Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib .....                     Vilyam Hacıyev çaba sərf edir... .....                     Paşinyanla Xankəndi arasında SAVAŞ .....                     Sabah dollar neçəyə olacaq? .....                     Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb .....                     Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib .....                     Millət vəkillərinin övladları harada işləyir? .....                     Allahşükür Paşazadəyə medal təqdim olunub .....                     Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb .....                     Seçicilərdən Şeyxin qardaşına etiraz: .....                     AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub .....                     “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” .....                     Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir .....                     Əli Həsənov həbs olunur... .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb .....                     “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” .....                     Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb .....                     Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, .....                     "Millinin baş məşqçi postuna 32 namizədimiz var" .....                     Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb .....                     Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb .....                     Taleh Qaraşov da seçkidə qurban gedəcək... .....                     Brakonyerlər cəzalanıb .....                     “Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” .....                     Radikal müxalifət düşərgəsi darmadağın olub .....                     Xəzərdə quşların kütləvi ölümü olubmu? .....                     Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb .....                     Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur .....                     “Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” .....                     Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir .....                     Eyvazov rəisi vəzifəsindən azad etdi .....                     "Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" .....                     Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb .....                     Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb .....                     AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib .....                     Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? .....                     DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq .....                 

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Tarix: 10-12-2019, 17:19 | Çap et
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
DİA.AZ: - Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluq əməkdaşları, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirməklə onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq əziz və unudulmaz xatirəsini hörmətlə yad edir, gördüyü möhtəşəm işlərin əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirlər.

Bildirilib ki, dahi şəxsiyyətin parlaq dühası onu dünya siyasətinin nəhəng şəxsiyyətlərindən birinə çevirib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur” - deyən dahi rəhbər 30 ildən artıq bir müddətdə - istər sovetlər dövründə, istərsə də müstəqillik illərində qüdrəti və dərin zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb.

Vurğulanıb ki, məhz ulu öndərin rəhbərliyi dövründə onun qətiyyətli addımları sayəsində məhkəmə-hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması və 1998-ci ildə birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması gerçəkliyə çevrilib.

Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunub, bu unudulmaz hadisə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilib. Azərbaycan Respublikası Prokurorluğunun çoxsaylı kollektivi ulu öndərin müdrik rəhbər kimi diqqət və qayğısını daim hiss etmiş, fəaliyyətinə verilən yüksək qiyməti səmimi minnətdarlıq duyğuları ilə qarşılayıb, xalqımıza ləyaqətlə xidmət göstərib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının bütün dövlət təsisatları kimi prokurorluq orqanlarının idarəetmə sistemində statusuna uyğun layiqli yerini tutması Heydər Əliyevin dövlətçilik siyasəti və bu siyasəti yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktiki fəaliyyətində həyata keçirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim öz müdrik qərarları, bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas edib, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar bunun bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Həmçinin bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən institusional qanunvercilik, struktur və kadr islahatlarının Azərbaycan xalqı tərəfindən tam dəstəklənməsi, vətəndaşlarımızın rifah halının günü-gündən yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan bir sıra antimilli qruplar və onların qeyri-adekvat liderlərinin ölkəmizdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaqdır.

Xüsusilə qeyd edilib ki, ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti xalqımız tərəfindən Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı İlham Əliyev əmin edilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin əziz xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” filmi nümayiş etdirilib.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Dünən, 17:29
Vilyam Hacıyev çaba sərf edir... - İDDİA
Dünən, 17:12
Paşinyanla Xankəndi arasında SAVAŞ
Dünən, 17:08
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
Dünən, 17:05
Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib
Dünən, 17:00
“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Mixalkov
Dünən, 16:58
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Dünən, 16:55
Allahşükür Paşazadəyə medal təqdim olunub
Dünən, 16:49
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - Səhiyyə Nazirliyi
Dünən, 16:42
Yataq xəstəsi olan Ağakərimin SON HALI - Heç kimi tanımır
Dünən, 16:40
Seçicilərdən Şeyxin qardaşına etiraz: - "Gedib biznesini, məscidini işlətsin"
Dünən, 16:33
"Mən bahalı müğənniyəm"
Dünən, 16:31
AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub
Dünən, 16:26
“İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” - “Boz qurd” batalyonunun komandiri
Dünən, 16:25
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
Dünən, 16:22
Əli Həsənov həbs olunur... - İDDİA
Dünən, 16:11
Hadisə yerindən qaçan sürücü tutulub
Dünən, 16:06
Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb
Dünən, 16:02
“Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” - Vüqar Bayarmov
Dünən, 15:56
Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb - RƏSMİ
Dünən, 15:42
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
Dünən, 15:41
"Millinin baş məşqçi postuna 32 namizədimiz var"
Dünən, 13:05
Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə
Dünən, 13:04
Azərbaycanlı aktrisanın səsi batdı
Dünən, 13:03
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Dünən, 12:59
Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb
Dünən, 12:59
Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb
Dünən, 12:51
Kərimdən qalmaqallı açıqlama: - “Arvaddan qorxuram”
Dünən, 12:50
Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA
Dünən, 12:47
"Məni danışdırma, ölürəm" - Günay İbrahimli anasını belə qorxutdu
Dünən, 12:42
Brakonyerlər cəzalanıb
Dünən, 12:37
“Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” - Səfər Mehdiyev
Dünən, 12:30
AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
Dünən, 12:19
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı - Görün hansı şirkətin sahibi imiş
Dünən, 12:15
Radikal müxalifət düşərgəsi darmadağın olub - VİDEO
Dünən, 12:11
Xəzərdə quşların kütləvi ölümü olubmu? - RƏSMİ AÇIQLAMA
Dünən, 11:53
Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
Dünən, 11:42
Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur
Dünən, 11:38
“Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” - Şəhid anası bu evdə yaşayır
Dünən, 11:35
Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir
Dünən, 11:27
Eyvazov rəisi vəzifəsindən azad etdi
Dünən, 11:25
"Efirə gəlmir ki, axşam toyum var"
Dünən, 11:23
"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal Məmmədov
Dünən, 11:13
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Dünən, 11:09
Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb
Dünən, 11:07
AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib - SİYAHI
Dünən, 11:06
Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? - Gözlənti
Dünən, 11:05
DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - aldanmayın
Dünən, 10:56
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçildi
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru