Hacı Salayev namizədliyini niyə geri götürdü? .....                     Deputatlığa namizədin əmisi oğlu həbs edildi .....                     Gəncədəki uşaq evində nə baş verir? – Uşaqlar iplə bir-birinə bağlanılır .....                     Deputatlığa namizədlərin sayı açıqlanıb .....                     “Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin” .....                     İrəvanda Koçaryanın ofisi olan binada atışma: .....                     Prezident İlham Əliyevin “Davos açıqlamaları” dünyanın diqqət mərkəzində .....                     Agentlikdən «Əjdaha dönər»ə cavab gəldi .....                     Zaqatalada icra başçısı Əli Həsənovun adamını himayə edir? .....                     MSK seçiciləri ələ almaq üçün xoşagəlməz addımlar atan namizədlərə xəbərdarlıq edib .....                     Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat .....                     Sabah dollar neçəyə olacaq? .....                     Elşad Miri qəzaya düşdü .....                     Hacı Salayev namizədliyini geri götürdü .....                     İsmayıllı RİH başçısının növbəti görüş-qəbulu Qalagah kəndində keçirilib .....                     Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi: .....                     İlham Əliyevin Davos çıxışı: Azərbaycan yeni çiçəklənmə dövrünün astanasında .....                     “Bu seçkidən 1 hektar torpaqla ayrılırsız” .....                     Ötən il radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb .....                     Orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək .....                     Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı .....                     “Prezidentin Davos Forumunda iştirakı milli maraqlarımızın təmin olunmasına xidmət edir” .....                     “Yeni bələdiyyə sədrinin adından hədə-qorxu gəldilər ki, ərizə yaz” .....                     "Çingiz Qənizadə mələk cildinə girməsin..." .....                     Gəlin keçmiş qayınanasını məhkəməyə verdi .....                     Tarix müəllimindən təhsil nazirinə ürəkdağlayan MÜRACİƏT .....                     "Abituriyent" jurnalı ilə piratçıların məhkəmə çəkişməsi başa çatdı .....                     Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib .....                     101 saylı Göygöl-Daşkəsən seçki dairəsində NONSENS .....                     Azərbaycan 2020-ci ilin ən yaxşı ölkələri siyahısında .....                     O pullar BÜDCƏDƏN OĞURLANIB... .....                     Daha bir namizəd ərzaq payladı... .....                     “İlqar Məmmədov mənim üçün rəqib deyil” .....                     Putin İsraildə səfərdədir .....                     Bakıda sulu qar yağacaq .....                     Dağıstan rəhbəri Azərbaycana səfər edəcək .....                     "Radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər" .....                     “26 il idi ki, onun qəbrini axtarırdıq” .....                     DYP sürücülərə müraciət edib .....                     Bakı sakini qəbiristanlıqda döyülüb .....                 

Sabirabad sakininin acınacaqlı həyatı... - "Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm..."
Tarix: 5-12-2019, 09:12 | Çap et
Sabirabad sakininin acınacaqlı həyatı...
"Ailədə altı qardaş, dörd bacıyıq, aralarında sınıqçıda ən çox mən olmuşam. Hələ uşaqlıqda bir balaca büdrəyib, yıxılan kimi qolum-qılçam sınırdı. 1995-ci ildə əsgərlik yaşım çatanda, məni tibbi müayinə etdikdən sonra həqiqi hərbi xidmətə aparmadılar. 1998-ci il dava-qırğınla özüm könüllü əsgər getdim. Əsgərlikdə olanda gördüm ki, yox, qaçmaq bir yana, heç sürətlə addımlaya bilmirəm. Yenə də əhəmiyyət vermədim. Əsgərliyimi Ağdamda çəkirdim, bizim kazarmanın qapısı-pəncərəsi yox idi. Soyuqdan ayaqlarım şişməyə başladı, həmin vaxt səhhətimlə əlaqədar komissiya çağırıldı, vəziyyətimin ağır olduğunu bildirdilər, sonra da evə buraxıldım. Bununla belə, ağır xəstəliyimin olmasından xəbərsiz idim”. DİA.AZ bildirir ki, bu sözləri Sabirabad rayonu, Yenikənd sakini Gülalı Əhmədov deyir. Söyləyir ki, əsgərlikdən qayıdandan bir neçə il sonra ailə qurub Bakıya köçüb:

“Düşündüm ki, şəhərdə özümə bir güzəran quraram. Lakin 2007-ci ildə məni küçədə maşın vurub qaçdı. Ayaqlarım sınmışdı, bel sümüklərim qırılıb, dəridən bayıra sallanmışdı. O vəziyyətdə sağ qalmağım möcüzə idi. İki dəfə Respublika Klinik Xəstəxanasında, iki dəfə isə Mərkəzi Klinikada əməliyyat olundum. Mərkəzi Xəstəxanda ayağımı kəsmək istədilər, razılaşmadım. Kəndə gəldim, sınıqcı iki dəfə sümüyümü sındırdı ki, təzədən düz bitişsin. Çünki xəstəxanada müalicəm düzgün aparılmamışdı. Daha sonra Mərkəzi Xəstəxanada çanağımdan sümük götürüb, ayağıma, köçürdülər. Yenə də sağalmırdım, əksinə, xəstəliyim kəskinləşirdi, ayağımda vətərlər sümükdən qopurdu. Tükiyədə əməliyyatla ayağıma vətər köçürüldü.

İki il yataq xəstəsi olmuşam, tərpənə bilmirdim. Qəzadan sonra sümüklərim başladı keyfiyyətini itirməyə. Sümüklər tamamilə əridi, fəqərənin dördü sındı. Qabırğalarım əyilib, ciyərimə girmişdi. Sümüyün analizini götürəndə, sanki bizi pendirə soxurdular. O dərəcədə sümüklərim elastikləşmişdi. Xəstəliyim osteoparoza (sümük toxumasının zədələnməsi, deformasiyası və sınığı ilə nəticələnən skeletin metabolik xəstəliyi – red) oxşayır, amma həmin xəstəlik deyil. Çox təəssüf ki, Azərbaycanda həkimlər bu xəstəliyin nə olduğunu tapa bilməyiblər. Onurğa cərrahı Toğrul Cəlilovun müalicəsi mənə müəyyən dərəcədə kömək oldu.

2007-ci ildən bu günə kimi səhhətimlə əlaqədar dostlarım, yaxınlarım, rayon camaatının köməkliyi ilə 136 min manat pul xərclənib. Son 1,5 aydır ki, səhhətim normallaşıb. Kənd camaatının sayəsində bu gün ayaq üstəyəm. Piyada on beş-iyirmi metr gəzirəm, dirənirəm. Əvvəllər iki qoltuqaltı əsayla gəzirdim, indi şükür, birini atmışam. Sümüklərimdə ərimə dayanmırdı, deformasiyaya uğrayıb, əyilib ciyərlərimə batırdı. Həkimlər sümüyümə iynə vurub, dondurdular”.

Gülalı Əhədovun bir oğlan, bir qız övladı var. Dediyinə görə, həkimlər doqquz yaşlı Səmanın da atasının xəstəliyinin daşıyıcısı olduğunu müəyyən ediblər: “Qızımda təxminən 1,5 il əvvəl ağrılar vardı. Öz-özümə deyirdim, bu gün-sabah həkimə apararam. Amma pul olmurdu. Uşaqda kəskin ağrılar başladı, çığırırdı, ağrıdan tərpənə bilmirdi. Toğrul həkimin yanına apardım, müayinə etdi, dəli oldu, dedi ki, uşaqda da eyni səndəki xəstəlikdəndir. Qızımın sümüyündə ərimə iyirmi dörd faizə çatıb. Osteoparoza uyğun edilən müalicənin də uşağa xeyri cüzi, lap az olur. Körpədir, ürəyim gəlmir ki, ona da iynə vurdurum, sümüklərini dondurum. Mən bu gün varam, sabah yoxam. İstəyirəm ki, balamı müalicə etdirim, tam sağalsın, mənim də gözüm arxada qalmasın. Doqquz aydır ki, uşaq dəmir paltarda, korsetdə yatır, şiddətli ağrıları olur”.

Atanın dediyinə görə, Səmanın səhhəti çox ağır olduğu üçün iki ildir məktəbə gedə bilmir, dərslərindən geri qalıb: “Sinif otaqları çox soyuq olduğu üçün qız orada skolioz (onurğa sütununun əyriliyi-red) oldu. Bədəni ayaqlarına ağırlıq edir, gücü çatmır, özünü idarə etməyə. Gəzə bilmir, anası həyətə əlindən tutub düşürür. On bir aydır ki, uşağı müalicə etdiririk, bu vaxta qədər 11 min manat pul xərclənib, amma heç bir nəticəsi yoxdur. Bu xəstəliyin müalicəsinin İsraildə və Almaniyada mümkün olduğunu deyirlər. Əslində, böyük məbləğ tələb olunmur. Otuz beş min manat lazımdır. Amma mənim də bu qədər pulum yoxdur.

Bu dəqiqə 30 min manata yaxın, kreditim, sələmim, borcum var. Əvvəlki icra başçısı sağ olsun, ünvanlı sosial yardım almağıma köməklik etmişdi. Birinci qrup əliləm. Əlillik və ünvanlı sosial kartlarım hazırda sələm götürdüyüm adamlardadır. İki-üç yerə kredit ödəyirəm. Sələm götürüb, banklara verirəm ki, yalançı çıxmayım. Dərmanlara görə hər ay pul lazım olur, borcu-borca calayıram. Birindən borc alıram, digərindən sələm, kredit. Həmin pullar da yığılıb, 30 min manat edib. İkiotaqlı evimi 35 min manata satılmağa qoymuşam. Rayon yerində kimdir onu alan?

Həyat yoldaşım Tünzalə Əhədova da epilepsiya (nevroloji patalogiya-red) xəstəsidir. Ailənin yükü bütünlüklə onun üzərindədir. Evin, həyət-bacanın işlərini təkbaşına görür. Onu da deyim ki, yoldaşıma da, qızıma da əlillik düşür, lakin Sabirabad Rayon Mərkəzi Xəstəxanası onlara əllilik dərəcəsi vermək istəmir.

Bu dəqiqə mənim üçün ən vacib uşağımın həyatını xilas etməkdir. Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm, bizə köməklik etsinlər, uşağımın həyatını xilas edim”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacı Salayev namizədliyini niyə geri götürdü? - AÇIQLAMA
Bu gün, 17:20
Deputatlığa namizədin əmisi oğlu həbs edildi
Bu gün, 17:18
Gəncədəki uşaq evində nə baş verir? – Uşaqlar iplə bir-birinə bağlanılır - Dəhşətli MƏNZƏRƏ...
Bu gün, 17:17
Deputatlığa namizədlərin sayı açıqlanıb
Bu gün, 17:14
“Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin” - MSK sədri
Bu gün, 17:13
İrəvanda Koçaryanın ofisi olan binada atışma: - bir neçə nəfər girov götürüldü
Bu gün, 17:12
Prezident İlham Əliyevin “Davos açıqlamaları” dünyanın diqqət mərkəzində - TƏHLİL
Bu gün, 17:09
Agentlikdən «Əjdaha dönər»ə cavab gəldi – AÇIQLAMA
Bu gün, 17:08
Zaqatalada icra başçısı Əli Həsənovun adamını himayə edir? - İTTİHAM
Bu gün, 17:06
MSK seçiciləri ələ almaq üçün xoşagəlməz addımlar atan namizədlərə xəbərdarlıq edib
Bu gün, 17:02
Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat
Bu gün, 17:02
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
Elşad Miri qəzaya düşdü - FOTO
Bu gün, 17:00
Hacı Salayev namizədliyini geri götürdü - İLGİNC
Bu gün, 16:58
İsmayıllı RİH başçısının növbəti görüş-qəbulu Qalagah kəndində keçirilib
Bu gün, 16:55
Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi: - Bu da “zavmaq”ın seçki sloqanı
Bu gün, 16:54
İlham Əliyevin Davos çıxışı: Azərbaycan yeni çiçəklənmə dövrünün astanasında - TƏHLİL
Bu gün, 16:52
“Bu seçkidən 1 hektar torpaqla ayrılırsız” - Məzahir Pənahov
Bu gün, 16:50
Ötən il radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb
Bu gün, 16:47
Orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək
Bu gün, 16:01
"Vüsalə adından da, "tema"sından da iyrənirəm"
Bu gün, 15:57
Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı
Bu gün, 15:46
“Prezidentin Davos Forumunda iştirakı milli maraqlarımızın təmin olunmasına xidmət edir”
Bu gün, 15:28
“Yeni bələdiyyə sədrinin adından hədə-qorxu gəldilər ki, ərizə yaz” - GİLEY
Bu gün, 15:26
"Çingiz Qənizadə mələk cildinə girməsin..." - Seçiciləri deputata ÇAĞIRIŞ ETDİ
Bu gün, 15:25
Gəlin keçmiş qayınanasını məhkəməyə verdi - “Məni bədbəxt etdi...”
Bu gün, 15:17
Tarix müəllimindən təhsil nazirinə ürəkdağlayan MÜRACİƏT - " -2 dərəcə şaxtada dərs oxumağa çalışırlar"
Bu gün, 15:16
"Abituriyent" jurnalı ilə piratçıların məhkəmə çəkişməsi başa çatdı - bəraət hökmü çıxarıldı
Bu gün, 15:14
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Bu gün, 15:12
101 saylı Göygöl-Daşkəsən seçki dairəsində NONSENS - Namizədliyin ləğvi üçün imza toplanılır
Bu gün, 15:11
Azərbaycan 2020-ci ilin ən yaxşı ölkələri siyahısında
Bu gün, 15:03
O pullar BÜDCƏDƏN OĞURLANIB... - Mərhum nazir oğlunan İTTİHAM
Bu gün, 15:01
Daha bir namizəd ərzaq payladı... - Kaş ki seçki olaydı həmişə...
Bu gün, 13:23
"Televiziyanın vaxtı gedib, efirə niyə çıxmalıyam ki?!"
Bu gün, 13:20
“İlqar Məmmədov mənim üçün rəqib deyil” - Zahid Orucdan cavab
Bu gün, 13:18
Putin İsraildə səfərdədir
Bu gün, 13:13
Bakıda sulu qar yağacaq - Belə deyirlər...
Bu gün, 13:12
"Çox dedilər ki, sən iki-üç ay görünməsən yoxa çıxıb gedəcəksən"
Bu gün, 13:10
Dağıstan rəhbəri Azərbaycana səfər edəcək
Bu gün, 13:06
"Radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər" - Başlıca hədəfləri gənclərdir
Bu gün, 12:54
“26 il idi ki, onun qəbrini axtarırdıq” - Şəhidin qardaşı
Bu gün, 12:52
“Onlar əxlaqsız və namussuzdur”
Bu gün, 12:46
DYP sürücülərə müraciət edib - SƏBƏB
Bu gün, 12:43
Bakı sakini qəbiristanlıqda döyülüb
Bu gün, 12:33
72 yaşlı Əhliman Əmiraslanov gəncləşən parlamentə iddialıdır - Olsun eee, amma...
Bu gün, 12:31
Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır - “GÖVHƏRAĞA” MƏSCİDİNİN ARDINCA...
Bu gün, 12:29
«Əjdaha dönər»dən etiraz: - «1 manatlıq dönərlərlə nə edəcəyimizi bilmirik»
Bu gün, 12:28
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Bu gün, 12:26
Deputatın xaricdəki biznesini oğlu idarə edir – Vəliyevin biznes imperiyası ilə bağlı yeni faktlar
Bu gün, 12:23
İmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıb - VİDEO
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru