Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib .....                     Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, .....                     Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı .....                     “Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var .....                     “Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” .....                     “Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” .....                     Tovuzda gərginlik davam edir .....                     Şəhid General-mayor Polad Həşimovun bacısı: .....                     Xaçmazda 30 yaşlı kişi intihar etdi .....                     “Hazırda bizə mane olan yoxdur” .....                     NATO Minsk qrupuna çağırış etdi .....                     Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib .....                     Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb .....                     "KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" .....                     “Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” .....                     "MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." .....                     "İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” .....                     “Rusiya və Fransanın fikri bizi tam qane etmir” .....                     Ermənistan itkilərini etiraf etməyə davam edir, .....                     İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: .....                     Tovuzda daha bir ev atəşə tutuldu .....                     Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub .....                     Təbrizli professordan Azərbaycana .....                     Tərtərin icra başçısı geniş videokonfrans keçirdi .....                     Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin .....                     İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi .....                     “Düşmənə daha ciddi zərbələr endirilməlidir” .....                     “Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” .....                     Deputatdan MÜHÜM ÇAĞIRIŞ: .....                     İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub .....                     Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar .....                     “Azərbaycan hərbi hissəyə zərbə endirib” .....                     “Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik” .....                     “e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə .....                     “Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” .....                     Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistanın Berd şəhərində panika .....                     “Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...” .....                 

Akademik jurnalistin araşdırmasını niyə öz adına çıxdı? - İLGİNC
Tarix: 19-11-2019, 10:21 | Çap et
Akademik jurnalistin araşdırmasını niyə öz adına çıxdı?
Xəbər verdiyimiz kimi, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaydığı açıqlamada bildirilir ki, Rəsmi mətbuatda yayılan xəbərlərdə bildirilir ki, İsa Həbibbəyli uzun illərdir Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli irsini, həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl iş aparmaqdadır. “Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparmışdır”.

Bu təqdimatla bağlı qalmaqal yaranıb. “Yeni Sabah” xəbər verir ki, Mirzə Cəlilin varislərini hələ bu ilin əvvəlində tapan və onlardan müsahibə alan araşdırmaçı jurnalist Hafiz Əhmədov açıqlama yayıb. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

“Bildiyiniz kimi aylar öncə görkəmli maarifçi Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini tapdım və müsahibə götürdüm. Varlıqlarından belə Azərbaycanda heç kəsin xəbəri olmayan bu varislərlə eksklüziv müsahibəmi HAFİZTİMES.COM adlı saytımda mən yayımladım. Onları tapmaq üçün aylarla oxuyub, araşdırmalar aparmışam. Həmin ailənin ən uzaq qohumları, qonşuları ilə əlaqə yaratmışam. Nəhayət aylar sonra Cəlil Məmmədquluzadənin varislərini facebook-da tapdım. Mesaj göndərdim. Mirzə Cəlilin adını ilk məndən eşidirdilər...O qədər təəcüblənirdilər ki... Mirzə Cəlilin nə qədər böyük şəxsiyyət olduğunu, məktəblərimizdə də onun haqqında öyrəndiyimizi yazırdım. Bir sözlə böyük Mirzə Cəlili onlara mən təqdim etdim! Müsahibədə də özləri Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Çünkü onlara mən Azərbaycanın necə gözəl olduğunu yazırdım... Hər gün yazıb, əlaqə saxlayırdıq. Müsahibə yayımlanandan sonra bir ay keçmişdi. Telefonu açdım 20-yə yaxın zəng gəlmişdi. "211" başlıqlı nömrədən. Yenə zəng etdi. Dedi Mən AMEA-dan alim... İsa Həbibbəyli... Düz yarım saat təriflər yağdırdı: "onların nömrəsini ver, adress, contact". Elə şirin, mehriban danışırdı ki... Məndə də həqiqətən telefon nömrəsi yox idi. Dedi köməkçim Pənaha onlarım facebook hesabını, email-lərini göndər. Mən də göndərdim! Nəhayət 10 gün öncə oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun varislər özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə yekə qarın kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, "Mirzə Cəlilin varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib". Artıq 10 gün idi ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin "uğur"undan yazırdı. Hafiz Əhmədovun adını bir yerdə də çəkən yox idi...

Mənim bütün əziyyətimi öz adlarına çıxıb, nüfuzlarını artırmağa xidmət edirdilər. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Amma Hafiz Əhmədovu Tovuzdan Bakıya dəvət etmədi.

Guya ki, telefon nömrəmi itiribmiş. Bəs o boyda AMEA-dan sizinlə bağlı hər gün mesajlar yazan işçiləriniz də itirmişdi nömrəmi, fbook hesabımı?! Yazırdılar ki, "xahiş edirik İsa müəllim sizinlə danışmaq istəyir"... Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin mənim nömrəmi silib, onlarınkını qeyd ediblər...

Diaspora Komitəsinin rəhbəri Fuad Muradov da Polşada olanda varislərlə görüşmüşdü. Təbii onlara da mən ünvanı vermişdim! O zaman da heç bir mətbuat orqanı adımı qeyd etmədi. Hətta varis özü mənə yazdı ki, sənin haqqında Polşadakı "azərbaycanlı"lara məlumat verdik ki, "bizi Hafiz Əhmədov tapıb", saytım barədə danışıblar. Bizim yerli "azərbaycanlılar" isə deyiblər ki, məni tanımırlar... Çox təəssüf...

Ey Azərbaycan Xalqı. Sizdən xahiş edirəm ki, imkan verməyin mənim əməyimi başqaları öz adlarına çıxsınlar, imkan verməyin haqqımı tapdasınlar! Mən bu yazıları sizin üçün yazıram. İki ildir işsizəm. Nə milyonluq ofisim, nə maaşım, nə də Bakıda başımı sala biləcəyim bir daxmam, nə də "əməkdarlığım" var. Mən bütün bu araşdırma yazılarımı, müsahibələrimi Tovuzda ucqar bir dağ kəndində yazıram... Heç bir maddi qazancım yoxdur. Kənddə sahədə çalışıb axşamlar yorğun olsam da bu araşdırmaları yazıram. Xahiş edirəm mənim yaradıcılığıma sahib çıxın. İmkan verməyin yazılarımı kimsə öz adına çıxsın.

Prezident İlham Əliyev hər dəfə gəncləri aktiv olmağa çağırır. Mən də iki ildir işsiz olmağıma baxmayaraq Azərbaycan mətbuatı tarixinə qızıl həriflərlə düşməli olan 60 top araşdırma müsahibə yazmışam.

Mirzə Cəlilin yubileyi ilə bağlı Prezident sərancam imzalayıb. Mən də ən dəyərli araşdırmanı edib müsahibəni yayımlamışam. Əhməd bəy Ağaoğlu, Hacı Zeynalabdin Tağıyev, Mirzə Fətəli Axundzadə ilə bağlı tarixi araşdırma müsahibələr hazırlamışam dünyadan... Amma heç kim "sağ ol ay Hafiz Əhmədov" deməyib. Mən də Azərbaycan gənciyəm axı! Hələ bütün əziyyətlərimi, fəaliyyətimi "alimlər" öz adlarına çıxırlar... Budurmu, AMEA?! Budurmu, Azərbaycan elmi?!

Budurmu, gənclərə dəstək olmaq?!

Cəlil Məmmədquluzadənin varisləri ilə bağlı günlərdir ki, xəbərlər, müsahibələr yazan Azərbaycan "jurnalistlər"inə deyəcəyim tək budur ki, sizin də zəhmətiniz, əməyiniz mənim kimi hədər olsun. Haqqıma girdiniz yenə ey Azərbaycan jurnalistləri....

İndi siz deyin bu dəqiqə Bakıda məndən cavab gözləyən Mirzə Cəlilin varislərinə nə yazım, necə deyim ki, iki ay öncə sizə təriflədiyim Azərbaycanda mənim haqqımı necə tapdaladılar, zəhmətimi öz adlarına çıxdılar və məni sizinlə görüşə dəvət etmədilər... Azərbaycandakıların, bu gün onların üzünə gülənlərin əsil üzlərini görsələr əminəm ki, bir dəqiqədə burda qalmazlar...

Mən şəxsiyyətimi, əməyimi pula satanlardan deyiləm. Mən Azərbaycan üçün çalışıram. Amma etiraf edim ki, özümün 20 manatım olsaydı gedib görüşərdim.

Artıq Azərbaycanda doğma VƏTƏNİMİN qoxusunu duya bilmirəm...”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb
Dünən, 20:37
Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib
Dünən, 20:37
Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib
Dünən, 20:36
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı - "Koxa Nəbi kəndində evimizi vurublar"
Dünən, 20:33
“Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var
Dünən, 20:29
“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” - AKTUAL
Dünən, 20:28
“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” - AÇIQLAMA
Dünən, 20:08
Tovuzda gərginlik davam edir - Nazirlik məlumat yaydı
Dünən, 20:05
DİN Nura Suri ilə bağlı MƏLUMAT YAYDI
Dünən, 20:03
Şəhid General-mayor Polad Həşimovun bacısı: - "Hamımızın Poladıdı"
Dünən, 20:00
Xaçmazda 30 yaşlı kişi intihar etdi
Dünən, 19:57
“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı
Dünən, 19:54
NATO Minsk qrupuna çağırış etdi
Dünən, 19:52
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
Dünən, 19:50
Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb - FOTO
Dünən, 19:12
"KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" - AÇIQLAMA
Dünən, 19:05
“Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” - Rauf Arifoğlu
Dünən, 18:52
"MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." - Şəhid polkovnikin xanımı səhid generaldan yazdı
Dünən, 18:49
"İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” - ekspert
Dünən, 18:37
“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!
Dünən, 18:31
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
Dünən, 18:25
İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: - "Yaşasın Azərbaycan ordusu"
Dünən, 18:20
Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO
Dünən, 18:17
Nadir Qafarzadə yenə də öz ampluasında - VİDEO
Dünən, 18:07
Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub
Dünən, 17:59
Təbrizli professordan Azərbaycana QARABAĞ ÇAĞIRIŞI
Dünən, 17:57
Tərtərin icra başçısı geniş videokonfrans keçirdi
Dünən, 17:55
Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin - MƏĞLUBİYYƏT FONUNDA PORTRET
Dünən, 17:53
İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi - “Döyüş!“
Dünən, 17:48
“Düşmənə daha ciddi zərbələr endirilməlidir” - Eldar Namazov
Dünən, 17:46
“Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” - ekspert
Dünən, 17:44
Deputatdan MÜHÜM ÇAĞIRIŞ: - “Düşmənin informasiya “tələ”sinə düşməyin!”
Dünən, 17:42
İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub - Diqqət!
Dünən, 17:37
Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar - Bir polkovnik və bir mayorları daha öldürülüb - YENİLƏNİB
Dünən, 17:34
“Azərbaycan hərbi hissəyə zərbə endirib” - Ermənistan mətbuatı
Dünən, 17:21
“Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik”
Dünən, 17:18
“e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə
Dünən, 17:16
İTV-nin koronavirusa yoluxan əməkdaşı sağalıb
Dünən, 17:12
“Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri
Dünən, 17:07
Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: - “Arzunuz gözünüzdə qalacaq...”
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Ermənistanın Berd şəhərində panika - HAKİMİYYƏT QADIN VƏ UŞAQLARI TƏXLİYƏ EDİR
Dünən, 16:57
“Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...”
Dünən, 16:53
“Semaşko”ya yeni direktor təyin olunub
Dünən, 16:49
“Döyüşə getmək istəyənlərin sırasında birinciyəm” - Əməkdar artist
Dünən, 16:38
Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq - BQXK
Dünən, 16:31
Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...
Dünən, 16:30
"KTMT-nin təcili iclasının təxirə salınması Ermənistanın təcrid olunduğunu göstərir" - Rusiyalı hərbi ekspert
Dünən, 16:29
Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək
Dünən, 16:27
Ermənilər cəbhə xəttini GENİŞLƏNDİRİR - Bu dəfə Qazaxı atəşə tutublar
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru