Bakıda daha bir iyrənc mənzərə: .....                     “İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır" .....                     Vidadi İsayev HƏBS OLUNACAQ .....                     Arayatlı, Babı və Mollaməhərrəmli sakinləri Vüqar Bayramova güvənirlər .....                     Tibb Universitetinin əməkdaşları cəzalandırılıb .....                     SOCAR Şimal boru kəməri ilə neftin nəqlini dayandırıb .....                     10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir .....                     Azərbaycan Mərkəzi Bankına daha bir baş direktor təyin edilib .....                     "Bakcell" növbəti dəfə "Milli KSM Mükafatı"na layiq görülüb .....                     Ərdoğan Ukraynaya səfər edəcək .....                     Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ağsu xəstəxanasında rəzalət: .....                     MSK sədri Müsavat Partiyasının pulsuz efir vaxtı tələb etməsi ilə bağlı məsələyə münasibət bildirib .....                     "Onların əsas məqsədi sosial şəbəkələrdə məşhurlaşmaqdır" .....                     MSK-dan deputatlığa namizədlərə .....                     BDU-nun iki prorektoru və bir dekanı .....                     BDU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib .....                     "30 saylı Suraxanı seçki dairəsi ilə bağlı ciddi ölçü götürüləcək” .....                     Ramil Usubov İsrail səfirini qəbul edib .....                     Sumqayıtda avtomobil yollarının təmirinə .....                     “Hər ölkədə elmin öz inkişaf tendensiyaları var” .....                     "Dializ böhranı" ilə bağlı son durum .....                     Rafael Cəbrayılov həbs edilə bilər .....                     1374 nəfər deputatlığa namizəd var .....                     35 Saylı Xətai Dairə Seçki Komissiyasının sədri dəyişib .....                     Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi .....                     Yol polisi sürücüləri "tələ"yə salır? .....                     "Exit-poll 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək" .....                     İcra başçılarından Prezidentə qarşı TƏXRİBAT .....                     Paşinyan Qarabağ danışıqları zamanı hərdən özünü dəliliyə vurur? .....                     MSK parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatın akkreditasiyası barədə qərar qəbul edib .....                     9 fevralı Mingəçevir camaatı toy-bayram edəcək... .....                     Gürcüstan parlamentinin deputatı AŞPA-nın vitse-prezidenti seçilib .....                     AQTA 9 ölkədən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub .....                     İran vətəndaşı və Masallı rayon sakinini saxlayıblar .....                     İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi .....                     Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər .....                     Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı .....                     Prezident İlham Əliyev bir daha göstərdi ki, insan amili dövlətin siyasətində öndə dayanır .....                 

Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi - TƏHLİL
Tarix: 22-11-2019, 15:54 | Çap et
Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi
Nikol Paşinyanın yaxın vaxtlar üçün növbəti hədəfi bəlli olur. Eks-prezident Robert Koçaryanı zərərsizləşdirən Nikol indi də başqa bir sabiq prezidenti - Serj Sarkisyanı hədəfə alıb. Hücumlara isə Sarkisyanın "kassiri”ndən başlayıb. Erməni nəşrləri yazır ki, baş nazir İtaliyada keçirdiyi görüşlərdə S.Sarkisyanı və onun yaxın qohumu, kürəkəni Mikael Minasyanı hədəfə alıb. Bir faktı da qeyd edək ki, Nikolla yanaşı, S.Sarkisyan da Avropadadır və o da indiki hakimiyyəti hədəfə alan sərt açıqlamalarla çıxış edib. Avropa tribunaları erməni siyasətçilərin qarşılıqlı ittihamlarına ev sahibliyi edib. Qalmaqal Paşinyan Milanda olarkən iştirakçılardan biri ona Ermənistanda nifrət zəminində çıxışların baş alıb getdiyini, eləcə də, indiki rəhbərliyin daxili və xarici siyasətinin dözülməz olduğunu bildirdikdən sonra başlayıb. Baş nazir bildirib ki, bütün korrupsionerlər İtaliyada gizlənib. Əlavə edib ki, qoy ümid etməsinlər ki, erməni ədalət məhkəməsinin əli onlara çatmayacaq. "Eurasianet” yazır ki, bu mesaj birbaşa Sarkisyanın kürəkəni Mikael Minasyana ünvanlanıb. 2013-2018-ci illərdə Vatikanda səfir vəzifəsində çalışmış bu şəxs hazırda İtaliyada yaşayır. "Mən bilmirəm, onlar Vatikanın zirzəmilərində gizlənirlər ya yox. Lakin onların boynundan tutub məhkəməyə gətirəcəyik. Onlar xalqdan oğurladıqları qəpiyi belə geri qaytarmalıdırlar”. Bir vaxtlar mediamaqnat olan bu şəxs bir çox Ermənistan KİV-nin sahibi olub. Paşinyan hakimiyyətə gələndən sonra isə onları tərəfdaşlarına satıb. Son aylar isə aktiv şəkildə yeni hakimiyyəti tənqid etməkdədir. Onun siyasi ambisiyalarının olduğu barədə şayiələr də yaymağa başlayıb. Kürəkən sosial şəbəkələr vasitəsilə bildirib ki, Paşinyan hakimiyyətə "xilasedici” kimi gəldiyi barədə bəyanatlar yayır. "Bir həqiqəti bilin ki, nə qədər emosional çıxışlar edib bildirsək ki, bizə "xilasedici” lazımdır, o qədər də problemlərimiz çox olacaq. Ermənistana səsləndirdiyi sözlərinin məsuliyyətini anlayıb, hərəkət edə bilən, qərarlar qəbul edən şəxs lazımdır.

Maraqlıdır ki, Avropa Xalq Partiyasının Zaqrebdə keçirilən konqresində çıxış edən S.Sarkisyan ilk dəfə açıq şəkildə indiki hakimiyyət sərt tənqid edən bəyanatlar səsləndirib. "Ölkədə demokratiyaya təhlükə olan hadisələr baş verir. Siyasi təqiblər həyata keçirilir. Müxalifətçi jurnalistlər və fəallara qarşı aqressiv hərəkətlərə yol verilir, dözümsüzlük və nifrət ritorikası ən narahatedici səviyyəyə çatıb”, - deyə sabiq prezident bəyan edib. Sarkisyan bildirib ki, Ermənistanda həmişə xalqın dəstəyinə malik olub. Hakimiyyətdən getmək qərarına gəldikdə isə daha yaxşı dövlət qurulması naminə bunu etdiyini açıqlayıb. "Lakin etiraf edim ki, bu gün məni hakimiyyəti populistlərə təhvil verməkdə ittiham edənlərin səsləri bir qədər haqlı səslənir”, - deyə eks-prezident bəyan edib. Bununla yanaşı, Sarkisyan Avropa ölkələrini Ermənistanla əlaqələrini genişləndirməyə, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sazişləri tez bir zamanda ratifikasiya etməyə çağırıb. Erməni nəşrləri yazır ki, xorvat paytaxtında Serjin Avropa siyasətçilərinin dəstəyini qazanmağa və indiki hakimiyyəti bundan məhrum etməyə çalışması hiss olunub.

Siyasi texnoloq Vigen Akopyan hesab edir ki, "Serj Sarkisyan aktiv siyasətə qayıtmağa çalışır. Təbii ki, o, heç yerə getməyib. Partiya lideri kimi siyasi proseslərin aktiv iştirakçısıdır”. "Sputnik Armeniya”ya açıqlamasında siyasi texnoloq bildirib ki, "Sarkisyanın çıxışı qısa olsa da, özlüyündə orada bir sıra əhəmiyyətli mesajlar olub. Hakimiyyəti verməsi prosesinin qansız başa çatmasını deməklə bildirir ki, bu, məhz onun xidmətidir. Heç bir halda aksiyaları zorla dağıtmaq fikrində olmayıb. Bununla bir növ Paşinyana opponentlik edir. Yəni, Paşinyan bildirəndə ki, "inqilabın dinc xarakterdə baş verməsi məhz onun xidmətidir”, yalan danışır. Başqa sözlə, keçmiş prezident ölkədə hakimiyyət dəyişikliyi çələngini öz adına çıxmaq istəyir”. Sarkisyan əmindir ki, inqilab məhz onun xeyir-duası olmadan baş verə bilməzdi.

Siyasi texnoloq hesab edir ki, keçmiş prezident indiki hakimiyyətlə Avropa İttifaqı arasında münasibətlərə bir sədd çəkməyə çalışırdı. Onun sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra Ermənistanın xarici siyasətində heç bir dəyişiklik baş verməyib. Eləcə də, xarici siyasətin Avropa istiqamətində də keyfiyyət dəyişikliyi müşahidə olunmur. Ermənistan Respublika Partiyasının lideri sadəcə "avropalıların gözlərini” açmağa, daha realist olmağa, ölkədə baş verənlərə nəzərə salmağa çalışır.

Yeri gəlmişkən, erməni saytı "verelq” də yazır ki, "Sarkisyan istefa verəndən sonra ilk dəfə Paşinyana qarşı çıxış edib. Paşinyanın xarici və daxili siyasətdə uğursuzluqlara məruz qaldığını bəyan edir. Önəmli də odur ki, bunu Avropa tribunasından açıqlayır”. Müəllif yazır ki, bu, o anlama gəlir ki, Sarkisyan hakimiyyətdən ona görə gedib ki, yeni şahmat oyunu ərəfəsində mövqelərini yaxşılaşdırsın. "Sarkisyan görür ki, Paşinyanın reytinqi permanent şəkildə enir, eyforiya arxada qalıb və o da sükutu pozaraq indiki hakimiyyəti sərt tənqid edir. Bununla da, daxili siyasi səhnənin yeni və köhnə oyunçularına çoxsaylı mesajlar göndərir, onları Paşinyana qarşı birləşməyə çağırır”.

Xatırladaq ki, bir müddət əvvəl mediada belə bir xəbər yayılmışdı ki, S.Sarkisyan Paşinyanla ünsiyyət qurmağa çalışır. Lakin qarşı tərəf yaydığı məlumatda bunu təkzib edib və bəyan edib ki, heç vaxt və heç bir bəhanə ilə N.Paşinyanla ünsiyyət qurmaq fikrində olmayıb. Qeyd olunub ki, zaman-zaman bəzi KİV-lər S.Sarkisyan və N.Paşinyan arasında müəyyən dövrdə təmaslar barədə əsassız və yanlış məlumatlar yayılır: "Serj Sarkisyan istefa müddətində, istefa verdikdən sonra və ya başqa bir dövrdə yuxarıda adı çəkilən şəxslə birbaşa və ya dolayı əlaqə yaratmadığını rəsmi olaraq bəyan edir”. Bildirilib ki, yeganə istisna keçən ilin aprelin 22-də Sarkisyan və Paşinyan arasında bir neçə dəqiqə davam edən görüşdür. Həmin görüşdə Sarkisyanın devrilməsi ilə yadda qalan kütləvi etiraz aksiyaları müzakirə olunub. Serj Sarkisyan bu görüşdən bir gün sonra - aprelin 23-də istefa verib.
//kaspi.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda daha bir iyrənc mənzərə: - Qanunsuz ət kəsiminə niyə göz yumulur?
Bu gün, 18:17
“İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır" - Bakı polisi
Bu gün, 18:15
Vidadi İsayev HƏBS OLUNACAQ - İDDİA
Bu gün, 18:12
Arayatlı, Babı və Mollaməhərrəmli sakinləri Vüqar Bayramova güvənirlər
Bu gün, 18:08
Tibb Universitetinin əməkdaşları cəzalandırılıb
Bu gün, 17:55
SOCAR Şimal boru kəməri ilə neftin nəqlini dayandırıb
Bu gün, 17:51
10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir
Bu gün, 17:45
Azərbaycan Mərkəzi Bankına daha bir baş direktor təyin edilib
Bu gün, 17:40
"Bakcell" növbəti dəfə "Milli KSM Mükafatı"na layiq görülüb
Bu gün, 17:39
Ərdoğan Ukraynaya səfər edəcək
Bu gün, 17:27
Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Bu gün, 17:24
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:23
Ağsu xəstəxanasında rəzalət: Xəstələrə baxan yoxdur
Bu gün, 17:22
MSK sədri Müsavat Partiyasının pulsuz efir vaxtı tələb etməsi ilə bağlı məsələyə münasibət bildirib
Bu gün, 17:19
"Onların əsas məqsədi sosial şəbəkələrdə məşhurlaşmaqdır" - Məzahir Pənahov
Bu gün, 17:17
MSK-dan deputatlığa namizədlərə ABSURD ÇAĞIRIŞ...
Bu gün, 17:13
BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb
Bu gün, 17:06
BDU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Bu gün, 17:04
"30 saylı Suraxanı seçki dairəsi ilə bağlı ciddi ölçü götürüləcək” - MSK sədri
Bu gün, 17:02
Ramil Usubov İsrail səfirini qəbul edib
Bu gün, 17:01
Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrılıb
Bu gün, 17:00
“Hər ölkədə elmin öz inkişaf tendensiyaları var” - Ekspert Misir Mərdanovla razılaşmadı
Bu gün, 16:46
"Dializ böhranı" ilə bağlı son durum - Müvafiq qurumlar niyə susur
Bu gün, 16:44
Rafael Cəbrayılov həbs edilə bilər - GƏLİŞMƏ
Bu gün, 16:41
1374 nəfər deputatlığa namizəd var - MSK sədri
Bu gün, 16:39
35 Saylı Xətai Dairə Seçki Komissiyasının sədri dəyişib
Bu gün, 16:38
Yavər Camalovun deputatlığa namizəd oğlunun Rusiya vətəndaşı olması təsdiqləndi - Sənəd
Bu gün, 16:37
Yol polisi sürücüləri "tələ"yə salır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:31
"Exit-poll 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək" - MSK sədrinin müavini
Bu gün, 16:29
İcra başçılarından Prezidentə qarşı TƏXRİBAT - İTTİHAM
Bu gün, 16:26
Paşinyan Qarabağ danışıqları zamanı hərdən özünü dəliliyə vurur? - “İNDİ SƏN KİMİ DƏLİ YERİNƏ QOYMUSAN?...”
Bu gün, 16:21
MSK parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatın akkreditasiyası barədə qərar qəbul edib
Bu gün, 16:19
9 fevralı Mingəçevir camaatı toy-bayram edəcək... - Mingəçevirlilər Prezidentin çağırışlarına tam güvənir
Bu gün, 16:06
Gürcüstan parlamentinin deputatı AŞPA-nın vitse-prezidenti seçilib
Bu gün, 15:49
AQTA 9 ölkədən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub
Bu gün, 15:48
Tanınmış teleaparıcının bahalı üzüyü oğurlandı - Tapana mükafat...
Bu gün, 15:44
İran vətəndaşı və Masallı rayon sakinini saxlayıblar
Bu gün, 15:42
İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi
Bu gün, 15:39
Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər - VİDEO
Bu gün, 15:36
Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı
Bu gün, 15:27
Prezident İlham Əliyev bir daha göstərdi ki, insan amili dövlətin siyasətində öndə dayanır - Elazığda təhsil alan tələbə
Bu gün, 15:23
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb
Bu gün, 15:21
AŞPA-ya yeni prezident seçilib
Bu gün, 15:19
Mülayim cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:06
Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən bölük komandiri apellyasiya şikayəti verib
Bu gün, 13:03
"Birlikdə çörək yediyi adamın sevgilisi ilə..." - quldurluq işinin təfərrüatı
Bu gün, 13:02
Türkiyədəki zəlzələ TANAP və BTC-nin işinə təsir etməyib - SOCAR
Bu gün, 12:57
YAP-ın köhnə deputat heyəti HƏYƏCANDA - Qapı-qapı gəzirlər...
Bu gün, 12:50
Azərbaycanda təhsil sahəsində baş verən korrupsiya faktları açıqlanıb
Bu gün, 12:40
Bakıda sərnişin avtobus sürücüsünü döyüb
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru