Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                     XİN şefində bu sərvət hardandır? .....                     Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, .....                     Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib .....                     MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib .....                     "Bazar Store"da biabırçı hadisə... .....                     Azərbaycan nefti yenidən 68 dolları ötüb .....                     "Örüş sahələrimizi də məhv ediblər" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                     Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                 

Deputatlar silahlarını da təhvil verib? - “Tapançanın 2 darağından bir güllə belə istifadə etmədim”
Tarix: 12-12-2019, 13:06 | Çap et
Deputatlar silahlarını da təhvil verib?
Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malik olsalar da, V çağırış Milli Məclisin üzvləri bu imtiyazda istifadə etməyiblər.

Milli Məclis üzvlərinə xidməti silahın verilməsi ilk dəfə 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:

“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.

Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.

Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

Maraqlıdır, qanunun icazə verdiyi halda, niyə Milli Məclisin deputatları silah gəzdirmir?

“Silah gəzdirməyə ehtiyac vardı”

V çağırış Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağlamalı Modern.az-a bildirib ki, deputatın silah gəzdirməsi qanunla qadağan edilməyib, amma əsas məsələ buna zərurətin olub-olmamağıdır.

“Yəni gəzdirə bilər. Milli Məclisin deputatlarının silah gəzdirməsi məsələsi uzun illər bundan öncə parlamentdə müzakirə olundu. Həmin vaxt deputatların əksəriyyəti Milli Məclisin üzvlərinə silah gəzdirmək səlahiyyətinin verilməsinin tərəfdarı oldu. O vaxtlar cəmiyyətdə narazılıqlar vardı. Təhlükəsizlik məsələlərində problemlər mövcud idi. Həmin illərdə vəziyyət elə idi ki, silah gəzdirmək məsələsi reallğı əks etdirirdi. Həqiqətən də silah gəzdirməyə ehtiyac vardı”.

“Deputat o dünyalıq olacaq”

Fəzail Ağamalının sözlərinə görə, deputat silah gəzdirməklə heç də özünü müdafiə etmək gücündə deyil:

“Milli Məclisin deputatı silah gəzdirirsə, əgər ona hər hansı təhlükə varsa, deputat silahla özünü müdafiə edənə qədər artıq o dünyalıq olacaq. Çünki Milli Məclisin deputatını öldürmək istəyən onu aylarla izləyir və elə yerdə aradan götürməyə çalışır ki, onun müqavimət göstərməyə imkanı olmasın və sairə. Düşünürəm ki, bu silah gəzdirmək də simvolik bir şeydir”.

“Silahı uzaq yola çıxanda götürürdüm”

F.Ağamalı qeyd edib ki, bu gün deputarın silah gəzdirməsinə ehtiyac yoxdur:

“Bu gün Azərbaycan sabit bir ölkədir. Azərbaycan dünyada “sabitlik adası” kimi nüfuz qazanıb. Təhlükəsiz ölkə kimi hər bir dövlətə nümunədir. Hər bir vətəndaşın təhlükəsizliyi qorunduğu üçün deputatların silah gəzdirməsinə də ehtiyac yoxdur.

Silah gəzdirdiyimiz zamanda hansısa deputatın özünü qoruması üçün silaha əl atmasının şahidi olmamışam. Mənə verilmiş silahın 2 darağından bir güllə belə istifadə etməmişəm. Ümumiyyətlə, heç bir halda silahdan istifadə etmədim. Çox zaman heç üzərimdə də gəzdirmirdim. Yalnız uzaq yola çıxanda götürərdim. Şəhərin içərisində gəzdirmirdim”.

“Silahı verəndə də, alanda da normal qarşılamışdım”

Parlamentari bildirib ki, silahı əldə etmək üçün DİN-ə gedirdilər:

“O silahları bizə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi verirdi. Bizə dəvət gəldi, getdik ora. Silahı alanda sənədə qol çəkib, qayıtdıq. Silahı təhvil verəndə də həmin idarəyə getmişdik.

Növbəti seçkilərdən sonra deputatlara silah verilmədi. O zaman buna çox normal yanaşdım. Əslində veriləndə də normal yanaşmışdım. Cəmi bir çağırış o silahı üzərimdə gəzdirmişəm”.