Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar şikayət edir .....                     “Xalqa qarşı güc tətbiq etməyəcəksiniz” .....                     Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     “Formula 1”in Azərbaycan üçün faydaları .....                     Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib .....                     Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: .....                     Bakıda mağazadan bahalı saatlar oğurlanıb .....                     FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib .....                     İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA .....                     Müalyim cənub küləyi əsəcək .....                     Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb .....                     Türkiyə və Rusiya S-400-ün yenidən tədarükü ilə bağlı razılıq əldə edə bilər .....                     “Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb .....                     Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib .....                     Bakıda amansız qətlin təfərrüatı: .....                     “Leş mafiyası” yenidən ayaqda .....                     Namizədliyini geri götürən sədr danışdı: .....                     "Bu gün komandasını satan sabah torpağını, millətini də satar" .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     Fransada tətillər həyatı iflic edib .....                     Müsavatın namizədlərindən müəmmalı gediş... .....                     “Nazirliyin verdiyi dərmanlardan sonra qızım iki gün şoka düşdü” .....                     General Lələtəpəyə ilk dəfə bayraq sancan əsgərin ADINI AÇIQLADI .....                     Rövşən Bağırov istədiyini edir?.. .....                     AXCP və "Milli Şura" yenidən "Real"a qarşı hücuma keçib .....                     Ağdaşda deputata söykənən özbaşınalıq... .....                     ATƏT sədrinin şəxsi nümayəndəsi Qarabağda separatçıların lideri ilə görüşdü .....                     "İnterpol"un həbs etdiyi qadının Bakıda məhkəməsi başlayır .....                     Müxalifət seçkiyə gedir, amma necə... .....                     Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan! .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılb .....                     Bakıda kirayə evlər sürətlə bahalaşır .....                     Gədəbəyin Qoşabulaq camaatı ölkə rəhbərliyinə müraciət etdi .....                     Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb .....                     Safura səhnəyə qayıdır .....                     Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir? .....                     Yeni dövrün və yeni parlamentin müxalifəti onlar olacaq? .....                     Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib .....                     BNA əməkdaşları böyük tıxaca səbəb oldu .....                     “Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” .....                 

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib
Tarix: 2-12-2019, 16:12 | Çap et
Prezident İlham Əliyev Dilarə Seyidzadəyə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.

"Report" xəbər verir ki, Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.

Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.

Son 16 il ərzində biz birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, bilikli, peşəkar insan kimi ölkəmizin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizi yüksək dövlət ordeni – “Şərəf” ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. İcazə verin, bu yüksək mükafatı sizə təqdim edim.

Dilarə SEYİDZADƏ: Çox sağ olun.

x x x

Dövlətimizin başçısı “Şərəf” ordenini Dilarə Seyidzadəyə təqdim etdi.

x x x

Prezident İlham ƏLİYEV: Təbrik edirəm sizi.

Dilarə SEYİDZADƏ: Çox sağ olun, cənab Prezident. Bilirsiniz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı bir tarixçi kimi çalışmışdım. Bu, mənim üçün çox böyük bir şərəf idi. Siz çox sağ olun, elə bu ordenin də adı “Şərəf”dir. Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət, bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, əvvəlcə özünə köməkçi, sonra isə katiblik yaradıb qarşımda çox məsuliyyətli vəzifələr qoymuşdur. O, katibliyi yaradanda mənə işin hamısını izah etmişdi. Görünür, o hesab edirdi ki, həmin dövrdə katiblik çox lazımı işlər görəcək.

Mən Sizə çox böyük minnətdarlığımı bildirirəm ki, Siz də bizə etimad göstərdiniz, mənim başçılıq etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğını hər gün hiss edirdik. Biz fəxr edirdik ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın mənası idi.

Bu gün də yüksək diqqət göstərib, vaxt ayırıb məni qəbul etdiniz, mənə belə böyük bir mükafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza valeh oluram, çox diqqətlə qulaq asıram. Onlar bizim tariximizi daim hər bir insanın ürəyinə çatdırır. Deyə bilərəm ki, Azərbaycan xalqının çox böyük oğlusunuz. Biz hamımız Sizinlə həmişə fəxr edirik, Sizi hamı sevir. Arzum odur ki, Siz həmişə xoşbəxt olasınız, həmişə bizim bu gözəl Vətənimizi irəliyə aparasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə də cansağlığı arzulayıram. Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı ilə nəzərə alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.

Çünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi tarixi xidmətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayırıq. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, biliyi, xalqın ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.

Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Çünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, biz bu tarixi yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olduğu kimi çatdırmaq, onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formalaşmasında önəmli rol oynamış insan kimi bundan sonra da öz elmi fəaliyyətinizdə bu işləri görəcəksiniz. Sizə cansağlığı və yeni uğurlar arzulayıram.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun.

Dilarə SEYİDZADƏ: Çox sağ olun.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar şikayət edir
Bu gün, 13:23
“Xalqa qarşı güc tətbiq etməyəcəksiniz” - Deputatdan baş nazirə xəbərdarlıq
Bu gün, 13:20
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Bu gün, 13:18
“Formula 1”in Azərbaycan üçün faydaları - TƏHLİL
Bu gün, 13:12
Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib
Bu gün, 13:10
Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: - İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?
Bu gün, 13:09
Bakıda mağazadan bahalı saatlar oğurlanıb
Bu gün, 13:04
FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
Bu gün, 13:04
İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”
Bu gün, 12:53
Müalyim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:50
Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bu gün, 12:47
"Doğru-düzgün həyat tərzi keçirmək lazımdır" - Əməkdar artist
Bu gün, 12:45
Türkiyə və Rusiya S-400-ün yenidən tədarükü ilə bağlı razılıq əldə edə bilər
Bu gün, 12:43
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
Bu gün, 12:40
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
Bu gün, 12:39
Bakıda amansız qətlin təfərrüatı: - Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi
Bu gün, 12:19
“Leş mafiyası” yenidən ayaqda - "Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə..."
Bu gün, 12:14
Namizədliyini geri götürən sədr danışdı: - “Hər yerdə yaydılar ki...”
Bu gün, 12:10
Tanınmış teleaparıcı işıqpulu borcunun çoxluğundan giley etdi - "Üçotaqlı ev üçün bu qədər borc olar?"
Bu gün, 12:07
"Bu gün komandasını satan sabah torpağını, millətini də satar" - Nadir Nəbiyev
Bu gün, 12:04
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
Bu gün, 11:52
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 11:49
Fransada tətillər həyatı iflic edib
Bu gün, 11:41
Müsavatın namizədlərindən müəmmalı gediş... – Keçmiş MSK üzvü açıqladı
Bu gün, 11:37
“Nazirliyin verdiyi dərmanlardan sonra qızım iki gün şoka düşdü” - İTTİHAM
Bu gün, 11:35
General Lələtəpəyə ilk dəfə bayraq sancan əsgərin ADINI AÇIQLADI
Bu gün, 11:33
Rövşən Bağırov istədiyini edir?.. - Belə çıxır...
Bu gün, 11:29
AXCP və "Milli Şura" yenidən "Real"a qarşı hücuma keçib - FOTO
Bu gün, 11:26
Ağdaşda deputata söykənən özbaşınalıq... - İDDİA
Bu gün, 11:25
ATƏT sədrinin şəxsi nümayəndəsi Qarabağda separatçıların lideri ilə görüşdü
Bu gün, 11:21
"İnterpol"un həbs etdiyi qadının Bakıda məhkəməsi başlayır
Bu gün, 11:16
Müxalifət seçkiyə gedir, amma necə... - Özləri danışır...
Bu gün, 11:11
Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan!
Bu gün, 11:02
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılb
Bu gün, 11:00
Bakıda kirayə evlər sürətlə bahalaşır
Bu gün, 10:59
Gədəbəyin Qoşabulaq camaatı ölkə rəhbərliyinə müraciət etdi - "...sinəsində Quranla güllələnərək şəhid olub"
Bu gün, 10:57
Məmur, vəzifəli şəxs, aparıcı və müəllim ləhcə ilə danışarsa...
Bu gün, 10:56
Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
Bu gün, 10:54
Safura səhnəyə qayıdır
Bu gün, 10:52
Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir?
Bu gün, 10:50
Yeni dövrün və yeni parlamentin müxalifəti onlar olacaq? - iki partiyanın adı gündəmdə
Bu gün, 10:44
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib
Bu gün, 10:41
BNA əməkdaşları böyük tıxaca səbəb oldu - İnsanların həyatı təhlükəyə atıldı
Bu gün, 10:40
“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” - Şirvanda özbaşınalıq...
Bu gün, 10:39
“Jurnalistlər hər zaman ən yaxın dostumuz olub, ”Azadlıq" qəzetindən başqa..." - Novella Cəfəroğlu
Bu gün, 10:36
“Keçmişi ləkəli olanlar millət vəkili ola bilməz” - Musa Musayev
Bu gün, 10:35
Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı - Adamı bezdirdilər...
Bu gün, 10:34
Hamı hakim partiyanın siyahısını gözləyir... - GƏLİŞMƏ
Bu gün, 10:30
Əməkdar artistin oğlu xəstəxanalıq oldu
Bu gün, 10:28
Samir Şərifov onlara kömək edəcəkmi? - Analar nazirə müraciət ünvanladı
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru