Karbamidin dəmir yolu ilə böyük kisələrdə daşınmasına başlanılıb .....                     Yavər Camalovun oğlunun parlamentə yolu açıldı .....                     “Çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adı seçki bülleteninə düşməsin” .....                     Şəkər zavodunun acı taleyi: Yerli istehsalçılar üçün dərslər .....                     “Deputatlıq onlara millətə yuxarıdan aşağı baxmaq üçün lazımdır” .....                     Keçmiş ərinin sələm borcuna görə onun evini əlindən alıblar .....                     Şəki sakininin evindən tramadol, heroin, tiryək, marixuana aşkar edilib .....                     Şərurlu İsfəndiyardan nazirə şikayət .....                     Rusiya şirkətinin Türkiyə bazarına çıxardığı məhsul BTQ ilə daşınıb .....                     Bu gün AŞPA-nın qış sessiyası başlayır .....                     Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib .....                     “Uzun illərdir Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatlara dəstək veririk” .....                     Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır .....                     Könül Nurullayevanı parlamentə kimlər seçdirir? .....                     FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır .....                     Rəqibinə qarşı “KİŞİ SÖHBƏTİ” Fəzail Ağamalının başını ağrıdacaq .....                     Seçki bülletenləri əvvəl Naxçıvanda, sonra digər ucqar rayonlardakı dairələrə paylanacaq .....                     Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" .....                     Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu .....                     "Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     Kirayədə qalan icra başçısı barədə ölçü götürüləcəkmi? .....                     Keçmiş başçının zülmü hələ də davam edir... .....                     Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir .....                     Şahin Ağabəyli 44 yaşında .....                     Eldar Mahmudovun əmisi oğlunun .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Dollar yüksəlişdə: Manatı nə gözləyir? .....                     DYP rəisi işdən çıxarılıb .....                     Tibbi sığorta həkimlərə nə qazandıracaq? .....                     Fəxri Kazımov evsizləri yenə evsiz qoyur: .....                     Neftin ucuzlaşması davam edir .....                     "Liftəmir" İB-də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlanıb .....                     "Azenerji"dən oğurlanan pullar bura xərclənib .....                     Rüfət Quliyev üçün çətin anlar... .....                     Mingəçevirdə zəlzələ olub .....                     "Elnur Allahverdiyevin namizədliyi ləğv olunmalıdır" .....                     Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər: .....                     Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir .....                     ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb .....                 

Energetika Nazirliyinə sərt ittihamlar - “Onlar ya Aydan gəliblər, ya da…”
Tarix: 22-11-2019, 09:03 | Çap et
Energetika Nazirliyinə sərt ittihamlar
Bütün dünyada olduğu kimi Azərbaycanda da istehsalı edilən neft və təbii qaz ehtiyatlarının ömrü azalır.

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Məlumdur ki, Azərbaycan enerji idxalçısı deyil. Hazırda ölkəmizdə 5 növ bərpa olunan enerji mənbəyindən istifadə olunur. Qeyd edək ki, dünyada istehlak olunan ilkin enerji mənbələri arasında neft birinci, kömür ikinci, təbii qaz isə üçüncü yerdə dayanır.

Enerji təchizatı təhlükəsizliyini təmin etmək, milli və fərdi əsasda enerji xərclərini azaltmaq, eləcə də enerji istifadəsindən qaynaqlanan ekoloji problemləri həll etmək üçün alternativ enerji mənbələrindən istifadə olduqca çox vacibdir. Məlum olduğu kimi, dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir.

Ötən gün energetika nazirinin müavini Elnur Soltanov açıqlamasında bildirmişdi ki, hazırda ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək, həmin effekti ala bilmərik. O hesab edir ki, üstəlik, bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar: “Ən mühafizəkar hesablamalara görə, enerji istehsalı potensialımız pik vaxtlarda belə tələbatımızdan azı 10 faiz çoxdur. Bu da çox yaxşı göstəricidir. Yəni, Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından “güvənli sular”da hiss edə bilər. Çox etibarlı bir nöqtədəyik. Artıq liberallaşma üçün əla zəmin yaranıb. Təhlükəsizlik məsələsi həll olunduğuna görə, bu təhlükəsiz mühitdən daha çox səmərə əldə etməyə fokuslanmalıyıq”.

Alternativ və bərpa olunan enerji istehsalına gəlincə, nazir müavini bildirib ki, problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir: “Azərbaycanda da həmçinin. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək, sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Energetika nazirinin müavini Elnur Soltanov deyib ki, ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar. Bu fikirlə razısızmı?

- Nazir müavininin fikirləri düzgün ifadə olunur. Alternativ enerjidən alınan elektrik enerjisinin maya dəyəri bahadır. Bu gün 1000 meqavat ənənəvi elektrik enerjisi hasil etmək üçün tikilən elektrik stansiyasının qiyməti təqribən 800 milyon dollardır. Ancaq alternativ enerjidə 1000 meqavat elektrik enerjisi almaq üçün ən azı bundan iki dəfə çox, bəzən daha artıq kapital xərcləmək lazımdır. Buna görə də alternativ enerji mənbələrindən əldə olunan enerjinin qiyməti yüksək olur.

Məsələ burasındadır ki, alternativ enerjini tam gücdə ala biləcəyikmi? Tutaq ki, insanlar hər il istilik elektrik stansiyalarından 5 milyard kubmetr qaz istifadə edirlər. Əgər istilik elektrik stansiyalarına qoyulan investisiyaları alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək, təbii qaz xaricə satılar. Nəticə etibarilə alternativ energetikadan alınan enerji elə həmin enerjinin qiymətinə və sonrakı illərdə daha ucuz başa gələ bilər.

Azərbaycanın ən çox yararlana biləcəyi alternativ enerji külək enerjisidir. Ancaq məsələ burasındadır ki, külək həmişə olmur. Hamıya elə gəlir ki, güclü külək olanda, daha çox elektrik enerjisi almaq olur. Ancaq güclü külək olanda külək elektrik generatorları dayanır. Yəni onların bir limiti var. Külək elektrik generatorları küləyin sürət həddi 3 metr\saniyədən aşağı və 18 metr\saniyədən yuxarı olanda dayanır. Yəni bu generatorların elektrik enerjisi hasil etməsi üçün küləyin sürət həddi 3 metr\saniyədən yuxarı, 18 metr\saniyədən aşağı olmalıdır. Digər tərəfdən, külək enerjisini almaq üçün bu generatorları yerləşdirmək üçün sahə lazımdır. O da var ki, bu generatorları hara gəldi qoymaq mümkün deyil. Xarici ölkələrdə bu generatorlar dənizdə yerləşdirilir. Külək elektrik generatorlarının pərləri hərəkət edən zaman mikro dalğalar yaranır. Həmin dalğalar bütün həşəratları və digər canlı orqanizmləri məhv edir. Ona görə də həmin generatorların olduğu torpaq üzərində otlaq sahəsi yaranmır. Yəni alternativ enerji məsələsində hər bir şeyin ətraf mühitə təsirləri var. Bu qurğuları ancaq insan olmayan, əkilib-biçilməyən ərazilərdə, o cümlədən dağların başında, dənizin içində tikmək lazımdır ki, onun ətraf mühitə, insanlara, flora və faunaya ziyanı minimal olsun.

- Ölkəmizdə külək enerjisinə investisiyanın yatırılması rentabelli sayılırmı?

- Azərbaycanın ərazisi böyük deyil. Mövcud torpaq sahələrində bu generatorların kütləvi şəkildə quraşdırılması da mümkün deyil. Əgər hidroenergitkanı nəzərə almasaq, hazırda Azərbaycanda alternativ energetikadan hasil olunan günəş və külək enerjisi ölkədə hasil olunan elektrik enerjisinin 0,6-0,7 faizini təşkil edir. Amma Energetika Nazirliyi deyir ki, 2030-cu ildə respublikada istehsal olunan elektrik enerjisinin 30 faizini alternativ enerjidən alacağıq. Bilmirəm, onlar bu rəqəmləri haradan alıb belə proqnoz verirlər? 2030-cu ildə 30 milyard kVt\saat elektrik enerjisi olsa, onun 30 faizi 9 milyard edir. Bilinmir onlar ya Aydan gəliblər, ya da başqa yerdən. Azərbaycanın hidroelektrik stansiyalarında suyun səviyyəsi ildən-ilə azalır. Buna görə də elektrik enerjisinin də hasilatı azalır. Həmin hidroelektrik stansiyalarda təqribən 1 milyard kVt\saatdan bir qədər çox elektrik enerjisi hasil olunur. Ağıllarına necə gəldi qiymət yazırlar. Elə zənn edirlər ki, özlərindən başqa heç kəs analizlə, proqnozla, araşdırma ilə məşğul deyil.

- 2019-cu ilin birinci yarım ili ərzində ölkədə elektrik enerjisinə tələbat artıb. İstehlakın çoxalması istehsalda necə tənzimlənir?

- Hazırda Azərbaycanın enerji sistemində 25 milyard kVt\saat elektrik enerjisi istehsal edilir, təqribən 1 milyarddan da artıq exsport edilir. 1,5 milyard kVt\saat da texniki itkiyə gedir. Bu, o deməkdir ki, Azərbaycanın tələbatı 22 milyarddan bir qədər artıqdır. Hələ Azərbaycanda elektrik enerjisindən qənaətcil texnologiyaların ölkə üzrə kütləvi sürətdə tətbiqi olunmur. Əgər istiliyin saxlanması, binaların Avropa standartlarına uyğun tikilməsi kimi tədbirlər həyata keçirilsə, Azərbaycanda elektrik enerjisinə tələbat 20 milyard kVt\saata düşər.

- Alternativ, yoxsa ənənəvi yolla istehsal edilən elektrik enerjisinin istehsalı daha sərfəlidir?

- Ümumiyyətlə, həm alternativ, həm də ənənəvi yolla istehsal edilən elektrik enerjisinin maya dəyərinin hesablaması metodologiyası gizlədilir. Alternativ enerjinin maya dəyərini hesablamaq üçün həmin qurğuya qoyulan kapital və istismar xərcləri açıqlanmalıdır. Tutaq ki, Yaşma külək elektrik stansiyasına nə qədər kapital xərci çəkilib, yaxud nə qədər elektrik istehsal edib və sair bu kimi bütün bu məlumatlar bilinməlidir. Bu məlumatlar da hazırda ictimaiyyət üçün açıqlanmır. Buna görə də 2019-cu ilin nəticələrinə görə, alternativ enerjinin maya dəyərinin nə qədər olduğunu demək mümkün deyil.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karbamidin dəmir yolu ilə böyük kisələrdə daşınmasına başlanılıb
Bu gün, 11:05
Yavər Camalovun oğlunun parlamentə yolu açıldı - GƏLİŞMƏ
Bu gün, 11:04
“Çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adı seçki bülleteninə düşməsin” - MSK sədri
Bu gün, 11:00
Şəkər zavodunun acı taleyi: Yerli istehsalçılar üçün dərslər - TƏHLİL
Bu gün, 10:58
“Deputatlıq onlara millətə yuxarıdan aşağı baxmaq üçün lazımdır”
Bu gün, 10:54
Keçmiş ərinin sələm borcuna görə onun evini əlindən alıblar - GİLEY
Bu gün, 10:50
Şəki sakininin evindən tramadol, heroin, tiryək, marixuana aşkar edilib - FOTO
Bu gün, 10:48
Şərurlu İsfəndiyardan nazirə şikayət - "Hakim mənim kimi kasıb adamın..."
Bu gün, 10:45
Rusiya şirkətinin Türkiyə bazarına çıxardığı məhsul BTQ ilə daşınıb
Bu gün, 10:40
Bu gün AŞPA-nın qış sessiyası başlayır
Bu gün, 10:39
Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib - BŞBPİ
Bu gün, 10:38
“Uzun illərdir Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatlara dəstək veririk”
Bu gün, 10:32
"Qadın ev işi üçün yaradılıb" - Meyxanaçıdan qalmaqallı AÇIQLAMA
Bu gün, 10:31
Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır - Seçki ola həmişə...
Bu gün, 10:20
Könül Nurullayevanı parlamentə kimlər seçdirir? - İLGİNC
Bu gün, 10:18
FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır - İDDİA
Bu gün, 10:15
Rəqibinə qarşı “KİŞİ SÖHBƏTİ” Fəzail Ağamalının başını ağrıdacaq - QALMAQAL
Bu gün, 10:13
Seçki bülletenləri əvvəl Naxçıvanda, sonra digər ucqar rayonlardakı dairələrə paylanacaq
Bu gün, 10:10
Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" - VİDEO
Bu gün, 10:01
Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu
Bu gün, 09:53
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
Bu gün, 09:52
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:48
Kirayədə qalan icra başçısı barədə ölçü götürüləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 09:44
Keçmiş başçının zülmü hələ də davam edir... - GİLEY
Bu gün, 09:41
Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir - İTTİHAM
Bu gün, 09:39
"Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir"
Bu gün, 09:32
Şahin Ağabəyli 44 yaşında - ANIM
Bu gün, 09:27
Eldar Mahmudovun əmisi oğlunun şikayətinə baxılıb
Bu gün, 09:23
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:22
Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL
Bu gün, 09:21
DYP rəisi işdən çıxarılıb - ƏMR
Bu gün, 09:20
Tibbi sığorta həkimlərə nə qazandıracaq? - GÖZLƏNTİ
Bu gün, 09:19
Fəxri Kazımov evsizləri yenə evsiz qoyur: - Hökumətin uğurlu layihəsində İpoteka və Kredit Zəmanət Fondunun uğursuzluğu
Bu gün, 09:18
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:14
"Liftəmir" İB-də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlanıb
Bu gün, 09:11
"Azenerji"dən oğurlanan pullar bura xərclənib - FAKT
Bu gün, 09:10
Rüfət Quliyev üçün çətin anlar... - Belə deyirlər...
Bu gün, 09:04
Mingəçevirdə zəlzələ olub
Bu gün, 09:01
"Elnur Allahverdiyevin namizədliyi ləğv olunmalıdır" - Cavad Cavadov
Bu gün, 09:00
Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər: - "Namizədliyini geri götür..."
Bu gün, 08:57
Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir
Bu gün, 08:56
ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb
Bu gün, 08:53
Qusarda bir nəfər dəm qazından zəhərlənərək ölüb
Bu gün, 08:52
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq
Bu gün, 08:46
Bu gün dollar neçəyədir?
Bu gün, 08:43
Türkiyəli müğənni "Həsrət nəğməsi"nə klip çəkdirdi
24-01-2020, 07:22
"Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"
24-01-2020, 04:28
"30 ildir bu yolla kimsə maraqlanmayıb" - GİLEY
24-01-2020, 04:14
“Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” – ƏLƏŞRƏFQIZI “ÜSYAN” ETDİ
24-01-2020, 04:12
Xəzər TV-yə Murad Dadaşov rəhbərlik etməyəcək - Yeni rəhbər kim olacaq?
24-01-2020, 04:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru