Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib .....                     Hesablama Palatası üç qurumun büdcə vəsaitindən istifadəsini yoxlayıb .....                     Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial .....                     Ağ Evin Qarabağ siyasəti: İkiləşməyə səbəb nədir? .....                     Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı .....                     “Çin koronavirus üzərində qələbə çalacağına əmindir və buna qadirdir” .....                     Sabah dollar neçəyə olacaq? .....                     “FONDUN AKTİVLƏRİ HESABINA BÖYÜK PULLAR QAZANIRLAR...” .....                     27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb .....                     MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı .....                     Ağac kəsən şirkət cəzalanıb .....                     MSK 29 saylı dairə ilə bağlı şikayəti təmin etmədi .....                     Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb .....                     MSK-nın iclasında seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır .....                     Konstitusiya Məhkəməsi MM-ə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək .....                     İlk Novruz hədiyyəniz Azercell-dən olsun .....                     Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib .....                     Arif Alışanov yenə sifariş verə biləcəkmi? .....                     Bu gün MSK Milli Məclisə seçkilərə yekun vuracaq .....                     AZPROMO agentliyə çevrildi .....                     Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi .....                     “Qardaşım Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikrini eyni ilə təkrar etmək istəyirəm” .....                     Məktəblərdə dərslər dayandırılır? .....                     ““BAŞ”sız qalan Neftçala rayonunda vətəndaşların hüquqları pozulmaqda davam edir” .....                     Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi .....                     Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb .....                     Həbs edilən İsmayıl Vəliyevin səlahiyyətlərini kim icra edəcək? .....                     "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti .....                     Oqtay Şirəliyevlə Fəxrəddin Qoca arasında XƏYALİ KORONAVİRUS SÖHBƏTİ .....                     Astaranın baş həkimi işdən çıxarıldı .....                     Dövlət Bahçeli Xocalı soyqırımından bəhs etdi .....                     Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu .....                     Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib .....                     Yarıboş vitrinlər, yoxa çıxan dərmanlar, 3,5 manatlıq maska, depodan xəbərdarlıq: .....                     Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: .....                     Oqtay Əsədovun yerinə sədr kim olacaq? .....                     Ərdoğanin Azərbaycana rəsmi səfəri başlayıb .....                     “Daxili işlər orqanları inam və etimadı doğruldur” .....                     Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın .....                     Paşinyan xalqın diqqətini problemlərdən yayındırmağa çalışır .....                 

"Kontakt Home" şefinin deputatlıq arzusu - İTTİHAM
Tarix: 21-01-2020, 08:38 | Çap et
"Kontakt Home" şefinin deputatlıq arzusu
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər namizədlərin çoxluğu və rəngarəngliyi ilə diqqət çəkir. Orta məktəb müəllimindən tutmuş, heç bir yerdə işləməyənə, fermerdən tutmuş iş adamına qədər müxtəlif peşədən və təbəqədən olan insanlar seçilmək hüququndan istifadə edir. Bu, Azərbaycanın demokratikləşməsi yolunda mühüm addımdır və dövlətin seçmək və seçilmək hüququnu müdafiə etməsi təqdirəlayiqdir. Hərçənd, namizədlər arasında elə şəxslər var ki, onların ümumiyyətlə seçki prosesinə qoşulması yenilənən Azərbaycanın imicini ictimai rəydə zədələyir.

Belə namizədlərdən biri də Elnur Allahverdiyevdir. Bu şəxsin namizədliyini irəli sürməsi qızğın və maraqlı seçki prosesinə xələl gətirən məqamlardandır. Onun namizədliyinin hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi isə cəmiyyətin haqlı nifrətinə səbəb olur və təbii olaraq, “Ümumilli lider Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin lideri olduğu, nəinki Azərbaycanın, ümumilikdə regionun ən böyük və güclü partiyası ictimai rəydə “sələmçi” ləqəbi ilə tanınan Elnur Allahverdiyev kimilərəmi qalıb” sualını yaradır.

Əldə etdiyimiz məlumata görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır.

Hazırda deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olaraq irəli sürdüyü Elnur Allahverdiyev seçicilərlə görüşlər keçirir. Və bu adam, sələmçilik edən, vətəndaşların cibinə girən, insanların ləyaqətini alçaldan, sözün gerçək mənasında “faciə istehsalçısı” olan bu adam seçicilərinə “haqdan ədalətdən, yaxşı gələcəkdən” dəm vurur, onlara kömək edəcəyinin sözünü verir. Onun bütün vədlərinin yalan olduğunu və yalnız seçki müddətinə hesablandığını, seçkilər bitəndən sonra heç bir vətəndaşın nəinki qapısını döyməyəcəyi, öz qapılarını da vətəndaşların üzünə bağlayacağı dəqiqdir.

E.Allahverdiyevin vətəndaşların başına açdığı oyunlarla bağlı mətbuatda yayılan faktlar hər şeyin belə olacağını asanlıqla deməyə əsas verir.

Əziz oxucu, E.Allahverdiyevin jurnalist həmkarlarımızdan birinin başına açdığı oyundən bəhs edək, sizlər də nəticəni özünüz çıxarın.

Həmkarlarımızdan biri “Kontakt Home” mağazalar şəbəkəsinin 3-cü mikraryon dairəsində yerləşən mağazasından kreditlə mobil telefon alıb. Cəmi bir gün sonra xarab olan telefonu qaytarmaq istəyəndə mağaza imtina edib. Halbuki, mövcud qanunvericilik istehlakçının bütün məhsulların 14 gün ərzində geri qaytarılmasını tələb edir. Həmkarımız mövcud qanunvericiliyi göstərib, özünün jurnalist olduğunu deyib, lazımi yerlərə şikayət edəcəyini bildirib, aldığı cavabsa belə olub:

– Nə qanun, kimdir qanunu sayan, get kimə deyirsən denən, arxamızda Elnur Allahverdiyev dayanıb, heç kim heç nə edə bilməz.

Həmkarımız deyir ki, məsələ təkcə qanunsuzluq etmələri yox, həm də kobudluq etmələri və heç kimi saymamalarıdır.

Elnur Allahverdiyevin rəhbərlik etdiyi “Kontakt Home” həmkarımıza həm işləməyən telefon satıb, həm də 415 manat ziyan vurub. İndi həmkarımız soruşur: Elnur Allahverdiyev bu ölkədə qanunlardan üstündürmü?!

Jurnalist həmkarımız E.Allahverdiyevin “böyük biznesi”nin qurbanlarından yalnız biridir. Mətbuatda yayılan informasiyalar qurbanların sayının yüzlərlə, minlərlə olduğunu təsdiqləyir.

E.Allahverdiyevin əsas gəlir yeri sələmçilikdir. Belə ki, “Kontakt Home” bank, yaxux kredit təşkilatı olmadığı halda məhsullarını kreditlə satır. Məhsullarının böyük qismi də ya yararsız olur, ya da “Çin malı” dediyimiz keyfiyyətsiz mallardır, lakin hər məhsulun üstünə 40 faizdən çox pul qoyulur. Alıcıların sözlərinə görə, “Kontakt Home”də məhsulu satarkən, olduqca nəzakətli davranırlar, lakin ödənişlərə gələndə şirkət əsl üzünü göstərir. Alıcıların ən çox üzləşdiyi problemlərdən biri də bu mağazaya olan borclarının bitməməsidir. Belə ki, şirkət məhsulun qiymətini istədiyi formada hesablayır və kredit ödənişi başa çatanda əlavə ödəniş də tələb edirlər. İmtina etdikdə isə məhkəmə, yaxud fiziki təqiblə hədələyirlər. Bununla yanaşı, bank, yaxud kredit şirkəti olmadığı halda kredit verən “Kontakt Home” minlərlə manat vergini ödəməkdən də yayınır.

"Kontakt Home" şefinin deputatlıq arzusu

“Kontakt Home”nin fırıldaqları haqda faktları sadalamaqla bitmir. Misal üçün, müştərilərdən biri deyir ki, telefonu alanan iki ay sonra servisə gətirmək məcburiyyətində olub. 14 günə düzələcəyinə söz versələr də, iki aydan çox çəkib.

“LG Q6” markalı telefonu 800 manata kreditə götürmüşdüm. Artıq telefona yox, verdiyim 800 manata yanıram. Telefon servisdə olduğu halda mən aylıq krediti ödəyirdim. İki aydan çox servisdə qaldı”, – vətəndaş danışır.

Şikayətçilər eyni zamanda, “Kontakt Home” kredit şərtlərini asan edərək müştəriləri aldatdığını qeyd edirlər. Onların dediyinə görə, bunun əvəzinə məhsullar digər mağazalarla müqayisədə həddən artıq baha qiymətə insanlara satılır. Şirkətin saytında paltaryuyan “Gorenje W7523A/S”in qiyməti 703.2 AZN göstərilib. Reklamda 12 ay faizsiz yazılıb. Kredit şərtlərində paltaryuyan maşının ödənişi 12 ay boyunca 74 manatdan təklif olunur. Bunu hesabladıqda isə 12 ay boyunca ödənilən cəmi məbləğ 888 manat olur ki, bu da öz qiymətindən 185 AZN (26.3%) çoxdur. Şirkət faizsiz verdiyi kreditdən 200 manata qədər əlavə pul qazanır.

Göründüyü kimi, Elnur Allahverdiyevin “Kontakt Home” şirkəti vətəndaşlara əsl müsibət yaşadır. İnsanları aldadan, onların cibinə girən, min cür fırıldaqla məşğul olan Allahverdiyev indi deputat olmaq istəyir ki, yumşaq kresloda oturub zülmə daha rahat davam etsin?! Belə bir adamı kim müdafiə edir, yaxud Prezident İlham Əliyevin Azərbaycanın güclənməsi, vətəndaşların rifahının yüksəlməsinə hesablanmış köklü islahatlarının “kölgəsində” gizləməyinə, xal qazanmağına kim dəstək verir?! O şübhəsizdir ki, E.Allahverdiyevin nəinki deputat seçilməsi, ümumilikdə namizədliyini verməsi belə qanunverici orqanın ictimai rəydəki legitimliyini indidən zəiflədir.

Vahid Məmmədov

Mənbə: https://telegra.ph/V%C9%99t%C9%99nda%C5%9Flara-m%C9%99n%C9%99vi-terror-ya%C5%9Fadan-namiz%C9%99d-01-20 (https://www.aztoday.az/news/64439.html)

//Aztoday.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib
Dünən, 17:36
Hesablama Palatası üç qurumun büdcə vəsaitindən istifadəsini yoxlayıb
Dünən, 17:27
Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİL
Dünən, 17:24
Ağ Evin Qarabağ siyasəti: İkiləşməyə səbəb nədir? - TƏHLİL
Dünən, 17:13
Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı
Dünən, 17:11
“Çin koronavirus üzərində qələbə çalacağına əmindir və buna qadirdir”
Dünən, 17:10
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:08
“FONDUN AKTİVLƏRİ HESABINA BÖYÜK PULLAR QAZANIRLAR...” - İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar
Dünən, 17:08
27 saylı Sabunçu II Seçki Dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
Dünən, 17:04
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Dünən, 17:03
Ağac kəsən şirkət cəzalanıb
Dünən, 16:56
MSK 29 saylı dairə ilə bağlı şikayəti təmin etmədi
Dünən, 16:52
Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb
Dünən, 16:50
MSK-nın iclasında seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır
Dünən, 16:41
Konstitusiya Məhkəməsi MM-ə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək
Dünən, 16:40
İlk Novruz hədiyyəniz Azercell-dən olsun
Dünən, 16:35
Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Dünən, 16:34
Arif Alışanov yenə sifariş verə biləcəkmi?
Dünən, 16:28
Bu gün MSK Milli Məclisə seçkilərə yekun vuracaq
Dünən, 16:25
AZPROMO agentliyə çevrildi
Dünən, 16:23
Ceki Çan koronavirusa görə karantinə alındı
Dünən, 16:22
Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi
Dünən, 16:15
“Qardaşım Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikrini eyni ilə təkrar etmək istəyirəm” - Ərdoğan
Dünən, 16:14
Məktəblərdə dərslər dayandırılır? - Təhsil Nazirliyi açıqladı
Dünən, 16:12
““BAŞ”sız qalan Neftçala rayonunda vətəndaşların hüquqları pozulmaqda davam edir” - KAMRAN ƏSƏDOV
Dünən, 16:10
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
Dünən, 16:07
Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb
Dünən, 16:04
Həbs edilən İsmayıl Vəliyevin səlahiyyətlərini kim icra edəcək?
Dünən, 15:59
"Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti - SİYAHI
Dünən, 15:57
Oqtay Şirəliyevlə Fəxrəddin Qoca arasında XƏYALİ KORONAVİRUS SÖHBƏTİ – STENOQRAM
Dünən, 15:53
Astaranın baş həkimi işdən çıxarıldı
Dünən, 15:50
"Başımdan vururdular, ağlayırdım" – Şəbnəm Tovuzlu
Dünən, 15:48
Azərbaycanlı aktyorların toy tarixi bəlli oldu
Dünən, 15:41
Dövlət Bahçeli Xocalı soyqırımından bəhs etdi
Dünən, 15:35
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu - FOTO
Dünən, 15:32
Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib
Dünən, 15:30
Yarıboş vitrinlər, yoxa çıxan dərmanlar, 3,5 manatlıq maska, depodan xəbərdarlıq: - Bakının koronavirus hazırlığı
Dünən, 14:12
Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: - BDU-nun rektoru YÖK sədrini Bakıda necə aşağıladı?
Dünən, 14:07
Oqtay Əsədovun yerinə sədr kim olacaq? – Milli Məclisin rəhbərliyi yenilənir
Dünən, 14:00
Ərdoğanin Azərbaycana rəsmi səfəri başlayıb
Dünən, 13:43
“Daxili işlər orqanları inam və etimadı doğruldur” - Vilayət Eyvazov
Dünən, 13:15
Azərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın DANIŞDI
Dünən, 13:13
Paşinyan xalqın diqqətini problemlərdən yayındırmağa çalışır
Dünən, 13:00
Xaçmazda yaşayış binasının damını külək uçurub
Dünən, 13:00
Masallı sakinləri nazirdən hamamın bərpasını istəyiblər
Dünən, 12:56
Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib
Dünən, 12:53
Gürcüstanda azərbaycanlılar yolu bağladı
Dünən, 12:48
Sabah gün ərzində mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:47
Deputatın adı QALMAQALDA - İDDİA
Dünən, 12:45
Əməkdar artist bu halını görənləri təəccübləndirdi - VİDEO
Dünən, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru