Moskva söhbətini zəruri edən əsas səbəb... .....                     “Karantin qaydalarını özümüzü qoruma instinktinə çevirməliyik” .....                     XİN-də şok korrupsiya yemi: .....                     Bu gün MİQ üzrə müsabiqənin test mərhələsi başlayır .....                     “Xalq mənə sahib çıxaraq onları yerinə otuzdurdu” .....                     Türkiyə ordusunun paşaları Bakıda, İrəvan gecəni rahat yata bilmədi .....                     Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri .....                     "UniBank" pulu yoxa çıxan müştərini necə borclu çıxardı? .....                     "Fikirləşdim ki, özüm də bunu bacararam" .....                     Təhsil Nazirliyinin ŞOK TENDERİ: .....                     Neft bahalaşıb .....                     ABŞ-da noyabr ayına qədər COVID-19 peyvəndinin hazırlanması mümkün deyil .....                     "Eldorado"da dövlətin qanunları işləmirmiş... .....                     Dəhşətli xəstəlik daşıyan ağcaqanadlar Avropaya yayıla bilər .....                     Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb .....                     "Məmurlar sosial şəbəkələrə gəlsinlər !" .....                     "Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." .....                     Ağ Ev Trampın İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edib .....                     "Avis"də dərmanlar 3 qat baha satılır? .....                     DİN-də yeni təyinat olub .....                     Bu gündən müəllimlərin işə qəbulu başlayır .....                     Bu gün dollar neçəyədir? .....                     Eldar Həsənovu Belqradda, səfirlikdə həbs ediblər .....                     Ankara Minsk Qrupunda nədən aktivləşməməlidir ki? .....                     Ən çox “uşaq pulu” verən ölkə hansıdır? .....                     Eldar Həsənov: .....                     Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək .....                     "Prezident cənab İlham Əliyevin etdiyi bu telefon zəngi..." .....                     “Kiçik böhran belə tikinti şirkətlərini iflas həddinə gətirirsə...” .....                     “Uşaq ədəbiyyatını başlı-başına buraxanda, elə “Qaz ilə göyərçinin əhvalatı” kimi şeylər ortaya çıxacaq” .....                     İcra Hakimiyyəti milli–mənəvi dəyərlərə etinasız yanaşır .....                     “Bölgəmiz genişmiqyaslı hərbi əməliyyatlara doğru gedir” .....                     Ənənəvi təhsilə qayıtmağı düşünmürük .....                     "Ağsaqqaldır, müəllimdir, günahını bağışlayın" .....                     Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur .....                     RƏSMƏN TƏSDİQLƏNDİ: Səfir Eldar Həsənov tutulub .....                     “Azərbaycan Türk Ocağı” qeydiyyata alındı” .....                     Azərbaycanda indiyədək 33 917 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda ümumilikdə 812 033 koronavirus testi aparılıb .....                     Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub, .....                 

Almaniyadakı erməni mafiyası - narkotik alveri və qanlı qarşıdurmalar
Tarix: 12-12-2019, 16:10 | Çap et
Almaniyadakı erməni mafiyası
Almaniyanın MDR ictimai televiziyası bu ölkədəki erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb və sənədli film efirə verib.

“Report”un məlumatına görə, ekran əsərinin müəllifləri Aksel Hemmerlinq (Axel Hemmerling) və Lüdviq Kendziadır (Lüdwig Kendzia).

Filmdə müxtəlif illərdə Türinqen federal torpağının Veymar, Erfurt və Ayxsfeld şəhərlərində erməni mafiyasının iştirakı ilə baş verən silahlı qarşıdurmalar, habelə müxtəlif mafiya klanları arasındakı uzunmüddətli münaqişələrdən bəhs olunur.

Erməni mafiyası barədə 58 min səhifəlik cinayət işi

Bildirilib ki, Almaniyanın müxtəlif regionlarının yerli hüquq-mühafizə orqanlarının 58 000 səhifəlik sənədlərinin araşdırılması nəticəsində sözügedən silahlı qarşıdurmaların bir-birindən ayrı cinayət hadisələri deyil, mafiya klanları arasında uzun müddətdən bəri davam edən “müharibələrin” təzahürləri olduğu müəyyənləşdirilib.

Sözügedən atışmalarda müxtəlif mafiya başçılarının iştirakının müəyyən edildiyi, Berlin və Şərqi Almaniyada yerləşən erməni mafiya qruplarının Belçika və Fransadakı “qanuni oğrular” tərəfindən idarə olunduğu vurğulanır. Eyni zamanda post-sovet məkanında (Rusiya, Ermənistan, Gürcüstan, Ukrayna) fəaliyyət göstərən tanınmış “qanuni oğrular”ın vasitəçilik səyləri ilə erməni mafiya qruplarının cəlb olunduğu münaqişələrdə nisbi “sülhə” nail olunduğu diqqətə çatdırılır.

Erməni mafiya klanlarının iştirakı ilə 2013 və 2014-cü illərdə müvafiq olaraq Veymar və Erfurt şəhərlərində baş verən insidentlərin kökündə milyonlarla avro dəyərində olan avtomobil biznesi, eləcə də Almaniyadan Polşaya daşınan oğurluq avtomobillərin orada hissələrə bölünməsindən sonra yenidən Almaniyaya gətirilərək satılmasına nəzarət uğrunda gedən mübarizənin dayandığı göstərilir.

Belçika və Almaniyada narkotik alveri və erməni ailəsində qanlı qarşıdurmalar

Ayxsfeld şəhərindəki hadisələr isə 20 ildən artıq bu şəhərdə yaşayan və Almaniya, Fransa, Belçika və Ermənistanda geniş qohumluq əlaqələrinə malik bir erməni ailəsi daxilində olan qarşıdurmaların nəticələri kimi təqdim olunur. Ailədaxili çəkişmələrin hələ 2005-ci ildə ölümlə nəticələnən qanlı toqquşmalarla başlandığı, 2017 və 2018-ci illərdə yenidən qanlı toqquşmalarla müşayiət edildiyi, polis tərəfindən bununla bağlı bir neçə əməliyyatın keçirildiyi və həbslərin baş tutduğu vurğulanır. Hüquq-mühafizə orqanlarının daxili sənədlərinə istinadən bildirilir ki, sözügedən ailə Belçika və Almaniya arasında avtomobil ticarətini həyata keçirir və Almaniyanın Türinqen, Saksoniya və Saksoniya-Anhalt federal torpaqlarına gətirilən avtomobillərin içində qanunsuz olaraq narkotik maddələrin keçirildiyinə dair dəlillər mövcuddur. Klan üzvlərinin spirtli içkilərin qeyri-qanuni ticarəti ilə məşğul olduqları da bildirilir. Ayxsfelddə mövcud olan mafiya klanının 2013-2014-cü illərdə Veymar və Erfurtdakı silahlı qarşıdurmalarda iştirak edən mafiya klanları ilə əlaqəli olmadığı və tam müstəqil fəaliyyət göstərdiyi bildirilir.

Noyabrın 27-də yayımlanan “Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmdə (https://www.mdr.de/tv/programm/video-359496_zc-12fce4ab_zs-6102e94c.html) mütəşəkkil cinayətkarlığın “qanuni oğru” modelinin mahiyyəti və quruluşu barədə məlumat verilir, Almaniyada və Avropada bu tip mafiya quruluşuna malik olan erməni cinayətkar dəstələrdən bəhs olunur. Filmdə Almaniyada erməni mafiyasına qarşı həyata keçirilən FATİL əməliyyatı barədə məlumat verilir, Almaniyadakı erməni mafiyasının İtaliya mafiyası ilə “biznes” (saxta pul əsginazları, narkotik maddələrin ticarəti) əlaqələrinə dair faktlar təqdim olunur, yaxınlarda İspaniyada da erməni mafiyasına qarşı böyük əməliyyatın həyata keçirildiyi qeyd edilir, erməni mafiya klanlarında güclü iyerarxiyanın olduğu və bu şəbəkələrin qanunsuz miqrasiya yolu ilə daim genişləndirildiyi bildirilir.

Erməni mafiya başçıları Ermənistanın keçmiş hakimiyyəti ilə əlbir işləyib

Filmdə həmçinin Ermənistanın on illərdən bəri korrupsiya ölkəsi və kleptokratiya olduğu, erməni mafiya başçılarının Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəli olduqları və yeni hakimiyyətin “qanuni oğrulara” qarşı müharibə elan etdiyi bildirilir.

Filmdə həmçinin professor Avetis Sadoyan kimi təqdim olunan 10 il əvvəl Almaniyada sığınacaq tapan siyasi qaçqına söz verilir. O, Ermənistan cəmiyyətində cinayətkarlığın geniş vüsət almasından və kleptokratiyanın adi vətəndaşlara mənfi təsirlərindən danışır. Bildirir ki, vətəndaşlar, adətən, uğurlu insanlardan örnək götürür və Ermənistanda belə uğurlu insanlar məhz cinayətkar ünsürlərdir. Qeyd edir ki, bir araşdırmanın nəticələrinə görə, Ermənistanda kişilərin 95%-i öz nitqlərində cinayətkar jarqondan istifadə edirlər. O, Ermənistanda baş vermiş “inqilabın” sözügedən mentalitetə son qoymasına çağırış edir. A.Sadoyan eyni zamanda mafiya strukturları vasitəsilə Ermənistandan milyardlarla pulun çıxarıldığını iddia edir və Almaniyanın hüquq-mühafizə orqanlarını həmin pulların Ermənistan əhalisinə geri qaytarılması üçün yardım etməyə çağırır.

Ermənistanın Almaniyadakı səfiri mafiyanı necə qoruyub?

Filmdə eyni zamanda Ermənistandakı “inqilabın” Almaniyada çox şeyi dəyişmədiyi və bu xüsusda Aşot Smbatyanın 2015-ci ildən bəri Ermənistanın bu ölkədəki səfiri olaraq qaldığı vurğulanıb. A.Smbatyan “hiyləgər insan” adlandırılır.

Bildirilir ki, Erfurtdakı atışma (2014-cü il) və MDR-in bu barədə məlumat verməsindən dərhal sonra, o, gözlənilmədən Türinqenə səfər edib və səfər zamanı bu torpağın baş naziri ilə yanaşı, təkidli sorğusu əsasında daxili işlər naziri ilə də görüş keçirib və ona Türinqen torpağı və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təklif edib. Məlumata görə, Ermənistan səfirinin bu hərəkətləri Almaniyanın Federal Kriminal İdarəsi (BKA) və Türinqen Torpağının Kriminal İdarəsi (LKA) tərəfindən həyəcanla qarşılanıb. Səfirin öz hərəkətlərini ictimaiyyət qarşısında müzakirə etmək istəmədiyi və həmçinin MDR və Der Spiegel KİV-lərini məhkəməyə verdiyi (bax: SBRL/1437/19 saylı, tarixli məktubumuz) və bu məhkəmə prosesinin hələ də davam etdiyi barədə məlumat verilir.

Qeyd edək ki, MDR televiziyası və Der Spiegel jurnalı Almaniyada mövcud olan erməni mafiyasının fəaliyyətini birgə araşdırırlar və ötən ilin noyabrından bəri bu mövzuda məlumatlar dərc edirlər. Məlumatlarda o cümlədən Ermənistanın Almaniyadakı səfiri A.Smbatyanın da mütəşəkkil cinayətkarlıqla əlaqələrinin olduğu qeyd edilir. Eyni adlı sənədli film hələ bir il əvvəl, 2018-ci ilin noyabrın 7-də efirə getməli idi və o zaman Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən ekran əsərində səfir barədə verilən faktların yoxlanılmasınadək filmin efirə getməsi müvəqqəti olaraq qadağan edilmişdi. Film, görünür, hazırda Ermənistan səfiri barədə səsləndirilməli olan faktların ixtisar olunduğu formada efirə gedib.

Azərbaycanın “qara siyahıya” saldığı deputatlar erməni mafiyasının üzvləridir

Filmdə həmçinin erməni mafiyasının ictimaiyyətə yaxşı məlum olan üzvləri barədə məlumat verilir. Peşəkar boksçular Murat Karo və Artur Abrahamın adının istintaq sənədlərində hallandığı qeyd edilir, Bundestaqın deputatları Albert Vayler və Manfred Qrundun (hər iki deputat Ermənistanın lobbiçisidir və Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadırlar), eləcə də Ermənistan səfirinin iştirakı ilə Almaniya-Ermənistan Forumunun yaradılması mərasimində, habelə sözügedən deputatların dəvəti ilə Almaniyanın bölgələrində Ermənistan səfiri ilə birlikdə keçirilən tədbirlərdə yuxarıda sözügedən cinayətkar ünsürlərin iştirak etmələri barədə faktlar təqdim olunur. Hər iki deputatın Bundestaq ofislərində erməni əməkdaşlarının çalışdıqları (A.Vaylerin ofisində Alla Serobyan, M.Qrundun ofisində isə Andronik Aslanyan işləyir), bunlardan birinin daşınmaz əmlak biznesi ilə məşğul olduğu (M.Qrundun əməkdaşı A.Aslanyanın Elase Real Estate adlı daşınmaz əmlak şirkəti mövcuddur) bildirilir.

Filmdə müsahibə verən Bundestaqın deputatı, Almaniya-Ermənistan Forumunun prezidenti A.Vayler foruma birbaşa toxunmadığı üçün erməni mafiyası mövzusunun forum daxilində rəsmi olaraq müzakirə olunmadığını, amma sözügedən xəbərlərə dair Ermənistan səfiri ilə söhbət etdiyini və ona forum üzvlərindən kiminsə cinayət törətdiyi bəlli olarsa, araşdırmalara və həmin şəxsin Almaniyadan deportasiya olunmasına yardım edəcəklərini bildirdiyini qeyd edir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva söhbətini zəruri edən əsas səbəb... - TƏHLİL
Bu gün, 09:13
“Karantin qaydalarını özümüzü qoruma instinktinə çevirməliyik” – Cəlal İsayev
Bu gün, 09:10
XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində?
Bu gün, 09:04
Bu gün MİQ üzrə müsabiqənin test mərhələsi başlayır - Diqqət!
Bu gün, 09:03
“Xalq mənə sahib çıxaraq onları yerinə otuzdurdu” - deputat
Bu gün, 09:02
Türkiyə ordusunun paşaları Bakıda, İrəvan gecəni rahat yata bilmədi - GƏLİŞMƏ
Bu gün, 09:00
Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri İTALİYA MƏTBUATINDA
Bu gün, 08:54
"UniBank" pulu yoxa çıxan müştərini necə borclu çıxardı? - GİLEY
Bu gün, 08:50
"Fikirləşdim ki, özüm də bunu bacararam" - VİDEO
Bu gün, 08:44
Təhsil Nazirliyinin ŞOK TENDERİ: - Aparatın mebel və jalüzünə 1.6 milyon xərcləyəcək
Bu gün, 08:42
Neft bahalaşıb
Bu gün, 08:39
ABŞ-da noyabr ayına qədər COVID-19 peyvəndinin hazırlanması mümkün deyil
Bu gün, 08:37
"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm"
Bu gün, 08:35
Dəhşətli xəstəlik daşıyan ağcaqanadlar Avropaya yayıla bilər
Bu gün, 08:28
Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – səfirin həbsi ilə bağlı sensasion məlumatlar
Bu gün, 08:26
"Məmurlar sosial şəbəkələrə gəlsinlər !" - TƏKLİF
Bu gün, 08:25
“Əttökən seriallara görə narahat olmağa dəyməz” - Efir məkanı təmizlənir?
Bu gün, 08:24
"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı
Bu gün, 08:21
Ağ Ev Trampın İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edib
Bu gün, 08:11
"Avis"də dərmanlar 3 qat baha satılır? - GİLEY
Bu gün, 08:10
DİN-də yeni təyinat olub
Bu gün, 08:04
Bu gündən müəllimlərin işə qəbulu başlayır - Diqqət!
Bu gün, 08:03
Bu gün dollar neçəyədir?
Bu gün, 07:56
Eldar Həsənovu Belqradda, səfirlikdə həbs ediblər - Rusiya KİV-ləri
Dünən, 19:01
Ankara Minsk Qrupunda nədən aktivləşməməlidir ki? - “Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır”
Dünən, 18:54
Ən çox “uşaq pulu” verən ölkə hansıdır? - Bizdə də söhbəti gedir...
Dünən, 18:42
Eldar Həsənov: - Hardan haraya...
Dünən, 18:28
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək - AÇIQLAMA
Dünən, 18:20
"Prezident cənab İlham Əliyevin etdiyi bu telefon zəngi..." - Ülvi Quliyev
Dünən, 18:13
“Kiçik böhran belə tikinti şirkətlərini iflas həddinə gətirirsə...” – Ekspertdən çıxış yolu TƏKLİFİ
Dünən, 18:10
“Uşaq ədəbiyyatını başlı-başına buraxanda, elə “Qaz ilə göyərçinin əhvalatı” kimi şeylər ortaya çıxacaq” - ARAŞDIRMA
Dünən, 18:07
İcra Hakimiyyəti milli–mənəvi dəyərlərə etinasız yanaşır - Qaxda ACINACAQLI MƏNZƏRƏ
Dünən, 18:05
“Bölgəmiz genişmiqyaslı hərbi əməliyyatlara doğru gedir” - Keçmiş nazir
Dünən, 18:01
Ənənəvi təhsilə qayıtmağı düşünmürük - Təhsil İnstitutu
Dünən, 17:57
Telli Borçalı çətin durumda — Yeddi aydır ki...
Dünən, 17:50
"Ağsaqqaldır, müəllimdir, günahını bağışlayın" - LERİK İŞİ
Dünən, 17:46
Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur
Dünən, 17:44
RƏSMƏN TƏSDİQLƏNDİ: Səfir Eldar Həsənov tutulub - TƏFƏRRÜAT
Dünən, 17:43
“Azərbaycan Türk Ocağı” qeydiyyata alındı”
Dünən, 17:40
Azərbaycanda indiyədək 33 917 nəfərdə COVID-19 aşkarlanıb, ölənlərin sayı 500-ə çayıb nəfər vəfat edib
Dünən, 17:34
Azərbaycanda ümumilikdə 812 033 koronavirus testi aparılıb
Dünən, 17:33
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub, 3 nəfər vəfat edib
Dünən, 17:32
Aralıq dənizində toqquşma: - Türk hərbi gəmisi yunan friqatın “təmirxana”lıq edib
Dünən, 17:26
Tərtərdə bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq ölüb
Dünən, 17:19
"Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram"
Dünən, 17:17
“Bu, işğalçı plan hazırlayanlara sərt mesajdır” - GƏLİŞMƏ
Dünən, 17:15
Putinə zəngin PƏRDƏARXASI – “Proseslərin hərbi sferaya keçməsi tam realdır”
Dünən, 17:12
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Dünən, 17:11
Müəllimlərin əksəriyyəti pandemiyaya görə yüksək risk daşıyıcısıdır - Təhsil İnstitutu
Dünən, 17:09
Eldar Həsənov Bakıda istintaqa cəlb olunub?
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru