Vilayət Eyvazovdan yeni TƏYİNAT .....                     Oğlu tərəfindən küçəyə atılan ata və ana: .....                     Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır .....                     "Sürücülər yol polislərinə başqa şey təklif edirlər" .....                     “Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     Mahir Abbaszadə üçün görüşləri kim təşkil edir? .....                     Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb .....                     “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” .....                     “Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək” .....                     Şirvan sakinindən külli miqdarda narkotik vasitələr götürülüb .....                     Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub .....                     Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub .....                     Soyadlar milliləşir: .....                     Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirib .....                     Məzahir Pənahov siyasi partiyalara müraciət edib .....                     Nizami Rayon İcra başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib .....                     Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib .....                     “İstəmirik ki, kimsə namizədliyini geri götürsün” .....                     İslahatların növbəti dalğası başlayacaq .....                     Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib .....                     Milli Məclisə seçkilərlə əlaqədar 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib .....                     "İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın" .....                     Hacı Salayev namizədliyini niyə geri götürdü? .....                     Deputatlığa namizədin əmisi oğlu həbs edildi .....                     Gəncədəki uşaq evində nə baş verir? – Uşaqlar iplə bir-birinə bağlanılır .....                     Deputatlığa namizədlərin sayı açıqlanıb .....                     “Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin” .....                     İrəvanda Koçaryanın ofisi olan binada atışma: .....                     Prezident İlham Əliyevin “Davos açıqlamaları” dünyanın diqqət mərkəzində .....                     Agentlikdən «Əjdaha dönər»ə cavab gəldi .....                     Zaqatalada icra başçısı Əli Həsənovun adamını himayə edir? .....                     MSK seçiciləri ələ almaq üçün xoşagəlməz addımlar atan namizədlərə xəbərdarlıq edib .....                     Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat .....                     Sabah dollar neçəyə olacaq? .....                     Elşad Miri qəzaya düşdü .....                     Hacı Salayev namizədliyini geri götürdü .....                     İsmayıllı RİH başçısının növbəti görüş-qəbulu Qalagah kəndində keçirilib .....                     Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi: .....                     İlham Əliyevin Davos çıxışı: Azərbaycan yeni çiçəklənmə dövrünün astanasında .....                     “Bu seçkidən 1 hektar torpaqla ayrılırsız” .....                 

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir - FOTO
Tarix: 6-12-2019, 14:59 | Çap et
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  uğurla davam etdirilir
DİA.AZ: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini gücləndirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ixtisaslaşmış orqanları ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini daim diqqətdə saxlayır.

DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, bu istiqamətdə formalaşmış müsbət tendensiyanın davamı olaraq, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir.

Dekabrın 3-dən 6-dək Vyetnamın paytaxtı Hanoy şəhərində qeyd edilən təşkilatın Asiya İnkişaf Bankı (ADB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Vyetnam hökuməti ilə birgə təşkilatçılığı əsasında “İnfrastruktur layihələrində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Müxtəlif ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri, eləcə də anti-korrupsiya qurumlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə büdcə vəsaitləri hesabına reallaşdırılan infrastruktur layihələrində korrupsiya risklərinin müəyyən edilməsi yolları və ona qarşı təsirli tədbirlərin görülməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində dürüstlük standartlarının təşviqi imkanları müzakirə edilmişdir. Görüşlərdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İxtisaslaşmış anti-korrupsiya qurumlarının və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi panel müzakirələrdə geniş təqdimatla çıxış edən nümayəndə heyətinin rəhbəri korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışmış, ölkələrin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini qeyd etmişdir. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri ölkəmizdə həyata keçirilən institusional və qanunvericilik tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN Xidmət” modeli barədə məlumat verərək ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirmiş, müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış anti-korrupsiya qurumları ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir.

Bundan başqa, nümayəndə heyətinin rəhbəri çıxışında Azərbaycanın yürütdüyü iqtisadi-sosial siyasətinin mərkəzində azad biznes və investisiya mühitinin inkişaf etdirilməsinin dayandığını və ölkəmizdə bu sahənin daha da tərəqqisi üçün ardıcıl islahatların həyata keçirildiyini qeyd etmiş, bu il həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm elementini təşkil edən kommersiya məhkəmələrinin və mediasiya qurumlarının təsis edilməsi, bu islahatların müsbət nəticələrinin ölkəmizin beynəlxalq reytinqlərdəki mövqelərində öz əksini tapdığını bildirmişdir.

Mötəbər reytinq hesabatı olan Dünya Bankının "Doing Bussines 2019" hesabatında Azərbaycanın mövqeyinin 190 ölkə arasında 25-ci yerdə, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə 2-ci yerdə, biznesə başlama indikatoru üzrə isə ilk onluqda qərarlaşması ilə dünyanın ən çox islahat aparan ölkəsi elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Baş prokurorun müavini bu göstəricilərin ölkəmizin sahibkarlıq mühitinə də töhfə verdiyini bildirmiş, korrupsiyaya qarşı mübarizə standardlarının tətbiqinin hər bir sahədə olduğu kimi özəl sektor və investisiya mühitində də təşviq edildiyini, bu gün Azərbaycanda öz anti-korrupsiya meyarlarını və etik davranış qaydalarını formalaşdıraraq tətbiq edən investisiya şirkətlərinin faiz nisbətinin günü-gündən artdığını diqqətə çatdırmışdır.

Dekabrın 6-da nümayəndə heyətinin rəhbəri, həmçinin dövlət və özəl sektorlarda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması təşəbbüslərində mövcud çətinliklərin həlli və müsbət təcrübələrin təşviqi kimi mövzuları əhatə edən tədbirin Yüksək Səviyyəli Seqmentində iştirak edərək müzakirələrə qatılmışdır. Tədbirdə iştirak edən Vyetnam Baş nazirinin müavini, bir sıra ölkələrin anti-korrupsiya qurumlarının rəhbərləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini və digərləri nailiyyətləri qeyd etməklə korrupsiyaya qarşı mübarizə siyasətinin gələcək inkişafının prioritet istiqamətlərinə dair öz fikirlərini bölüşmüşlər.

Tədbir çərçivəsində Kamran Əliyevlə Vyetnamın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Baş Dövlət Müfəttişliyinin rəis müavini Nguyen Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılmışdır.

Konfrans müddətində həmçinin, nümayəndə heyətimizlə tədbirdə iştirak edən Çin Xalq Respublikası, Koreya Respublikası, Pakistan, Qırğız Respublikası və digər ölkələrin nümayəndə heyətləri, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Asiya İnkişaf Bankının rəsmiləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılmış, iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Anar İmanov iştirak etmişdir.


Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  uğurla davam etdirilir




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Bu gün, 19:03
Oğlu tərəfindən küçəyə atılan ata və ana: - "Əziyyətlə aldığım evimə bizi buraxmır"
Bu gün, 19:01
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Bu gün, 18:52
"Sürücülər yol polislərinə başqa şey təklif edirlər" - Vaqif Əsədov
Bu gün, 18:51
“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 18:46
Mahir Abbaszadə üçün görüşləri kim təşkil edir? - İDDİA
Bu gün, 18:42
Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb
Bu gün, 18:33
"Verilişdən sonra aparıcıya deyirdim ki, niyə belə edirsiz?"
Bu gün, 18:28
“Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” - Namizədliyini geri götürən Mais Səfərli
Bu gün, 18:23
“Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək” - Stefan Şennak
Bu gün, 18:22
Şirvan sakinindən külli miqdarda narkotik vasitələr götürülüb
Bu gün, 18:18
Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub
Bu gün, 18:10
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub
Bu gün, 18:07
Soyadlar milliləşir: - Heç bir əngəl yoxdur, kim istəyirsə 5-10 günə…
Bu gün, 18:05
"Biz tənqidlərə, amma sağlam tənqidə hörmətlə yanaşırıq"
Bu gün, 18:03
Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirib - Azərbaycanda
Bu gün, 17:53
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
Bu gün, 17:44
Nizami Rayon İcra başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib
Bu gün, 17:41
"Bütün məşhurlar efirdə 10 kiloqram çəkisindən artıq görsənir"
Bu gün, 17:39
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib - SƏRƏNCAM
Bu gün, 17:36
“İstəmirik ki, kimsə namizədliyini geri götürsün” - Məzahir Pənahov
Bu gün, 17:35
İslahatların növbəti dalğası başlayacaq – İlham Əliyevdən anons
Bu gün, 17:31
Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
Bu gün, 17:29
Milli Məclisə seçkilərlə əlaqədar 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
Bu gün, 17:25
"İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın" - Hacı Salayev
Bu gün, 17:23
Hacı Salayev namizədliyini niyə geri götürdü? - AÇIQLAMA
Bu gün, 17:20
Deputatlığa namizədin əmisi oğlu həbs edildi
Bu gün, 17:18
Gəncədəki uşaq evində nə baş verir? – Uşaqlar iplə bir-birinə bağlanılır - Dəhşətli MƏNZƏRƏ...
Bu gün, 17:17
Deputatlığa namizədlərin sayı açıqlanıb
Bu gün, 17:14
“Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin” - MSK sədri
Bu gün, 17:13
İrəvanda Koçaryanın ofisi olan binada atışma: - bir neçə nəfər girov götürüldü
Bu gün, 17:12
Prezident İlham Əliyevin “Davos açıqlamaları” dünyanın diqqət mərkəzində - TƏHLİL
Bu gün, 17:09
Agentlikdən «Əjdaha dönər»ə cavab gəldi – AÇIQLAMA
Bu gün, 17:08
Zaqatalada icra başçısı Əli Həsənovun adamını himayə edir? - İTTİHAM
Bu gün, 17:06
MSK seçiciləri ələ almaq üçün xoşagəlməz addımlar atan namizədlərə xəbərdarlıq edib
Bu gün, 17:02
Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat
Bu gün, 17:02
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
Elşad Miri qəzaya düşdü - FOTO
Bu gün, 17:00
Hacı Salayev namizədliyini geri götürdü - İLGİNC
Bu gün, 16:58
İsmayıllı RİH başçısının növbəti görüş-qəbulu Qalagah kəndində keçirilib
Bu gün, 16:55
Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi: - Bu da “zavmaq”ın seçki sloqanı
Bu gün, 16:54
İlham Əliyevin Davos çıxışı: Azərbaycan yeni çiçəklənmə dövrünün astanasında - TƏHLİL
Bu gün, 16:52
“Bu seçkidən 1 hektar torpaqla ayrılırsız” - Məzahir Pənahov
Bu gün, 16:50
Ötən il radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb
Bu gün, 16:47
Orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək
Bu gün, 16:01
"Vüsalə adından da, "tema"sından da iyrənirəm"
Bu gün, 15:57
Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı
Bu gün, 15:46
“Prezidentin Davos Forumunda iştirakı milli maraqlarımızın təmin olunmasına xidmət edir”
Bu gün, 15:28
“Yeni bələdiyyə sədrinin adından hədə-qorxu gəldilər ki, ərizə yaz” - GİLEY
Bu gün, 15:26
Gəlin keçmiş qayınanasını məhkəməyə verdi - “Məni bədbəxt etdi...”
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru