“Ermənistanı dayandırmağın bircə yolu qalır: müharibə!” .....                     “Sülhməramlıları yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir” .....                     Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur .....                     Biləsuvarda vətəndaş və təhsil şöbəsi arasında qalmaqal: .....                     "Bunun məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür" .....                     Metro iki günlük bağlanır .....                     ATU-ya yeni prorektor təyin edilib .....                     Baş Nazirdən təhsillə bağlı daha bir qərar .....                     Gömrüklə bağlı ən çox verilən sualların .....                     Tikinti sıxlığı göstəricilərinin yolverilən hədlər müəyyənləşib .....                     Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib .....                     Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi .....                     Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub .....                     “Bakıda Türk Dünyası Universiteti yaradılsın” .....                     "İki icra hakimiyyəti ləğv olunsun" .....                     Neft bahalaşmayıb, pandemiya bitməyib: .....                     Keçid balları niyə aşağı düşüb? .....                     Lavrovun “5 rayon nağılı”: .....                     Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu publik hüquqi şəxs olub .....                     “Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var...” .....                     TƏBİB-də .....                     Səfərbərlik Xidməti məlumat yaydı .....                     Bakıda bəzi hotellər fəaliyyət göstərmir .....                     Bakının islah olunmayan “avtoşu” bu dəfə “Niva” ilə qaydaları pozur .....                     MilliÖn terminallarında ödəmə problemi .....                     Ramiz Mehdiyev Fizika İnstitunu TƏFTİŞ ETDİ .....                     Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb .....                     “Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir... .....                     28 sentyabrda dollar neçəyə olacaq? .....                     Novxanıdakı milyonluq sarayın sahibi tapıldı .....                     Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb .....                     Azərbaycan Rusiya və İranı sıxışdırır .....                     Moskvanın “fiti” ilə Bakıda kimsə vacib məlumatları silir .....                     Portuqaliyadan İrəvana “sürpriz”: .....                     “30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” .....                     Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub .....                     İndiyədək ETSN-də 26 nəfər koronavirusa yoluxub, .....                     Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi .....                     Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib .....                     “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir .....                 

NÖVBƏDƏNKƏNAR SEÇKİDƏ MƏCBURİ SEÇİM – Bu dəfə necə olacaq?...
Tarix: 10-12-2019, 11:29 | Çap et
NÖVBƏDƏNKƏNAR SEÇKİDƏ MƏCBURİ SEÇİM
Müxalif cameədə növbədənkənar parlament seçkilərinin boykot olunması təklifi bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən qərar veriləndən dərhal sonra irəli sürülmüşdü. Milli Şuranın (MŞ) açıqladığı bəyanatında hakimiyyətin qarşısında seçki islahatları ilə bağlı tələblər irəli sürülüb və bütün müxalifətə bu tələblərin həyata keçirilməsi üçün birgə mübarizə təklif olunmuşdu.

Amma aradan keçən qısa zaman göstərdi ki, seçki prosesi tamamilə fərqli istiqamətdə gedəcək. Milli Şuranın ortaya qoyduğu mövqe digər müxalifət partiyaları tərəfindən qəbul olunmadı. Ötən ay keçirilən dəyirmi masada razılaşdırılan əməkdaşlıq memorandumu da ilk sınaqdan keçə bilmədi, siyasi qruplar öz maraqlarını təmin etmək üçün fərqli qərarlar verdilər. Artıq məlumdur ki, AXCP və tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) istisna olmaqla, müxalifət düşərgəsindəki əksər partiyalar növbədənkənar seçkilərdə iştirak edəcəklər. ADR-in bu barədə siyasi qərarı olmasa da, təşkilatın prosesdə iştirak etməyəcəyi gözlənilir.

Belələliklə, gözləntilər olsa da, boykot təşəbbüsü bütün müxalifət düşərgəsini əhatə etmədi. İndi ortada parlament təmsilçiliyini qazanmaq istəyən xeyli sayda partiyalar, müstəqil namizədlər var. Onların gündəliyində seçkiqabağı situasiyanın liberallaşdırılması uğurunda mübarizə yox, deputat mandatı əldə etmək var. Bu vəziyyət hakimiyyəti tamamilə qane edir. Çünki seçki prosesinə inzibati, siyasi hüquqi nəzarət onun əlindədir, loyal iddiaçılar nə qədər çoxdursa, manevr imkanları da o qədər genişlənir. Paralel olaraq özünə qarşı barışmaz müxalifətin yaratmaq istədiyi daxili və beynəlxalq təzyiqi neytrallaşdırır.

Yaranmış vəziyyətdə Milli Şuranın mövqeyini dəyişəcəyi az ehtimaldır. Çünki liderlər seçkiyə getməyin nə qədər ziyanlı olduğu, hakimiyyətin bundan necə yararlanacağı barədə müxalif auditoriyaya geniş izahatlar verirlər. Buradan geri çəkilib tamamilə əks arqumentlərlə çıxış etmək artıq mümkün deyil. Ona görə, MŞ qarşısında bir yol dayanır – mümkün qədər növbədənkənar seçki prosesinin cəmiyyət tərəfindən boykotuna, orada iştirak edən siyasi qüvvələrin ictimai rəydə tamamilə sıradan çıxmasına nail olmaq. Sosial mediada, internet kanallarında bu istiqamətdə ciddi təbliğat kampaniyasına artıq start verilib. Milli Şuranın boykot mövqeyində dayanması hakimiyyətin ona qarşı sərt münasibəti ilə bağlıdır. Müşahidəçilərə aydındır ki, seçkilərə qatılsa belə fövqəladə bir hadisə baş verməsə, MŞ nümayəndələrinin parlamentə düşməsi mümkün deyil. Hakimiyyət bu qüvvələri anti-milli adlandırır, var gücü ilə siyasi sistemdən sıxışdırıb çıxarmağa çalışır. Hər iki qüvvə arasında siyasi düşmənçilik o həddə çatıb ki, başqa partiyalar, siyasi qruplar bu qarşıdurmada mövqe tutub əzilmək istəmirlər. Boykotun bütün müxalifət düşərgəsini əhatə etməməsinin əsas səbəblərindən biri budur. Həmçinin, indiki şərtlərdə seçki islahatları uğrunda mübarizə aparmaq üçün ciddi media və insan resurslarına malik olmaq şərtdir. Seçkiyə qatılmağı məqbul hesab edən partiyaların heç birində belə imkanlar mövcud deyil. Onları qayğılandıran əsas məsələ hakimiyyət tərəfindən siyasi sistemdə təmsilçilik hüququnun verilməsidir. Bir mandatla olsa belə, onlar üçün vacib nailiyyət sayılar.

Boykot qərarı cəmiyyətdə də birmənalı qarşılanmadı. Bu da uzunmüddətli təcrübələrlə bağlıdır. Milli Şura və bəzi partiyalar 2013-cü ildən sonra keçirilən heç bir seçkidə iştirak etməyib. Passiv boykot qərarları gözlənilən effekti yaratmayıb. Seçki prosesi tənqid olunsa da, parlament beynəlxalq təşkilatlarda qəbul olunub, Azərbaycanın əsas tərəfdaşları ilə əməkdaşlığında hər hansı suallar yaranmayıb. Habelə, cəmiyyətdən də ciddi təpki olmayıb. Doğrudur, parlamentin dövlət idarəçiliyində rolu xeyli zəifləyib, amma etimad böhranına uğradığı barədə birmənalı ictimai rəy ortalıqda olmayıb.

Milli Şura ötən təcrübələrdən bilir ki, boykot qərarı adekvat deyil, siyasi mübarizədə bu üsulla hakimiyyətə zərbə vurub onun daxili və xarici mövqelərini sarsıtmaq ideyası iflasa uğrayıb. Amma vəziyyət elə gətirib ki, onu seçməkdən də başqa yol qalmayıb: Seçkiyə getsə, heç nə qazana bilməyəcək, əksinə, müxalifətdəki partiyalar bu ab-havadan faydalanacaq, hökumətin də əlinə yeni arqumentlər veriləcək. Ona görə, “saxtakarlığa şərik olmamaq, hakimiyyətin diqtə etdiyi şərtlər daxilində seçkiyə qatılmamaq, seçki islahatları uğurunda mübarizə aparmaq” kimi əks arqumentləri irəli sürüb cəmiyyətdən dəstək almaq ən yaxşı yol hesab edilir. Burada xüsusi bir məqam da var: Azərbaycanda son 25 ildə keçirilən bütün seçkilərdən sonra müxalifət düşərgəsində məğlubiyyətin yaratdığı apatiyadan toparlanmaq üçün fasilə dövrləri yaranır. Bəzən bu müddəti keçmək üçün az, bəzən isə illərlə vaxt lazım olub. Uzun müddət davam edən bu vəziyyət ona gətirib çıxarıb ki, nə müxalifətin özü, nə də onu dəstəkləyən protest elektoratının növbəti məğlubiyyəti yaşayıb, onu adladıb toparlanması çox çətindir. Uzun, ağır, məşəqqətli mübarizə insanları yorub, əldən salıb. Ən əsası, düşərgədəki bu yorğun əhval-ruhiyyə cəmiyyətə də mənfi təsir göstərir və apatiyanı gücləndirir. Milli Şura tərəfdarlarını əvvəldən görünən bu məğlubiyyət sindromuna soxmaq istəmir. Gözləniləndir ki, növbədənkənar seçki prosesində tərəfdarları ayaqda tutmaq üçün aksiyalar gündəmə gəlsin, beynəlxalq birliyə davamlı müraciətlər ünvanlansın və ya başqa addımlar atılsın.

Amma bütün bunların bir nəticəsi olacaqmı? Uzun illərin təcrübəsi göstərir ki, boykot taktikasının müxalifətə hər hansı faydasının olacağı gözlənilmir.
“AzPolitika.info”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistanı dayandırmağın bircə yolu qalır: müharibə!”
Bu gün, 19:03
“Sülhməramlıları yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir” - GƏLİŞMƏ
Bu gün, 19:00
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Bu gün, 18:46
"Nofəlin ölümü ilə bağlı yazılanlara görə utanırıq"
Bu gün, 18:44
Biləsuvarda vətəndaş və təhsil şöbəsi arasında qalmaqal: - Uşaq məktəbə buraxılmadı
Bu gün, 18:42
"Bunun məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür" - Ülvi Quliyev
Bu gün, 18:33
Metro iki günlük bağlanır - Diqqət!
Bu gün, 18:31
ATU-ya yeni prorektor təyin edilib
Bu gün, 18:28
Baş Nazirdən təhsillə bağlı daha bir qərar
Bu gün, 18:25
Gömrüklə bağlı ən çox verilən sualların - Cavabları
Bu gün, 18:22
Tikinti sıxlığı göstəricilərinin yolverilən hədlər müəyyənləşib
Bu gün, 18:20
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
Bu gün, 18:15
Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi - AÇIQLAMA
Bu gün, 18:08
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Bu gün, 18:05
“Bakıda Türk Dünyası Universiteti yaradılsın” - Professordan TƏKLİF:
Bu gün, 18:05
Maral Tahirqızı 190 manat İSTƏDİ: - "Şikayət etmədən kartıma köçürsünlər"
Bu gün, 18:00
"İki icra hakimiyyəti ləğv olunsun" - deputat
Bu gün, 17:58
Neft bahalaşmayıb, pandemiya bitməyib: - Nazir niyə nikbindir?
Bu gün, 17:57
Keçid balları niyə aşağı düşüb? – Ekspert real səbəbləri açıqladı
Bu gün, 17:54
Lavrovun “5 rayon nağılı”: - “Bakı-Ankara ittifaqını yumşaltmaq istəyirlər”
Bu gün, 17:53
Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu publik hüquqi şəxs olub
Bu gün, 17:51
“Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var...” - Putinin dostu
Bu gün, 17:50
ATV-nin keçmiş sahibini məhkəməyə verdilər – İşə Ali Məhkəmədə baxılacaq
Bu gün, 17:47
TƏBİB-də yeni təyinat olub
Bu gün, 17:45
MTRŞ-dan erotik filmlə bağlı açıqlama: - Qanun pozuntusu sayılmır
Bu gün, 17:42
“Toy və yas mərasimlərinə qoyulan qadağalar davam etməlidir” - Komitə sədri
Bu gün, 17:41
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Bu gün, 17:36
Tolik yenidən aparıcılıq edəcək
Bu gün, 17:34
Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB
Bu gün, 17:23
Bakının islah olunmayan “avtoşu” bu dəfə “Niva” ilə qaydaları pozur - VİDEO
Bu gün, 17:22
MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?
Bu gün, 17:19
Ramiz Mehdiyev Fizika İnstitunu TƏFTİŞ ETDİ - FOTO
Bu gün, 17:16
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb - Diqqət!
Bu gün, 17:08
“Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir... - AMERİKALI JURNALİSTİN ƏLİYLƏ ERMƏNİ DİVERSİYASI
Bu gün, 17:04
28 sentyabrda dollar neçəyə olacaq?
Bu gün, 17:00
"Silah verib ön cəbhəyə göndərsələr, aya atmaq əvəzinə çaya atacaq..." - VİDEO
Bu gün, 16:59
Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - Özü danışır...
Bu gün, 16:57
Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 16:47
Azərbaycan Rusiya və İranı sıxışdırır - Yaxın gələcəkdə nələr gözlənilir?
Bu gün, 16:45
Moskvanın “fiti” ilə Bakıda kimsə vacib məlumatları silir - ANLAŞILMAZ ALQORİTM
Bu gün, 16:39
Portuqaliyadan İrəvana “sürpriz”: - Sazişi təsdiqləmədi
Bu gün, 16:35
“30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” - Ənvər Əliyev
Bu gün, 16:32
Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub
Bu gün, 16:28
İndiyədək ETSN-də 26 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
Bu gün, 16:22
İlkin Həsəninin 143 minlik hədiyyəsi - FOTO
Bu gün, 16:21
"Çox ağır mövzu və işdir"
Bu gün, 16:14
Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi
Bu gün, 16:11
Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib - bir gündə 13 şagird yoluxub
Bu gün, 16:00
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Bu gün, 15:59
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
Bu gün, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru