“Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir" .....                     “Naxçıvan” Universitetinin rektoru təyin edildi .....                     DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə müsabiqə elan edir .....                     Prezident İlham Əliyev Şamaxıda səfərdədir .....                     Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat .....                     Nizami rayonunda “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində gənc könüllülərlə görüş keçirilib .....                     İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib .....                     Yevda Abramov xaricdə müalicədən imtina etdi .....                     Prezident bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi haqqında .....                     Heydər Əliyev Fondu Moskvada “Azərbaycan” pavilyonuna görə xüsusi .....                     Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub .....                     DİN-in polkovniki təqaüdə göndərilib .....                     Prezident İlham Əliyev Finlandiya Prezidentini .....                     Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə .....                     Ölkənin enerji təhlükəsizliyinə təhdid: .....                     Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq .....                     Növbədənkənar parlament seçkiləri: İslahatlar dalğasında mühüm bənd .....                     “Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” .....                     Sabah dollar neçəyə olacaq? .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib .....                     “Veysəloğlu”nun şirkətlərindən ikisi ləğv olunur .....                     Seçkilərə hər hansı bir müdaxilə yoxdur .....                     YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb .....                     Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib .....                     Prezident İlham Əliyev parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında .....                     Ermənistanda 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər .....                     Rusiya ilə Bolqarıstan arasında diplomatik qalmaqal .....                     Xaçmazda ərazi tullantılardan təmizlənib .....                     “Bazarstore”da 18 illik sosis və kolbasalar satılır: .....                     DİN-dən müraciət... .....                     Gürcüstanda keçmiş prezident iqamətgahı satışa çıxarılıb .....                     “Mnatsakanyana məsləhət görərdim ki, Helsinki Yekun Aktını bir də oxusun” .....                     Zərdablılar Mərdan Camalov barəsində nə düşünür? .....                     Azərbaycan siyasətində yeni xətt .....                     “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi” .....                     Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: .....                     Yeni Ombudsman əsas fəaliyyət istiqamətlərini .....                     “AMEA-da ixtisarlar nəzərdə tutulur” .....                     Yasamal rayonunda 85 min manatlıq domofon avadanlıqları oğurlayan şəxslər saxlanılıblar .....                 

Növbədənkənar seçkilər və radikal müxalifətin antimilli mövqeyi - Siyavuş Novruzov
Tarix: 2-12-2019, 10:26 | Çap et
Növbədənkənar seçkilər və radikal müxalifətin antimilli mövqeyi
Dayanıqlı inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatlatın həyata keçirilməsidir.

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardıcıl reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir, daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan verir. Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında belə bir qənaət ifadə olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır. Eyni zamanda, Azərbaycanın parlamentinin də müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

Əfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət öz ampluasına sadiq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməyə çalışır. Məqsəd cəmiyyətdə ictimai rəyi yanıltmaq, islahatlar konsepsiyasının üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Halbuki parlament islahatları milli maraqlara, yeni dövrün çağırışlarına adekvat olmaqla yanaşı, milli qanunvericiliyə, Azərbaycan Konstitusiyasına tam uyğundur. 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi-referendum vasitəsilə Konstitusiyada edilmiş əlavə və dəyişikliklərdə ölkə Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib.

PARLAMENTİN BURAXILMASI VƏ NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ TƏCRÜBƏSİ MÜXTƏLİF DEMOKRATİK ÖLKƏLƏRİN TİMSALINDA TEZ-TEZ MÜŞAHİDƏ EDİLƏN HALDIR

Bununla yanaşı, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxtəlif demokratik ölkələrin timsalında beynəlxalq təcrübədə tez-tez rast gəlinən haldır. Bu kontekstdə bir sıra Avropa ölkələrinin son zamanlar müşahidə olunan təcrübəsinə nəzər yetirmək məqsədə müvafiq olar.

Cari ilin noyabr ayında Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsi qərarı çərçivəsində parlament buraxılıb. Baş nazir Boris Conson növbədənkənar seçkilərin keçirilməsi səbəbi ilə kraliça II Elizabetə müraciət edib. Bundan başqa, bu ilin yanvar ayında koalisiya höküməti qurulmuş Xorvatiyada hökumətdə təmsil olunan partiyaların münasibətlərində yaranmış yeni situasiyanın nəticəsi olaraq parlamentin buraxılması qərarı verilib. Bu qərar həm ölkə prezidenti, həm də parlament nümayəndələrinin əksəriyyəti tərəfindən təsdiq edilib. 2019-cu ildə Ukraynada da analoji proseslərə şahidlik etdik. Bu ölkənin prezidenti Vladimir Zelenski Ali Radanın səlahiyyətlərinə xitam verən qərar imzaladı və növbədənkənar parlament seçkiləri təyin olundu.

İtaliyada isə 2012-ci ilin dekabr ayında baş nazir Mario Montinin istefasından sonra ölkə prezidenti Giorgio Napolitano parlamentin buraxılması qərarını vermişdi. 2016-cı ildə Makedoniyada qanunvericilik orqanının 114 nümayəndəsinin səsverməsi nəticəsində parlamentin buraxılması qərarı verilmişdi. Bolqaristanda isə 2017-ci ilin mart ayında prezident Rumen Radevin qərarı ilə parlament buraxılmış və növbədənkənar parlament seçkiləri təyin olunmuşdu. Daha bir nümunə İspaniya ilə bağlıdır. Bu ölkənin baş naziri Pedro Sançes parlamentin hər iki palatasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Bu təcrübəni Yunanistana da aid etmək mümkündür. Prezident Prokopis Pavlopulosun parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək barədə Aleksis Tsiprasın təklifini qəbul etməsi faktdır. Moldovada isə prezident vəzifəsini icra edən Pavel Filip parlamenti buraxmış, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar fərman imzalamışdı.

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi hüquqi xarakterli deyil, siyasi hadisələrlə əlaqədar olur. Yuxarıdakı faktların timsalında bir sıra nümunələrə nəzər yetirək. İspaniyada parlamentin cari il üçün Nazirlər Kabinetinin təklif etdiyi büdcə layihəsini dəstəkləməməsi səbəbindən bu ölkənin baş naziri Pedro Sançes növbədənkənar seçkilərin keçirilməsini elan etməyi qərara almışdı. Eyni zamanda, Ukraynada dövlət başçısı Vladimir Zelenski parlamentin xalqın istəyi əsasında mövcud çağırışlara cavab vermədiyini və son 3 ildə koalisiyanın formalaşdırıla bilmədiyini bəyan edərək növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını vermişdi. Böyük Britaniyada isə hökumət parlamentin Breksit məsələsində razılığa gələ bilməməsi səbəbindən növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürmüşdü. Ana Müxalifət İşçi Partiyası da bu qərarı dəstəkləmişdi.

RADİKAL MÜXALİFƏT ƏNƏNƏVİ AMPLUASINDA...

Əlbəttə, bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bu faktlardan da görünür ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur. Radikal müxalifətin bu məsələni spekulyasiya vasitəsinə çevirmək cəhdləri isə dağıdıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzli niyyət və antimilli mövqe ortaya qoyduğunu göstərir.

RADİKAL MÜXALİFƏT PARTİYALARININ UCUZ BƏHANƏLƏRİ ONLARIN SEÇKİLƏRDƏ UĞUR QAZANMAQ ÜÇÜN YETƏRLİ RESURS VƏ POTENSİALA MALİK OLMAMALARI İLƏ ƏLAQƏDARDIR

Ümumiyyətlə, siyası partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fəaliyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyəti-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bəyanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadıqlarından seçkilərdə iştirak edib-etməməklə bağlı konkret münasibət ortaya qoymayıblar.

Digər tərəfdən, ''Milli şura''da yer alanların, AXCP, Müsavat kimi partiyaların parlament seçkilərində uğur qazanmaq üçün yetərli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarında deyillər. Buna görə də onlar müxtəlif bəhanələr irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manpulyasiyaya məruz qoymaq, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil!

Siyavuş Novruzov,
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir" - Nazir
Dünən, 18:27
“Naxçıvan” Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM
Dünən, 18:26
DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə müsabiqə elan edir
Dünən, 18:24
Prezident İlham Əliyev Şamaxıda səfərdədir - FOTO
Dünən, 18:19
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat - FOTOLAR
Dünən, 18:18
Nizami rayonunda “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində gənc könüllülərlə görüş keçirilib
Dünən, 18:08
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
Dünən, 18:00
Yevda Abramov xaricdə müalicədən imtina etdi - "Koma vəziyyətində deyil, ancaq..."
Dünən, 17:51
Prezident bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi haqqında sərəncam imzalayıb
Dünən, 17:49
Heydər Əliyev Fondu Moskvada “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
Dünən, 17:42
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Dünən, 17:41
DİN-in polkovniki təqaüdə göndərilib
Dünən, 17:38
Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
Dünən, 17:35
“Ləyaqətsiz insanların parlamentdə nə işi var?” – Onları yıxıb-sürüdü
Dünən, 17:34
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrılıb
Dünən, 17:29
Ölkənin enerji təhlükəsizliyinə təhdid: - Azərbaycan regionun “zapravkası”na çevrilir
Dünən, 17:29
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Dünən, 17:26
Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 17:25
Rafael Dadaşov palataya köçürülüb
Dünən, 17:24
Növbədənkənar parlament seçkiləri: İslahatlar dalğasında mühüm bənd - TƏHLİL
Dünən, 17:21
“Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - Aqil Abbas
Dünən, 17:18
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:15
Hadisə yerindən qaçan sürücü tutulub
Dünən, 17:07
Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib
Dünən, 17:05
"Məndən qorxub, qeybətimi etmisən"
Dünən, 17:02
“Veysəloğlu”nun şirkətlərindən ikisi ləğv olunur
Dünən, 16:55
Seçkilərə hər hansı bir müdaxilə yoxdur - Lənkəran İH
Dünən, 16:54
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb - "İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır"
Dünən, 16:53
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
Dünən, 16:51
Prezident İlham Əliyev parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb
Dünən, 16:50
Ermənistanda 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər
Dünən, 16:35
Rusiya ilə Bolqarıstan arasında diplomatik qalmaqal
Dünən, 16:29
"Narınc Rüstəmova qardaşım uşaqlarına saxta sənəd düzəltmişdi"
Dünən, 16:27
Xaçmazda ərazi tullantılardan təmizlənib - FOTO
Dünən, 16:25
“Bazarstore”da 18 illik sosis və kolbasalar satılır: - Müştərilərin sağlamlığı təhlükə altında
Dünən, 16:23
DİN-dən müraciət... - FOTO
Dünən, 16:22
Gürcüstanda keçmiş prezident iqamətgahı satışa çıxarılıb
Dünən, 16:16
“Mnatsakanyana məsləhət görərdim ki, Helsinki Yekun Aktını bir də oxusun” - Azərbaycan XİN başçısı
Dünən, 16:15
Zərdablılar Mərdan Camalov barəsində nə düşünür? - Deyəsən, tək dəyişən kabinetinin yeri oldu...
Dünən, 16:14
Azərbaycan siyasətində yeni xətt - TƏHLİL
Dünən, 16:07
“Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi” - Elmar Məmmədyarov
Dünən, 15:59
Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: - “Həmin dönəmdə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi”
Dünən, 15:55
Yeni Ombudsman əsas fəaliyyət istiqamətlərini AÇIQLADI
Dünən, 15:52
“AMEA-da ixtisarlar nəzərdə tutulur” - İsa Həbibbəyli
Dünən, 15:48
Yasamal rayonunda 85 min manatlıq domofon avadanlıqları oğurlayan şəxslər saxlanılıblar
Dünən, 15:47
Vilayət Eyvazov Luis Antonio Dimate Kardenası qəbul edib
Dünən, 15:45
Əvəz Ələkbərov parlament seçkilərinə GEDİR? - "...yeni parlamentdə fayda verə bilərəm..."
Dünən, 15:40
Şenol Günəş Bakıya gəlib - FOTO
Dünən, 15:34
YAP seçkilərə bu namizədlərlə gedəcək... - AÇIQLAMA
Dünən, 15:31
“Ümid edirəm ki, Nazirlər Kabineti bu absurd ideyanı qəbul etməyəcək”
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru