Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb .....                     Allahşükür Paşazadə xalqa müraciət etdi .....                     Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı bütün tərəflər maksimum təmkinli olmalıdır .....                     Hərbi vəziyyət dövründə dəfn mərasimlərində iştirak qaydaları açıqlanıb .....                     ““Qarabağ şikəstəsi”ni Qarabağda ifa edəcəyim günü gözləyirəm” .....                     Paşinyan tezliklə “ağ bayraq” qaldıra bilər: .....                     “Rusiya qonşularının daxili siyasətinə qarışmır” .....                     “Azərbaycanın növbəti parlament iclasları Şuşada keçiriləcək” .....                     Ermənilər İran ərazisini raket atəşinə .....                     FIFA klub prezidentini futboldan ömürlük uzaqlaşdırdı .....                     "Dünən mənə bir nəfər zəng vurub bu şad xəbərləri verdi" .....                     Komendant saatı müddətində xəstəxanaların fəaliyyət qaydası məlum olub .....                     "Allah ordumuza güc versin" .....                     Komendant saatı müddətində KİV-in fəaliyyətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək .....                     Komendant saatı müddətində təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir .....                     Yazıçılar Birliyindən Azərbaycan Ordusuna dəstək .....                     DİQQƏT: DANIŞIR LƏNKƏRAN! .....                     “Bu gün xalq bir ordu və hər birimiz bir əsgərik" .....                     Cəbhə xəttindəki enerji infrastrukturuna zərər dəyib .....                     Hərbi vəziyyət dövründə fəaliyyətinə icazə verilən dövlət orqanları müəyyənləşib .....                     İrəvan erməniləri Qarabağdan çıxarmağa hazırlaşır .....                     DİN-dən komendant saatı ilə bağlı .....                     AFFA 13 yaşlı futbolçunun ölümü ilə bağlı FIFA və UEFA-ya məktub göndərib .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər" .....                     Füzuli geri alındı .....                     Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb .....                     Azərbaycanda xüsusi karantin rejimi noyabrın 2-dək uzadıldı .....                     Ermənistanın milli valyutası ucuzlaşır .....                     Ermənistanın milli valyutası ucuzlaşır .....                     Azərbaycanlı analardan erməni qadınlara XƏBƏRDARLIQ: .....                     “Donald Tramp bu açıqlaması ilə Paşinyana demək istədi ki...” .....                     Ermənilər Qarabağa ölümə göndərilir: .....                     Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə .....                     Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib .....                     İnternet məhdudiyyətini qıran .....                     Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib .....                     "Bu gün Ermənistan və Azərbaycan xalqları üçün çətin bir zamandır" .....                     “Hər kəsin torpaqlarımızın azadlığı ideyası ətrafında birləşməsi çox yaxşıdır” .....                     Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır .....                 

"2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü, razılaşmışdınızmı?" - QALMAQAL
Tarix: 15-12-2019, 19:29 | Çap et
"2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü, razılaşmışdınızmı?"
Ölkənin siyasi gündəminin əsas mövzusu gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləridir.

Cebhe.info saytı və “Cümhuriyət” qəzeti partiya sədrləri, tanınmış siyasətçilər, ictimai xadimlərlə aktual mövzuların müzakirəsini davam etdirir. Növbəti qonağımız ReAl Partiyası sədrinin müavini Natiq Cəfərlidir.

N.Cəfərli ilə ölkədəki son ictimai-siyasi durumu, növbədənkənar parlament seçkilərini və müxalifətdaxili məsələləri müzakirə etdik.

“Keçən ilin sentyabrından seçkiyə hazırlaşırdıq”

-Natiq bəy, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini öncədən də deyirdiniz, hətta seçkilərə hazırlaşdığınızı bəyan etmişdiniz. Növbədənkənar seçkiləri şərtləndirən amillər nə idi? Ümumiyyətlə, müxalifətin seçkilərə hazırlığı hansı səviyyədədir?

-Hakimiyyətin icra qolunda dəyişikliklər bir neçə ay öncədən sürətlənməyə başladı. Əvvəlcədən də müəyyən addımlar atılırdı. Amma son aylar, əsasən payızın ilk iki ayında çox ciddi hadisələr baş verdi. Bu dəyişikliklərin kontekstində qanunvericilik hakimiyyətinin də dəyişməsi daha da aktuallaşdı. Çünki obrazlı ifadə etsək, qanunverici hakimiyyətdə təmsil olunan deputatların çoxu artıq siyasi səhnədən silinmiş məmurların, oliqarxların kölgəsi idi. Parlamentdə sanki onların ruhları kimi dolaşırdılar. Bu da müəyyən problemlər yarada bilərdi. Çünki “vurulan” məmurların hansı addımları atacağını öncədən bilmək mümkün deyil. Parlamentin konstitusiyaya görə çox ciddi səlahiyyətləri var. Bizdə deputatlar bu günə qədər özləri seçilmədiyi üçün öz səlahiyyətlərindən istifadə edə bilmirdilər. Hətta absurd müraciətlər olurdu ki, onlardan biri də deputatların maaşlarının artırılması ilə bağlı Prezidentə müraciət idi. Halbuki, qanunverici təşəbbüs özlərindədir. Yəni özləri yığışıb öz maaşlarını artıra bilərlər. Bu dərəcədə formalaşan qanunverici bir hakimiyyət idi. Digər tərəfdən, parlamentin öz fəaliyyəti də ciddi şəkildə kölgə altına düşmüşdü. O mənada ki, hətta hökumətə yaxın sorğu agentliklərinin keçirdiyi rəy sorğularında parlament 4 faizlə, ölkədə ən aşağı reytinqi olan qurum olub. Bütün bu səbəblər növbədənkənar seçkiyə getməyi labüd etdi. Təxminən 1 ildir ki, ReAL Partiyası bu məsələnin nə qədər aktual olduğunu dilə gətirməyə çalışdı. Bununla bağlı bəyanatlar, mətbuat vasitəsilə mesajlar oldu. Erkən seçki ehtimalının çox yüksək olduğunu nəzərə alaraq, keçən ilin sentyabrından hazırlıq prosesinə start vermişdik. Həm yerli təşkilatları, həm namizədlərin gücləndirilməsi istiqamətində işlər aparırdıq. Əsas məşqimiz keçən il 40 min imza təşəbbüsümüz oldu. Ötən il oktyabrından sonunda prosesə başladıq, təxminən 2 aydan çox davam etdi və 42 min imza yığdıq. Bu, həm də təşkilatı test etmək üçün idi. Harada problemlərimiz var, gücümüz zəifdir məsələlərini də nəzərə aldıq. Növbəti mərhələdə 1000 nəfəri cəlb etməklə sosiologiya elminin qanunlarına uyğun olaraq sorğu keçirdik. 3 aya yaxın vaxt da ona sərf etdik. Bu sorğu nəticələrini isə ciddi təhlil etdik. Bu sorğunun nəticələrindən irəli çıxan məqamları nəzərə alaraq, parlament seçkilərindəki platformamızı onun üzərində qurduq. Sosial məsələlərin önə çıxmasına şahid olduq, partiyanın reytinqini ölçməyə nail olduq. Belə bir qənaət formalaşdı ki, insanlar yeni simalar, tezislər, yanaşmalar istəyir. Parlament seçkiləri də bununla bağlı ciddi bir test olacaq. Bu tək müxalifət üçün yox, elə hakimiyyətin özü üçün də ciddi bir testdir, sınaqdır. Əgər bu parlament seçkiləri də bundan əvvəlki bütün seçkilər kimi total saxtakarlıqlar, müxtəlif xoşagəlməz hallarla müahidə olunacaqsa, ölkənin, siyasətin sivilləşməsinin, iqtidar-müxalifət münasibətlərində yeni eranın, çağın başlanmasının qarşısı alınacaq. Bu seçkilər hakimiyyət üçün də ciddi bir imtahandır. Ona görə də iştirakla bağlı qərar verdik. Artıq 43 dairədən namizədlərimiz müəyyənləşib, amma ötən gün yeni bir təşəbbüslə də çıxış etdik. Əslində bu da 2 aydır müzakirə olunan və görüşlərin nəticəsində yaranan bir formadır. ReAL ölkədə seçki prosesində ilk dəfə olaraq siyasi partiya ilə müstəqil namizədlərin bir blokunu qurmağa çalışdı. Artıq ötən gün bunun təməli qoyuldu. Elan olunan “ReAL Cümhuriyyətçilər” İttifaqı partiya üzvləri ilə paralel cəmiyyətdə sözü, nüfuzu, şəxsi baxışlarına hörməti olan insanların həmin koalisiyaya cəlb olunması nəticəsində seçkilərə marağın artırılmasına çalışırıq. Gördüyüm qədərilə, atdığımız addım sosial şəbəkələrdə də, mediada da çox pozitiv qarşılandı. İnanıram ki, bu təşəbbüsün də ardı olacaq. Bu addımın özü də cəmiyyətdə seçki institutuna marağın artmasına səbəb oldu. Bu da qarşımıza qoyduğumuz əsas hədəflərdən biridir. Çünki biz seçkilərdə uğur qazanmaq istəyiriksə, ilk olaraq seçici seçkiyə gəlməlidir. Ona görə də seçicini seçki qutusuna gətirmək, seçkilərə marağı artırmaq üçün bu cür addımlar atmağa davam edəcəyik. Bu marağın artması seçkilərin daha şəffaf, öncəkilərdən fərqli olmasına şərait yaradacaq.

“Boykotun ciddi nəticəsini görməmişik”

-Öncəki seçkilərdə indiki müqayisə etdikdə, müxalifət daha çox aktivlik nümayiş etdirdiyini görürük. Yalnız Milli Şura boykot qərarı ilə çıxış edib. Ümumiyyətlə, seçkidə iştirak müxalifətə nə qazandırır, boykot nə qazandırır?

-Boykotla bağlı həm hüquqi, həm siyasi qiyməti dəfələrlə bildirmişik. Azərbaycanda müstəqillik dövündən üzü bəri 24 seçki prosesi olub. Müxalifət bu seçkilərin 12-sində iştirak edib, 12-sini isə boykot edib. Belə baxanda heç nə dəyişməyib. Boykotun ciddi bir nəticəsini görməmişik. 2018-ci il prezident seçkilərində boykota gedərkən, həmin tərəfin ən böyük tezisi, “Biz boykota gedəcəyik və hakimiyyətin beynəlxalq aləmdə legitimliyi ilə bağlı suallar yaranacaq”dan ibarət idi. Amma nə baş verdi? Aprelin 11-də prezident seçkiləri keçirildi, may, iyun, iyul, avqust ayında Avropanın ən vacib 5 ölkəsinə ya Azərbaycan Prezidentinin səfəri oldu, ya da onlar Bakıya gəldi. Azərbaycan Prezidenti Londona səfər etdi, müqavilələr imzaladı. Dövlət başçısı Tereza Mey tərəfindən qəbul olundu. Ondan sonra Brüsselə səfər etdi, müqavilələr imzaladı. Makronun, Merkelin Azərbaycana səfəri oldu. İtaliya Prezidenti Azərbaycana səfər etdi. Yəni beynəlxalq legitimliklə bağlı Milli Şuranın dediyi nağıllar keçərli deyil. Hüquqa baxdıqda belə, təkcə referendumda seçicilərin 25 faizlik iştirak kvorumu var. Prezident və parlament seçkilərində isə bu kvorum ümumiyyətlə, yoxdur. Yəni seçkilərdə seçicilərin 1 faizi belə iştirak etsə, legitim sayılır. Boykotla bağlı deyilənlər isə hüquqi və siyasi nağıldan başqa bir şey deyil. Amma seçkidə iştirak yeni fürsətlər açır, seçicilərlə daha sıx görüşmək üçün pəncərə olur, təbliğat-təşviqat kampaniyası vətəndaşlarla canlı ünsiyyətə, problemlərini yaxından dinləməyə imkanlat yaradır. Ən vacibi isə Milli Şura dünya görüşündə, məsələlərə baxışında bir məsələni diqqətdən qaçırır. Ölkədə ciddi nəsil dəyişikliyi baş verir. 1991-ci ildə, müstəqillik dövründə doğulan uşaqların artıq 28 yaşı var. Bu gün seçicilərin yarısından çoxu artıq müstəqillik dövründə doğulan uşaqlardır. Bu parlament seçkilərində 512 mindən çox vətəndaş ilk dəfə olaraq səs verəcək. Keçən parlament seçkilərindən bu dəfəkinə qədər 512 min seçici yetişib. Müstəqillikdən bu yana keçən dönəmi saysaq, 3 milyona yaxın yeni seçici var. Bunlar isə tamamilə fərqli insanlardır, onlar fərqli düşünür, münasibət bəsləyir, fərqli insanları görmək istəyir. Amma bunların da seçkiyə aid travmaları olan insanları yaşamayanlardır. Çünki insanlar, əsasən ənənəvi müxalifətin təmsilçiləri və üzvləri 2003, 2005 travması yaşayıblar. Amma indiki gəncləri belə bir travması yoxdur. Ona görə də seçkilərə münasibət fərqlidir. Biz o gəncləri seçkilərə gətirməyi, təşviq etməyi bacarsaq, özəl bir situasiya yarana bilər. Seçkilərdə iştirakın belə üstünlükləri var. Fəlsəfi olaraq da sonda belə bir sual verim. Siyasi partiya bəs nə işlə məşğul olmalıdır? Seçkilərə getməli, seçkilərə hazırlaşmalıdır. Əgər seçki yolunu tanımırsınızsa, o zaman partizan dəstəsi elan edin, başqa mübarizə üsulları seçin. Amma özünüzə siyasi partiya deyirsinizsə, siyasi partiya mütləq seçkilərdə iştirak etməlidir.

“”Yurd” dan istefalar zamanı çox böyük qarayaxma kampaniyaları olurdu”

-Natiq bəy, çox maraqlıdır ki, ReAL partiya olaraq son 5-6 ayda sırf qalmaqallarla gündəmə gəldi. Azər Qasımlı istefa verdi. Erkin Qədirli ilə bağlı problemlər gündəmə gəldi. Sosial şəbəkələrdə ittiham olundunuz. Milli Şura sizi hakimiyyətə işləməkdə ittiham etdi.

-Əslində bu, ilk dəfə deyil. Milli Şuranın və ənənəvi müxalifətin ReAL-a qarşı hücumları dəfələrlə olub. Ən geniş hücum isə Erkin Qədirli ilə mənim Brüssel səfərim zamanı oldu. Çox həyasızcasına hücum başladıldı ki, guya bizi hakimiyyət göndərib. Bu adamlar dünyanı komple teoriləri ilə düşünürlər. Bəlkə də onlar dünyanı masonların idarə etdiyi düşüncəsindədirlər. Yəni o səviyyədə düşünən insanlardır. Həmin anda Brüsseldə ReAL-ın İdarə Heyətinin üç üzvü-Erkin Qədirli, Rəsul Cəfərov və mən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, bir də Avropa Birliyinin 4 komissarlığı var idi. Avropa Komissarlığı həm xarici işlər naziri, həm də ReAL üzvləri ilə görüşdü. Milli Şurada sanki belə bir təsəvvür yarandı ki, Avropa Birliyi, Azərbaycan hökuməti və ReAL yeni bir siyasi situasiya qurular və bunlar ofsaytda qalıb. Bunlar da həmin danışıqlarda iştirak etmədiklərinə qıcıq olduqları üçün belə bir kampaniya başlatdılar. Bu ilk deyil, əminəm ki, son da olmayacaq. Seçki dönəmində görəcəksiniz, hakimiyyətdən daha çox elə onların qarayaxmaları ilə üz-üzə qalacağıq. Amma qərar verilib ki, onlara cavab verməyik. ReAL-ın daxilində gedən proseslərə, burada müxtəlif səbəb var idi. Amma əsas səbəb müxtəlif kənar təsirlərin olması idi. Azər Qasımlı bu gün də bizim dostumuzdur. Əslində ciddi heç nə baş vermədi. İlk gün 9 nəfərin ReAL-dan istefa verdiyi xəbəri yayıldı, sonradan 2 nəfər geri döndü, ardınca 1 nəfər də partiyaya qayıtdı. Söhbət 6 nəfərin istefa verməsindən gedir ki, onun da 4 nəfəri eyni ailənin üzvləridir, bir-birini dəstəkləyirlər. Bu da normaldır. Amma şəxsi münasibətlərdə ciddi problem görmürəm, olacağını da düşünmürəm. Çünki bu, həm ictimai sektora, həm də siyasi partiyalara bir dərs oldu. Xatırlayırsızsa, istər Müsavatdan, əsasən də “Yurd” dan istefalar olarkən çox böyük qarayaxma kampaniyaları olurdu. Bir-birini söyür, təhqir edir, “hakimiyyətə satıldı” kimi damğalar vururdular. Bizimlə bağlı heç vaxt belə bir problem olmayıb, olmayacaq da. Çünki ReAL-da hər zaman dəyərlər öndə olub. Ona görə də mən bunu bir günlük qalmaqal adlandırardım, amma bunu siyasi proseslərə orta, uzunmüddətli təsiri olmadı.

“Erkin Qədirli danışıb deputat olmaq istəsəydi, çoxdan olardı”

-Sosial şəbəkədə yayılan bir sitatı oxuyacağam: “Erkin Qədirli əvvəl siyasətdən getdiyini, sonra növbədənkənar seçkilərdə namizəd olmayacağını açıqladı, ardınca isə namizəd olacağı ilə bağlı məlumat paylaşıldı. Erkin Qədirli razılaşdırılmış parlamentə gedir”. O cümlədən, sizin haqqınızda da “razılaşıb seçkilərə gedir” deyirlər...

-Deməli, bizim potensialımız var ki, seçkiləri uda bilərik. Seçkiləri udmağımız isə heç kimdə sual doğurmayacaq. Udduğumuz seçkilərdə isə qazandığımız mandat uğrunda sona qədər mübarizə aparacağıq. Erkin Qədirli bir fenomendir, Azərbaycanda nadir insanlardan biridir. Erkin Qədirli danışıb deputat olmaq istəsəydi, indi ən azından 15 illik deputat idi. Hətta 2015-ci il parlament seçkilərində Erkin Qədirli 16-cı dairədən namizəd idi. Seçkilərə 11 gün qalmış namizədliyini geri götürdü. Buna səbəb isə məhz belə şayiələrin çox olması ilə əlaqədar idi. Ən maraqlısı isə o idi ki, YAP həmin dairədən ən güclü namizədini geri çəkdi. Çünki Erkin Qədirli ilə akademik çevrəsi olan, universitetlərin olduğu dairədə mübarizə aparmaq mənasızdır, ona qalib gəlmək mükün deyil. Amma Erkin Qədirli ona görə namizədliyini geri götürdü ki, bu söhbətlərə son qoysun. Erkin Qədirliyə, ReAL-ın digər aparıcı üzvlərinə təklif olunmayan çox nadir vəzifələr var. Həmin statusları, şərhləri yazan və o cür düşünən insanlar əllərində çəkicdən başqa bir şey yoxdur deyə, hər şeyi mismar görənlərdəndir. Özlərinin həyatı keçib. Mandat alıblar, danışıblar, hakimiyyətdə də təmsil olunublar. Hakimiyyətlə müxtəlif alış-verişə də gediblər. Ona görə də onlar normal düşünə bilmirlər. Erkin Qədirli doğrudan da namizəd olmaq istəmirdi. Biz israr etdik və ReAL Partiyasının rəhbərliyi, İdarə Heyəti, üzvləri israr etdi ki, namizəd olsun. Erkin Qədirlinin o statusundan sonra bəlkə də 100-ə yaxın partiya üzvü bura gəlmişdi ki, biz istəyirik, siz Milli Məclisdə təmsil olunasız. Ona qalsa, 16-cı dairədən hakimiyyət Erkin Qədirlinin qarşısına rəqib çıxara bilməz. 16 illik universitet müəllimliyi təcrübəsi, beynəlxalq tanıtımı, ciddi akademik “background”u (akademik səviyyə) keçmişi olan bir insanın qarşısına kimi çıxaracaqsız? Həmin dairədən Erkin Qədirli seçkini udacaq və parlament təmsilçiliyi qazanacaq. YAP-ın Erkin Qədirlidən yaxşı bir deputatı varmı ki, buraxılan parlamentdə təmsil olunsun? Özüm dəfələrlə şahidi olmuşam ki, deputatlar, məmurlar iştirak etdiyi konfransda ağızlarını açıb Erkinə qulaq asıblar. Onun danışıq tərzi, arqumentləri elə güclü oldurdu ki, dayanıb qulaq asırdılar. Yəni o tip insanın parlament seçkilərini qazanmasını normal bir şeydir. Mənimlə də bağlı eyni söhbətlər gedir, amma mən buna heç qıcıq da olmuram. Tanınmayan, cəmiyyətdə heç bir nüfuzu olmayan insanın parlamentə düşməsində suallar yarana bilər. Amma fəaliyyətimizlə, mediyaya açıq olmağımız, namizəd olduğum dairənin ərazisində 16 il yaşamağım kifayət qədər imkan yaradır ki, həmin dairədə yaşayan insanların səsini qazanım və mandat uğrunda mübarizə aparım. Əgər deyilsə ki, heç bir fəaliyyəti olmayan insan danışıb parlamentə düşüb, bu, suallar doğurar. Amma Erkin Qədirlinin, mənim, İlqar Məmmədovun, Rəsul Cəfərovun və ya Vasif İsmayılın parlamenti qazanması əlahiddə hadisədir? Xeyr. 40 min seçicisi olan dairədə Vasif İsmayıla qalib gəlmək çox çətindir. Adam az qala ölkənin yarısını müalicə edib. Bu tipli insanlara qalib gəlmək nə qədər problemdir ki? Belə arqument gətirirlər ki, hakimiyyət istəməsə heç kimi parlamentə buraxmaz. Tamam, o zaman 2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü? Razılaşmışdınızmı? 2005-ci ildə Müsavatın 5 üzvü parlamentə niyə buraxıldı? Razılaşmışdınızmı? Çıxın etiraf edin ki, razılaşma necə olur, biz də ondan çəkinək. Siz- yaş olaraq bizdən böyüklər bu yolu getmisinizsə, səhv olaraq razılaşmısınız, mandat almısınız, bunun səhv olduğunu bilirsinizsə, çıxın, etiraf edin. Biz də bu səhvləri təkar etməyək.

“Azər Qasımlı emossional qərar verdiyini anlayacaq”

-Azər Qasımlının istefası ilə bağlı maraqlı versiya ver. İddia olunur ki, Erkin Qədirli parlamentə razılaşdı, İlqar Məmmədov da ikincini istefaya göndərdi.

-Azər Qasımlının istefa verməsinin yeganə səbəbi çox vaxt bəzi məsələləri şəxsi qəbul etməsidir. Partiyanın yeni formata keçməsini, Ali Məclisin buraxılmasını şəxsiləşdirdi. “Mənim sədri olduğun Məclis niyə buraxıldı?” kimi bir kompleksə düşdü. Şəxsi problemlər yaşadı və bunun nəticəsində istefa verdi. Əminəm ki, bir müddət sonra emossional davrandığını, vaxtından əvvəl qərar verdiyini anlayacaq və normal münasibətlərimiz yenidən bərpa oluna bilər.

“Fraksiya qazanmaqla bağlı hədəfimiz var”

-ReAL parlament təmsilçiliyini qazanarsa, partiya üçün nə dəyişəcək?

-Çox şey dəyişəcək. Biz əslində seçkidə fraksiya qazanmaq üçün gedirik. Erkən parlament seçkiləri ilə bağlı doktirinamız keçən ilin oktyabr ayında qəbul olunub. Qayda isə bundan ibarətdir ki, əgər parlament seçkiləri vaxtında keçiriləcəksə, böyük üstünlük, mandatın yarıdan çoxunu qazanmaq uğrunda mübarizə aparacağıq. Yox, erkən keçiriləcəksə, hazırlıq prosesini də nəzərə alaraq ən azı fraksiya qazanmaqla bağlı hədəfimiz var. İndi neçə namizədimiz deputat mandatı qazanacaq bilmirəm, amma ReAL-ın parlamentdə təmsilçiyi ölkənin xeyrinədir. Birincisi, siyasəti artıq düşmənçilikdən çıxarıb sivil müstəviyə qaldırmaq lazımdır. Müxalifətlə iqtidar düşmən deyil, rəqibdir. Uzun zamandır ki, müxalifət və iqtidar biri-birini düşmən görüb. Müxalifətin də burada səhvi olub, ən böyük səhv isə iqtidarındır, çünki resurslar onun əlindədir. İkinci isə siyasi diskussiyaların parlament çatısı altına keçməsinə səbəb olacaq. Bu da çox ciddi məsələdir, siyasi diskussiyalar mütləq parlamentdə aparılmalıdır. Milli Məclisdə təmsilçilik sayla deyil, nüfuzla ölçülür. Elə situasiya yarana bilər ki, o məşhur “IV mikrafon” effektini təkrar yaşayarıq. Vaxtı ilə 25 nəfərlik bir qrup 365 nəfərlik parlamentdə dediyini keçirirdi. Çünki nüfuz var idi. Ona görə də parlament təmsilçiyi sayla ölçülmür. Orada təmsil olunan və mandatı alın təri ilə qazanan deputatların ictimai rəyə təsirini nəzərə alsaq, parlament ictimai rəyin təmsilçisinə çevrilə bilər. Üçüncüsü isə partiyanın özünə də xeyri var. Partiyanın genişlənməsi, strukturlarının güclənməsi, marağın artması və bu fonda güclənərək növbəti seçkilərdə daha yaxşı nəticə göstərməsi üçün Milli Məclis təmsilçiliyi ən azından gənclərdə siyasətə həvəsin artmasına səbəb olacaq.

“Bizdə köhnə müxalifət var”

-Hazırda müxalifət sivil və radikal olaraq iki hissəyə bölünüb və bir-biri ilə mübarizə aparır. Necə düşünürsünüz, müxalifət niyə bir-biri ilə mübarizə aparır?

-Əslində, bu, normal bir prosesdir. Sadəcə olaraq, Azərbaycanda ideoloji müxalifətçilik olmayıb. Şəxslər ətrafında qurulan partiyalar olub. Sovet dövründə belə bir söz var idi: SSRİ-də necə partiya qurursan, qur, Kommunist Partiyası olacaq. Bizdə də eyni şərait idi. Burada iki önəmli məsələ var. Müxalifətin rəqib olması normaldır, amma ideoloji rəqib olması yaxşıdır. Ənənəvi müxalifətin səsləndirdiyi fikirlər isə ideoloji deyil, şəxslər təhdid və təhqir üzərində qurulub. Çünki keçdikləri yoldan asılılıqları var. Bu asılılıq isə onlara məsələlərə geniş çərçivədə baxmağa imkan vermir. Bunun adı radikal müxalifət də deyil. Çünki radikal müxalifət dünyanın hər yerində silahlı mübarizə üsulunu seçənlərdir. Sadəcə olaraq, köhnə müxalifətdir. Çünki dünya, ölkə dəyişib, müstəqillikdən artıq 28 il keçib. Bu keçilən yola verilən qiymətdə problem var. Məsələn, “azadlıq” şüarının özündə problemlər mövcuddur. Vaxtı ilə azadlığı, müstəqilliyi hər birimiz arzulayırdıq. İndiki gəncləri o şüarlarla cəlb etmək mümkün deyil. İkinci məsələ ondan ibarədir ki, açıq deyəcəm, ölkədə siyasi elitanın dəyişməsi prosesi gedir. Ya zəlzələdən, ya vəlvələdən, ya xoş niyyətdən, ya məcburiyyətdən fərq etməz, siyasi elita dəyişir. Bu insanlar isə düşünür ki, siyasi elitanın dəyişməsi fonunda köhnə müxalifətin də siyasi səhnədən getməsi, marginallaşması prosesi başlaya bilər. İndi bunu onlardan soruşmaq lazımdır ki, nə əlaqələri var? Bu əndişələrdən irəli gələn məsələlərdir ki, ReAL-ı ana müxalifət kimi görən və gözdən salmağa çalışan şəxslər, partiyalar var. Amma bir şeyi anlamırlar, biz onlarla şəxsi söhbətlərdə də demişik, istəmərik ki, digər siyasi qüvvələr sıradan çıxsın. Çünki hələlik Azərbaycanda demokratik bir sistem deyil ki, basqılar olmasın. Biri var ortada tək ReAL olur və bütün basqılara o sinə gərməyə məcbur olur, biri də bir neçə siyasi güc mərkəzləri olur və basqıların yumşaldılmasında rol oynayır. Bu, çox vacib məsələdir. Burada sivil toplumun, mediyanın da güclü olmasında maraqlıyıq. Amma o insanlar nədənsə düşünürlər ki, əgər ölkədə siyasi elitanın dəyişməsi prosesi baş verirsə, bunun bir qolu da gəlib onları tutacaq və bir müddət sonra doğrudan da marginallaşmış təşkilata çevriləcəklər. Çox təəssüf ki, özləri bunu görmür, etiraf etmir, amma artıq bu proses sürətlə gedir. Bu prosesin nəticəsi isə getdikcə nüfuzdan düşüb siyasi səhnədən getmək olacaq. Bunun qarşısını almaq üçün yeganə “arqumentləri” qalıb ki, çıxıb daha radikal danışasan, söyüşkən olasan, dağıdıcı mesajlar verəsən. Sanki ölkədə müxalifətçilik bərk qışqırmaqdan keçir. Əslində isə elə deyil. ReAL-a qarşı olan basqıların heç 5 faizini belə biz ictimailəşdirməmişik. ReAL-ın İdarə Heyətində bir Erkin Qədirli həbsdə olmayıb, onu da utandılar tutmağa. Çünki 16 il hüquqdan dərs deyib, bu gün hüquq-mühafizə orqanlarının yarıdan çoxu Erkinin tələbələridir. Yəqin ki, müəllimlərini tutmağa abır-həya etdilər. ReAL sədri 5 il 8 ay həbs yatıb. Çünki bir çox məsələlərdə liderliyi öz üzərinə götürüb. 26 dəfə mən Ağır Cinayətlərlə Mübarizə İdarəsində dindirilmişəm, istintaq altında olmuşam. Bir dəfə bununla bağlı nə sosial şəbəkədə, nə mətbuatda məlumat verməmişəm. Çünki onsuz da bu basqılar var, insanları daha çox qorxutmaq nəyə lazımdır? Amma ənənəvi müxalifətin böyük əksəriyyəti bu tipli məsələləri ictimailəşdirməklə siyasət kimi təqdim etməyə çalışırlar. Amma bunun nəticəsində çevrələrini itiriblər. Amma ReAl-ın bu gün üstünlüyü odur ki, hələlik susqun olan, amma çoxluğu təmsil edir. Bunun arasında məmuru, biznesmeni, tələbəsi, dövlət şirkətində, bank sektorunda işləyini var. Bu, susqundur, amma çoxluqdur. Ölkədə gələcəkdə sistem dəyişikliyinin əsas oyunçusu məhz həmin susqun çoxluq olur. ReAL onların təmsilçisi, sözü olmağa çalışır. Biri də var səs-küylü azlıq. Biz anlayırıq ki, həmin azlıqdan onsuz da tərəfdar toplaya bilməyəcəyik. Onların bizim elektorat deyil, fikirlərmizi anlamırlar, ortaya primitiv yanaşma qoyurlar.

“ReAL “vurulmuş” məmurları sıralarına qəbul etmir”

-Zamanında hakimyyətdə təmsil olunan şəxslər indi müxalifətin tədbirlərində başda otuzdurulur. Əli İnsanov və Gültəkin Hacıbəyli təcrübəsi var. Buna münasibətiniz necədir?

-ReAL bu günə qədər heç bir “vurulmuş” məmuru öz sıralarına qəbul etməyib. Müraciətlər isə onlarla olub. Hətta digər müxalifət partiyalarından küsüb gələnləri belə qəbul etməmişik. Çünki biz küsəyənlər klubu deyilik. Ona görə də keçmişdə hakimiyyətdə təmsil olunan və hətta müxtəlif qanunsuzluqlarda, korrupsiyada əli olan insanların tövbə etməsinə, bundan peşmançılıq çəkməsinə inanaram, amma onlarla bir siyasət qurmaqda, ölkənin gələcəyini onlarla dizayn etməkdə ən azından biz yoxuq. Onların ölkənin gələcyinin dizayn edilməsində iştirakı fəlakətdən başqa bir şey gətirə bilməz.

“Seçkilərdə partiyalarla əməkdaşlıq etməyi düşünürük”

-Natiq bəy, yenidən seçkilərə qayıtmaq istəyirəm. Dairələrdən müxalifət namizədlərinin “toqquşmaması” üçün digər partiyalarla məsləhətləşmələr aparmısınızmı?

-Bir neçə belə görüşümüz olub. İlk görüşümüz Müsavat başqanı Arif Hacılı ilə oldu, elə bizim ofisdə görüşdük. Belə qərara gəldik ki, güclü namizədlərin “toqquşmaması” üçün əlimizdən gələni edək. Birgə müşahidəçiliklə bağlı da ilkin razılaşmamız da var. Bir neçə gün əvvəl Ümid Partiyasının sədri İqbal Ağazadə də bizim ofisə gəlmişdi. Onunla ilkin razılaşmamız o oldu ki, İqbal Ağazadənin özünün namizəd olduğu dairədən bizim namizədimiz olmayacaq. Amma seçki dönəmində onların da müşahidəçiləri ilə əməkdaşlıq etməyi düşünürük.
Cebhe.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb - Diqqət!
Bu gün, 21:08
Allahşükür Paşazadə xalqa müraciət etdi
Bu gün, 18:33
Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı bütün tərəflər maksimum təmkinli olmalıdır - Peskov
Bu gün, 18:25
Hərbi vəziyyət dövründə dəfn mərasimlərində iştirak qaydaları açıqlanıb
Bu gün, 18:21
““Qarabağ şikəstəsi”ni Qarabağda ifa edəcəyim günü gözləyirəm” - Xalq artisti
Bu gün, 18:19
Paşinyan tezliklə “ağ bayraq” qaldıra bilər: -Azərbaycan Ermənistanı əməlli-başlı “kötəkləyir”
Bu gün, 18:16
“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putindən AÇIQLAMA
Bu gün, 18:10
“Azərbaycanın növbəti parlament iclasları Şuşada keçiriləcək” - AÇIQLAMA
Bu gün, 18:04
Ermənilər İran ərazisini raket atəşinə TUTDU
Bu gün, 18:02
FIFA klub prezidentini futboldan ömürlük uzaqlaşdırdı
Bu gün, 18:00
"Dünən mənə bir nəfər zəng vurub bu şad xəbərləri verdi" - Seyran Səxavət
Bu gün, 17:55
Komendant saatı müddətində xəstəxanaların fəaliyyət qaydası məlum olub
Bu gün, 17:53
"Allah ordumuza güc versin" - Xalq artisti
Bu gün, 17:50
Komendant saatı müddətində KİV-in fəaliyyətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək
Bu gün, 17:48
Komendant saatı müddətində təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir
Bu gün, 17:48
Yazıçılar Birliyindən Azərbaycan Ordusuna dəstək BƏYANATI
Bu gün, 17:46
DİQQƏT: DANIŞIR LƏNKƏRAN! - Qanlı hadisələri dünyaya ilk xəbər verən adam
Bu gün, 17:41
“Bu gün xalq bir ordu və hər birimiz bir əsgərik" - deputat
Bu gün, 17:39
Cəbhə xəttindəki enerji infrastrukturuna zərər dəyib - Rəsmi
Bu gün, 17:36
Hərbi vəziyyət dövründə fəaliyyətinə icazə verilən dövlət orqanları müəyyənləşib - SİYAHI
Bu gün, 17:34
İrəvan erməniləri Qarabağdan çıxarmağa hazırlaşır
Bu gün, 17:32
DİN-dən komendant saatı ilə bağlı AÇIQLAMA
Bu gün, 17:31
AFFA 13 yaşlı futbolçunun ölümü ilə bağlı FIFA və UEFA-ya məktub göndərib
Bu gün, 17:28
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:27
"Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər" - Rusiyalı ekspert
Bu gün, 17:26
Füzuli geri alındı – “Aypara” taktikası ilə
Bu gün, 17:24
Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb
Bu gün, 17:16
Azərbaycanda xüsusi karantin rejimi noyabrın 2-dək uzadıldı - Diqqət!
Bu gün, 17:14
Ermənistanın milli valyutası ucuzlaşır
Bu gün, 17:12
Ermənistanın milli valyutası ucuzlaşır
Bu gün, 16:28
Azərbaycanlı analardan erməni qadınlara XƏBƏRDARLIQ: - Kişilərinizi Qarabağdan geri çəkin!
Bu gün, 16:25
“Donald Tramp bu açıqlaması ilə Paşinyana demək istədi ki...” – Tofiq Zülfüqarovun ŞƏRHİ
Bu gün, 16:23
Ermənilər Qarabağa ölümə göndərilir: - Vəsiyyətnamə yazmaq üçün notariuslar 24 saat açıq olacaq
Bu gün, 16:20
Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb
Bu gün, 16:17
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib - Diqqət!
Bu gün, 16:15
İnternet məhdudiyyətini qıran VPN təhlükəlidir
Bu gün, 16:11
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib
Bu gün, 16:04
"Bu gün Ermənistan və Azərbaycan xalqları üçün çətin bir zamandır"
Bu gün, 16:01
“Hər kəsin torpaqlarımızın azadlığı ideyası ətrafında birləşməsi çox yaxşıdır”
Bu gün, 15:49
Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır
Bu gün, 15:41
Daha 39 şagirddə koronavirus aşkarlandı
Bu gün, 15:36
"Azərbaycan Dəmir Yolları" bugünki qərarını ləğv edib
Bu gün, 15:35
“Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - Vaqif Dərgahlı
Bu gün, 15:33
"Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm"
Bu gün, 15:26
Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb
Bu gün, 15:18
Ermənistanın daha 28 hərbçisi ölüb - ETİRAF
Bu gün, 15:12
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb
Bu gün, 15:07
Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək
Bu gün, 15:05
Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir - TƏHLİL
Bu gün, 15:04
"Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" - Rusiyalı ekspert
Bu gün, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru