Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? .....                     Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ .....                     “Azərbaycanı dəstəkləməkdən qürur duyuruq” .....                     Hacıqabulda 62 yaşlı qadın daşla döyülüb .....                     Azərbaycan fermerlərinin qeyri-sabit hava və koronavirus dərdi .....                     Son sutkada Ermənistanda 580 nəfər koronavirusa yoluxub, .....                     "Formula 1": Daha 3 ölkədəki yarış ləğv edilə bilər .....                     "Siyasi hakimiyyət onlarla təmas qurmaqla illərlə yaranmış “buzu sındırdı”" .....                     Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarət gücləndirilib .....                     Putin dönəmində Qarabağda böyük sülh anlaşması... mümkünmü? .....                     “Maska taxmayanlara vətəndaşlar irad bildirsələr, effektiv nəticələr əldə etmək olar" .....                     Bakıda bağda "ad günü" keçirən 5 nəfər cərimələnib .....                     Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb .....                     Sədərəyin polis rəisi işdən çıxarıldı .....                     AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu .....                     İşğalçının “ipi” rusa bağlıdırsa... .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     Qazaxın icra başçısı karantini pozan restorana getdi .....                     Xəstəliyi yayan bax, BUNLARDIR: .....                     Paytaxtda yenidən karantin postları qurulub .....                     İqtidardan İlqar Məmmədova xüsusi diqqət var? .....                     "Bu addım imkan verəcək ki, müqavilənin bir nüsxəsi işçidə qalsın və o öz əmək hüququnu qoruya bilsin" .....                     Bu gün Zəhranın anım günüdür .....                     Bakıda karantin rejimini pozan şəxs həbs edilib .....                     Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Hafiz Hacıyevin çıxışı ADAU-nu qarışdırdı .....                     629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib .....                     Nazirlik 18 ildir əlil olan uşağı süründürür .....                     Neft bahalaşdı .....                     İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək .....                     Zaqatalada qardaş qardaşı bıçaqlayıb .....                     Pul xatirinə "qohumluq" və ya özünü parça-parça satanlar .....                     Pandemiya milli birlik yaradır: Müxalifət səfərbər olmağa hazırdır .....                     Trampın seçki kampaniyasındakı müşavirində koronavirus aşkarlandı .....                     Özünü Yasamalda binadan atmaq istədi .....                     DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası .....                     "Dövlətin qəbul etdiyi bütün qərarları hamı dəstəkləməlidir" .....                     Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... .....                 

“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini
Tarix: 19-11-2019, 15:43 | Çap et
“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq”
Lerik rayon sakini, II qrup əlil Kazımova Gülbehişt Kəlbi qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisinin sədri Oqtay Əsədova və Baş prokuror Zakir Qaralova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər bir vətəndaşın mülkiyyət hüququ vardır. Həmin maddənin 4-cü bəndində təsdiq olunur ki, heç kəs məhkəmə qətnaməsi olmadan vətəndaşı mülkiyyətindən məhrum edə bilməz. Konstitusiyamızın 33-cü maddəsinə əsasən isə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallarda və məhkəmə qətnaməsi istisna olmaqla mənzildə yaşayan sakinlərin iradəsinin ziddinə olaraq heç kəs mənzilə daxil ola bilməz.

Konstitusiyamızın 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığını istisna edən vicdanlı davranışına hüququ vardır. Həmçinin, həmin maddənin 3-cü bəndinə əsasən hər kəsin dövlət orqanlarının və yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Konstitusiyamızda qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını qorumaq və gözləmək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Daha sonra sizə bildirmək istəyirəm ki, “İnsan Hüquqları və Azadlıqları haqqında” Konvensiyanın 2 saylı Protokolunun 1-ci maddəsinə görə, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır və hər kəsin mülkiyyət hüququ qorunmalıdır. Bu müddəaya görə, mənzil hüququ ilə bağlı Konstitusiyada da öz əksini tapıb. Mənim isə mənzilimin zorla əlimdən alınması, onun içərisindəki əşyaların qanunsuz olaraq müsadirə edilməsi halı Lerik rayonunda baş verib. Hətta 1976-cı ildən yığdığımız əmlakdan xəbərimiz yoxdur. Bunlarla əlaqədar mən aşağıdakıları bildirmək istəyirəm:

1. Həyat yoldaşım İbadov İlham Mürvət oğlu bu ilin sentyabr ayının 24-də Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olub. Xatırladım ki, qəbul günün 2-ci yarısında olub və həyat yoldaşım qaş qaralanda evə gəlib çıxıb. Cənab nazirə Lerik rayonunda baş verən rüşvət və korrupsiya hərəkətləri haqqında geniş və ətraflı məlumat verib. Daha sonra ona “Relax” İstirahət Mərkəzində baş verən qanlı olayların təfərrüatları, törəmə səbəbləri haqqında geniş söhbət açıb. Elə həmin günün səhəri intiqam hissi ilə çağlayan Lerikin İcra başçısı bir qrup özünə tabe olan şəxslərlə və polisin köməyilə bizim evin qapısını qırdırmış və evimizə özünün əlaltısı olan bir “qadını” salmışdır. Bu, Müstəqil Azərbaycan Respublikasının hansı qanunu ilə həyata keçirilib?

2. Lerikin İcra başçısı Prezident Administrasiyasına və müraciət etdiyimiz informasiya orqanlarına yalan məlumat verərək bildirir ki, guya “Üçəm” uşaq doğmuş anaya bizim evi verib. Yenə də sual olunur: O qadın uşaqları harada qazanıb, harada doğub? Hələlik mən məlumat verim. Həmin uşaqlar Rusiya Federasiyasında doğulub. Sonradan Azərbaycana gəliblər. Hal-hazırda 10-cu sinif şagirdləridir. Bu boyda ağ yalanı ölkə ictimaiyyətinə sırımaq olarmı? Mən kimsənin ev almasına etirazım yoxdur, paxıllıq da etmirəm. Ancaq qisasçılıq, intiqam və qəzəb ruhlu İcra başçısı haqqında tədbir görülməsini Müstəqil Azərbaycan Respublikasının xanım vətəndaşı olaraq xahiş və tələb edirəm.

3. Evimizdəki əşyalarımızdan da xəbərimiz yoxdur. İcra başçısına bu boyda özbaşınalıq səlahiyyətini verən kimdir? Axı, cənab Prezident, Siz nazir və komitə sədrlərini bölgələrə vətəndaşları qəbul etməyə göndərirsiniz. Vətəndaşlara qarşı bu qədər sərt və qəddar hərəkət nə deməkdir? Belə çıxır ki, biz heç kəsə şikayət etməyək, heç kəsə dərdimizi deməyək. Xahiş edirəm ki, bu faktın araşdırılmasını nəzarətə götürəsiniz.

4. Biz 2009-cu ildən aldığımız və yaşadığımız evə elektrik xətti, qaz xətti, telefon xətti çəkdirmişik. Hətta 2-ci mərtəbədə yaşadığımızdan həyətdəki anbarla yanaşı çardaqda da özümüzə yer ayırmışıq. Bütün bunlar orada yaşadığımızı sübut etmirmi? Hələ su çənini demirəm.

5. Həyat yoldaşım məhkəmə qətnaməsi vasitəsilə işinə qayıtmışdı. İcra başçısı qərəzkarlıq edərək onu aldatmış və Milli Məclisin deputatı İqbal Məmmədovun adamını onun yerinə verməsini bəhanə edərək, bu günə kimi həyat yoldaşımı işsiz saxlayıb. Mən özüm 2-ci qrup əlil və onkoloji xəstəyəm. Həyat yoldaşım mənim iynə-dərmanımı zorla, qonorar hesabına, günəmuzd işlərdə çalışmaqla ödəyir. İcra başçısının ürəyi məncə, insan ürəyi deyil, dəmir parçasıdır. Bu, belə deyilmi?

Mən və bizim ailə üzvləri həmişə dövlətə və dövlətçiliyə sadiq olmuşuq. Amma Lerikin İcra başçısının və onun hərəkətlərinə göz yuman Azərbaycan Respublikasının Baş Prokurorluğu bizləri zorən müxalifət olmağa məcbur edir. Bu hərəkətlərin bizə və yaxud sizə qarşı olduğunu bilmirəm. Ancaq bu qərara gəlmişik ki, etiraz əlaməti olaraq özümüzü Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının qarşısında yandırıb intihar edək.

Yuxarıda qeyd etdiklərim ölkə vətəndaşlarının konstitusion hüquqlarıdır. Siz isə deyirsiniz ki, İcra orqanlarının rəhbərləri vətəndaşların qayğıları ilə yaşamalıdırlar. Lerik rayonunda isə İcra başçısı vətəndaşların hüquqlarını pozmaqla, onları gözümçıxdıya salmaqla məşğuldur. Tədbir görməklə məni qəbul etməyinizi xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//hurriyyet.org//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA
Dünən, 11:15
Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ
Dünən, 11:13
“Televiziya rəhbərinin kimdən xoşu gəlmirsə...” – Ekspertlər efir qadağasından danışdı
Dünən, 11:09
“Azərbaycanı dəstəkləməkdən qürur duyuruq” - ABŞ səfiri
Dünən, 11:07
Hacıqabulda 62 yaşlı qadın daşla döyülüb
Dünən, 11:05
Azərbaycan fermerlərinin qeyri-sabit hava və koronavirus dərdi - ONLAR NECƏ VƏ NƏ QƏDƏR ZİYANA DÜŞÜBLƏR?
Dünən, 11:03
Son sutkada Ermənistanda 580 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
Dünən, 10:58
"Formula 1": Daha 3 ölkədəki yarış ləğv edilə bilər
Dünən, 10:57
"Neçə ildir bir-birimizi tanıyırıq, amma verilişdə sərbəst olmursan"
Dünən, 10:55
"Siyasi hakimiyyət onlarla təmas qurmaqla illərlə yaranmış “buzu sındırdı”"
Dünən, 10:47
Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarət gücləndirilib - FOTO
Dünən, 10:43
Putin dönəmində Qarabağda böyük sülh anlaşması... mümkünmü? - TƏHLİL
Dünən, 10:40
“Maska taxmayanlara vətəndaşlar irad bildirsələr, effektiv nəticələr əldə etmək olar" - AKTUAL
Dünən, 10:38
Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb - AÇIQLAMA
Dünən, 10:26
Bakıda bağda "ad günü" keçirən 5 nəfər cərimələnib
Dünən, 10:24
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz - Diqqət!
Dünən, 10:22
"Bəlkə də Bakıda qazıntı işləri aparılsa buranın köhnə erməni şəhəri olduğu kimi fikirlər yaranar" - Xalq artisti
Dünən, 10:21
Gürcüstanda koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb
Dünən, 10:15
Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə
Dünən, 10:13
AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz
Dünən, 10:12
İşğalçının “ipi” rusa bağlıdırsa... - GƏLİŞMƏ
Dünən, 10:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 10:06
Qazaxın icra başçısı karantini pozan restorana getdi - FOTO
Dünən, 10:04
Xəstəliyi yayan bax, BUNLARDIR: - Millət, dövlət nə hayda, Qazaxda toy-nişandır...
Dünən, 10:00
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Dünən, 09:49
Məşhur həkim gənc rejissorun ölümündən danışdı: - “İki səbəb ola bilər...”
Dünən, 09:46
İqtidardan İlqar Məmmədova xüsusi diqqət var? - proporsional seçki sistemi gəlir
Dünən, 09:44
"Bu addım imkan verəcək ki, müqavilənin bir nüsxəsi işçidə qalsın və o öz əmək hüququnu qoruya bilsin" - deputat
Dünən, 09:42
Bu gün Zəhranın anım günüdür
Dünən, 09:40
Bakıda karantin rejimini pozan şəxs həbs edilib - Üzərində isə...
Dünən, 09:38
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır
Dünən, 09:37
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:34
Hafiz Hacıyevin çıxışı ADAU-nu qarışdırdı - Rektor qovhaqovla hədələdi
Dünən, 09:32
629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - DYP
Dünən, 09:28
Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY
Dünən, 09:26
Neft bahalaşdı
Dünən, 09:22
İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək - SİYAHI
Dünən, 09:21
Zaqatalada qardaş qardaşı bıçaqlayıb
Dünən, 09:20
Pul xatirinə "qohumluq" və ya özünü parça-parça satanlar - "Qanunda boşluq yoxdur"
Dünən, 09:19
Pandemiya milli birlik yaradır: Müxalifət səfərbər olmağa hazırdır - SORĞU
Dünən, 09:08
Trampın seçki kampaniyasındakı müşavirində koronavirus aşkarlandı
Dünən, 09:05
Özünü Yasamalda binadan atmaq istədi
Dünən, 09:04
DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası - “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
Dünən, 09:03
"Dövlətin qəbul etdiyi bütün qərarları hamı dəstəkləməlidir" - deputat
Dünən, 09:00
Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır...
Dünən, 08:59
Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL
Dünən, 08:57
“İnternet platformaları mənəviyyatsızlıq yuvasına çevrilib” - Qadağa mütləqdir!
Dünən, 08:54
“Acından ölmə ehtimalı virusdan ölmə ehtimalından daha çox olan insanlara yardım olunsun” - AKTUAL
Dünən, 08:53
“Jurnalistlər də risk qrupuna aiddir” - tanınmış həkimlərdən SOS
Dünən, 08:50
"Səhhətimdəki problemlərə görə Mədəniyyət Nazirliyindəki işimdən də çıxdım..."
Dünən, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru