Ağacəkmə aksiyasında daha çox fəallıq göstərən rayonların adları açıqlanıb .....                     "Bu ölkə imici üçün də yaxşı hal deyil" .....                     Qətlə yetirilən FHN əməkdaşının atası: .....                     Şəmkirdə sərxoş sürücü qəza törədərək qohumu olan .....                     Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib .....                     Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib .....                     "Leş Tofiq" kimlərə "ultimatum" göndərib? .....                     MSK-dan növbədənkənar parlament seçkisi .....                     Brüsseldə Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz edilib .....                     Yeni devalvasiya dalğası gəlir? .....                     Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb .....                     Bazarda dözülməz şərait: .....                     Dekabrın 9-da dollar neçəyə olacaq? .....                     “Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb .....                     Abşeronda ağacəkmə kampaniyası bayram əhvalı ilə həyata keçirilib .....                     "Azərbaycanda su ehtiyatları məhduddur" .....                     İstirahət günlərinin hava proqnozu açıqlanıb .....                     Polislərimiz bu gün 11400 ağac əkdi .....                     Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar .....                     Nizami sakinləri də ağacəkmə kampaniyasına qoşulublar .....                     "65 yaşdan yuxarı olan deputatlar öz mənfəətini güdür" .....                     "Cinli Əhməd"in məhkəməsində gərginlik .....                     Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib .....                     Vaqif Əliyevin 385 milyon dollar pulu var .....                     Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR? .....                     Bu şəxslər deputat ola bilməyəcək .....                     Dilqəm Əsgərovun oğlu NARAZIDIR: .....                     "Vəziyyəti ağır olsa da, müalicəsi davam edir" .....                     "Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi .....                     Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... .....                     Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər .....                     Azərbaycanda rektor təyinatları: .....                     Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər .....                     Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı .....                     Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək .....                     Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir .....                     Bakıda hüquq müdafiəçisi döyülüb .....                     Bakıda 58 yaşlı kişi itkin düşdü .....                     Füzuli sakinləri də Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar .....                     İsmayıllıda 20 min 200 ağac əkilib .....                 

Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ
Tarix: 22-11-2019, 10:28 | Çap et
Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi?
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəyə qaytarılan miqrantlarla bağlı REAL TV-yə eksklüziv müsahibə verib və bildirib ki, Avropa Birliyi ilə readmissiya sazişi imzalanandan sonra 1385 nəfər geri qaytarılıb və hələ daha bu qədərinin qaytarılacağı da gözlənilir.

Qaytarılan şəxslərin sonrakı taleyi ilə bağlı prosedurlara toxunan Vüsal Hüseynov deyib ki, onlarla söhbət aparılır, ehtiyacları öyrənilir, bundan sonra isə sərbəst buraxılırlar. Onların 33 faizi ilə bağlı müvafiq dəstək tədbirləri də görülüb - yəni ailələrin təhsil, səhiyyə kimi ehtiyaclarının ödənilməsi təmin olunub.

Xarici dövlətdən sığınacaq almaq prosedurunun detallarını izah edən xidmət rəisi göstərib ki, bu, heç də “miqrasiya dəllalları”nın insanlara təsvir etdiyi qədər asan və sadə deyil: “Buna görə də onların şirnikləndirici təkliflərinə və vədlərinə inanmaq olmaz. Qaytarılan şəxsləri müxtəlif növ etirazlara həvəsləndirən də elə həmin ”miqrasiya dəllalları" olur. Çünki onlar düşünürlər ki, bu yolla xarici dövlətin müvafiq qurumunun öz qərarını dəyişdirməsinə nail olmaq mümkündür. Amma bu, çox ciddi səhvdir".

“Heç bir dövlət öz miqrasiya qanunvericiliyini əcnəbilərin marağına uyğunlaşdırmır. Onlar üçün əsas öz vətəndaşlarının maraqlarıdır” deməklə bu haqdakı yanlış təsəvvürləri dağıdan Vüsal Hüseynov əlavə edib ki, Azərbaycan tərəfi də öz növbəsində, bizim vətəndaşların saxta sənədlər və uydurma əsaslarla xarici dövlətlərdən sığınacaq almasında maraqlı deyil.

Sonda vətəndaşların “miqrant dəllalları”nın toruna düşməməsi üçün Vüsal Hüseynov bəzi vacib məsələlərə də aydınlıq gətirərək, tövsiyə edib ki, əgər kimsə hansısa Avropa dövlətinə getmək istəyirsə, bunun leqal yollarından istifadə etsin. Çünki saxta yollarla sığınacaq almaq yaxşı sonluğa gətirməyəcək. Miqrasiya Xidmətinin rəisi həmçinin xatırladıb ki, bu gün qonşu dövlətlərdən - Ermənistan və Gürcüstandan Avropaya miqrasiya etmək istəyənlər Azərbaycanla müqayisədə 4-5 dəfə çoxdur. Ölkələrin əhalisinin sayını da nəzərə alanda, bu, üç ölkədəki vəziyyətlə bağlı çox ciddi mənzərə yaradır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun açıqlamasından da göründüyü kimi, ölkəyə geri qaytarılan miqrantların sayı arta bilər. Almaniyadan sonra Fransa və digər ölkələr də bənzər addım atacaqlar. Bəs görəsən, bu, ölkəmizdə sosial gərginliyə səbəb ola bilərmi? Onlar Azərbaycan dövləti tərəfindən qəbul ediləcəkmi? Həmin şəxslərin psixoloji durumu ilə bağlı da iş aparılmalıdır. Çünki artıq miqrantlar arasında intihara cəhd edənlər də olub. Əksəriyyəti Azərbaycandakı bütün mal varlığını sataraq getmişdi. O insanların normal yaşam səviyyəsinə qayıtması da uzun zaman alacaq.



İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, istənilən halda bu, çox problemli bir məsələdir: “Bu qədər miqrantın eyni anda bir ölkədən qaytarılması yaxşı hal deyil. Bütün parametrləri ilə, hansı prizmadan yanaşsaq pis haldır. Onların həmin ölkəyə gedişində hansısa qayda pozuntuları olub ki, ölkəyə geri qaytarılıb. Bu insanlar yəqin ki, Azərbaycanın bir bölgəsindən olan insanlar deyil. Ayrı-ayrı bölgələrdən gedənlərdir, onlar qayıdıblar, əksəriyyətinin yaşam şəraiti burada saxlanılıbsa, yaşayacaqlar. İş yeri axtaracaqlar. Onların problemləri adi bir vətəndaşın qayğılarından qat-qat çox olacaq. O insanlar ki, vətəndaşlıqlarını qoruyub saxlayıblar, vətəndaş olaraq burada imtiyazlardan istifadə edə bilərlər. Dövlətin müəyyən katerqoriyalarına düşənlər müəyyən imtiyazlardan istifadə edəcəklər. Vətəndaşlıqdan imtina edənlər isə daha çox çətinliklə üzləşəcəklər, onlar vətəndaşlıqlarını bərpa etmiş olacaqlar. Bunun özü də bir prosesdir”.

İqtisadçı alimin sözlərinə görə, dövlət yardım etməsə, insanlar ciddi yaşam problemləri ilə üz-üzə qalmalı olacaqlar: “Bu insanların problemləri kifayət qədər olacaq, yəqin ki, gedişatın özündə müəyyən səhvlər olub. Getdikləri ölkənin miqrant qəbulu qaydalarına riayət etməyiblər, onu öncədən öyrənməli və bilməli idilər. İndi onlar Azərbaycan vətəndaşı olaraq və ya vətəndaşlıqdan çıxmış azərbaycanlı olaraq geri qaytarılıblarsa, hansısa formada öz yerlərini tapmalıdırlar. 1300 nəfərdən çox adam qaytarılıb və bir o qədər də qayıdacaq, buna görə dövlət müəyyən addımlar atmalıdırlar. Əks halda, insanlar ciddi yaşam problemləri ilə üz-üzə qalmalı olacaqlar. Ancaq bu, dövlətin öhdəliyi deyil, onları dövlət göndərməyib. Sosial gərginlik yaranmaması və vətəndaşın problemlərinin çözülməsi prizmasından yanaşaraq, yəqin ki, onlara maksimum kömək olunacaq. Onlar diqqətsiz və qayğısız bir kənarda saxlanılmayacaq”.

Psixoloq Azad İsazadə isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, insanlar böyük ümidlə gedib, lakin geri qaytarılıblarsa, bu onlar üçün böyük psixoloji sarsıntıdır: “Bu insanlar böyük bir problemlə rastlaşıblar. Mindən çox insanın geri qayıtması cəmiyyət üçün də böyük sosial və psixoloji problemdir. İnsanlar oraya böyük ümidlə gediblər və onların 80 faizi praktiki olaraq gedərkən hər şeyi, həyat şəraitlərini qırıb gediblər. Evlərini və maşınlarını satıblar, işdən çıxıblar. İndi faktiki olaraq boş yerə qayıdırlar. Burada təkcə psixoloji yardımdan deyil, sosial yardımdan da söhbət getməlidir. 1000 nəfər az adam deyil və bu dalğa davam edə bilər. Bu qaçqın dalğasıdır - oraya axın da, geri qayıtma da. Onlara sosial təminat və iş təminatı lazımdır. Bu problemi həmin şəxslərin qohumlarının üzərinə atmaq doğru deyil. Miqrantların qayıtması böyük bir problemdir. Dövlət orqanları, QHT-lər, cəmiyyətlər onları burada hansısa formada qəbul edib yerləşdirməlidirlər. Onların psixoloji durumu da nəzarətdə saxlanılmalıdır. Çünki sarsıntı keçiriblər, istədiklərinə nail ola bilməyiblər”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağacəkmə aksiyasında daha çox fəallıq göstərən rayonların adları açıqlanıb
Dünən, 18:14
"Bu ölkə imici üçün də yaxşı hal deyil" - deputat
Dünən, 18:06
Qətlə yetirilən FHN əməkdaşının atası: - Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Dünən, 18:03
Şəmkirdə sərxoş sürücü qəza törədərək qohumu olan bir ailənin 5 üzvünün ölümünə səbəb olub
Dünən, 18:00
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Dünən, 17:54
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
Dünən, 17:53
Rəmiş ermənilər barədə: - "Onlar da bizim balalarımızdır..."
Dünən, 17:52
"Neçə gün idi ki, həkimlər Rafael müəllimi görməyə icazə vermirdi"
Dünən, 17:40
"Leş Tofiq" kimlərə "ultimatum" göndərib? - İLGİNC
Dünən, 17:37
MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI
Dünən, 17:35
"Mesajlardan yadıma düşdü ki, ad günümdür"
Dünən, 17:34
Brüsseldə Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz edilib
Dünən, 17:28
Yeni devalvasiya dalğası gəlir? - GƏLİŞMƏ
Dünən, 17:24
Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb
Dünən, 17:19
Bazarda dözülməz şərait: - ucuz mallar bahalı dərmanlara çevrilir
Dünən, 17:04
Dekabrın 9-da dollar neçəyə olacaq?
Dünən, 17:03
“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb - ADLAR
Dünən, 17:02
Abşeronda ağacəkmə kampaniyası bayram əhvalı ilə həyata keçirilib
Dünən, 17:00
“O kimdir ki, ona uduzum”
Dünən, 16:57
"Azərbaycanda su ehtiyatları məhduddur" - Qorxmaz Hüseynov
Dünən, 16:52
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Dünən, 16:50
"Vasif niyə kimsəsiz qadını qınayır?" - Rəqsanə tənqid etdi
Dünən, 16:46
Polislərimiz bu gün 11400 ağac əkdi
Dünən, 16:42
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar - FOTO
Dünən, 16:40
Nizami sakinləri də ağacəkmə kampaniyasına qoşulublar
Dünən, 16:38
"65 yaşdan yuxarı olan deputatlar öz mənfəətini güdür" - VİDEO
Dünən, 16:17
"Cinli Əhməd"in məhkəməsində gərginlik - ölüm işi
Dünən, 16:11
Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib
Dünən, 16:03
Vaqif Əliyevin 385 milyon dollar pulu var
Dünən, 16:02
Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR? - QALMAQAL
Dünən, 15:59
Bu şəxslər deputat ola bilməyəcək
Dünən, 15:54
Dilqəm Əsgərovun oğlu NARAZIDIR: - “Atamgil həkim nəzarətində saxlanılır”
Dünən, 15:45
"Vəziyyəti ağır olsa da, müalicəsi davam edir" - Yevda Abramovun SON DURUMU
Dünən, 15:43
"Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum" - Elza Seyidcahan
Dünən, 15:40
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi
Dünən, 15:34
"Kişilər qadın paltarları geyinərkən çox aşağı səviyyəli insanları göstərirlər"
Dünən, 15:29
Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM
Dünən, 15:25
Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər
Dünən, 15:23
Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?
Dünən, 15:20
Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL
Dünən, 15:16
Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı - “Əməllərinin cəzasını çəkir”
Dünən, 15:10
Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək
Dünən, 15:07
"Mən erməniyə "super" yazmaram" - Faiq Ağayev
Dünən, 15:06
Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?
Dünən, 15:05
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir - FOTO
Dünən, 14:59
Bakıda hüquq müdafiəçisi döyülüb - KAFEDƏ
Dünən, 14:55
Bakıda 58 yaşlı kişi itkin düşdü
Dünən, 14:54
Füzuli sakinləri də Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar
Dünən, 14:52
İsmayıllıda 20 min 200 ağac əkilib
Dünən, 14:50
"Həyatımda ilk dəfədir ki, ağac əkirəm"
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru