Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" .....                     Naqif Həmzəyevin uğurlu görüşlər seriyası .....                     Bakı şəhər prokurorluğunda .....                     Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib .....                     BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi .....                     FİFA Azərbaycan klublarının transferlərdən 100 min dollar ziyana düşdüyünü açıqlayıb .....                     Deputatlığa namizədlərin sayı açıqlanıb .....                     "Onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər" .....                     "AFB Bank"da yeni təyinat .....                     "Azərsun"un Bakıdakı ofisi qarşısında etiraz aksiyası KEÇİRİLDİ .....                     Azərbaycan və Monqolustan prezidentləri görüşüblər .....                     Leriki İqbal Məmmədova peşkəş edən kimdir? .....                     Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub .....                     Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: .....                     Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb .....                     "Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" .....                     Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Vilayət Eyvazov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib .....                     Azərbaycanda məktəbli geyimləri hansı formada olmalıdır? .....                     Dövlət Komitəsi məcburi köçkünlərin yaşamadıqları mənzillərin boşaldılmasına aydınlıq gətirib .....                     DSMF Dövlətin Ana Qanununu tanımır? .....                     Liviya Milli Ordusu Tripolini vurdu .....                     Ziyad Səmədzadə seçki qanununu vecinə almır .....                     Məhkəmə erməni generalın ölümünü gözləyir .....                     Metroda cibgirlik edən şəxs saxlanılıb .....                     Taleh Qaraşovun işçiləri belə işləyir .....                     Adil Vəliyev kimi başçı varsa... .....                     Bu, Mingəçevirin adına ayıbdır... .....                     Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür? .....                     “Bu rayona həyatında ayağı dəyməyən Sadiq Qurbanov...” .....                     Pompeo ilk dəfə Belarusa səfər edəcək .....                     Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənilib .....                     Zərgərin oğlunu öldürən "Pulya Nəriman”la bağlı qərar elan olunub .....                     “Əli Kərimli cəbhəçiləri şantaj edib mitinqlərə çıxarırdı” .....                     26 yaşlı üç uşaq anası Əfsanənin yaşadığı dəhşət: .....                     Kəlbəcər “sakini”, politoloq Kənanyan Tərtərçayın üstündə SES tikintisinə görə aclıq elan edib .....                     10 milyon manatlıq sistem niyə çökdü? .....                     Güclü cənub-qərb küləyi əsəcək .....                     3 övladıyla itkin düşən qadından gözlənilməz qərar: .....                 

“Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq” - Tural Gəncəliyev
Tarix: 16-01-2020, 13:08 | Çap et
 “Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq”
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyevin Lent.az -a müsahibəsi


- 2020-ci ildə Qarabağla bağlı danışıqlarda tərəflər arasında hər hansı razılıq əldə edilməsini mümkün sayırsınızmı?

- Biz, Dağlıq Qarabağ azərbaycanlıları olaraq, hələ də münaqişənin sülh yolu ilə nəticələnəcəyinə ümid edirik. İstənilən halda, 2020-ci ildən də ümidlərimizi kəsmirik. 2020-ci ildə münaqişənin tənzimlənməsi istiqamətində bizi böyük nəticələr, irəliləyişlər gözləyə bilər. Təsadüfi deyil ki, bu baxımdan icmanın da fəaliyyəti keçən il ərzində daha da intensivləşib. Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, münaqişənin həllində maraqlı tərəf kimi rolumuzu və mövqeyimizi çox gücləndirmişik. Bununla da ermənilərin 3-cü tərəf qismində təkcə Dağlıq Qarabağ ermənilərini irəli sürməsi kimi təxribatçı cəhdlərinin qarşısını almışıq. Düşünürəm ki, 2020-ci ildən münaqişənin tənzimlənməsi ilə bağlı nəticələri gözləməyə dəyər.


- 2019-cu illə bağlı səsləndirilən bu cür optimist proqnozlar özünü doğrultmadı. 2020-ci ildə Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi nə dərəcə inandırıcıdır?

- Məsələyə geniş aspektdən baxmaq lazımdır. Azərbaycan regionda lider ölkədir. Rəsmi Bakının atdığı addımlar, həyata keçirdiyi beynəlxalq layihələr, yürütdüyü xarici siyasət təsdiqləyir ki, ölkəmiz Ermənistanı beynəlxalq, humanitar hüquq baxımından, istərsə də iqtisadi göstəricilər baxımından üstələmişdir. Ermənistanın sülhə məcbur edilməsi an məsələsidir. Müvafiq proseslər lazım olan məcrada inkişaf edərsə, 2020-ci ildən gözləntilərimiz çox böyükdür. Beynəlxalq ictimaiyyətin də Ermənistana təsiri bu il daha da artmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, vasitəçi olaraq, Ermənistanı məcbur etməlidir ki, işğalçı qoşunlarını torpaqlarımızdan çıxarsın. Biz yenə də münaqişənin sülh yolu ilə həll edilməsini daha üstün hesab edirik. Amma bizim BMT-nin nizamnaməsi ilə təsbit olunmuş hüquqlarımız var. Bu, bizə öz torpaqlarımızı istənilən yolla azad etməyə imkan verir və beynəlxalq hüququn prinsipləri ilə uyğundur. Bu hüquqdan istifadə etməyimizin qarşısını alan heç bir faktor yoxdur.

- Bundan öncə Qarabağdakı icmalar arasında da danışıqlar məsələsi gündəmə gəlmişdi. Qarabağın Azərbaycanlı İcmasının bu il danışıqlara aktiv qoşulması mümkündürmü?

- Biz Dağlıq Qarabağ Azərbaycanlı icmasının keçən il ərzində aktiv fəaliyyətini müşahidə etdik. İcmanın beynəlxalq istiqamətdə də fəaliyyəti çox genişləndi. Hazırda Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsi üçün danışıqlar davam etdirilir. Əgər məqsədəuyğun hesab edilsə, icmalararası dialoq vasitəsi ilə biz də prosesə öz töhfəmizi verməyə hazırıq. Bunun baş verməsi üçün Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsinin şahidi olmalıyıq. Ermənistana xüsusi təzyiq olunmalıdır ki, o bizim öz torpaqlarımıza geri qayıtmağımıza mane olmasın, mülkiyyət və digər hüquqlarımızın bərpa olunmasına heç bir əngəl törətməsin.

Keçən il ərzində biz ölkə daxilində və beynəlxalq arenada mühüm istiqamətdə işlər gördük. Bununla Dağlıq Qarabağ Azərbaycanlı icmasının münaqişənin həllində maraqlı tərəf kimi güclü faktor olduğunu göstərdik. Qısa zamanda biz öz gücümüzü və mövqeyimizi hamıya sübut etdik. Erməni tərəfi də bizim fəaliyyətimizdən sonra təşviş içərisindədir. Çünki onlar məhz Dağlıq Qarabağ Azərbaycanlılarının səsinin bu qədər ucadan gələcəyini gözləmirdilər. Ermənilər hesab edirdi ki, bizim susmağımız davam edəcək və meydanda tək qalaraq onlar istədiyi yalanları dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəklər. Amma Dağlıq Qarabağın Azərbaycanlı icması olaraq fəaliyyətimiz nəticəsində erməni yalanları və iftiraları ifşa olundu. Bu ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.


- İcmalararası dialoqdan bəhs etdiniz. Bir müddət öncə erməni-azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Qarabağ icmasının erməni jurnalistlərlə Bakıda görüşü oldumu? Bu səfərlər münaqişənin həllinə müsbət mənada hansısa töhfə verdimi?

- Mən həmin vaxt Los-Ancelesdə səfərdə idim. Ona görə də onlarla görüşə bilməmişdim. Lakin icmanın üzvü həmin jurnalistlərlə görüşlərdə iştirak etmişdi və icmamızın mövqeyini onların diqqətinə çatdırmışdı. Ümumiyyətlə, erməni tərəfinin bu səfərdən sonra şou yaratması bizim hamımızı məyus etdi. Azərbaycan tərəfi bu səfərlərə konstruktiv mövqedən baxsa da, münaqişənin həlli üçün imkan kimi görsə də, ermənilər əksinə bu səfərlərdən təxribat, şou məqsədilə istifadə etdilər. Bu da bir daha göstərir ki, Ermənistan münaqişənin tənzimlənməsində maraqlı deyil. Onlar istənilən görüşdən, səfərdən istifadə edərək hər vasitə ilə münaqişənin uzanması üçün imkanlar axtarırlar.

- Belə olan təqdirdə bu səfərlər davam etdirilməlidirmi?

- Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ortada olduqca bu səfərlərin heç bir nəticəsi olmayacaq. Jurnalistlər arasında səfərlərin heç bir əhəmiyyəti olmadığından hazırkı dövrdə buna lüzum görmürəm. Əgər Ermənistan tərəfi keçirilən görüşlərdən hər hansı nəticə çıxarardısa, bu görüşlərin davam etdirilməsindən danışmaq olardı. Amma indiki şəraitdə bunun mənası yoxdur.


- Qondarma rejimdə bu il “prezident seçkisi” keçiriləcək. Sizcə bu “seçki”dən sonra formalaşacaq yeni hakimiyyət konfliktə hansı formada təsir göstərəcək?

- Qondarma rejimin qondarma seçkilərini heç kim tanımır. Burada baş verənlər sadəcə teatr, oyundur. Azərbaycanlı icması öz torpaqlarına geri qayıda, öz torpaqlarımızda keçirilən seçkilərdə iştirak edə bilmirsə, orada keçirilən istənilən proses qanunsuzdur. Ona görə də heç bir nəticə və dəyişiklik gözləmirəm.


- Azərbaycan bu “seçki”nin qarşısını almaq və bölgəyə xarici müşahidəçilərin gəlməsinə mane olmaq üçün nə etməlidir?

- İşğal olunmuş ərazilərimizdə olan qanunsuz fəaliyyətlər hər zaman dövlətimizin diqqətindədir. Nəinki seçkilərə xarici müşahidəçilərin gəlməsinin, ümumiyyətlə, ermənilərin qanunsuz əməllərinin qarşısını almaq üçün bütün dövlət qurumları, xaricdəki səfirliklərimiz məsələni daim nəzarətdə saxlayırlar. Ermənistan, istər müşahidəçilər olsun, istər digər şəxslər olsun, onları aldadaraq işğal olunmuş torpaqlara aparır.


- Bu halların qarşısını necə almalıyıq?

- Xüsusi təbliğat formalardan istifadə edərək Dağlıq Qarabağın işğal olunmuş zona olduğunu beynəlxalq arenada bütün qurumların diqqətinə çatdırmalıyıq. Burada həyat fəaliyyətinin riskli olması xüsusilə diqqətə çatdırılmalıdır.


- Bəs bu vasitələrdən istifadə edə bilirikmi?

- Əlbəttə. İşğal altında olan torpaqlara səfər edən, tədbir keçirən şəxslərin, təşkilatların sayına baxsaq, bunu görərik. Ermənilər bu məsələyə beynəlxalq ictimaiyyətin yanaşmasına bələddirlər. İşğal olunmuş torpaqlara əsasən ya ermənilər tərəfindən aldadılmış şəxslər, yaxud da ermənipərəst şəxslər səfər edir. Bu torpaqlara hansısa böyük axın olmasından, kütləvi tədbirlərin keçirilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq. Ona görə də onlar bu torpaqlarda qanunsuz səfərlər keçirməkdə maraqlıdırlar, qanunsuz fəaliyyətlə buradakı resursları mənimsəyirlər. Bu vəziyyətin müvəqqəti olduğunu bildiklərindən, hazırda oğurluq, talamaq işi ilə məşğuldur.

- Bir az da Dağlıq Qarabağın Azərbaycanlı icmasının 2020-ci il planlarından bəhs edək...

- 2020-ci ildə icma fəaliyyətini daha da genişləndirəcək. Beynəlxalq səfərlər, ölkə daxilində icma üzvləri ilə görüşlərin sayı daha da artacaq. Biz öz fəaliyyətimizlə düşməni ifşa etməkdə davam edəcəyik. Biz sülh istəyirik və erməni icması ilə birlikdə yaşamağa hazırıq. Bu, bizim əsas mesajımızdır. Onlar da təəssüf ki, Ermənistanın və onun əlaltısı olan qanunsuz rejimin caynağından qurtara bilmirlər. Ona görə də, bizim istəyimizə müsbət cavab verə bilmirlər. Amma mən əminəm ki, orada elə ermənilər var ki, onlar da Azərbaycanın ərazi bütövlüyü şəraitində bizimlə birlikdə yaşamaq istəyirlər.

Rusiyanın müxtəlif vilayətlərində yaşayan bəzi erməni icmasının nümayəndələri var ki, onlar müxtəlif vasitələrlə bizə məlumatlar göndərirlər. Xüsusilə də keçmiş və orta yaşlı ermənilər keçmişdə birgə yaşadığımız dövrləri xatırlayır. Bəlli kənar qüvvələrin başlatdığı münaqişə nəticəsində onların da həyatı alt-üst olub.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" - FOTO
Dünən, 18:16
Naqif Həmzəyevin uğurlu görüşlər seriyası - VİDEO
Dünən, 18:11
Azərbaycanlı iş adamının qızının ilginc fotoları
Dünən, 18:07
Bakı şəhər prokurorluğunda - FOTO
Dünən, 18:05
Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib - Şuşadan məktub gətirdilər
Dünən, 18:00
BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi – “Görünməyən bir əl faktları ört-basdır edir?”
Dünən, 17:57
FİFA Azərbaycan klublarının transferlərdən 100 min dollar ziyana düşdüyünü açıqlayıb
Dünən, 17:55
Deputatlığa namizədlərin sayı açıqlanıb
Dünən, 17:54
"Onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər" - DİN
Dünən, 17:45
"AFB Bank"da yeni təyinat
Dünən, 17:44
"Azərsun"un Bakıdakı ofisi qarşısında etiraz aksiyası KEÇİRİLDİ - VİDEO
Dünən, 17:43
Real xəbərlərdən fərqli olaraq, saxta xəbər həmişə “partladır” - MTRŞ
Dünən, 17:36
Azərbaycan və Monqolustan prezidentləri görüşüblər - FOTO
Dünən, 17:33
Leriki İqbal Məmmədova peşkəş edən kimdir? - Nə qanun bilirlər, nə də qayda...
Dünən, 17:32
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub - FOTO
Dünən, 17:29
Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: - “9 milyon manatlıq elektron sistem niyə işləmir?”
Dünən, 17:28
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb - FOTO
Dünən, 17:19
"Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" - QALMAQAL
Dünən, 17:16
Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib - FOTO
Dünən, 17:13
İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
Dünən, 17:08
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
Vilayət Eyvazov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib - FOTO
Dünən, 17:04
Azərbaycanda məktəbli geyimləri hansı formada olmalıdır?
Dünən, 16:55
Dövlət Komitəsi məcburi köçkünlərin yaşamadıqları mənzillərin boşaldılmasına aydınlıq gətirib
Dünən, 16:40
DSMF Dövlətin Ana Qanununu tanımır? - İTTİHAM
Dünən, 16:36
Liviya Milli Ordusu Tripolini vurdu
Dünən, 16:34
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Dünən, 16:18
Məhkəmə erməni generalın ölümünü gözləyir
Dünən, 16:16
Metroda cibgirlik edən şəxs saxlanılıb
Dünən, 16:14
Taleh Qaraşovun işçiləri belə işləyir - Vətəndaş problemini araşdırmaqdan belə imtina edirlər...
Dünən, 16:12
Bayram Nurlu bu namizədlərin TƏBLİĞATINA BAŞLADI — Aralarında YAP-ın tanınmış üzvü də var
Dünən, 16:06
Adil Vəliyev kimi başçı varsa... - Güzəran da belə olmalıdır
Dünən, 16:03
"Kimlər namizədliyi irəli sürüb mənim xəbərim yoxdur"
Dünən, 16:01
Bu, Mingəçevirin adına ayıbdır... - FOTO
Dünən, 15:57
Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür? - ARAŞDIRMA
Dünən, 15:50
“Bu rayona həyatında ayağı dəyməyən Sadiq Qurbanov...”
Dünən, 15:49
İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib
Dünən, 15:44
Pompeo ilk dəfə Belarusa səfər edəcək
Dünən, 15:32
Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənilib
Dünən, 15:28
Zərgərin oğlunu öldürən "Pulya Nəriman”la bağlı qərar elan olunub
Dünən, 15:24
“Əli Kərimli cəbhəçiləri şantaj edib mitinqlərə çıxarırdı” - AXCP-nin sabiq funksioneri
Dünən, 13:16
26 yaşlı üç uşaq anası Əfsanənin yaşadığı dəhşət: - Əri qırmancla döyürmüş
Dünən, 13:13
Kəlbəcər “sakini”, politoloq Kənanyan Tərtərçayın üstündə SES tikintisinə görə aclıq elan edib - BƏS BAKIDA BUNDAN NARAHAT OLAN VAR?
Dünən, 13:09
10 milyon manatlıq sistem niyə çökdü? - “Ciddi məsuliyytətsizlik ediblər”
Dünən, 13:07
Güclü cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 13:04
3 övladıyla itkin düşən qadından gözlənilməz qərar: - Ərindən ayrılır, anasından İMTİNA EDİR
Dünən, 12:58
“Kiminsə, qonşusu, qohumu ilə münasibətlər seçkinin keçirilməsinə təsir etməməlidir” - MSK sədri
Dünən, 12:56
Keçmiş nazirin çoxmilyonluq biznes imperiyası üzə çıxdı: - Şadlıq sarayları, ticarət mərkəzləri, dəbdəbəli villalar, şirkətlər, otellər...
Dünən, 12:54
İranda türk dilində kitab çap edən nəşriyyat və kitab evi qapadıldı –Sahibi həbs olundu
Dünən, 12:52
Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR - GƏLİŞMƏ
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru