Parlament seçkiləri ərəfəsində bu məsələni yenidən gündəmə gətirmək təzyiq xarakteri daşıyır .....                     "Azərbaycan hökuməti gedib başını bir din xadiminə qoşmalıdır? " .....                     Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək .....                     YAP Şəkidə kimi deputat seçmək istəyir? .....                     Hüseynbala Mirələmov çətin durumda .....                     İraqda hərbi bazalara hücum zamanı 50 ABŞ hərbçisi yaralanıb .....                     Dağlıq Qarabağda erməni əsgəri özünü güllələyib .....                     "Həkim deyir ki, əlillik təyin etmək olar, amma gərək sən də “hərəkət edəsən”..." .....                     Özünü deputat elan edən Hicran Şərifov ölkə rəhbərliyinin adından necə istifadə edir? .....                     293 nəfər deputatlığa namizədliyini .....                     Bakıda naməlum şəxslər sürücünü döyərək avtomobilini alıblar .....                     Şəbnəm üç məşhur müğənnidən "oğurluq" etdi .....                     Sabiq deputat Rəfael Cəbrayılov həbsə gedir .....                     Şəmkirdə "DOST" üsyanı başladı .....                     Bakıda kişi evin damından yıxılaraq ölüb .....                     Bakıda 55 yaşlı kişi bıçaq xəsarəti alıb .....                     “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” .....                     Bakıda qadın əri tərəfindən dabankeşlə döyülərək başından ağır xəsarət alıb .....                     Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib .....                     Vilyam Hacıyev çaba sərf edir... .....                     Paşinyanla Xankəndi arasında SAVAŞ .....                     Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb .....                     Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib .....                     Millət vəkillərinin övladları harada işləyir? .....                     Allahşükür Paşazadəyə medal təqdim olunub .....                     Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb .....                     Seçicilərdən Şeyxin qardaşına etiraz: .....                     AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub .....                     “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” .....                     Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir .....                     Əli Həsənov həbs olunur... .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb .....                     “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” .....                     Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb .....                     Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, .....                     "Millinin baş məşqçi postuna 32 namizədimiz var" .....                     Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib .....                 

Senat dolayısı ilə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına da stimul vermiş oldu - TƏHLİL
Tarix: 14-12-2019, 10:12 | Çap et
Senat dolayısı ilə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına da stimul vermiş oldu
ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini Demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb. “Senatın bu qətnamənin təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur”, deyə Senatdakı iclasda çıxış edən Senator Menendez bildirib.

Qeyd edək ki, 1915-ci il hadisələrini “soyqırım” olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunumuşdu. Bundan əvvəl amerikalı senator Lindsey Qraham qondarma erməni soyqırımı layihəsini prezident Donald Trampın istəyi ilə Senatda müzakirə olunmasını bloklamışdı. Məlumatda deyilirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ağ Evdən çıxarkən bir dövlət rəsmisi Lindsey Qarahamı saxlayaraq, Senata qayıtmasını və layihənin müzakirəsini dayandırmağı istəyib. Senator isə agentliyə olay haqda bunları demişdi: “Bir Ağ Ev rəsmisi yanımda gəldi və məndən soyqırım layihəsinin dayandırılmasını istədi. Ona ”əlbəttə" cavabını verdim. Bunu etməyimin yeganə səbəbi onun (Ərdoğan) hələ şəhərdə olması idi. Mümkündürsə, ABŞ-Türkiyə əlaqələrini xilas etməyə çalışıram".

Beləliklə, prezident Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Ağ Evi ziyarət edən vaxt respublikaçı senatorlarla görüşdükdən sonra qətnamə üzərində səsverməni ilk dəfə respublikaçı senator Lindsey Qraham əngəlləmişdi. Sonrakı vaxtlarda da respublikaçı senatorlar Devid Perdü və Kevin Kramer qətnamənin təsdiqlənməsinin qarşısını almışdı.

“Qətnaməni qəbul etmək üçün səsvermə keçirməkdən ötrü bu üç həftə ərzində Senata dördüncü gəlişimizdir”, Senatdakı iclasda respublikaçı senator Ted Kruz bildirib. O, qətnamənin qəbulunu “həqiqət üçün nailiyyət, zülmətə həqiqətin deyilməsi və şərə həqiqətin deyilməsi üçün bir nailiyyət” adlandırıb.

Qətnamə 1915-ci il hadisələrini soyqırım olaraq tanımasından əlavə, ABŞ rəhbərliyindən soyqırımın olmaması ilə bağlı iddianı da rədd etməsini və ictimaiyyəti məlumatlandırmasını istəyir.

Amerikaninsesi.org xəbər verir ki, Senatın qətnaməni qəbul etməsi Xarici İşlər Komitəsinin Türkiyəyə həm Suriya əməliyyatına, həm də S-400 raket qurğularının alınmasına görə sanksiyaların tətbiqindən sonrakı vaxta təsadüf edir.

Xatırladaq ki, Türkiyə Prezidenti ABŞ-a səfəri zamanı prezident Donald Trampla qondarma “erməni soyqırımı”’ məsələsini də müzakirə edəcəyini demişdi. “Artıq qondarma ”erməni soyqırımı" məsələsi bizi bezdirir", deyən Türkiyə prezidenti qeyd etmişdi ki, Ankara “erməni soyqırımı”nın qondarma olduğunu təsdiq edən bütün sənədləri ABŞ-a təqdim edib. Səfərdən sonra isə o bildirmişdi ki, amerikalı həmkarı ilə görüşdə müzakirə olunub. “Türkiyə tarixində heç bir ”erməni soyqırımı" olmayıb", Ərdoğan qəti şəkildə bəyan etmişdi. Tramp-Ərdoğan görüşündən sonra “erməni soyqırımı” məsələsinin ən azı indiki zaman üçün arxivə göndərildiyi qənaəti yaranmışdı. Lakin üstündən çox keçməmiş Senat saxta iddiaları qəbul etdi.

Rəsmi Ankara ABŞ Senatının qərarına operativ və sərt reaksiya verib.

“ABŞ Senatının 1915-ci il hadisələrini ”erməni soyqırımı" kimi tanıması ilə bağlı qəbul etdiyi qətnamə hüquqi cəhətdən əsassızdır və Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi üzrə səyləri sarsıtmaq məqsədi daşıyır". “Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış sarsıdıcı cəhddir”, - bəyanatda deyilir. Türkiyə XİN-dən bildirilib ki, tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar. “Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək”, - nazirliyin yaydığı bəyanatda vurğulanır.

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Van şəhərində keçirilən tədbirdə çıxış edən nazir deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir: “Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz”.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və Senatdan keçən qondarma ”erməni soyqırımı" ilə bağlı qətnamə layihəsinin ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alacağını deyib: “Sülh Çeşməsi” əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək. ABŞ Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik".

ABŞ senatı tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” qətnaməsi rəsmi İrəvanın böyük sevincinə səbəb olub. Senatın məlum qərarı ABŞ-ın tarixi olayların mahiyyətini kobud şəkildə təhrif etdiyini və bundan Türkiyəyə qarşı təzyiq məqsədi ilə istifadə etməyə çalışdığını göstərir. Moderator.az erməni mənbələrinə istinadən bildirir ki, məsələ ilə bağlı sosial mediada açıqlama yayan Ermənistanın baş naziri Nikol Paşinyan, bunu “ədalət və həqiqətin qələbəsi” kimi xarakterizə edib. “ABŞ senatının 150 saylı qətnaməsi ədalətin və həqiqətin qələbəsidir. Dünyadakı erməni xalqı adından bu vacib qanuna görə Senata dərin təşəkkürümü bildirirəm. Bu, 20-ci əsrin ilk soyqırımının 1,5 milyon qurbanının xatirəsi və soyqırımın qarşısının alınması proqramında cəsarətli bir addımdır” - Paşinyan iddia edib.

Şübhə yox ki, Türkiyəyə qarşı ABŞ Senatının qəbul etdiyi qərəzli qətnamə həm də Azərbaycana qarşı yönəlmiş addımdır. Əslində ABŞ Senatı 1918-ci ildə törədilmiş azərbaycanlıların soyqırımını, yaxud yaxın tariximizdə törədilmiş Xocalı soyqırımını tanımalı, Ermənistana qarşı sanksiya qərarları verilməli idi. Lakin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq ABŞ Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində rol oynamaq əvəzinə, erməni işğalını stimullaşdıran addımlar atır. Məsələ burasındadır ki, tarixdə olmayanlara görə Türkiyəni ittiham edən erməni tərəf özü barədə “məzlum” imici yaratmaqla Azərbaycan ərazilərinin işğalını da arxa plana keçirməyə, unutdurmağa çalışır. Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının olduğunu şübhəsiz ki, ABŞ Senatında da bilirlər. Eyni zamanda, Türkiyənin Iğdır vilayətindəki Ağrı dağını Ermənistan özünün gerbinə əlavə etdiyi də faktdır. Bu günlərdə isə Ermənistandan yayınlanan televiziyada Türkiyənin Iğdır vilayəti “Qərbi Ermənistan” olaraq təqdim olundu.

Beləliklə, Ermənistan ABŞ Senatının absurd qətnamələrindən stimul alıb Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcək, təəssüf ki, Vaşinqtonda bu durumu doğru-dürüst qiymətləndirmək istəmirlər. Məhz elə bu səbəbdəndir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə və onun prezidentinə qarşı sərsəm fikirlər səsləndirib, bununla da kifayət qədər həddini aşıb. “Türkiyə 30 ildir ki, bizimlə sərhədi bağlı saxlayır. ABŞ və digər ölkələrin qərarları Türkiyənin destruktiv və aqressiv siyasətini göstərir. Yerevan Türkiyə ilə diplomatik münasibətləri qeyri-şərtsiz bərpa etməyə hazırdır” - Paşinyan sərsəm fikirlərini davam etdirib.

“Senatın qondarma erməni soyqırımı ilə bağlı Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi artıq bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Ekspert xatırlatdı ki, Nümayəndələr Palatası qondarma soyqırımın tanınması ilə bağlı sənədi Senata təqdim etdikdən sonra hər dəfə respublikaçı senator, ümumilikdə isə 3 senator qərarın təsdiqlənməsinə veto qoymuşdu: “Dördüncü dəfə isə sənəd yekdilliklə təsdiqləndi. Nəzərinizə çatdırım ki, Senatın 100 üzvündən 53 nəfəri respublikaçı, 45 nəfəri demokrat, 2-si isə bitərəfdir. Bu isə o deməkdir ki, qondarma soyqırımla bağlı məsələdə respublikaçılar və demokratlar, hətta daha öncə veto hüququndan istifadə edən hakim partiyanın nümayəndələri eyni mövqedən çıxış ediblər. Bu isə ortalıqda vahid siyasi qərarın olduğunu göstərir”.

E.Mirzəbəylinin sözlərinə görə, sənədə 3 dəfə veto qoyulmasında da məqsəd, çox güman ki, Türkiyəyə xəbərdarlıq etmək xarakteri daşıyıb: “Bu, Suriyada həyata keçirilən hərbi əməliyyatlar və Rusiya-Türkiyə hərbi əməkdaşlığı, S-400 zenit-raket sistemləri ilə bağlıdır. Prezident Trampın qanuna veto qoyacağı gözlənilərdir. Əks təqdirdə Ankara ilə Vaşinqton arasındakı dialoq pəncərəsi tamamilə qapana bilər”.

Politoloq şübhə etmir ki, ermənilər qondarma soyqırımla bağlı sənədin qəbulundan öz təbliğatlarında yararlanmağa çalışacaqlar: “Amma son nəticədə bu məsələnin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə heç bir bağlılığı yoxdur. Bununla belə, dolayısı ilə və nəzəri baxımdan bu qərar Azərbaycana qarşı da təbliğat xarakterli məsələlərdə istifadə oluna bilər. Digər tərəfdən, qondarma soyqırımla bağlı oxşar sənədlər başqa ölkələrin parlamentləri, o cümlədən Rusiya Dövlət Dumasının Federasiya Şurası tərəfindən də qəbul edilib. Amma bu, hazırda Moskva-Ankara münasibətlərinə ciddi təsir göstərmir. Bununla yanaşı, ABŞ parlamentinin hər iki palatasının qəbul etdiyi sənədin Ankara-Vaşinqton münasibətlərinə, həmçinin NATO daxilindəki münasibətlərə təsir göstərəcəyi gözləniləndir”.

Azərbaycanın mövqeyinə gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, bu məsələdə rəsmi Bakının yanaşması aydın və birmənalıdır: “Nümayəndələr Palatasında keçirilən səsvermədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi qərarı pisləyən bəyanatla çıxış etmişdi. Bəyanat konkret fakta münasibətdə özümü biruzə verdiyi üçün onun təkrarlanıb-təkrarlanmayacağından asılı olmayaraq, Azərbaycanın mövqeyi ortalıqdadır”.

ABŞ Senatının “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu hökumət administrasiyasının mövqeyini əks etdirmir. Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib. Diplomat vurğulayıb ki, Senat bu barədə artıq öz mövqeyini tam şəkildə ifadə edib: “Artıq bunu nəzərə almalıyıq ki, ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Əməkdaşlığı davam etdirəcəyik”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Parlament seçkiləri ərəfəsində bu məsələni yenidən gündəmə gətirmək təzyiq xarakteri daşıyır - GƏLİŞMƏ
Bu gün, 08:58
"Azərbaycan hökuməti gedib başını bir din xadiminə qoşmalıdır? "
Bu gün, 08:56
Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək - Bu gün
Bu gün, 08:51
YAP Şəkidə kimi deputat seçmək istəyir? - Belə deyirlər...
Bu gün, 08:50
Hüseynbala Mirələmov çətin durumda - GƏLİŞMƏ
Bu gün, 08:47
İraqda hərbi bazalara hücum zamanı 50 ABŞ hərbçisi yaralanıb
Bu gün, 08:44
Dağlıq Qarabağda erməni əsgəri özünü güllələyib
Bu gün, 08:43
"Həkim deyir ki, əlillik təyin etmək olar, amma gərək sən də “hərəkət edəsən”..." - GİLEY
Bu gün, 08:42
Özünü deputat elan edən Hicran Şərifov ölkə rəhbərliyinin adından necə istifadə edir? - İDDİA
Bu gün, 08:39
293 nəfər deputatlığa namizədliyini geri götürüb
Bu gün, 08:37
Bakıda naməlum şəxslər sürücünü döyərək avtomobilini alıblar
Bu gün, 08:36
Şəbnəm üç məşhur müğənnidən "oğurluq" etdi
Bu gün, 08:34
Sabiq deputat Rəfael Cəbrayılov həbsə gedir - GƏLİŞMƏ
Bu gün, 08:32
Şəmkirdə "DOST" üsyanı başladı - İDDİA
Bu gün, 08:31
Bakıda kişi evin damından yıxılaraq ölüb
Bu gün, 08:29
Bakıda 55 yaşlı kişi bıçaq xəsarəti alıb
Bu gün, 08:28
“Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” - Vüqar Bayramov
Bu gün, 08:27
Bakıda qadın əri tərəfindən dabankeşlə döyülərək başından ağır xəsarət alıb
Bu gün, 08:22
Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb
Bu gün, 08:20
Bu gün dollar neçəyədir?
Bu gün, 08:19
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Dünən, 17:29
Vilyam Hacıyev çaba sərf edir... - İDDİA
Dünən, 17:12
Paşinyanla Xankəndi arasında SAVAŞ
Dünən, 17:08
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
Dünən, 17:05
Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib
Dünən, 17:00
“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Mixalkov
Dünən, 16:58
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Dünən, 16:55
Allahşükür Paşazadəyə medal təqdim olunub
Dünən, 16:49
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - Səhiyyə Nazirliyi
Dünən, 16:42
Yataq xəstəsi olan Ağakərimin SON HALI - Heç kimi tanımır
Dünən, 16:40
Seçicilərdən Şeyxin qardaşına etiraz: - "Gedib biznesini, məscidini işlətsin"
Dünən, 16:33
"Mən bahalı müğənniyəm"
Dünən, 16:31
AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub
Dünən, 16:26
“İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” - “Boz qurd” batalyonunun komandiri
Dünən, 16:25
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
Dünən, 16:22
Əli Həsənov həbs olunur... - İDDİA
Dünən, 16:11
Hadisə yerindən qaçan sürücü tutulub
Dünən, 16:06
Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb
Dünən, 16:02
“Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” - Vüqar Bayarmov
Dünən, 15:56
Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb - RƏSMİ
Dünən, 15:42
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
Dünən, 15:41
"Millinin baş məşqçi postuna 32 namizədimiz var"
Dünən, 13:05
Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə
Dünən, 13:04
Azərbaycanlı aktrisanın səsi batdı
Dünən, 13:03
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Dünən, 12:59
Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb
Dünən, 12:59
Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb
Dünən, 12:51
Kərimdən qalmaqallı açıqlama: - “Arvaddan qorxuram”
Dünən, 12:50
Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA
Dünən, 12:47
"Məni danışdırma, ölürəm" - Günay İbrahimli anasını belə qorxutdu
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru