Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? .....                     Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ .....                     “Azərbaycanı dəstəkləməkdən qürur duyuruq” .....                     Hacıqabulda 62 yaşlı qadın daşla döyülüb .....                     Azərbaycan fermerlərinin qeyri-sabit hava və koronavirus dərdi .....                     Son sutkada Ermənistanda 580 nəfər koronavirusa yoluxub, .....                     "Formula 1": Daha 3 ölkədəki yarış ləğv edilə bilər .....                     "Siyasi hakimiyyət onlarla təmas qurmaqla illərlə yaranmış “buzu sındırdı”" .....                     Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarət gücləndirilib .....                     Putin dönəmində Qarabağda böyük sülh anlaşması... mümkünmü? .....                     “Maska taxmayanlara vətəndaşlar irad bildirsələr, effektiv nəticələr əldə etmək olar" .....                     Bakıda bağda "ad günü" keçirən 5 nəfər cərimələnib .....                     Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb .....                     Sədərəyin polis rəisi işdən çıxarıldı .....                     AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu .....                     İşğalçının “ipi” rusa bağlıdırsa... .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     Qazaxın icra başçısı karantini pozan restorana getdi .....                     Xəstəliyi yayan bax, BUNLARDIR: .....                     Paytaxtda yenidən karantin postları qurulub .....                     İqtidardan İlqar Məmmədova xüsusi diqqət var? .....                     "Bu addım imkan verəcək ki, müqavilənin bir nüsxəsi işçidə qalsın və o öz əmək hüququnu qoruya bilsin" .....                     Bu gün Zəhranın anım günüdür .....                     Bakıda karantin rejimini pozan şəxs həbs edilib .....                     Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Hafiz Hacıyevin çıxışı ADAU-nu qarışdırdı .....                     629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib .....                     Nazirlik 18 ildir əlil olan uşağı süründürür .....                     Neft bahalaşdı .....                     İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək .....                     Zaqatalada qardaş qardaşı bıçaqlayıb .....                     Pul xatirinə "qohumluq" və ya özünü parça-parça satanlar .....                     Pandemiya milli birlik yaradır: Müxalifət səfərbər olmağa hazırdır .....                     Trampın seçki kampaniyasındakı müşavirində koronavirus aşkarlandı .....                     Özünü Yasamalda binadan atmaq istədi .....                     DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası .....                     "Dövlətin qəbul etdiyi bütün qərarları hamı dəstəkləməlidir" .....                     Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... .....                 

Vergi ilə bağlı böyük dəyişikliklər gəlir: - qəliz hesabatlar da, artıq ödəmələr də yığışır
Tarix: 14-12-2019, 10:14 | Çap et
Vergi ilə bağlı böyük dəyişikliklər gəlir:
Dekabrın 13-də Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində ekspertlər Vergi Məcəlləsinə əlavə və dəyişikliklər ilə bağlı mətbuat konfransı keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, avtomatik hesabatların tərtib olunması ilə bağlı İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev deyib ki, elektronlaşma prosesi nəticəsində artıq vergi orqanı kameral şəkildə qiymətləndirə bilir ki, sahibkar nə qədər mal və xidmət satıb: "Vergi orqanının bunu qiymətləndirib avtomatik hesabat hazırlamaq imkanı var. Amma bu, o vaxt tam şəkildə ola bilər ki, bütün əməliyyatlar nağdsız şəkildə aparılsın. Məsələn, vergi ödəyicisinin xidmət göstərdiyi sahə yalnız müəssisələrdirsə, yalnız elektron qaimə faktura üzərindən hesabat verirsə, bu zaman avtomatik hesabat hazırlamaq mümkün olacaq. Hələlik bu sistem tam formalaşmayıb. Gəlir vergisi ödəyiciləri ildə 4 dəfə arayış verəcək, ildə bir dəfə gəlir bəyannaməsi təqdim edəcəklər. İlkin məlumata görə, muzdlu işlə əlaqədar olan bəyannamənin birləşdirilməsi, gəlir vergisi bəyannaməsində xeyli sadələşmələrin olacağı gözlənilir".

O bildirib ki, beynəlxalq təcrübədə mikro sahibkarlar çox sadə hesabat verirlər, mikro sahibkarlardan qəliz hesabatlar istənilmir: "Yəqin, bizdə də gələcəkdə belə olacaq.

Vergi ödəyicisi kiməsə elektron qaimə faktura yazırsa, avtomatik gəlir vergisi ödəyicisi olur. Amma 2020-ci ildən elektron qaimə fakturalar gəlirin 30 faizinə qədər təşkil edərsə, sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq mümkün olacaq. Məsələn, əhaliyə və müəssisəyə video-kamera xidməti göstərilir. Burada gəlirin 70 faizi əhalidən gəlirsə, 30 faizi firmalardan gəlirsə, sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq mümkün olacaq.
Amma 2019-cu ildə belə deyildi. Bir elektron qaimə faktura yazılsa, gəlirin 1 faizi belə firmadan olsa, avtomatik olaraq şəxs gəlir vergisi ödəyicisi olurdu. Bu, o deməkdir ki, mikro sahibkarlıq subyektində əhaliyə xidmət göstərənlər getdikcə ayrılacaq və onlara tamamilə fərqli yanaşma olacaq. 70 və 30 faiz məsələsi qoyulmaqla onlar sadələşdirilmiş vergi ödəyicisi kimi qala biləcəklər, hesabatları sadə olacaq".

Ekspert bildirib ki, ƏDV-nin diferensial olmasına ehtiyac var: "Digər tərəfdən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Bu 200 min manat dövriyyə həddi çox azdır. Bu dövriyyə həddinin artırılaraq 400-500 min manat olmasına ehtiyac var. Belə olanda onlar daha da böyüyəcəklər, burada stimullaşdırıcı siyasət olmalıdır. Əks halda, xırda şirkətlər elə xırda qalacaq, iri şirkətlər inkişaf edəcək, amma orta şirkətlər olmayacaq. Birdən-birə 2 faizlik vergi sistemindən 38 faizlik vergi sisteminə keçmək çətindir. Ona görə də ƏDV-nin özü də diferensiallaşmalıdır. Sadələşdirilmiş vergidə də təkmilləşmə aparmaq lazımdır".

Digər ekspert Mahmud Abasquliyev deyib ki, vətəndaşın artıq ödənilmiş vergilər ilə bağlı üzləşmə aktı tələb etmək ixtiyarı var: "Üzləşmə aktı nəticəsində Vergilər Nazirliyi bunu yoxlayacaq. Artıq ödənilmiş vergi aşkar edilərsə, Vergilər Nazirliyi tərəfindən 20 gün müddətinə artıq ödəmə sahibkarın hesabına qaytarılacaq".

O bildirib ki, hazırda elektron vergi hesab-fakturaların ləğvi gündəmdədir: "Elektron qaimə yazılırdı və 5 gün ərzində göndərdiyimiz müəssisə tərəfindən bu, təsdiqlənmirdisə, avtomatik olaraq sistem tərəfindən təsdiqlənirdi. Və qaiməni yazan müəssisə avtomatik olaraq qarşı tərəfə elektron vergi hesab-faktura göndərirdi. Artıq 1 yanvar 2020-ci ildən elektron vergi hesab-faktura ləğv ediləcək və yalnız elektron qaimə ilə iş görüləcək".

Ekspert qeyd edib ki, vətəndaşların öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçün tələb olunan sahiblik müddəti dəyişdirilir:

"Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, bu müddət 5 ildən 3 ilə endirilib. Vergi ödəməmək üçün əmlakı azı 5 il sonra satmaq tələb olunurdu. Gələn ildən isə mənzili və ya evi artıq 3 ildən sonra da vergi ödəmədən satmaq mümkün olacaq".
Məlumat verilib ki, gələn ildən Azərbaycanda istehsal olunan spirtli içkilərə, tütün məmulatlarına, pivəyə, energetik içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır. Belə ki, aksiz dərəcəsi içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, pivənin hər litri üçün 0,2 manatdan 0,5 manata, nazik siqarların, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır.

Bildirilib ki, gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manatata endiriləcək. Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər üçün isə sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 15 manata endiriləcək.

Qeyd edək ki, ötən günlərdə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Qanun Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd olunub ki, Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi), sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA
Dünən, 11:15
Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ
Dünən, 11:13
“Televiziya rəhbərinin kimdən xoşu gəlmirsə...” – Ekspertlər efir qadağasından danışdı
Dünən, 11:09
“Azərbaycanı dəstəkləməkdən qürur duyuruq” - ABŞ səfiri
Dünən, 11:07
Hacıqabulda 62 yaşlı qadın daşla döyülüb
Dünən, 11:05
Azərbaycan fermerlərinin qeyri-sabit hava və koronavirus dərdi - ONLAR NECƏ VƏ NƏ QƏDƏR ZİYANA DÜŞÜBLƏR?
Dünən, 11:03
Son sutkada Ermənistanda 580 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
Dünən, 10:58
"Formula 1": Daha 3 ölkədəki yarış ləğv edilə bilər
Dünən, 10:57
"Neçə ildir bir-birimizi tanıyırıq, amma verilişdə sərbəst olmursan"
Dünən, 10:55
"Siyasi hakimiyyət onlarla təmas qurmaqla illərlə yaranmış “buzu sındırdı”"
Dünən, 10:47
Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarət gücləndirilib - FOTO
Dünən, 10:43
Putin dönəmində Qarabağda böyük sülh anlaşması... mümkünmü? - TƏHLİL
Dünən, 10:40
“Maska taxmayanlara vətəndaşlar irad bildirsələr, effektiv nəticələr əldə etmək olar" - AKTUAL
Dünən, 10:38
Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb - AÇIQLAMA
Dünən, 10:26
Bakıda bağda "ad günü" keçirən 5 nəfər cərimələnib
Dünən, 10:24
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz - Diqqət!
Dünən, 10:22
"Bəlkə də Bakıda qazıntı işləri aparılsa buranın köhnə erməni şəhəri olduğu kimi fikirlər yaranar" - Xalq artisti
Dünən, 10:21
Gürcüstanda koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb
Dünən, 10:15
Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə
Dünən, 10:13
AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz
Dünən, 10:12
İşğalçının “ipi” rusa bağlıdırsa... - GƏLİŞMƏ
Dünən, 10:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 10:06
Qazaxın icra başçısı karantini pozan restorana getdi - FOTO
Dünən, 10:04
Xəstəliyi yayan bax, BUNLARDIR: - Millət, dövlət nə hayda, Qazaxda toy-nişandır...
Dünən, 10:00
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Dünən, 09:49
Məşhur həkim gənc rejissorun ölümündən danışdı: - “İki səbəb ola bilər...”
Dünən, 09:46
İqtidardan İlqar Məmmədova xüsusi diqqət var? - proporsional seçki sistemi gəlir
Dünən, 09:44
"Bu addım imkan verəcək ki, müqavilənin bir nüsxəsi işçidə qalsın və o öz əmək hüququnu qoruya bilsin" - deputat
Dünən, 09:42
Bu gün Zəhranın anım günüdür
Dünən, 09:40
Bakıda karantin rejimini pozan şəxs həbs edilib - Üzərində isə...
Dünən, 09:38
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır
Dünən, 09:37
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:34
Hafiz Hacıyevin çıxışı ADAU-nu qarışdırdı - Rektor qovhaqovla hədələdi
Dünən, 09:32
629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - DYP
Dünən, 09:28
Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY
Dünən, 09:26
Neft bahalaşdı
Dünən, 09:22
İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək - SİYAHI
Dünən, 09:21
Zaqatalada qardaş qardaşı bıçaqlayıb
Dünən, 09:20
Pul xatirinə "qohumluq" və ya özünü parça-parça satanlar - "Qanunda boşluq yoxdur"
Dünən, 09:19
Pandemiya milli birlik yaradır: Müxalifət səfərbər olmağa hazırdır - SORĞU
Dünən, 09:08
Trampın seçki kampaniyasındakı müşavirində koronavirus aşkarlandı
Dünən, 09:05
Özünü Yasamalda binadan atmaq istədi
Dünən, 09:04
DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası - “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
Dünən, 09:03
"Dövlətin qəbul etdiyi bütün qərarları hamı dəstəkləməlidir" - deputat
Dünən, 09:00
Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır...
Dünən, 08:59
Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL
Dünən, 08:57
“İnternet platformaları mənəviyyatsızlıq yuvasına çevrilib” - Qadağa mütləqdir!
Dünən, 08:54
“Acından ölmə ehtimalı virusdan ölmə ehtimalından daha çox olan insanlara yardım olunsun” - AKTUAL
Dünən, 08:53
“Jurnalistlər də risk qrupuna aiddir” - tanınmış həkimlərdən SOS
Dünən, 08:50
"Səhhətimdəki problemlərə görə Mədəniyyət Nazirliyindəki işimdən də çıxdım..."
Dünən, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru