Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb .....                     Müqavilə və onun növü haqqında danışmaq hələ tezdir .....                     Bəzi yerlərdə duman olacaq .....                     54 saylı Şabran-Siyəzən dairəsində "Mələk"lə, "Şeytan"ın işbirl .....                     Masallıda maraqlı seçki mənzərəsi .....                     Seçicilərlə görüşə gedən namizəd daşlanaraq qovuldu .....                     Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib .....                     Restoranda hesaba görə müştərilər .....                     Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb .....                     Roza İvana Sertlə bir araya gəldi .....                     "Qarışıq hisslər keçirirəm" .....                     “Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb .....                     Bakıda maşından meyit tapılıb .....                     Sabiq məmur öz dostunu güdaza verib .....                     Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb .....                     İrəvanda atışma olub .....                     “Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb .....                     Abid Şərifov indi nə işlə məşğuldur? .....                     Azərbaycanlı məmurlar kralın istifadə etdiyi yataq mebelləri alır .....                     Xanım deputat da seçkidə çətinlik çəkir... .....                     Bakı sakini QİÇS-dən ölüb .....                     Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib .....                     28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb .....                     “AzerTelekom” rəhbərindən seçki təxribatı .....                     Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib .....                     Bir Allahın qulu razı deyilsə, bu, necə sosial layihədir?! .....                     Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib .....                     Dünya iqtisadiyyatı koronavirusa yoluxur .....                     Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .....                     Özü zamanında deputat idi, indi də deputat seçdirir... .....                     Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə bahalı hədiyyə verilib .....                     “Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrərində rəqəmsal tranzit dəhlizi yaradılacaq” .....                     Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır .....                     Vüqar Məmmədov seçicilərinə belə çağırış etdi... .....                     Sumqayıt sakini xəstəxanada ölüb .....                     Bakıda tanınmış jurnalistin evində yanğın .....                     "O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu" .....                     Elvin məşhur çütlüklə klipə çəkildi .....                     Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... .....                     Kəmaləddin Qafarov necə deputat olmaq istəyir.... .....                 

Həmsədrlər Azərbaycanın əl-qolunu bağlamağa çalışır - TƏHLİL
Tarix: 7-12-2019, 10:35 | Çap et
Həmsədrlər Azərbaycanın əl-qolunu bağlamağa çalışır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilən görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı bəyanat birmənalı qarşılanmayıb. Düzdür, bəyanatda hazırkı status-kvonun qəbuledilməzliyi əksini tapıb ki, bu, rəsmi Bakının davamlı şəkildə sərgilədiyi mövqe ilə üst-üstə düşür. Ancaq vasitəçilərin hərb yolunu birmənalı şəkildə inkar etmələrinin özü qəbulolunmazdır.

Bəyanatda deyilir ki, münaqişənin hərbi həlli yoxdur. Vasitəçilər tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar. Bəyanatda həmçinin deyilir: “Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca gərginliyin nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi diqqətə alır və xarici işlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan görüşündə razılaşdıqları kimi, eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi bəyanatda və nazirlərin 2019-cu ilin yanvar ayında Paris görüşündə razılaşdığı kimi ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün atılan konkret addımları alqışlayırıq. Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və xarici İşlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan jurnalistlərin qarşılıqlı mübadiləsi və 28 iyun əsirlərin eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin qurulmasında mühüm rol oynadığını qeyd edərək münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq”.

Sənəddə həmçinin, həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəflərin humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə etdiyi razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağın zəruriliyi vurğulanıb: “Ağrı və itkilərlə üzləşmiş insanların dəhşətli əziyyətlərini nəzərə alaraq, 2014-cü ilin oktyabr ayında Paris görüşündə iki liderin götürdüyü öhdəliklərdə əks olunduğu kimi, tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsində kömək göstərmək səylərini artırmağa çağırırıq. Atəşkəsin qorunmasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vacib töhfəsini qəbul edərək tərəflərin 2016-cı ildə razılaşdırdığı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edirik”.

Yekunda bildirilir: “Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin əvvəlində, həmsədrlərin vasitəçiliyi ilə sülh yolu ilə nizamlanmanın əsas məqamları ilə bağlı danışıqları sürətləndirmək və gələcəkdə daha yüksək səviyyədə danışıqların aparılması üçün yenidən görüşmək niyyətini alqışlayırıq. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bir daha ədalətli və davamlı bir nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, xüsusilə də bu Aktın güc tətbiq edilməməsi və ya güclə təhdid etməmə, ərazi bütövlüyü bərabər hüquqlar və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında verdiyi və daha sonra ATƏT Nazirlər Şurası tərəfindən təsdiqlənən birgə bəyanatını xatırladırıq. Bu həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementləri də əhatə etməlidir”.

Digər məqamlarla hardasa razılaşmaq mümkün olsa da, vasitəçilərin torpaqları 30 ilə yaxındır işğalda saxlayan Ermənistana qarşı güc tətbiqini faktiki olaraq yasaq etmək cəhdi əcaibdir. Hansı ki, istənilən ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etmək hüququnun olması məhz beynəlxalq hüquqda da təsbit olunub.

Təsəvvür edin, həmsədrlər gücdən istifadəni yasaq etdiyi bir vaxtda Ermənistan rəhbərliyi təcavüzkar addımlarını davam etdirir. Baş nazir Nikol Paşinyan işğal zonasına gəlib Azərbaycanı təhdid edəndən sonra onun arvadı da öz varlığını nümayiş etdirmək üçün cəhdlər göstərdi. Belə görünür ki, həmsədrlərin Azərbaycanın əl-qolunu bağlamaq cəhdi əslində erməni tərəfinin maraqlarına hesablanıb.

Bu arada Nikol Paşinyan iddia edib ki, Ermənistanın müdafiə xərcləri 66 milyard dram (138 318 054,81 dollar) və ya 28% artıb. Onun iddiasına görə, ölkəsi “misli görünməmiş həcmdə” silah və sursat alıb. Təbii ki, bununla Nikol Azərbaycanın hərbi qüdrətindən ehtiyatlananları sakitləşdirmək istəyir. Ancaq bu da faktdır ki, elə həmsədr ölkələr Ermənistana təcavüzünü davam etdirmək üçün “kredit” adı altında havayı silah-sursat veriblər. Belə olan təqdirdə Azərbaycanı sonsuz danışıqlara vadar etməkdə israrlı olan Minsk Qrupunun niyyəti son bəyanatla aydın şəkildə ortaya çıxır. Əgər BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapdığı kimi, işğala son qoyulması üçün Ermənistanın qarşısına tələb qoyulmursa, bu, məhz işğalın stimullaşdırılmasıdır.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, artıq həmsədrlər açıq təhdidə keçiblər. Ekspertin sözlərinə görə, vasitəçilər “müharibə yolverilməzdir” deyərkən Azərbaycanı şərəfsiz bir sülhə sürükləmək istəyirlər: “Bütün bunlar barədə artıq çox danışmışıq. Onlar Dağlıq Qarabağı de-yure də Azərbaycanın əlindən almaq planını işə salıblar. Bu bəyanat da birbaşa ermənilərin mənafeyinə xidmət edir. Ermənistan işğalı davam etdirir, torpaqların azad edilməsi üçün heç bir addım atmır, dövlət başçısı və arvadı səviyyəsində Azərbaycana meydan oxuyur, həmsədrlər də deyirlər ki, məsələ sülh yolu ilə həll edilməlidir. Ermənistan və bu həmsədrlər Azərbaycana öz torpaqlarını silah gücü ilə azad etməkdən başqa yol qoymayıblar və belə bəyanatlar vəziyyəti daha da gərginləşdirir”.

Q.Çaxmaqlı qeyd etdi ki, Minsk Qrupu bu illər ərzində Ermənistanın tərəfindən çıxış edib və indiyə qədər məsələni uzadıb: “Hətta deyərdim BMT-nin qətnamələrinin yerinə yetirilməsinə öz fəaliyyəti ilə mane olub. Belə bir rəy yaradıb ki, budur, məsələni sülhlə həll edirik, erməni ordusu da çıxıb gedəcək və bu durum yaranıb. İndi ermənilərlə birlikdə bu həmsədr ölkələr də qorxurlar ki, Azərbaycan nəhayət, öz torpaqlarını azad etməyə qalxacaq və onların bu canfəşanlığının bir əhəmiyyəti olmayacaq. Minsk Qrupu erməni yanlıdır, bunu sübut etməyə onlarca arqumentimiz var”.

QAT sədri Akif Nağı qəzetimizə bildirdi ki, həmsədrlər bununla ənənəvi mövqelərini sərgilədilər: “Onlar Ermənistanın maraqlarına uyğun olaraq məsələni dondurulmuş vəziyyətdə saxlamağa çalışırlar. Ermənilərin yanaşması belədir ki, ya məsələni öz xeyirlərinə həll etməli bu mümkün olmadıqda vaxtı uzatmaq. Danışıqları uzatmaq isə yalnız ermənilərin maraqlarına cavab verir. Danışıqları dayandırmağın yalnız bir yolu var, o da müharibəni başlamaqdır. Azərbaycanın artıq müharibədən başqa yolu qalmayıb. Ona görə də həmsədrlər Azərbaycanı bu yoldan çəkindirməyə çalışırlar”.

Qarabağ, qazisi, jurnalist Rey Kərimoğlu isə “Yeni Müsavat”a dedi ki, ümumiyyətlə, Azərbaycan Minsk Qrupundan birdəfəlik imtina etməlidir: “Bu qurumun məqsədi üzdə başqa olsa da, əslində fəaliyyəti ancaq ermənilərə xidmət edir. Həmsədr ölkələrin kimliyinə nəzər salanda hər şey aydın olur. Azərbaycan torpaqlarının azad olunmasının yeganə və düzgün yolu müharibədir. Müharibə olmasa, ermənilər torpaqlarımızdan çıxası deyil, bunu hamı anlamalıdır!”

R.Kərimoğlu qeyd etdi ki, biz ən azından erməniyə müharibəyə başlaya biləcəyimizi əməli şəkildə anlatmalıyıq: “Erməni görsə ki, Azərbaycan müharibəyə hazırlaşır, bax, onda danışıqların da perspektivi olacaq”.

Zəruri bir əlavəni edək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclasında çıxışı zamanı bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var. “Erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu, kifayət qədər çətin müzakirələr idi” - Məmmədyarov deyib. XİN başçısı prosesin müsbət nəticəsinə inanmadığını dolayısı ilə ifadə edib. “Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə E. Məmmədyarov qeyd edib.

Bratislava görüşünün yekununda isə növbəti görüşün gələn ilin əvvəllərində keçirilməsi razılaşdırıldı. Belə nəticəsiz görüşlərin sayı-hesabını aparmağa da artıq lüzum qalmayıb. Həmsədrlər isə Azərbaycanı hərbdən istifadə etməməyə çağırır. Halbuki işğalçıya silah sanksiyası tətbiq olunmalıydı. Di gəl, müdafiəsini möhkəmləndirmək üçün əllərindən gələni edirlər. Həmsədrlər məhz Tərtər istiqamətinədək burnunu soxmuş Paşinyana sərt mövqe bildirməliydilər, ancaq görünür Azərbaycan torpağında hərlənən erməni baş nazirin durbinli fotosunu görmək üçün ilk öncə onların bəsirət gözləri açılamlıdır...

Hələlik rəsmi Bakı həmsədrlərin bəyanatına münasibət bildirməyib. Ancaq Azərbaycan daim bəyan edib ki, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, torpaqları istənilən yolla azad etmək hüququnu da özündə saxlayır.
“Yeni Müsavat”






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb - SİYAHI
Bu gün, 13:07
"Bir deputatlıq mandatına görə, yıxılmısınız bir ananın ayağına" — Tolik namizədləri yıxıb-sürüdü
Bu gün, 13:05
Müqavilə və onun növü haqqında danışmaq hələ tezdir - SOCAR
Bu gün, 13:01
Bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 12:58
54 saylı Şabran-Siyəzən dairəsində "Mələk"lə, "Şeytan"ın işbirl - İLGİNC
Bu gün, 12:48
Masallıda maraqlı seçki mənzərəsi - İDDİA
Bu gün, 12:44
Seçicilərlə görüşə gedən namizəd daşlanaraq qovuldu - Gəncəlilər Pərvin Kərimzadəni istəmirlər
Bu gün, 12:37
"Türkiyənin taksi sürücüsü bizim müğənnilərdən səviyyəlidir" - Rövşanə
Bu gün, 12:27
Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib
Bu gün, 12:24
Restoranda hesaba görə müştərilər - ADMİNİSTRATORU DÖYÜBLƏR
Bu gün, 12:23
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
Bu gün, 12:22
Roza İvana Sertlə bir araya gəldi
Bu gün, 12:20
"Qarışıq hisslər keçirirəm" - ABŞ-ın Azərbaycandakı səfiri
Bu gün, 12:14
“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb
Bu gün, 12:13
Bakıda maşından meyit tapılıb
Bu gün, 12:06
Sabiq məmur öz dostunu güdaza verib - Bakıda Türkiyə vətəndaşının başına açılan oyunun TƏFƏRRÜATI
Bu gün, 12:00
Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb
Bu gün, 11:59
İrəvanda atışma olub
Bu gün, 11:58
“Euorovision 2020”də təmsilçimizin çıxış edəcəyi yarımfinal müəyyənləşib
Bu gün, 11:54
“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb - GİLEY
Bu gün, 11:41
Abid Şərifov indi nə işlə məşğuldur? - "Hər şey yaxşıdır"
Bu gün, 11:37
Azərbaycanlı məmurlar kralın istifadə etdiyi yataq mebelləri alır - FOTO
Bu gün, 11:32
Xanım deputat da seçkidə çətinlik çəkir... - İDDİA
Bu gün, 11:28
Bakı sakini QİÇS-dən ölüb
Bu gün, 11:24
Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib - SİYAHI
Bu gün, 11:23
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Bu gün, 11:20
28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb
Bu gün, 11:18
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Bu gün, 11:14
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib - FOTO
Bu gün, 11:08
Bir Allahın qulu razı deyilsə, bu, necə sosial layihədir?! - “Təklif edilən qiymətlər də, tələb olunan şərtlər də sosiallıqdan çox uzaqdır”
Bu gün, 10:58
"Bizi yada salan yoxdur, hamı nənə axtarır" - FOTO
Bu gün, 10:54
Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib
Bu gün, 10:46
Dünya iqtisadiyyatı koronavirusa yoluxur - TƏHLİL
Bu gün, 10:39
"Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm" - Xalq artisti
Bu gün, 10:36
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 10:34
Özü zamanında deputat idi, indi də deputat seçdirir... - İTTİHAM
Bu gün, 10:31
Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə bahalı hədiyyə verilib
Bu gün, 10:29
“Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrərində rəqəmsal tranzit dəhlizi yaradılacaq” - Səfər Mehdiyev
Bu gün, 10:17
Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır - Xırda qüsurlar olsa da...
Bu gün, 10:14
Vüqar Məmmədov seçicilərinə belə çağırış etdi... - "...bir-bir görüşmək faktiki olaraq mümkün deyil"
Bu gün, 10:11
Sumqayıt sakini xəstəxanada ölüb
Bu gün, 10:06
Bakıda tanınmış jurnalistin evində yanğın - "Kombi aparatını mebelə yaxın quraşdırmayın"
Bu gün, 10:01
"O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu" - Sərdar Cəlaloğlu
Bu gün, 09:57
Elvin məşhur çütlüklə klipə çəkildi
Bu gün, 09:55
Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... - QALMAQAL
Bu gün, 09:53
"“3D” verilişi bilgiləndirməlidir, əyləndirməli deyil"
Bu gün, 09:50
Kəmaləddin Qafarov necə deputat olmaq istəyir.... - Belə deyirlər...
Bu gün, 09:46
Türkiyədə kütləvi davada döyülən azərbaycanlı öldü
Bu gün, 09:44
İmişlidə seçkilərin taleyi həll olunub - İDDİA
Bu gün, 09:40
Azərbaycan nefti 1 dollar bahalaşıb
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru