Sahibkar məmurun əlindən dad deyir... .....                     Yeni ili xaricdə qeyd etmək neçəyədir? .....                     “İllərdir deyirəm ki, insanlar düzəlsin, amma nə onlar, nə də bəzi məmurlarımız düzəlmir...” .....                     Yoxsulluğun ləğvinə ayrılan milyonlar: Necə xərclənəcək? .....                     Neftdən asılı olmayan büdcə: 5 il sonra... .....                     Ağdamda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var .....                     Əkinçilik İnstitutunda əkişdirilən pullar... .....                     Xatirədən etiraf: "Sevməyə dəyər" .....                     "Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum" .....                     "Meyxana sənətini təhqir etmək cahillikdi, savadsızlıqdı" .....                     "Bu mükafatın verilməsi mərasimində Türkiyə nümayəndələri olmayacaq" .....                     Yanmış bazarın külündən nələr “cücərəcək” .....                     Tramp Rusiyanı ABŞ-ın İran və Şimali Koreya istiqamətli səylərini dəstəkləməyə çağırıb .....                     Bakıda 43 yaşlı kişi döyülərək ağır xəsarət alıb .....                     Şahin Məmmədova dərdini danışdı, o da... .....                     Cəlilabadda 51 yaşlı qadın qadın qohumları tərəfindən döyülüb .....                     Bu gün dollar neçəyədir? .....                     “Gənc kadrları irəli çəkməklə yanaşı, idarəetmə prinsiplərinin ritmini də gəncləşdirmək lazımdır” .....                     26 yaşlı azərbaycanlı iş adamının qatilinin və sifarişçisinin məhkəməsi başladı .....                     Gəncə sakini əməliyyat zamanı ölüb .....                     Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb .....                     Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib .....                     Konstitusiya Məhkəməsi başqasının yerinə imtahan vermək istəyənlərin hüquqi məsuliyyətinə aydınlıq gətirib .....                     Ağcabədidə yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib .....                     Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib .....                     "Ən böyük legitimlik xalqın iradəsidir" .....                     Nizami rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib .....                     “EuroHome”də malları yanan sahibkar: .....                     "Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq" .....                     "3 qiymətlə oxuyan gənclər potensial terrorçudur" .....                     İordaniyanın Kralı II Abdullahın Azərbaycana .....                     "Onu məndən ayırmayım, ya sərbəst buraxın, ya da məni də tutun" .....                     Nadir Nəsibova təkrar etimad göstərildi .....                     Nazir müavininə ağır itki üz verdi .....                     Lavrov Vaşinqtona işgüzar səfərə gedib .....                     Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb .....                     Şəhla Hümbətovanın işi ilə bağlı Vəkillər Kollegiyasından açıqlama .....                     Elmira Süleymanova yeni işindən DANIŞDI: .....                     Ordubadda icbari tibbi sığorta tətbiq edilib .....                     Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib .....                 

"Həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib" - QALMAQAL
Tarix: 22-11-2019, 09:06 | Çap et
"Həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib"
İtaliyanın Milan şəhərində səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə azərbaycanlı fəalın suallarına tuş gəlib. Belə ki, Paşinyan Milandakı kilsədə yerli erməni icması ilə görüş keçirərkən Ata Abdullayev adlı bloger orada peyda olub və ona suallar ünvanlayıb.

Ölkə daxilində dəfələrlə qalmaqallarla gündəmə gələn Ata Abdullayevin Milandakı davranışı və Paşinyana sanballı suallar ünvanlaya bilməməsi, onunla xahiş tonunda danışması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi şəxslər hesab edirlər ki, bütün hallarda Paşinyanın qarşısına çıxıb, Qarabağın Azərbaycana aid olmasını demək, ermənilərin azərbaycanlılara qarşı soyrıqım törətməsini bildirmək müsbət haldır. Lakin bir qisim ictimai şəxslər də söyləyirlər ki, Paşinyanın qarşısında acizanə forma almaq, ona bu formada suallar vermək azərbaycanlıların, dövlətin imicinə zərərdir. Üçüncü bir qisim isə hesab edir ki, bir müsəlmanın kilsəyə girməsi doğru sayılmır.

Məlumatlarda bildirilir ki, əslində Milanda keçirilən tədbirdə azərbaycanlı tələbələr də iştirak ediblər və onlar Paşinyana sanballı suallar hazırlasalar da Ata Abdullayevin hərəkətləri səbəbindən onlara imkan yaradılmayıb.

Erməni mətbuatı Ata Abdullayevin Paşinyana sual verməsini insident kimi xarakterizə edib. Azərbaycanda sosial mediada isə bəzi şəxslər iddia edirlər ki, A.Abdullayevi Milana Paşinyana sual vermək üçün hökumət dairələri göndərib. Lakin bu fikirləri Axar.az-a açıqlamasında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov birmənalı olaraq təkzib edib. O bildirib ki, Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin: “Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşünə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib: “Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib. Böyük dövlət xadimi və peşəkar siyasətçi olan prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir”.

Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunu düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, müsəlmanın kilsəyə girməsini qəbahət sayanlar absurd işlə məşğuldurlar:

“Çünki həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib. Biz də xaricə gedən zaman kiləsi bir muzey, tarixi abidə olaraq ziyarət edirik. Bu, o demək deyil ki, sən inancını dəyişirsən. Kilsəyə düşmən münasibəti bəsləməlisən? Bu, tolerantlıq prinsipinə, İslama zidd olan bir haldır. İslamın ilk yaradılışında da hətta başqasının kilsəsinə, ibadət yerinə toxunmaq yanlış qəbul edilirdi. Ona görə də bu cür yanaşma doğru deyil. Ancaq hesab edirəm ki, belə bir görüşdə daha səviyyəli yanaşma ortaya qoyulmalıdır. Düşmənə fikrini elə üslubda deməlisən ki, həm xalqın qüruru, maraqları əsas götürülsün, həm də orada olan xarici auditoriyanın da simpatiyasını qazanasan. Ona görə də bu üslubda yanaşmalara bir qədər fərqli baxıram. Daha səviyyəli, fundamental suallar verməyə çalışmaq lazımdır ki, xarici auditoriyada problemə aydınlıq gətirilsin”.

Sosial şəbəkələrdə aktiv olan ekspert Azər Həsrət bildirib ki, Paşinyanı və yaxud da ermənilərin istənilən şəxsini narahat etmək işin yaxşı tərəfidir:

“Biz siyasi mövqeyindən asılı olmayaraq hər kəsin bunu etməsinin tərəfdarıyıq. Lakin bunu edən zaman da özümüz pis vəziyyətə düşməli deyilik. Qeyd edilən görüntüyə mən də baxdım. Əslində orada belə bir formada məsələni qoymaq, xüsusilə də ”xahiş edirəm torpağımızdan çıxın" kimi ifadələr işlədərək yazıqlıq sərgiləmək bizim xeyrimizə deyil. Bunun təsdiqi olaraq da biz görürük ki, sosial mediada ermənilər məsələni lağ-lağıya çevirib, bizi aşağılamaqla məşğuldurlar. Ona görə də Paşinyan və ya bu cür ermənilərin qarşısına kimin çıxmasından asılı olmayaraq, həmin adam ünvanlayacağı sualı, qaldıracağı məsələni savadlı şəkildə qoymalıdır.

Eyni zamanda verilə biləcək, ehtimal olunan cavabı da diqqətə almaq lazımdır. Ona görə də hesab edirəm ki, belə adamları bu cür tədbirlərə göndərməyə təşəbbüs göstərənlər bir daha düşünməlidirlər. Onlar düşünməlidir ki, kimin qarşısına kimi çıxarırlar. Həmçinin düşünməlidirlər ki, bu cür platformalara çıxardıqları adam sonradan Azərbaycanın lağ obyektinə çevrilməyəcək ki? İndiki halda görürəm ki, bu adam lağ obyektinə çevrilib. Ona görə hesab edirəm ki, Ata Abdullayevin ora getməsi uyğunsuz, uğursuzdur. Belə davam edərsə, bu, Azərbaycanın beynəlxalq platformalarda, sadəcə olaraq, lağ obyektinə çevrilməsinə gətirib çıxaracaq".

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, təkcə Ata Abdullayevin deyil, bundan öncə Paşinyanla görüşən Bəxtiyar Hacıyevin də nöqsanları olub: “Paşinyana zərrə qədər yalvarmaq olmaz. Bu, çox zərərlidir. Paşinyan psixi baxımdan normal deyil. Bir azərbaycanlının bu cür fikir işlətməsi, Paşinyanı bütün millətimizə qarşı qızışdırır. Paşinyan bu kimi situasiyalarda hesab edir ki, o, qalibdir və ona yalvarırlar. Bundan öncə Bəxtiyar Hacıyevin təmasına da baxdım. Orada da çox kobud səhvlər oldu. Paşinyan Azərbaycandan ermənilərin çıxması ilə Ermənistan SSRİ-dən azərbaycanlıların qovulması xronologiyasını tamamilə öz xeyrinə təqdim etdi. Bəxtiyar Hacıyev isə buna hansısa reaksiya verə bilmədi. Ermənistan SSRİ-dən sonuncu azərbaycanlı 1987-ci il dekabrın 24-də çıxıb. O zaman təxminən 40 min azərbaycanlı çıxdı. Onların böyük əksəriyyəti döyülmüşdülər. Azərbaycandan ermənilərin çıxması isə elə ermənilərin öz versiyalarına görə 1990-cı ilin 13 yanvar tarixində başlayıb. Paşinyanla üzbəüz gələn adamlar nə ona yalvarmalı, nə də ona imkan verməli deyildilər ki, o, Azərbaycanı bu qədər şərləsin. Əslində azərbaycanlının iştirakı ilə Paşinyanın belə bir ifadələr işlətməsi Azərbaycanın ziyanına ciddi hallara səbəb ola bilər. Düşünürəm ki, dövlət rəsmiləri bu iki azərbaycanlının buraxdıqları səhvi düzəltmək üçün lazımi tədbirləri görəcəklər və Paşinyan bundan istifadə edə bilməyəcək”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahibkar məmurun əlindən dad deyir... - VİDEOGİLEY
Bu gün, 08:38
Yeni ili xaricdə qeyd etmək neçəyədir? - SİYAHI
Bu gün, 08:35
“İllərdir deyirəm ki, insanlar düzəlsin, amma nə onlar, nə də bəzi məmurlarımız düzəlmir...”
Bu gün, 08:35
Yoxsulluğun ləğvinə ayrılan milyonlar: Necə xərclənəcək? - GƏLİŞMƏ
Bu gün, 08:33
Neftdən asılı olmayan büdcə: 5 il sonra... - TƏHLİL
Bu gün, 08:32
Ağdamda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var
Bu gün, 08:30
Əkinçilik İnstitutunda əkişdirilən pullar... - İDDİA
Bu gün, 08:28
"20 il öncə deputatlığa namizədliyimi verdim, aləm bir-birinə dəydi, indi də gecdir..."
Bu gün, 08:28
Xatirədən etiraf: "Sevməyə dəyər"
Bu gün, 08:25
"Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum" - Sərdar Cəlaloğlu
Bu gün, 08:24
"Meyxana sənətini təhqir etmək cahillikdi, savadsızlıqdı"
Bu gün, 08:23
"Bu mükafatın verilməsi mərasimində Türkiyə nümayəndələri olmayacaq"
Bu gün, 08:22
Yanmış bazarın külündən nələr “cücərəcək” - EHTİMALLAR və İDDİALAR
Bu gün, 08:19
Tramp Rusiyanı ABŞ-ın İran və Şimali Koreya istiqamətli səylərini dəstəkləməyə çağırıb
Bu gün, 08:18
Bakıda 43 yaşlı kişi döyülərək ağır xəsarət alıb
Bu gün, 08:15
Şahin Məmmədova dərdini danışdı, o da... - 50 manat pul köçürüb...
Bu gün, 08:14
Cəlilabadda 51 yaşlı qadın qadın qohumları tərəfindən döyülüb
Bu gün, 08:14
Bu gün dollar neçəyədir?
Bu gün, 08:03
“Gənc kadrları irəli çəkməklə yanaşı, idarəetmə prinsiplərinin ritmini də gəncləşdirmək lazımdır” - Alqış Həsənoğlu
Dünən, 19:08
26 yaşlı azərbaycanlı iş adamının qatilinin və sifarişçisinin məhkəməsi başladı
Dünən, 19:01
Gəncə sakini əməliyyat zamanı ölüb
Dünən, 18:56
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
Dünən, 18:55
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
Dünən, 18:52
Konstitusiya Məhkəməsi başqasının yerinə imtahan vermək istəyənlərin hüquqi məsuliyyətinə aydınlıq gətirib
Dünən, 18:37
Ağcabədidə yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib
Dünən, 18:36
Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
Dünən, 18:26
"Ən böyük legitimlik xalqın iradəsidir" - Siyavuş Novruzov
Dünən, 18:25
Nizami rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib
Dünən, 18:23
“EuroHome”də malları yanan sahibkar: - Bazarın 95 faizi yararsız hala düşüb
Dünən, 18:14
"Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq" - Prezident İlham Əliyev
Dünən, 18:09
102 FM tezliyi dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmayıb - MTRŞ
Dünən, 18:08
"3 qiymətlə oxuyan gənclər potensial terrorçudur" - deputat
Dünən, 17:53
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
Dünən, 17:49
"Onu məndən ayırmayım, ya sərbəst buraxın, ya da məni də tutun" - Hüseyin Abdullayevin anası
Dünən, 17:43
Afaq Aslan yenə də yandrıb-yaxdı... - 16+
Dünən, 17:41
Nadir Nəsibova təkrar etimad göstərildi
Dünən, 17:39
Nazir müavininə ağır itki üz verdi
Dünən, 17:37
Lavrov Vaşinqtona işgüzar səfərə gedib
Dünən, 17:36
Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb
Dünən, 17:32
Şəhla Hümbətovanın işi ilə bağlı Vəkillər Kollegiyasından açıqlama
Dünən, 17:30
Elmira Süleymanova yeni işindən DANIŞDI: - “Əhvalım da yaxşıdır”
Dünən, 17:23
Ordubadda icbari tibbi sığorta tətbiq edilib
Dünən, 17:21
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Dünən, 17:19
“Rabitəbank”dan “AFB Bank”a TRANSFER OLUB
Dünən, 17:17
Avtobusların gecə reysləri ilə bağlı şikayətlər çoxalır - Bəs rəsmilər nə deyir?
Dünən, 17:13
Xalq artistindən deputatlıqla bağlı AÇIQLAMA: - "Narahatam..."
Dünən, 17:10
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın
Dünən, 17:07
“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin
Dünən, 17:06
“Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik” - Ərdoğan
Dünən, 17:01
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru