Bakıda maşından meyit tapılıb .....                     Sabiq məmur öz dostunu güdaza verib .....                     Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb .....                     İrəvanda atışma olub .....                     “Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb .....                     Abid Şərifov indi nə işlə məşğuldur? .....                     Azərbaycanlı məmurlar kralın istifadə etdiyi yataq mebelləri alır .....                     Xanım deputat da seçkidə çətinlik çəkir... .....                     Bakı sakini QİÇS-dən ölüb .....                     Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib .....                     28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb .....                     “AzerTelekom” rəhbərindən seçki təxribatı .....                     Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib .....                     Bir Allahın qulu razı deyilsə, bu, necə sosial layihədir?! .....                     Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib .....                     Dünya iqtisadiyyatı koronavirusa yoluxur .....                     Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .....                     Özü zamanında deputat idi, indi də deputat seçdirir... .....                     Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə bahalı hədiyyə verilib .....                     “Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrərində rəqəmsal tranzit dəhlizi yaradılacaq” .....                     Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır .....                     Vüqar Məmmədov seçicilərinə belə çağırış etdi... .....                     Sumqayıt sakini xəstəxanada ölüb .....                     Bakıda tanınmış jurnalistin evində yanğın .....                     "O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu" .....                     Elvin məşhur çütlüklə klipə çəkildi .....                     Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... .....                     Kəmaləddin Qafarov necə deputat olmaq istəyir.... .....                     Türkiyədə kütləvi davada döyülən azərbaycanlı öldü .....                     İmişlidə seçkilərin taleyi həll olunub .....                     Azərbaycan nefti 1 dollar bahalaşıb .....                     Fin qəsəbəsində Vüqar Bayramov qələbəliyi .....                     Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Əkinçilik Elmi-Tədqiqat İnstitutu kolxoza çevrilib... .....                     Respublika Klinik Xəstəxanasında özəl qaydalar... .....                     “Exit-poll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır .....                     Neft yenidən bahalaşıb .....                     Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? .....                     Ermənistanın baş naziri əqli sağlamlığını və reytinqini itirir .....                 

Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan - GƏLİŞMƏ
Tarix: 7-12-2019, 10:30 | Çap et
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 2019-cu il üçün son görüş Bratislavada oldu. Nazirlərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə 3 saat (!) çəkən bu görüşü də gözlənildiyi kimi, nəticəsiz başa çatdı. Səbəb bəlli: Qarabağa ixtilafının həllinə münaqişə tərəflərinin diametral fərqli yanaşmaları, daha dəqiqi, işğalçı Ermənistanın maksimalist mövqeyi.

Ardınca Minsk Qrupu həmsədrlərindən ənənəvi növbətçi bəyanat gəldi. Bəyanatda bildirilir ki, “təmas xəttində hazırkı status-kvo qəbuledilməzdir və konfliktin hərbi həlli yoxdur”.

*****

Ancaq vəziyyətin absurdluğu da ondadır ki, Ermənistan problemin həllini məhz hərbi üsulda görür. Çünki hesab edir ki, artıq o, müharibəni udub və sülh formulu da onun şərtləri əsasında olmalıdır. Yəni guya Ermənistan Qarabağ müharibəsində “tam və qəti” qələbə qazandığı üçün problemin həlli də onun istədiyi kimi olmalı, yəni Azərbaycan kapitulyasiya sənədinə imza atmalıdır.

İrəvanın xəstə məntiqinə görə, sabah əgər Azərbaycan hərəkətə keçib nəinki Dağlıq Qarabağı, üstəlik, qədim türk yurdu İrəvanı da azad eləsə, Bakı bunu haqq edəcək və beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı prinsipi önəm daşımayacaq. Hərçənd, təkrar edirik, hazırkı Ermənistan da tarixi türk torpaqlarında təşəkkül tapıb.

Amma biz beynəlxalq hüquqdan, Ermənistanın da səs verdiyi BMT normaları və nizamnaməsindən danışırıq. Hansı nizamnamənin ki, 78-ci bəndində açıq aydın yazılıb: hər bir dövlət işğala qarşı istənilən yolla mübarizə aparıb öz ərazi bütövlüyünü bərpa edə bilər.

*****

Hərbiyyədən söz düşmüşkən, dünən Ermənistan parlamenti ölkənin gələn il üçün büdcəsini təsdiq edib. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, 2020-ci ildə işğalçı ölkə müdafiə xərclərini 25.3% artırmağı nəzərdə tutur. Faiz sizi diksindirməsin, bu, 625 milyon ABŞ dolları edir. 2019-cu il üçün hərbi xərclər 609 milyon dollar təşkil edib. Bildirilir ki, bu zaman müdafiə xərcləri ÜDM-nin 4%-dən artığını təşkil etməyəcək.

Diqqət edildisə, hərbi xərclərin artımı cəmi 16 milyon dollardır. O da artıq faktdır ki, acından ölən Ermənistan məhz bu göstərici üzrə (25.3%) artıq dünyanın ən hərbiləşdirilmiş ölkəsi sayılır. Hərçənd göründüyü kimi, 25,3%-in arxasındakı vəsait çox kiçikdir və Azərbaycanın hərbi xərcləri ilə müqayisəyə belə gəlməz. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq hərbi təhlil mərkəzlərinin başqa hesabatına əsasən, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır (dünya üzrə 51-ci yer), Ermənistanda (93) yox.

Xatırladaq ki, Azərbaycan gələn il üçün hərbi və müdafiə xərcləri üçün 3 milyard 853 milyon 600 min manat və ya təxminən 2.26 milyard ABŞ dolları nəzərdə tutub. Bu 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur (Cari ildə 3 milyard 187 milyon 600 min manat olub). Yəni bizim hərbi büdcəmiz az qala, Ermənistanın ümumi büdcəsi qədərdir.

*****

Başqa sözlə, faizlər yox, faizlərin arxasındakı real məbləğlər önəmlidir. Aradakı fərq şəkk-şübhəsiz, Azərbaycanın işğalçı ölkə üzərində əzici hərbi üstünlüyünü göstərir ki, bu da günün birində Dağlıq Qarabağ konfliktinin hərbi yolla həllində mütləq öz sözünü deyəcək. Həm də o səbəbə ki, İrəvan problemin həllini illərdir beynəlxalq hüquq normaları əsasında, Qarabağa dair məlum sənədlər əsasında deyil, “müharibənin qalibi” olaraq, yəni məhz hərbi yolda görür. Müharibə isə bitməyib. Bunu az öncə hətta Ermənistan baş naziri Nikol Paşinyan da dilə gətirmişdi.

Şübhəsiz ki, sərt reallığı erməni tərəfinin ağlını itirməyən azsaylı siyasi və hərbi təhlilçiləri də yaxşı dərk edirlər. Məsələn, ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni hərbi birləşmələrinin keçmiş komandirlərindən biri Arkadi Karapetyan yerli mətbuatına açıqlamasında müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib (Axara.az). O, hərbi əməliyyatların bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib.

“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar nəzərdə tutulur - red) ”Biz sizə təslim oluruq" desək belə, onlar bizi öldürəcəklər", - deyə erməni polkovnik vurğulayıb.

Karapetyan yəqin yaxşı anlayır ki, hərbi güc indi kimin tərəfindədir və Qarabağda döyüşlərin bərpa olunacağı təqdirdə sovet dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək. O, Azərbaycan torpaqlarının üçüncü qüvvələrin dəstəyi sayəsində işğal edildiyini də anlayır. Özü bütün bunların şahidi olub. “Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”, - deyə Karapetyan qeyd edir.

Daha sonra erməni zabit vaxtilə azərbaycanlıların ermənilərə qucaq açdıqlarını, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içizdirdikləri zaman belə, ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını etiraf edib. O, bunu belə ifadə edib: “SSRİ dövründə biz türklərlə dostlaşdıq, ancaq əlimizdən dəyənəyi yerə qoymadıq”.

Əlavə edək ki, A.Karapetyan “Daşnaksütyun” partiyasının sıralarında olub, 1990-1992-ci illərdə Qarabağa hücum edən erməni ordusunun komandiri olub və hazırda Ermənistan Veteranlar Birliyinin sədridir...

*****

Beləcə, dünyanın ən hərbiləşmiş, lakin ən yoxsul ölkəsi olan Ermənistan üçün Azərbaycan torpaqlarının işğalı ildən-ilə daha bahalı və mənasız bir məşğuliyyətə, ağır yükə çevrilir. İldən-ildə artan müharibə xofu da öz yerində.

Kiminsə ərazisini zəbt eləmək elə də çətin deyil. Əsas məsələ həmin ərazini nəzarətdə, işğalda saxlamaqdır. Karapetyanlar Azərbaycanın gücündən qorxmaqda tam haqlıdırlar...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda maşından meyit tapılıb
Bu gün, 12:06
Sabiq məmur öz dostunu güdaza verib - Bakıda Türkiyə vətəndaşının başına açılan oyunun TƏFƏRRÜATI
Bu gün, 12:00
Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb
Bu gün, 11:59
İrəvanda atışma olub
Bu gün, 11:58
“Euorovision 2020”də təmsilçimizin çıxış edəcəyi yarımfinal müəyyənləşib
Bu gün, 11:54
“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb - GİLEY
Bu gün, 11:41
Abid Şərifov indi nə işlə məşğuldur? - "Hər şey yaxşıdır"
Bu gün, 11:37
Azərbaycanlı məmurlar kralın istifadə etdiyi yataq mebelləri alır - FOTO
Bu gün, 11:32
Xanım deputat da seçkidə çətinlik çəkir... - İDDİA
Bu gün, 11:28
Bakı sakini QİÇS-dən ölüb
Bu gün, 11:24
Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib - SİYAHI
Bu gün, 11:23
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Bu gün, 11:20
28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb
Bu gün, 11:18
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Bu gün, 11:14
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib - FOTO
Bu gün, 11:08
Bir Allahın qulu razı deyilsə, bu, necə sosial layihədir?! - “Təklif edilən qiymətlər də, tələb olunan şərtlər də sosiallıqdan çox uzaqdır”
Bu gün, 10:58
"Bizi yada salan yoxdur, hamı nənə axtarır" - FOTO
Bu gün, 10:54
Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib
Bu gün, 10:46
Dünya iqtisadiyyatı koronavirusa yoluxur - TƏHLİL
Bu gün, 10:39
"Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm" - Xalq artisti
Bu gün, 10:36
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 10:34
Özü zamanında deputat idi, indi də deputat seçdirir... - İTTİHAM
Bu gün, 10:31
Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə bahalı hədiyyə verilib
Bu gün, 10:29
“Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrərində rəqəmsal tranzit dəhlizi yaradılacaq” - Səfər Mehdiyev
Bu gün, 10:17
Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır - Xırda qüsurlar olsa da...
Bu gün, 10:14
Vüqar Məmmədov seçicilərinə belə çağırış etdi... - "...bir-bir görüşmək faktiki olaraq mümkün deyil"
Bu gün, 10:11
Sumqayıt sakini xəstəxanada ölüb
Bu gün, 10:06
Bakıda tanınmış jurnalistin evində yanğın - "Kombi aparatını mebelə yaxın quraşdırmayın"
Bu gün, 10:01
"O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu" - Sərdar Cəlaloğlu
Bu gün, 09:57
Elvin məşhur çütlüklə klipə çəkildi
Bu gün, 09:55
Vəkilinə iki min manat versə də, son nəticədə vəkili heç bir iş görməyib... - QALMAQAL
Bu gün, 09:53
"“3D” verilişi bilgiləndirməlidir, əyləndirməli deyil"
Bu gün, 09:50
Kəmaləddin Qafarov necə deputat olmaq istəyir.... - Belə deyirlər...
Bu gün, 09:46
Türkiyədə kütləvi davada döyülən azərbaycanlı öldü
Bu gün, 09:44
İmişlidə seçkilərin taleyi həll olunub - İDDİA
Bu gün, 09:40
Azərbaycan nefti 1 dollar bahalaşıb
Bu gün, 09:38
Fin qəsəbəsində Vüqar Bayramov qələbəliyi - FOTO
Bu gün, 09:37
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Bu gün, 09:35
Vasif Talıbov bəstəkarla bağlı sərəncam verdi
Bu gün, 09:33
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:31
Əkinçilik Elmi-Tədqiqat İnstitutu kolxoza çevrilib... - İTTİHAM
Bu gün, 09:29
Respublika Klinik Xəstəxanasında özəl qaydalar... - Burada pul hər şey deməkdir...
Bu gün, 09:26
“Exit-poll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır
Bu gün, 09:24
Neft yenidən bahalaşıb
Bu gün, 09:14
Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? - TƏHLİL
Bu gün, 09:06
Ermənistanın baş naziri əqli sağlamlığını və reytinqini itirir - böyük savaş isə yaxınlaşır
Bu gün, 09:05
"Azərenerji"də kadr dəyişikliyi baş verib
Bu gün, 09:04
Ali Attestasiya Komissiyasına ittiham: “Bu qurum elmə sipər olub” - NARAZI ALİMLƏR
Bu gün, 09:03
Parlament seçkiləri ərəfəsində bu məsələni yenidən gündəmə gətirmək təzyiq xarakteri daşıyır - GƏLİŞMƏ
Bu gün, 08:58
"Azərbaycan hökuməti gedib başını bir din xadiminə qoşmalıdır? "
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru