Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar şikayət edir .....                     “Xalqa qarşı güc tətbiq etməyəcəksiniz” .....                     Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     “Formula 1”in Azərbaycan üçün faydaları .....                     Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib .....                     Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: .....                     Bakıda mağazadan bahalı saatlar oğurlanıb .....                     FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib .....                     İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA .....                     Müalyim cənub küləyi əsəcək .....                     Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb .....                     Türkiyə və Rusiya S-400-ün yenidən tədarükü ilə bağlı razılıq əldə edə bilər .....                     “Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb .....                     Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib .....                     Bakıda amansız qətlin təfərrüatı: .....                     “Leş mafiyası” yenidən ayaqda .....                     Namizədliyini geri götürən sədr danışdı: .....                     "Bu gün komandasını satan sabah torpağını, millətini də satar" .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     Fransada tətillər həyatı iflic edib .....                     Müsavatın namizədlərindən müəmmalı gediş... .....                     “Nazirliyin verdiyi dərmanlardan sonra qızım iki gün şoka düşdü” .....                     General Lələtəpəyə ilk dəfə bayraq sancan əsgərin ADINI AÇIQLADI .....                     Rövşən Bağırov istədiyini edir?.. .....                     AXCP və "Milli Şura" yenidən "Real"a qarşı hücuma keçib .....                     Ağdaşda deputata söykənən özbaşınalıq... .....                     ATƏT sədrinin şəxsi nümayəndəsi Qarabağda separatçıların lideri ilə görüşdü .....                     "İnterpol"un həbs etdiyi qadının Bakıda məhkəməsi başlayır .....                     Müxalifət seçkiyə gedir, amma necə... .....                     Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan! .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılb .....                     Bakıda kirayə evlər sürətlə bahalaşır .....                     Gədəbəyin Qoşabulaq camaatı ölkə rəhbərliyinə müraciət etdi .....                     Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb .....                     Safura səhnəyə qayıdır .....                     Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir? .....                     Yeni dövrün və yeni parlamentin müxalifəti onlar olacaq? .....                     Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib .....                     BNA əməkdaşları böyük tıxaca səbəb oldu .....                     “Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” .....                 

"ARAZ" market, yoxsa "qul bazarı"? - Şəbəkə genişləndikcə ŞİKAYƏTLƏR artır
Tarix: 2-12-2019, 15:51 | Çap et
"ARAZ" market, yoxsa "qul bazarı"?
“Siz harada, Araz orada”…

Bu devizlə uzun illərdir fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsini yəqin ki, tanımayan və ən azından bu şəbəkənin marketlərindən heç olmasa bir dəfə də olsun alış-veriş etməyən adam tapılmaz. Doğrudan da şirkət sloqanına sadiq qalaraq müştərilərinin əlçatanlığını, həmçinin nəhəng supermarketlərlə rəqabətə davamlılığını təmin etmək məqsədilə şəbəkəsini ildən-ilə daha da genişləndirir. Və sözsüz ki, bununla da yeni-yeni iş yerlərinin açılmasına şərait yaratmış olur. Amma təəssüf ki, şirkət əməkdaşlıq üçün ona üz tutanlara qarşı heç də ədalətli davranmır, onların əmək hüquqlarına hörmətlə yanaşmır, əksinə istismar yolunu tutaraq işçiləri özündən narazı salır.

KONKRET.AZ-ın redaksiyasına daxil olan məktubda şirkətin “istismar xətti”ni ətraflı cızan keçmiş işçi bildirir ki, çalışdığı marketdə işçilər ştatla ayrı-ayrı vəzifələr daşısalar da, işçi çatışmazlığından bir nəfər çox vaxt bir neçə işçinin vəzifəsini yerinə yetirmiş olur. Bu azmış kimi, işçilər 10-12 saat, bəzən hətta 13-14 saatlıq iş rejimində çalışdırılır. 250-350 manat maaş müqabilində insanların belə şərtlərlə uzun müddət işləyə bilmədiyini deyən şikayətçi bildirir ki, bunun nəticəsidir ki, şirkətin İnsan Resursları Mərkəzində işdən çıxmaq üçün müraciət edənlərin əlindən tərpənmək olmur.

Yeri gəlmişkən, hər addımbaşı özünüreklama can atan şirkətin facebook səhifəsində karyera üçün ən ideal iş yeri kimi təqdim etdiyi çarxına göndərilən rəylərdə də şirkətin işçiləri hansı prinsiplə çalışdırdığı açıq-aydın öz əksini tapıb:

“İşçilər əziyyət çəksin, siz də haqqını verməyin. Əvəzində isə o pullarla videoçarxlar çəkib reklama xərcləyin ki, bilməyənlər bu istismara gəlsin”;

“Meyvə-tərəvəzdə adam tapılmır, qışqıra-qışqıra qalırsan. Bir adam həm meyvə-tərəvəzə, həm ət və süd məhsullarına baxır. Reallıqdır. İşçilərə yazığınız gəlsin, hər gün eyni mənzərədir”;

“On iki saat iş, kassaya bax, vitrin yığ, yer süpür, axırda da 300 manat maaş. İstismar edirsiniz xalqı…” kimi ayrı-ayrı şərhlərdən də göründüyü kimi, şirkət istismarı özünün əsas strategiyasına çevirib.

Doğrudur, hazırda ölkədə işçi hüquqlarını hər fürsətdə kobud surətdə pozan şirkətlər kifayət qədərdir. Və araşdırmalarımız göstərir ki, belə hallar məhz son 3-4 il ərzində daha da artıb. Belə ki, ölkə başçısının 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ imzaladığı qanundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qanunun tələblərindən irəli gələn bir sıra yoxlamaları dayandırıb ki, bu da bir növ bəzi şirkətlərə yersiz fürsətlər qazandırıb.

Bəs görəsən, bütün bunlardan ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xəbəri varmı? Məsələ ilə bağlı sorğumuza cavab olaraq xidmətin mətbuat katibi Aynur Osmanqızı bildirdi ki, Xidmət cari ilin yanvar-oktyabr aylarında işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı 7154 ərizəni (şikayəti) və 5257 sorğunu araşdıraraq aşkar edilən pozuntuların aradan qaldırılmasını və işçi hüquqlarının bərpasını təmin edib. Eyni zamanda, cari il ərzində “Araz” supermarketlər şəbəkəsi ilə bağlı da Xidmətə vətəndaş müraciətləri daxil olub və həmin müraciətlər qurumun səlahiyyəti daxilində, qanunvericiliyə uyğun olaraq araşdırılaraq cavablandırılıb.

"ARAZ" market, yoxsa "qul bazarı"?

A.Osmanqızı həmçinin insanların əmək hüquqlarının pozulması ilə bağlı faktlarla əlaqədar sosial şəbəklərdə münasibət bildirməkdənsə, ilk instansiya kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada ərizə ilə, o cümlədən nazirliyin 142 “Çağrı mərkəzi”nə müraciət etmələrinin daha məqbul olduğunu bildirdi: “İşçilər həmçinin nazirliyin rəsmi saytının “Müraciət” bölməsinə daxil olaraq qurumun rəsmi şəxslərinin əlaqə nömrələri və e-poçt ünvanları vasitəsi ilə qəbula da yazıla bilərlər. Eləcə də online formada ([email protected]) və poçt vasitəsilə müraciətlərini Xidmətə çatdıra bilərlər”.

Xidmət rəsmisi qeyd etdi ki, yalnız bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən:

işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi,
əməyin ödənilməsi,
məzuniyyət və istirahət hüququnun təmin edilməsi,
əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti,
əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi,
işçilərin və iş yerlərinin attestasiyası,
işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası,
iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi və digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirərək, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərlə bağlı inzibati tədbirləri görür.
Yuxarıda adı çəkilən “Araz” Supermarketlər Şəbəkəsində baş alıb gedən işçi hüquqlarının pozulması faktlarına şəbəkənin rəsmi münasibətinə gəlincə, şirkətin piar-meneceri Büllurə Əmirovanın cavabı şablon və lakonik oldu: “Şərhlərdə əməkhaqqı ilə bağlı yazılan fikirlər tamamilə əsassızdır. Əməkdaşlarımız əmək bazarında rəqabətə davamlı əməkhaqları ilə təmin olunurlar. İş vaxtları isə əmək qanunvericiliyinə əsasən tənzimlənir”.

Fikrimizcə, bu qədər insanın iradlarını bir kəlmə ilə əsassız adlandırmaq böyük məsuliyyətdir və belə məsuliyyətin altına girən şirkətin fəaliyyəti oradan narazı işçilərin və aidiyyəti orqanların birgə səyi nəticəsində qanunvericiliyə uyğun olaraq ifşa olunmalıdır.

KONKRET.AZ sosial şəbəkədəki bəzi şikayətlərin görüntülərini təqdim edir:



"ARAZ" market, yoxsa "qul bazarı"?
"ARAZ" market, yoxsa "qul bazarı"?




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar şikayət edir
Bu gün, 13:23
“Xalqa qarşı güc tətbiq etməyəcəksiniz” - Deputatdan baş nazirə xəbərdarlıq
Bu gün, 13:20
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Bu gün, 13:18
“Formula 1”in Azərbaycan üçün faydaları - TƏHLİL
Bu gün, 13:12
Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib
Bu gün, 13:10
Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: - İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?
Bu gün, 13:09
Bakıda mağazadan bahalı saatlar oğurlanıb
Bu gün, 13:04
FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
Bu gün, 13:04
İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”
Bu gün, 12:53
Müalyim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:50
Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bu gün, 12:47
"Doğru-düzgün həyat tərzi keçirmək lazımdır" - Əməkdar artist
Bu gün, 12:45
Türkiyə və Rusiya S-400-ün yenidən tədarükü ilə bağlı razılıq əldə edə bilər
Bu gün, 12:43
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
Bu gün, 12:40
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
Bu gün, 12:39
Bakıda amansız qətlin təfərrüatı: - Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi
Bu gün, 12:19
“Leş mafiyası” yenidən ayaqda - "Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə..."
Bu gün, 12:14
Namizədliyini geri götürən sədr danışdı: - “Hər yerdə yaydılar ki...”
Bu gün, 12:10
Tanınmış teleaparıcı işıqpulu borcunun çoxluğundan giley etdi - "Üçotaqlı ev üçün bu qədər borc olar?"
Bu gün, 12:07
"Bu gün komandasını satan sabah torpağını, millətini də satar" - Nadir Nəbiyev
Bu gün, 12:04
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
Bu gün, 11:52
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 11:49
Fransada tətillər həyatı iflic edib
Bu gün, 11:41
Müsavatın namizədlərindən müəmmalı gediş... – Keçmiş MSK üzvü açıqladı
Bu gün, 11:37
“Nazirliyin verdiyi dərmanlardan sonra qızım iki gün şoka düşdü” - İTTİHAM
Bu gün, 11:35
General Lələtəpəyə ilk dəfə bayraq sancan əsgərin ADINI AÇIQLADI
Bu gün, 11:33
Rövşən Bağırov istədiyini edir?.. - Belə çıxır...
Bu gün, 11:29
AXCP və "Milli Şura" yenidən "Real"a qarşı hücuma keçib - FOTO
Bu gün, 11:26
Ağdaşda deputata söykənən özbaşınalıq... - İDDİA
Bu gün, 11:25
ATƏT sədrinin şəxsi nümayəndəsi Qarabağda separatçıların lideri ilə görüşdü
Bu gün, 11:21
"İnterpol"un həbs etdiyi qadının Bakıda məhkəməsi başlayır
Bu gün, 11:16
Müxalifət seçkiyə gedir, amma necə... - Özləri danışır...
Bu gün, 11:11
Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan!
Bu gün, 11:02
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılb
Bu gün, 11:00
Bakıda kirayə evlər sürətlə bahalaşır
Bu gün, 10:59
Gədəbəyin Qoşabulaq camaatı ölkə rəhbərliyinə müraciət etdi - "...sinəsində Quranla güllələnərək şəhid olub"
Bu gün, 10:57
Məmur, vəzifəli şəxs, aparıcı və müəllim ləhcə ilə danışarsa...
Bu gün, 10:56
Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
Bu gün, 10:54
Safura səhnəyə qayıdır
Bu gün, 10:52
Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir?
Bu gün, 10:50
Yeni dövrün və yeni parlamentin müxalifəti onlar olacaq? - iki partiyanın adı gündəmdə
Bu gün, 10:44
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib
Bu gün, 10:41
BNA əməkdaşları böyük tıxaca səbəb oldu - İnsanların həyatı təhlükəyə atıldı
Bu gün, 10:40
“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” - Şirvanda özbaşınalıq...
Bu gün, 10:39
“Jurnalistlər hər zaman ən yaxın dostumuz olub, ”Azadlıq" qəzetindən başqa..." - Novella Cəfəroğlu
Bu gün, 10:36
“Keçmişi ləkəli olanlar millət vəkili ola bilməz” - Musa Musayev
Bu gün, 10:35
Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı - Adamı bezdirdilər...
Bu gün, 10:34
Hamı hakim partiyanın siyahısını gözləyir... - GƏLİŞMƏ
Bu gün, 10:30
Əməkdar artistin oğlu xəstəxanalıq oldu
Bu gün, 10:28
Samir Şərifov onlara kömək edəcəkmi? - Analar nazirə müraciət ünvanladı
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru