Pandemiya titrətməsi: Dünya iqtisadiyyatı daha nə qədər dözə bilər .....                     Bakıda 55 nəfərin sosial məsafə saxlamadan işlədiyi istixana aşkarlanıb .....                     “Yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət tam nəzarət altındadır” .....                     DTX idarə rəisinin həbsinin SƏBƏBLƏRİNİ AÇIQLADI .....                     “Hazırda orduda koronavirusa yoluxma yoxdur” .....                     Səhiyyə sistemində islahatlar NƏDƏN YUBANDI? .....                     Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır .....                     "Oqtay Şirəliyev iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir" .....                     “Metroda virusun geniş yayılması baş verə bilər” .....                     Çimərliklər niyə açılmadı? .....                     AMEA-nın binasının üzərindəki hərflər niyə sökülüb? .....                     “Karantin rejiminin daha 40 gün uzadılması ilə bağlı fikirlər şaiyə xarakteri daşıyır” .....                     “Ramiz Mehdiyev dövlətçilikdən tamamilə bixəbər adamdır” .....                     İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? .....                     “Sədərək Ticarət Mərkəzinin icraçı direktorunun yoluxmadığını iddia etmək olmaz” .....                     Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb .....                     Xaricə və bölgələrə gediş-gəlişin hansı şəraitdə mümkün olduğu .....                     Sabiq icra başçısı və müavininin həbs müddəti uzadıldı .....                     "Zakir Qaralovun qoydurduğu qanunsuz məhdudiyyət..." .....                     "Sağalan şəxs digərlərini yoluxdurmur" .....                     Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini xüsusi qiymətləndiriib .....                     Faiq Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib .....                     “Gediş-gəlişin bərpa olunması yoluxma sayını azalda bilər” .....                     “Kürdəmir, Salyan və Neftçalada su anbarı tikmək lazımdır" .....                     "Xüsusi karantin rejimində müəyyən narazılıqların olması təbiidir" .....                     "İctimai nəqliyyatdan istifadə edirəm" .....                     Meksika və Moldovada səfirliklərimizin əməkdaşları və onların ailə üzvləri arasında .....                     Virusa yoluxmuş 18 məhkum vaxtından əvvəl .....                     Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından biri koronavirusa yoluxub .....                     YouTube Aygün Kazımovanı da "tanıdı" .....                     Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək .....                     Adı “MTN işi”ndə hallanan sabiq İcra başçısı Londonda şirkət açdı .....                     "Azərbaycanda da yoluxanların sayında azalma olduqdan sonra həkimlərimiz digər ölkələrə gedə bilərlər" .....                     "Azyaşlı uşaqları olan insanlar üçün karantin rejimində qalmağın çətinlikləri var" .....                     Ermənistan prezidenti qəfil Qarabağa gəldi .....                     İnsanların rayona getmək arzusu ilə bağlı .....                     Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib .....                     Azərbaycanda biabırçı brend oğurluğu: .....                     Azərbaycanda aparılan koronavirus testlərinin sayı 550 mini keçib .....                     Azərbaycanda indiyədək 22 990 nəfərdə COVID-19 aşkarlanıb, .....                 

“Brent” neftinin proqnozdan bir qədər aşağı olması belə Azərbaycan büdcəsinə təsir etməyəcək - RƏYLƏR
Tarix: 19-11-2019, 09:25 | Çap et
“Brent” neftinin proqnozdan bir qədər aşağı olması belə Azərbaycan büdcəsinə təsir etməyəcək
Gələn il dünya bazarında neftin qiymətinin azalacağı proqnozlaşdırılır. Beynəlxalq enerji agentlikəri, beynəlxalq maliyyə institutları və digər təşkilatların proqnozuna görə dünya bazarında neftin qiyməti təxminən 5% azalacaq. Məsələn, gələn il Beynəlxalq Valyuta Fondu neftin 1 barelinin orta satış qiymətinin, təxminən, 58 dollar olacağını proqnozlaşdırır. Beynəlxalq proqnozları nəzərə alaraq Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 2019-cu ilin dövlət büdcəsi ilə müqayisədə 5 ABŞ dolları aşağı, yəni 55 dollar götürülüb.Yəni, Azərbaycan hökuməti ehtiyatlı davranmağa qərar verib.

Azərbaycan neftinin büdcədəki qiyməti “Brent” markalı neftin orta qiymət proqnozuna əsasən götürülüb. Amma Azərbaycan nefti bu markalı neftlə müqayisədə bir neçə dollar baha satılır. Elə “Brent” markalı neftin Azərbaycanın ixracının əsasını təşkil edən “BTC FOB Ceyhan” markalı neftlə son 10 gündəki qiymətini müqayisə etmək kifayətdir.

Belə ki, Londonun “ICE Futures” birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının 1 barelinin fyuçers qiyməti noyabrın 4-də 56,54 dollar, noyabrın 5-də 57,23 dollar, noyabrın 6-da 56,35 dollar, noyabrın 7-də 57,15 dollar, noyabrın 8-də 57,24 dollar, noyabrın 11-də 56,86 dollar, noyabrın 12-də 56,80 dollar, noyabrın 13-də 57,12 dollar, noyabrın 14-də 56,77 dollar, noyabrın 15-də 57,72 dollar təşkil edib.

Azərbaycanın ixracının əsasını təşkil edən “BTC FOB Ceyhan” markalı (Ceyhan limanından dünya bazarına ixrac edilən) xam neftin qiyməti isə “Brent” markalı neftlə müqayisədə, təxminən, 10 dollar baha satılıb. Noyabrın 4-də “BTC FOB”un 1 barelinin fyuçers qiyməti 66,94 dollara, noyabrın 5-də 67,09 dollara, noyabrın 6-da 66,51 dollara, noyabrın 7-də 66,89 dollara, noyabrın 8-də 66,22 dollara, noyabrın 11-də 66,75 dollara, noyabrın 12-də 66,65 dollara, noyabrın 13-də 66,32 dollara, noyabrın 14-də 66,54 dollara, noyabrın 15-də 67,36 dollara satılıb.

Azərbaycan neftinin “Brent” markalı neftə nisbətən bir neçə dollar baha satıldığı nəzərə alınsa, gələn il “Brent” neftinin proqnozdan bir qədər ucuz olacağı təqdirdə belə, Azərbaycanda büdcənin icrasında heç bir problem olmayacaq. Qeyd edildiyi kimi, hökumət neftin büdcə qiymətini 55 dollar götürməklə özünü sığortalayıb.

Məsələ ilə bağlı millət vəkili Əli Məsimli “Report”a bildirib ki, büdcənin təqdimatında bu o cür izah edilib ki, dünyada neft bazarında gedən proseslərin təhlili nəticəsində belə bir qənaətə gəlinib: “Bu məsələyə müxtəlif yanaşmalar var və müxtəlif rəqəmlər səsləndirilir.İlk növbədə neftin qiymətinin 2019-2020-ci illərdə ehtimal olunan səviyyəsi ilə bağlı olan proqnozları analiz etsək, görəcəyik ki, müxtəlif mötəbər hesab oluna bilən qurumlar gələn il neftin qiymətinin 57-63 dollar, yəni 60 dollar ətrafında olacağını proqnozlaşdırırlar". Onun sözlərinə görə, əgər bu proqnozlar özünü doğrultsa, o zaman 2020-ci ilin büdcəsində neftin qiymətinə yanaşmada müəyyən dərəcədə realist yanaşıblar.

İqtisadçı millət vəkili hesab edir ki, büdcədə neftin qiymətini qiymətləndirərkən optimist varianta daha yaxın yanaşılıb: “Çünki dünyada iri dövlətlər arasında gedən ticarət müharibəsi 2020-ci ildə olmasa da, növbəti illərdə bir sıra kataklizmlərə gətirib çıxaracaq. Səbəb ondan ibarətdir ki, iqtisadi qanunlar çox sərtdir. Əgər kimsə iqtisadi qanunları pozursa, gec-tez o cəzalandırılır”.

Ə. Məsimli deyir ki, Azərbaycan da neft hasil edən ölkə olduğu üçün proseslər Azərbaycana da təsir göstərər: “Düzdür, Azərbaycanın büdcəsi elə qurulub ki, onun büdcə gəlirlərinin 47 faizi bilavasitə Neft Fondundan götürülür. Neftin qiyməti aşağı düşsə, bu, Dövlət Neft Fondundan götürülən vəsaitə elə də dəlalət etməyəcək”.

Millət vəkili deyir ki, neftin qiymətinin dünya bazarında 1 dollar dəyişməsi, aşağı-yuxarı multiplikativ effektlərlə Azərbaycan büdcəsinə təqribən manatla 40 milyon dolların ətrafında olan bir göstəricidə ola bilər: "Hesab edirəm ki, bu da gəlirləri 24 milyard manatdan çox, xərcləri 27 milyard manata çatan büdcə üçün o qədər də böyük göstərici deyil”.

Milli Məclisin deputatı Aydın Hüseynov isə “Report”a açıqlamasında bildirib ki, dövlət büdcəsinə neftdən gələn gəlirlərin cəlb edilməsi metologiya ilə hesablanır və yeni büdcə qaydalarında öz əksini tapıb.

Onun sözlərinə görə, bununla da neftdən gələn gəlirlərin xərclənməsi məlum olur: “Dövlət büdcəsində neftin qiymətinin 55 dollardan götürülməsi çox optimal həddir. Çünki Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, eləcə də digər reytinq müəyyənləşdirən və reytinq müəyyənləşdirməklə yanaşı, büdcə tərtibatı ilə məşğul olan, proqnoz verən institutların bəziləri neftin gələn il üçün proqnozlaşdırılan rəqəmi 57 dollar, bəziləri isə 59 dollar götürüb. Bu səbəbdən də gələn il üçün Azərbaycan dövlət büdcəsində götürülən bu rəqəm normal bir həddir”.

Deputat deyir ki, Azərbaycan artıq dünya iqtisadiyyatına inteqrasiya edib: “Dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatında da özünü mütləq göstərməlidir. Təbii ki, biz onu arzulamırıq, amma dünyada hər hansı kəskin şok prosesi yaşanarsa, bu da Azərbaycana öz təsirini göstərməlidir. Ancaq bununla belə, indiki şəkildə proqnozlaşdırılan qaydada neftin qiymətinin davam etməsi ölkə büdcəsi üçün məqbuldur”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pandemiya titrətməsi: Dünya iqtisadiyyatı daha nə qədər dözə bilər - TƏHLİL
Bu gün, 18:50
Bakıda 55 nəfərin sosial məsafə saxlamadan işlədiyi istixana aşkarlanıb - VİDEO
Bu gün, 18:48
“Yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət tam nəzarət altındadır” - deputat
Bu gün, 18:42
DTX idarə rəisinin həbsinin SƏBƏBLƏRİNİ AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 18:39
“Hazırda orduda koronavirusa yoluxma yoxdur” - Azərbaycan Prezidentinin köməkçisi
Bu gün, 18:38
Səhiyyə sistemində islahatlar NƏDƏN YUBANDI? - RƏSMİ CAVAB
Bu gün, 18:31
Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır - Nazirlik
Bu gün, 18:27
Azərbaycanda İnstaqram bağlana bilər... — Cinsi azlıqlar, narkotik və...
Bu gün, 18:26
"Oqtay Şirəliyev iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir" - Aparat rəhbəri
Bu gün, 18:19
“Metroda virusun geniş yayılması baş verə bilər” - Hikmət Hacıyev
Bu gün, 18:18
Çimərliklər niyə açılmadı? - Rəsmi İZAH
Bu gün, 18:17
"Tənqidləri oxuyuram və normal qəbul edirəm, yəqin karantinə görədir"
Bu gün, 18:16
AMEA-nın binasının üzərindəki hərflər niyə sökülüb? - FOTO
Bu gün, 18:14
“Karantin rejiminin daha 40 gün uzadılması ilə bağlı fikirlər şaiyə xarakteri daşıyır” - PA rəsmisi
Bu gün, 18:10
“Ramiz Mehdiyev dövlətçilikdən tamamilə bixəbər adamdır” – Mirmahmud Mirəlioğlu
Bu gün, 18:08
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Bu gün, 18:05
“Sədərək Ticarət Mərkəzinin icraçı direktorunun yoluxmadığını iddia etmək olmaz” - Referans Klinikadan cavab
Bu gün, 18:03
Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb
Bu gün, 18:00
Xaricə və bölgələrə gediş-gəlişin hansı şəraitdə mümkün olduğu AÇIQLANIB
Bu gün, 17:58
Sabiq icra başçısı və müavininin həbs müddəti uzadıldı - FOTO
Bu gün, 17:56
"Zakir Qaralovun qoydurduğu qanunsuz məhdudiyyət..." - Baş redaktor
Bu gün, 17:55
"Sağalan şəxs digərlərini yoluxdurmur" - Yaqut Qarayeva
Bu gün, 17:51
Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini xüsusi qiymətləndiriib
Bu gün, 17:47
Faiq Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib - 4 aylıq
Bu gün, 17:46
“Gediş-gəlişin bərpa olunması yoluxma sayını azalda bilər” - Baş infeksionist
Bu gün, 17:44
“Kürdəmir, Salyan və Neftçalada su anbarı tikmək lazımdır" - deputat
Bu gün, 17:41
"Xüsusi karantin rejimində müəyyən narazılıqların olması təbiidir" - Prezidentin köməkçisi
Bu gün, 17:40
"Səhnədə aparıcılıq edirsə, oxuya da bilərlər"
Bu gün, 17:38
"İctimai nəqliyyatdan istifadə edirəm" - Prezidentin köməkçisi
Bu gün, 17:35
Meksika və Moldovada səfirliklərimizin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var
Bu gün, 17:33
Virusa yoluxmuş 18 məhkum vaxtından əvvəl AZADLIĞA BURAXILIB
Bu gün, 17:32
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından biri koronavirusa yoluxub
Bu gün, 17:30
YouTube Aygün Kazımovanı da "tanıdı"
Bu gün, 17:25
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək - Bu gün
Bu gün, 17:24
Adı “MTN işi”ndə hallanan sabiq İcra başçısı Londonda şirkət açdı - Eldar Mahmudovun yaxın adamlarından olub
Bu gün, 17:22
"Azərbaycanda da yoluxanların sayında azalma olduqdan sonra həkimlərimiz digər ölkələrə gedə bilərlər" - Hikmət Hacıyev
Bu gün, 17:20
"Azyaşlı uşaqları olan insanlar üçün karantin rejimində qalmağın çətinlikləri var" - PA rəsmisi
Bu gün, 17:18
Ermənistan prezidenti qəfil Qarabağa gəldi - FOTO
Bu gün, 17:17
İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama
Bu gün, 17:16
Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib - TƏBİB
Bu gün, 17:15
Azərbaycanda biabırçı brend oğurluğu: - “Az Granata” "Tovuz"dan nə istəyir?
Bu gün, 17:13
Azərbaycanda aparılan koronavirus testlərinin sayı 550 mini keçib
Bu gün, 17:11
Azərbaycanda indiyədək 22 990 nəfərdə COVID-19 aşkarlanıb, 292 nəfər vəfat edib
Bu gün, 17:10
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 502 nəfər sağalıb, 8 nəfər vəfat edib
Bu gün, 17:08
"Əfsuzlar olsun ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında..." - DİN-dən CAVAB
Bu gün, 17:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
Bu gün, 17:03
DTX tərəfindən saxlanılan XİN-nin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov məhkəməyə gətirilib
Bu gün, 17:02
13 iyunda dollar neçəyə olacaq?
Bu gün, 17:01
"Həkimimin və mənim ünvanıma nələr yazıldı"
Bu gün, 17:00
Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu - FOTO
Bu gün, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru