Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                     XİN şefində bu sərvət hardandır? .....                     Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, .....                     Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib .....                     MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib .....                     "Bazar Store"da biabırçı hadisə... .....                     Azərbaycan nefti yenidən 68 dolları ötüb .....                     "Örüş sahələrimizi də məhv ediblər" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                     Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                 

Azərbaycan Dünya Bankının kreditindən imtina edib
Tarix: 12-12-2019, 17:17 | Çap et

Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.

Dünya Bankından "Report"a verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib.

"Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək", - bankdan bildirilib.

Qeyd edək ki, Azərbaycan hökuməti hələ 2019-cu ilin yanvarında DB-dən layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində DB kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb.

"Beləliklə, layihənin dörd komponentinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 66,7 milyon dollarlıq kreditdən 15,504 milyon dollar istifadə edilib", - mənbə deyib.

Kreditin restrukturizasiyası çərçivəsində hər bir komponentin həcmi aşağıdakı kimi müəyyənləşdirilib: "Mikrolayihələr" üçün 3,51 milyon dollar (əvvəl 16,5 milyon dollar idi), "Məcburi köçkünlərin məskunlaşması üçün mənzil təmiri və sosial-iqtisadi infrastruktur" üçün 1,85 milyon dollar (22,53 milyon dollar), “Yaşayış vasitələrinə dəstək" üçün 5,9 milyon dollar (20 milyon dollar) və “Layihənin idarə edilməsi, tətbiqetmənin dəstəklənməsi və potensialın genişləndirilməsi" üçün 2,67 milyon dollar (7,5 milyon dollar).

DB-nin bu kredit ehtiyatları IDP layihəsi üçün əlavə maliyyələşdirmə çərçivəsində 2016-cı ilin ortalarında Azərbaycana verilmişdi. 2001-ci ildən bəri DB Azərbaycanda yaşayış şəraitinin yaxşılaşdırılması və 500 mindən çox məcburi köçkünün gəlirlərinin artırılması üçün ümumi dəyəri 128,2 milyon dollar olan üç kredit ayırıb.