəziyyəti açıqladı
Dünən, 16:06
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib
Dünən, 16:04
Dələduzluğa görə həbs edilən sabiq məmur məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 16:02
“Azərişıq”la “Quş ferması” arasında 14 000 manatlıq - MƏHKƏMƏ
Dünən, 15:56
Vyanada koronavirusa görə şagirdlər təxliyə olundu
Dünən, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru