ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                     XİN şefində bu sərvət hardandır? .....                     Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, .....                     Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib .....                     MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib .....                     "Bazar Store"da biabırçı hadisə... .....                     Azərbaycan nefti yenidən 68 dolları ötüb .....                     "Örüş sahələrimizi də məhv ediblər" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                     Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                 

Əhməd Əhmədzadə ilə deputatın varis planı... - GƏLİŞMƏ
Tarix: 12-12-2019, 15:39 | Çap et
Əhməd Əhmədzadə ilə deputatın varis planı...
Ölkədə aparılan geniş islahatların fonunda parlamentin yenilənməsi də zərurətə çevrildi...

Artıq yeni parlamentin formalaşacağı ilə bağlı lazımi prosedurların həyata keçirilməsinə start verilib. Yeni parlament barədə daha çox səslənən fikirlər qanunverici orqanın əsasən gənclərdən formalaşacağı ilə bağlıdır. Təbii ki, bu fikirlər də çox yaşlı olan deputatların yeni parlamentdə təmsil olunma şansını azaldır. Ancaq bəzi məmurlar və millət vəkilləri özlərinin kökən olduqları və seçildikləri dairələrdən övladlarının namizədliyini irəlü sürmək istəyirlər. Məsələn, sosial şəbəkələrdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin Qaxdan deputat olmaq niyyətinin olduğuna dair çoxlu sayda paylaşım edilir. 79 saylı İmişli seçki dairəsindən namizədliyi Ümid Partiyası Ali Məclisi tərəfindən irəli sürülən jurnalist Bakir Həsənbəyli isə sosial şəbəkədəki statusunda yazıb ki, uzun illərdir bu dairədən YAP-ın təmsilçisi iş adamı Əsabil Qasımov olub: “Ölkədə bir nəfər belə tapılmaz ki, ötən 9 il müddətində Əsabil Qasımovun MM-də hansısa problemlə bağlı bir çıxışını xatırlasın. Təxminən 1 saat öncə maraqlı məlumat aldım. Əsabil Qasımov bu dəfə oğlu – Karat Holdingin icraçı direktoru Taleh Qasımovun namizədliyi ilə əlaqədar fəaliyyətə başlayıb. Belə ki, Ə.Qasımov öz yaxınları vasitəsilə müxalif düşərgənin adamlarına “nə istəyirsiniz edim, ancaq Talehin namizədliyinə mane olmayın” mesajları göndərir”. Azərbaycan qanunlarına görə, sabiq deputatların və hazırkı məmurların övladlarının seçki prosesində iştirakının qarşısını yalnız qanunla müəyyən olunmuş qadağalar ala bilər. Yəni onların məhz kiminsə övladları olduqlarına görə seçkidə iştirakı əngəllənə bilməz. Ancaq belə bir istək atalarının nüfuzu və maddi imkanlarına güvənərək həyata keçirilirsə, təbii ki, bu yolverilməzdir və ölkədə aparılan islahatlara kölgə salır.

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə ənənənin qoyulması heç də yaxşı deyil: “Biz seçkilərə bir qədər fərqli yanaşırıq. Partiya olaraq istəyirik ki, fərdlərdən daha çox düşüncəmiz hakimiyyətə gəlsin. Məsələn, Atatürk dünyasını dəyişib, amma onun düşüncəsi hakimdir. Kimin seçiləcəyini isə seçici müəyyənləşdirir. Bəzi gənclər kiminsə övladı olduğuna görə də ölkədə gedən proseslərdən kənarda qalmamalıdır. Yaş məsələsini kampaniyaya çevirmək olmaz. Ölkə başçısı da çıxışında buna iradını bildirdi. Biz partiyada yaş məsələsinə o qədər də önəm vermirik. Daha çox dünyagörüşə, bioqrafiyaya diqqət edirik. Burada yaşdan çox baş əsasdır. İdarəetməyə yeni nəslin gəlməsi yaxşıdır. Həmin işləri yaşlı nəsil də bacarırsa, onları da tam kənarda saxlamaq olmaz. Ancaq yaşı əsas gətirib, öz dairəsindən oğlunu seçdirmək də yaxşı hal deyil. Həmin adamın övladı bacarıqlıdırsa, mütləq cəmiyyətdə yer tapacaq. Belələrini axtarırlar. Biz Avronestdə iştirak edəndə bir sürücü övladı bizimlə tədbirlərə gedirdi. Hamımız onun üstündə əsirdik. Həm tərcüməçi, həm də başqa sahələrin bilicisi kimi onunla məsləhətləşirdik. Bu gün cəmiyyətdə sağlam rəqabət var. Yüksək postlara təyin edilən gənclərə baxın. Onların çoxunun valideynlərini heç cəmiyyət tanımır. Öz savadları, intellektləri hesabına həmin posta gəliblər. Birinin övladı nə qədər istedadlı olsa da, öz atasının əvvəl millət vəkili olduğu yerdən deputat seçilsə, ortaya bəzi suallar çıxacaq. Hesab edirəm ki, belə bir ənənənin qoyulması doğru deyil”.