“Ermənistanı dayandırmağın bircə yolu qalır: müharibə!” .....                     “Sülhməramlıları yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir” .....                     Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur .....                     Biləsuvarda vətəndaş və təhsil şöbəsi arasında qalmaqal: .....                     "Bunun məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür" .....                     Metro iki günlük bağlanır .....                     ATU-ya yeni prorektor təyin edilib .....                     Baş Nazirdən təhsillə bağlı daha bir qərar .....                     Gömrüklə bağlı ən çox verilən sualların .....                     Tikinti sıxlığı göstəricilərinin yolverilən hədlər müəyyənləşib .....                     Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib .....                     Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi .....                     Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub .....                     “Bakıda Türk Dünyası Universiteti yaradılsın” .....                     "İki icra hakimiyyəti ləğv olunsun" .....                     Neft bahalaşmayıb, pandemiya bitməyib: .....                     Keçid balları niyə aşağı düşüb? .....                     Lavrovun “5 rayon nağılı”: .....                     Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu publik hüquqi şəxs olub .....                     “Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var...” .....                     TƏBİB-də .....                     Səfərbərlik Xidməti məlumat yaydı .....                     Bakıda bəzi hotellər fəaliyyət göstərmir .....                     Bakının islah olunmayan “avtoşu” bu dəfə “Niva” ilə qaydaları pozur .....                     MilliÖn terminallarında ödəmə problemi .....                     Ramiz Mehdiyev Fizika İnstitunu TƏFTİŞ ETDİ .....                     Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb .....                     “Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir... .....                     28 sentyabrda dollar neçəyə olacaq? .....                     Novxanıdakı milyonluq sarayın sahibi tapıldı .....                     Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb .....                     Azərbaycan Rusiya və İranı sıxışdırır .....                     Moskvanın “fiti” ilə Bakıda kimsə vacib məlumatları silir .....                     Portuqaliyadan İrəvana “sürpriz”: .....                     “30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” .....                     Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub .....                     İndiyədək ETSN-də 26 nəfər koronavirusa yoluxub, .....                     Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi .....                     Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib .....                     “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir .....                 

"Ən böyük legitimlik xalqın iradəsidir" - Siyavuş Novruzov
Tarix: 10-12-2019, 18:25 | Çap et
"Ən böyük legitimlik xalqın iradəsidir"
Bütün demokratik sistemlərdə seçki dövlət və ictimai təşkilatlarda vacib vəzifələrin tutulması üçün keçirilən demokratik üsuldur və dünya təcrübəsində qanunda nəzərdə tutulan reqlamentə uyğun olaraq əsasən gizli keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən və avtoritarizmin təzahürlərindən qoruyur.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əası qoyulmuş demokratik və mütərəqqi seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə tənzimlənir.

Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın 18 yaşına çatmış vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasında ilk konstitusiyanın qəbul olunduğu 1995-ci ildən bugünədək beş prezident (1998, 2003, 2008, 2013 və 2018), beş parlament (1995, 2000, 2005, 2010 və 2015), dörd bələdiyyə (1999, 2004, 2009 və 2014) seçkiləri keçirilmişdir. Sevindirici hal ondan ibarətdi ki, ölkəmizdə keçirilən hər bir seçki demokratiya yolunda irəliyə atılmış mühüm bir addım kimi qiymətləndirilmişdir. Bu dövr ərzində seçkilərin həm qanunverici, həm maddi-texniki bazası yüksək səviyyəyə qaldırılmış və bütün bu göstəricilər beynəlxalq ekspertlər tərəfindən müstəqil dəyərləndirilərək xüsusilə qeyd olunmuşdur.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bütün yuxarıda sadaladığımız seçkilərdə parlaq qələbələr qazanmış, seçki təcrübəsini artırmış və cəmiyyətdəki avanqard siyasi güc mərkəzi olduğunu dəfələrlə təsdiq etmişdir.

Lakin sirr deyil ki, seçkidən-seçkiyə Azərbaycanı ardıcıl uğurlara aparan siyasi kursun davamı və çoxşaxəli xarakteri ölkəmizə təzyiq göstərmək niyyətində olan daxili və xarici dairələri daim narahat etməkdədir. Ölkəmizə qarşı yersiz və əsassız ittihamların bir çoxunu onlar hər seçki dövründə buradakı əlaltıları vasitəsilə məqsədyönlü şəkildə dilə gətirməkdədirlər.Hər zaman olduğu kimi 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində də bu dairələrin sözcülüyünü keçmişi qaranlıq , Azərbaycan siyasətindəki ən odioz fiqur-AXCP sədri Əli Kərimli boynuna götürüb.Ölkədə keçirilmiş seçkilərin legitimliyini daim şübhə altına alan bu şəxs indidən , hələ keçirilməmiş Parlament seçkilərini qeyri-demokratik olacağı istiqamətində haray-həşir salmaqdadır.Onun “arqumentlərini” nəzərdən keçirək.

Əvvəla o qeyd edir ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşmadığı üçün onların fəaliyyəti qeyri-şəffafdır.Onun korşalmış və pas tutmuş yaddaşının təzələmək üçün qısa bir tarixi ekskursiya edək. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun iştirakı ilə hələ 2000-ci ildə seçki komissiyaların tərkibi paritet əsaslarla formalaşmışdı.Lakin seçkilərin vaxtı elan olunmasına baxmayaraq müxalifət partiyaları nə MSK, nə DSK, nə də MnSK tərkiblərinə öz namizədlərini irəli sürmədilər.Parlament isə tətildə olmasına baxmayaraq fövqəladə toplandı və seçki komissiyalarının indiki tərkibdə yenidən qurulmasına qərar verdi.Lakin hətta indiki komissiyaların təşkilində belə Avropa Şurası,Venetsiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu ekspertlərinin rəyləri alındı.Yeri gəlmişkən , həmin bu Əli Kərimli məhz bu tərkibdəki komissiyaların fəaliyyəti dövründə, yəni 2000-ci ildə öz partiya yoldaşları ilə birgə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi.Amma nədənsə o zaman komissiyaların tərkibi məsələsi onu qətiyyən narahat etmirdi.

Radikal müxalifətin tənqid hədəflərindən biri də seçki məcəlləsinin namizədlərin qeydə alınması ilə bağlı tələblərin guya sərtləşməsi ilə bağlıdır.Halbuki vaxtilə hər namizəd üçün 2000 imza toplamaq şərti mövcud idisə, hazırda qanun tələbi cəmi 450 imzaya endirilib.(Bax:Seçki Məcəlləsi maddə 147.1) Habelə, əgər seçki məcəlləsinin əvvəlki müddəalarına diqqət yetirsək , görərik ki, bir seçici yalnız bir namizəd lehinə imza verə bilərdisə, hazırda bu baxımdan heç bir məhdudiyyət yoxdur (Bax:Seçki Məcəlləsi maddə 147.2)

Siyasi opponentlərimizin üzərində durduğu digər bir məqam siyasi partiyalara seçki öncəsi bərabər rəqabət şəraitinin guya yaradılmaması ilə bağlıdır. Halbuki 60-dan artıq dairədə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsi ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin bilər. (Bax:Seçki Məcəlləsi maddə 148.6) Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olduqca geniş səlahiyyətlərə sahibdir. Belə ki, o seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini vermək, seçki büllütünlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edərkən səs vermək,müvafiq seçki komissiyasının qərarını imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir. (Bax:Seçki Məcəlləsi maddə 22.9)

Eyni zamanda birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır (Bax:Seçki Məcəlləsi maddə 152.1). Nəzərə almaq lazımdır ki, bu şəxslər həm də dairə və məntəqələrdə müşahidəçilik missiyasını da yerinə yetirə bilərlər. Müşahidəçilərin isə qanunvericiliyə görə olduqca mühüm səlahiyyətləri vardır: seçki günü istediyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçici siyahıları ilə tanış olmaq, səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək, seçki qutusundan çıxmış seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinə dair rəyin seçki komissiyasının protokuna əlavə olunmasını tələb etmək və s. (Bax:Seçki Məcəlləsi maddə 40-44).

Seçki Məcəlləsi seçkiqabağı təşviqatın aparılması üçün bütün namizəd siyasi partiya və siyasi partiya blokları üçün bərabər şərtlər təsbit etmişdir. Belə ki, bütün tərəflər üçün müvafiq icra hakimiyyəti orqanı seçki dairəsi ərazisində birbaşa təbliğat-təşviqatın həyata keçirilməsi üçün açıq və qapalı məkanlar ayırır. Eyni zamanda birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtı ayrılır (Bax:Seçki Məcəlləsi maddə 80). Habelə, dövlət qəzetlərində təşviqat xarakterli pulsuz elanlar verilə bilər (Bax:Seçki Məcəlləsi maddə 77.2).

Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə (prezident, parlament, bələdiyyə) seçkilər keçirməyə imkan verir. Sadəcə, vətəndaş və ya siyasi partiya olaraq, öz hüquqlarını bilmək və bundan maksimum yararlanmaq lazımdır. Zənnimcə, ölkənin radikal müxalifətini seçkilərdə iştirakdan çəkindirən ən vacib amil şübhəsiz ki, qanunverici baza deyil. Əsl çəkindirici amil ənənəvi müxalifətin getdikcə marginallaşması, bunun da məntiqi nəticəsi olaraq, ilk növbədə eloktratın getdikcə zəifləməsi və nəhayət xalqa deməyə sözünün olmamasıdır.

Yekunda əminliyimi ifadə etmək istərdim ki, Azərbaycan xalqı növbəti parlament seçkilərinə də böyük inamla gedəcək və bu mühüm siyasi kampaniya demokratiya tariximizdə növbəti parlaq səhifə açacaqdır. Ən böyük legitimlik isə xalqın iradəsidir.

Siyavuş Novruzov,

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistanı dayandırmağın bircə yolu qalır: müharibə!”
Bu gün, 19:03
“Sülhməramlıları yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir” - GƏLİŞMƏ
Bu gün, 19:00
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Bu gün, 18:46
"Nofəlin ölümü ilə bağlı yazılanlara görə utanırıq"
Bu gün, 18:44
Biləsuvarda vətəndaş və təhsil şöbəsi arasında qalmaqal: - Uşaq məktəbə buraxılmadı
Bu gün, 18:42
"Bunun məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür" - Ülvi Quliyev
Bu gün, 18:33
Metro iki günlük bağlanır - Diqqət!
Bu gün, 18:31
ATU-ya yeni prorektor təyin edilib
Bu gün, 18:28
Baş Nazirdən təhsillə bağlı daha bir qərar
Bu gün, 18:25
Gömrüklə bağlı ən çox verilən sualların - Cavabları
Bu gün, 18:22
Tikinti sıxlığı göstəricilərinin yolverilən hədlər müəyyənləşib
Bu gün, 18:20
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
Bu gün, 18:15
Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi - AÇIQLAMA
Bu gün, 18:08
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Bu gün, 18:05
“Bakıda Türk Dünyası Universiteti yaradılsın” - Professordan TƏKLİF:
Bu gün, 18:05
Maral Tahirqızı 190 manat İSTƏDİ: - "Şikayət etmədən kartıma köçürsünlər"
Bu gün, 18:00
"İki icra hakimiyyəti ləğv olunsun" - deputat
Bu gün, 17:58
Neft bahalaşmayıb, pandemiya bitməyib: - Nazir niyə nikbindir?
Bu gün, 17:57
Keçid balları niyə aşağı düşüb? – Ekspert real səbəbləri açıqladı
Bu gün, 17:54
Lavrovun “5 rayon nağılı”: - “Bakı-Ankara ittifaqını yumşaltmaq istəyirlər”
Bu gün, 17:53
Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu publik hüquqi şəxs olub
Bu gün, 17:51
“Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var...” - Putinin dostu
Bu gün, 17:50
ATV-nin keçmiş sahibini məhkəməyə verdilər – İşə Ali Məhkəmədə baxılacaq
Bu gün, 17:47
TƏBİB-də yeni təyinat olub
Bu gün, 17:45
MTRŞ-dan erotik filmlə bağlı açıqlama: - Qanun pozuntusu sayılmır
Bu gün, 17:42
“Toy və yas mərasimlərinə qoyulan qadağalar davam etməlidir” - Komitə sədri
Bu gün, 17:41
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Bu gün, 17:36
Tolik yenidən aparıcılıq edəcək
Bu gün, 17:34
Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB
Bu gün, 17:23
Bakının islah olunmayan “avtoşu” bu dəfə “Niva” ilə qaydaları pozur - VİDEO
Bu gün, 17:22
MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?
Bu gün, 17:19
Ramiz Mehdiyev Fizika İnstitunu TƏFTİŞ ETDİ - FOTO
Bu gün, 17:16
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb - Diqqət!
Bu gün, 17:08
“Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir... - AMERİKALI JURNALİSTİN ƏLİYLƏ ERMƏNİ DİVERSİYASI
Bu gün, 17:04
28 sentyabrda dollar neçəyə olacaq?
Bu gün, 17:00
"Silah verib ön cəbhəyə göndərsələr, aya atmaq əvəzinə çaya atacaq..." - VİDEO
Bu gün, 16:59
Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - Özü danışır...
Bu gün, 16:57
Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 16:47
Azərbaycan Rusiya və İranı sıxışdırır - Yaxın gələcəkdə nələr gözlənilir?
Bu gün, 16:45
Moskvanın “fiti” ilə Bakıda kimsə vacib məlumatları silir - ANLAŞILMAZ ALQORİTM
Bu gün, 16:39
Portuqaliyadan İrəvana “sürpriz”: - Sazişi təsdiqləmədi
Bu gün, 16:35
“30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” - Ənvər Əliyev
Bu gün, 16:32
Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub
Bu gün, 16:28
İndiyədək ETSN-də 26 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
Bu gün, 16:22
İlkin Həsəninin 143 minlik hədiyyəsi - FOTO
Bu gün, 16:21
"Çox ağır mövzu və işdir"
Bu gün, 16:14
Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi
Bu gün, 16:11
Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib - bir gündə 13 şagird yoluxub
Bu gün, 16:00
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Bu gün, 15:59
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
Bu gün, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru