Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub .....                     Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar .....                     Rüşvət verməmək üçün ev tikintisində nələri bilmək lazımdır? .....                     Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir .....                     Qubanın icra başçısı da bu şirkətlərlə "işləyir"... .....                     Valideynlərin çoxu övladına diplom almaq arzusundadır .....                     Yenidən sərt karantin rejimi tətbiq edilə bilər .....                     XİN-in həbsdə olan şöbə müdiri .....                     Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı .....                     “Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz” .....                     Sabunçu rayonu ərazisində karantin rejimi qaydalarına əməl etməyən restoran aşkar edilib .....                     Yeni koronavirus dərmanı dayanıqlı immunitet yaradır .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır .....                     Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR .....                     Qarabağda koronavirus TÜĞYAN EDİR: .....                     Hacı İbrahimin baş mühasibi .....                     Büdcəni boşaldan lüzumsuz xərclər: Hökumət kimin pulunu kəsəcək? .....                     “Sən başqa heç nə edə bilmirsən, Nikol” .....                     Qəzənfər Ağayevin SEVİMLİ ŞİRKƏTİ .....                     "Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 948 nəfərə çatıb .....                     Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır .....                     "Yuvam" mebel müştərinin 2 min manat pulunu mənimsəyib? .....                     “Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” .....                     "Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz" .....                     Füzulidə fermerlərin suyu kəsilib .....                     Bakıda 21 yaşlı gənc bıçaqlanıb .....                     Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxub .....                     Azərbaycan neftinin qiyməti artıb .....                     “Son günlər kimlərsə məni haqq yolundan döndərməyə çalışır” .....                     Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub .....                     Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: .....                     Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur .....                     Cəlilabadda həkimi avtomobil vurub .....                     “Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...” .....                     Ağdamda bu təhsil ocağında nələr baş verir? .....                     “Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Artıq həlledici məqam yetişib və biz ona hazır olmalıyıq” .....                 

Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib
Tarix: 21-01-2020, 10:08 | Çap et
Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) maliyyə analitiki Ayaz Museyibov nüfuzlu Fitch Ratings Agentliyinin Azərbaycanla bağlı açıqladığı reytinq hesabatını ilə bağlı məqalə yazıb.

Trend-in məlumatına əsasən, məqalədə bildirilir ki, Fitch Ratings agentliyi Azərbaycanın Uzunmüddətli Xarici Valyuta emitenti reytinqini "BB+" səviyyəsində təsdiq edib. Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının və həmçinin borclarının az olması ölkənin iqtisadi-maliyyə sistemini gücləndirən amil kimi göstərilib. Azərbaycan "BB" reytinqini formalaşdıran 6 komponent üzrə qeyri-proporsional nəticələrə malik olsa da, ölkə bir çox komponentlər üzrə, xüsusilə Dünya Bankının “Doing Business” indikatorunda irəliləməsi ilə seçilib ki, bu da hesabatda xüsusi qeyd olunub. Hesabatda ölkənin kredit reytinqinin stabil olaraq qiymətləndirilməsi Dünya Bankı və Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması göstəriciləri ilə uyğunluq təşkil edir.

Ayaz Museyibov hesabatda qeyd olunan bir neçə xüsusi məqama diqqət çəkir: “Yeni qiymətləndirmədə Azərbaycanın bank sisteminin 2015-ci ilin devalvasiyasından miras qalmış aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra yenidən dirçəlməsi xüsusi qeyd olunub. Hesabatda bankların kapitallaşmasının 2018-ci illə müqayisədə 4%-ə yaxın artaraq 2019-cu ildə 23%-ə yüksəldiyi, problemli kreditlərin həcminin azaldığı, ölkənin ən böyük bankı - Azərbaycan Beynəlxalq Bankının isə mənfəətə çıxdığı qeyd olunub. Belə ki, 2018-ci ilin sonuna olan 14.5%-lik göstərici ilə müqayisədə qeyri-işlək kreditlərin həcmi göstəriciləri 11%-ə enib. Bu isə hökumət tərəfindən xüsusi proqrama start verilməsi ilə bağlıdır”.

A.Müseyibov qeyd edir ki, geniş spektrli sanasiya tədbirlərinin görülməsi, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, likvidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. 28 fevral 2019-cu il tarixində Prezident tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman” imzalanıb ki, bu da bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəminlər yaradıb. Onu da qeyd edək ki, Fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynadığı rolu digər nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Moody’s” Beynəlxalq Reytinq Agentliyi də təsdiq edilib.

Agentliyin hesabatında qeyd olunan makroiqtisadi hesablamalar Azərbaycanın real ÜDM göstəricisinin artdığını və dünya neft qiymətləri böhranından sonra bərpa olunduğunu göstərir. Belə ki, hesabatda real ÜDM-nin 2018-ci ilin 1,4% göstəricisi ilə müqayisədə 2019-cu ildə 2,4%-ə çatdığı qeyd olunub. Xüsusi əhəmiyyət kəsb edən məqam isə ondan ibarətdir ki, Agentliyin hesabatına əsasən bu artımın 3,5%-i qeyri-neft sektorunun, 0,8%-i isə neft və qaz sektorunun payına düşüb. Agentlik 2020-2021-ci illərdə Azərbaycanda iqtisadi inkişafın 2,2%-ə çatacağını proqnozlaşdırır. Həmçinin, hesabatda 2019-cu ildə ölkədə inflyasiyanın proqnozlaşdırıldığı kimi hədəf inflyasiya (4±2) çərçivəsində qərarlaşdığı qeyd olunub.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, noyabrda 12 aylıq inflyasiya hәdәf diapozonunun mәrkәzindәn dә aşağıda olmaqla 2.6% tәşkil edib və il әrzindә inflyasiya hәdәf diapozonunda qorunmaqla MDB mәkanı vә tәrәfdaş ölkәlәr arasında әn aşağı göstәricilәrdәn olub. Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Agentliyin inflyasiya ilə bağlı gələcəyə yönəlik proqnozları da pozitivdir. Belə ki, Agentlik növbəti il üçün rəsmi 4,6 %-lik inflyasiya göstəricilərinə qarşı 3,3% -lik inflyasiya proqnozlaşdırır ki, bu da tələb təzyiqi ilə əlaqələndirilir. İnflyasiya sәviyyәsinin 2020-ci ildə də qeyd olunan hәdәf dәhlizindә formalaşması isə iqtisadi şәrtlәrdә müәyyәnlik yaratmaqla iqtisadi fәallığa mühüm dәstәk verəcəkdir.

İİTKM-in analitikinin fikrincə, agentliyin hesabatında 2018-ci ildə qəbul olunan fiskal qaydaların ölkə iqtisadiyyatına müsbət təsiri, xüsusilə də neft gəlirlərinin xərclənməsi istiqamətində hökumətin davamlı addımları qeyd olunub. Fiskal siyasət qaydalarının və orta müddətli xərclər çərçivəsinin qəbul olunması da bu baxımdan əhəmiyyətli amil kimi qiymətləndirilib. Hesabatda diqqət çəkən digər mühüm bir məqam isə Azərbaycanın reallaşdırdığı qlobal enerji layihələrinin, onun makroiqtisadi sabitliyinə və maliyyə dayanıqlılığına müsbət təsirinin qeyd olunmasıdır. 2020 xərc prioritetləri arasında icbari tibbi sığorta proqramının (ÜDM-in 1,1% -i həcmində) yer aldığı və 2019-cu ildə əmək haqlarının artırılması tədbirlərindən və sosial təminatla bağlı ayırmalardan təsirlənəcəyi qeyd olunub.

Ayaz Museyibov bildirir ki, hesabatda bir sıra region ölkələri üçün müxtəlif risklər ehtimalı olsa da, Azərbaycan üçün 2020-ci ildə də sosial və siyasi sabitlik proqnozlaşdırılır:

“Müvafiq reytinq metodologiyasının hesablanmasında çoxsaylı variasiyalara əsaslanmaqla mövcud makroiqtisadi, siyasi risklər qiymətləndirilir, həmçinin ESG (ətraf mühit, sosial və idarəetmə üzrə) əsaslı investisiya elementləri üzrə də hesablamalar aparılır. Belə ki, reytinqin hesablanmasında Dünya Bankının ESG əsaslı investisiyanın əsas elementlərini özündə əks etdirən “siyasi sabitlik və hüquqlar”, qanunların rolu, tənzimləmə keyfiyyəti, kreditorların hüquqları və s. kimi çoxçeşidli reqressiya amillərinə əsaslanan idarəetmə indikatorları üzrə də hesablama aparılıb. Kredit reytinqinin təsdiqlənməsi Azərbaycan üçün bank sisteminin böhrandan çıxması istiqamətində mühüm dəstək olmaqla birlikdə gələcək müsbət reytinq dinamikaları üçün də əlverişli şərait yaradır. İlk öncə bu, Azərbaycan dövlətinin xarici borclanması üçün daha əlverişli şərtlər formalaşdırır. Kredit reytinqi suveren fondlar, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın tədiyyə qabiliyyətini ölçmək üçün yaxşı imkandır. Yəni, kredit reytinqi ölkənin borclanma xərcini müəyyənləşdirən başlıca amillərdəndir. Kredit reytinqinin neqativ dalandan çıxmasının digər bir əhəmiyyəti onun ölkənin xarici borclanması zamanı daha əlverişli şərtləri də (məsələn, borcun faizi aşağı düşür və s.) diktə etməsi ilə bağlıdır. Digər tərəfdən, yüksək kredit reytinqi tədiyyə balansına, xüsusilə kapitalın hərəkəti balansına müsbət təsir edir, çünki ölkəyə vəsait axını stimullaşır və əksinə ölkədən vəsaitin çıxarılması əngəllənir”.

Onu da qeyd edək ki, “Moody’s” reytinq agentliyi də 2019-cu ilin oktyabr ayında açıqladığı hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib. Ümumiyyətlə, son 2 ildə hər üç beynəlxalq agentlik Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı daha nikbin kredit reytinqi müəyyənləşdiriblər. Bu baxımdan Azərbaycanın kredit reytinqi hər üç agentlik tərəfindən eyni dərəcədə qiymətləndirildiyindən investorlarda inamı gücləndirir. “Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozunu təsdiq etməsi bir daha 2019-cu ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların öz müsbət nəticələrini göstərdiyini təsdiqləyir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub - Diqqət!
Bu gün, 20:03
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar
Dünən, 12:46
Rüşvət verməmək üçün ev tikintisində nələri bilmək lazımdır? - “15 gün sonra tikintiyə başlamaq olar....”
Dünən, 12:39
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir
Dünən, 12:37
Qubanın icra başçısı da bu şirkətlərlə "işləyir"... - SİYAHI
Dünən, 12:36
Valideynlərin çoxu övladına diplom almaq arzusundadır - Mahiyyət dəyişməyib
Dünən, 12:32
Yenidən sərt karantin rejimi tətbiq edilə bilər - yoluxma artarsa...
Dünən, 12:29
Kino İranla Taciksitanın arasını vurdu: - Səfir XİN-ə ÇAĞRILDI
Dünən, 12:27
XİN-in həbsdə olan şöbə müdiri ev dustaqlığına buraxıldı
Dünən, 12:24
Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı
Dünən, 12:19
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
Dünən, 12:09
Sabunçu rayonu ərazisində karantin rejimi qaydalarına əməl etməyən restoran aşkar edilib
Dünən, 12:04
Yeni koronavirus dərmanı dayanıqlı immunitet yaradır - MÜJDƏ
Dünən, 11:59
Mülayim şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Dünən, 11:58
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır - FOTOFAKT
Dünən, 11:55
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR - VİDEO
Dünən, 11:48
Qarabağda koronavirus TÜĞYAN EDİR: - Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı...
Dünən, 11:41
Rüstəm Behrudidən XƏBƏR VAR - xəstəxanadan evə buraxıldı
Dünən, 11:38
"Milyonlarla qiyməti olan bağ evi DÖVLƏT MƏMURUNUNDUR" - Ayandan ŞOK İDDİA
Dünən, 11:32
Hacı İbrahimin baş mühasibi hakim qarşısına çıxarılır
Dünən, 11:29
Büdcəni boşaldan lüzumsuz xərclər: Hökumət kimin pulunu kəsəcək? - GƏLİŞMƏ
Dünən, 11:25
“Sən başqa heç nə edə bilmirsən, Nikol” - Armen Aşotyan
Dünən, 11:19
Qəzənfər Ağayevin SEVİMLİ ŞİRKƏTİ - 1 manat 60 qəpiklik ilkin kapitalı var
Dünən, 11:14
Fəxrəddin Manafovun SON DURUMU - FOTO
Dünən, 11:11
"Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır" - deputat
Dünən, 11:09
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 948 nəfərə çatıb
Dünən, 11:03
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Dünən, 10:59
"Gözəl qızlar, unutmayın ki, oğlanların ilk gördüyü və sevdiyi qadının adı anadır"
Dünən, 10:56
"Yuvam" mebel müştərinin 2 min manat pulunu mənimsəyib? - GİLEY
Dünən, 10:53
“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” – Politoloqdan açıqlama
Dünən, 10:48
"Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz" - XİN
Dünən, 10:43
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Dünən, 10:35
Bakıda 21 yaşlı gənc bıçaqlanıb
Dünən, 10:30
Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxub
Dünən, 10:28
Azərbaycan neftinin qiyməti artıb
Dünən, 10:27
“Son günlər kimlərsə məni haqq yolundan döndərməyə çalışır” – Adil Əliyev
Dünən, 10:11
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub - Diqqət!
Dünən, 10:10
Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: - “Polisə xəbər verin”
Dünən, 10:03
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri
Dünən, 10:02
Cəlilabadda həkimi avtomobil vurub
Dünən, 09:59
“Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...” - Hüquq müdafiəçilərindən maraqlı açıqlamalar
Dünən, 09:55
Ağdamda bu təhsil ocağında nələr baş verir? - İDDİA
Dünən, 09:51
“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” - Qulamhüseyn Əlibəyli
Dünən, 09:44
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:43
“Artıq həlledici məqam yetişib və biz ona hazır olmalıyıq” - Keçmiş nazir
Dünən, 09:41
Hökumət və səhiyyə sistemi birgə çevik çalışarsa... - xəstəliyin yayılmasının qarşısı alına bilər
Dünən, 09:38
Hacı Zeynalabdin bələdiyyə hoqqabazlığı - Cavabı heç kim tapa bilmir...
Dünən, 09:34
Vəkillər Kollegiyasının Aparat rəhbərinə yeni vəzifə verilib - AÇIQLAMA
Dünən, 09:29
"Vaqif Əlisoyun 65 yox, 60 yaşı var" - Deputatdan nazirə AÇIQ MƏKTUB
Dünən, 09:27
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru