Polislərimiz bu gün 11400 ağac əkdi .....                     Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar .....                     Nizami sakinləri də ağacəkmə kampaniyasına qoşulublar .....                     "65 yaşdan yuxarı olan deputatlar öz mənfəətini güdür" .....                     "Cinli Əhməd"in məhkəməsində gərginlik .....                     Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib .....                     Vaqif Əliyevin 385 milyon dollar pulu var .....                     Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR? .....                     Bu şəxslər deputat ola bilməyəcək .....                     Dilqəm Əsgərovun oğlu NARAZIDIR: .....                     "Vəziyyəti ağır olsa da, müalicəsi davam edir" .....                     "Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi .....                     Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... .....                     Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər .....                     Azərbaycanda rektor təyinatları: .....                     Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər .....                     Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı .....                     Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək .....                     Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir .....                     Bakıda hüquq müdafiəçisi döyülüb .....                     Bakıda 58 yaşlı kişi itkin düşdü .....                     Füzuli sakinləri də Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar .....                     İsmayıllıda 20 min 200 ağac əkilib .....                     Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, .....                     Habil Vəliyev azadlığa buraxılıb .....                     Bakıda taksi sürücüsü bıçaqla hədələnib .....                     YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Rusiyadan Türkiyə ilə yeni `S-400` müqaviləsi barədə açıqlama .....                     Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda .....                     "YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik" .....                     Alman polisinin saxladığı Əlövsət Əliyevdən .....                     Ucarda baş verən yeyinti araşdırılarsa... .....                     Məmurlar gəlir deklarasiyası verməlidirlər: .....                     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə .....                     Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir .....                     “O deputatlar çox çirkin işlərlə məşğul olublar” .....                     Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi .....                     “Sosial xarakterli layihələr daha da genişlənəcək” .....                     Qaxda 30 yaşlı qadın yoxa çıxıb .....                 

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Tarix: 16-11-2019, 11:28 | Çap et
ADAU-DA DEKANLIQ QALMAQALI
Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti və Zoomühəndislik" fakultəsi dekan seçkilərinə hazırlaşır. Seçkilərə qısa zaman qalsa da, fakultənin ayrı-ayrı kafedra və müəllimləri prosesin gedişatından narazıdır. Rektorluq tərəfindən "elan" edilən dekanlıq seçkisinə süni maneə və təzyiqlər var. Şəxsən rektor İbrahim Cəfərovun özünün istəyilə bu vacib seçkinin adi təyinata çevrilməsi cəhdləri müşahidə olunur.

"Demokratik.Az"-ın məlumatına görə, əvvəllər Gəncədə bir neçə Dairə Seçki komissiyasının sədri olmuş İbrahim Cəfərov universitetdə dekan seçkisində şəffaflığı və ədaləti təmin etmək əvəzinə, birokratik əngəllərlə fakultədə çalışan professor-müəllim heyəti arasında seçmək və seçilmək azadlığını buxovlayaraq boğur. Əslində bu "boğulma" ölkənin yeganə aqrar təhsil ocağında axsayan tədrisin, elmi fəhimsizliyin səbəbinin növbəti çılpaq nümunəsidir.

Namizədliyi əlindən alınmış dosent Zahir Ələsgərov

Rektor "öz adamı"nı asan yolla deyilən fakültəyə dekan "təyin etmək" üçün artıq tam hərəkətə keçib. O, dünən dekanlıq seçkisinə ən şanslı namizəd olan dosent (Mikrobiologiya və parazitologiya kafedrasının müdiri-red) Zahir Ələsgərovu yanına çağırıb, namizədliyini geri götürməyə məcbur edib. Kollektiv və tələbələr yanında kifayət qədər nüfuzu olan Zahir Ələsgərov da şansına küsərək rektorun şərtini icra etməyə aciz qalıb.

Ardından da,rektorun özünün təkidlə fakültə dekanlığına irəli sürdüyü namizədin kimliyi xeyli maraq və təəccüb oyadıb. Belə ki, rektor Universitetdə və fakültədə şəxsi keyfiyyətləri və nüfuzu mübahisələr doğuran bir professora - Famil Nəsibova dekanlıq yolunda öz "yaşıl işığını" yandırıb.

Bəs, rektorun özünün dekan etmək istədiyi əndirəbadi namizədi kimdir?

Hazırda bir həftə sonra baş tutacaq dekan seçkilərindən sevinmək əvəzinə, xeyli narahatlıq keçirən fakültədə əksər "seçici" Famil Nəsibovun namizədliyinin irəli sürüldüyündən narazıdır. İkrah doğuran və rektorluğun özbaşınalığını ehtiva edən ilk və ən diqqətçəkici hal isə professor Famil Nəsibovun seçkiyə alternativsiz atılmasıdır. Rektorluq bu adamı favorit edərək fakültəyə rəqabətsizlik bəxş edib. Təsəvvür edin ki, başqa hansısa namizədi "olmayan", və ya alternativ imkanlar tanımayan bir fakültə ya Famil Nəsibova səs verməli, ya da yeganə namizədi "seçməli" olacaq. Bu situasiya adi məntiqlə də rektorun birbaşa dekan təyinatından elə də fərqlənmir. Amma, dərd tək bu deyil.

"Demokratik.Az" xatırladır ki, dekanlığın bir addımlığındakı adıçəkilən professorun "dosye"si nöqsanlarla, töhmət və qüsurlarla, illərlə "daşıdığı" vəzifədə qeyri-səmimi davranışlarla xeyli zəngindir. Xatırlayırsınızsa, Famil Nəsibov adı 2016-cı ilin 8 avqustunda sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun təşkil etdiyi kollegiya iclasında yarıtmaz fəaliyyəti ucbatından işdən qovulmuş "alim" - korrupsioner və özbaşına bir direktor kimi yaddaqalan olub.

Həmin illərdə KTN-in "Heyvandarlıq Elmi-Tədiqiqat" İnstitunu ağlar günə qoymuş, dələduz qohum-əqrəbasını başına yığaraq korrupsiya burulğanı yaratmış, nazirinin etimadına xəyanət edərək daşıdığı məsul vəzifədən sui-istifadə etmiş birinin indi aqrar təhsil ocağında dekanlığa əvəzedilməz aday kimi irəli çəkilməsi sizcə nə deməkdir? Sosial şəbəkədə abiturientlərə "Gəlin ADAU-ya - baytar olun!"- deyə çağırış edən rektor bu cür zərərli iş üslublu alimi dekan "təyin" edərək gələcəkdə baytar mütəxəssislər hazırlamağı biz bilmədiyimiz hansı məntiqlərlə hədəfləyir ki? Axı, ötən tədris ilinin sonunda Famil Nəsibovun həm də qeyri-etik hərəkətləri ucbatından kafedranın iki xanım əməkdaşı işindən olub və bunu İbrahim Cəfərovun gözləri önündə ediblər!

Nə nümunəvi əxlaqı, nə elmi və idarəçilik üstünlükləri olmayan bir şəxs üçün belə canfəşanlıq yersizdir!

Əslində, ADAU rektoru bunca mənfi reputasiyaya sahib olan alimə həmişə kömək əli uzadıb. Rektor sabiq nazirin iradəsinin əksinə, korrupsiya və digər cinayət əməllərində məsuliyyətə cəlb edilən Famil Nəsibovu "Yoluxmayan xəstəliklər" kafedrasında müəllim saxlayaraq, qısa zaman sonra həmin kafedranın bölgüsündən törəyən ayrıca kafedraya müdir təyin etdirib ki, bununla da rektor ADAU-da "mütəxəssis hazırlığının qayğısını çəkib" deyə bilmirik. İndi isə F.Nəsibovu dekanlıqla taclandırmaq istəyi rektor İbrahim Cəfərovda hansı maraqlardan qaynaqlanır, deyə bilmərik.

Onu da bildirək ki, rektorun irəli sürdüyü dekan namizəd barədə qısa jurnalist təhqiqatı da apardıq və onu da əldə etdik ki, Famil Nəsibovun bir sıra elmi məqalələri və elmi-tədqiqat materialları fantaziyadan və quruca yalanlı söz yığınından ibarətdir. Belə ki, onun özünün və bir neçə rus soyadlı (əsasən, S.V.Fedotov və A.V.Pankratova - O.N) həmmüəlliflərin müxtəlif illərdə dərc etdirdikləri elmi məqalə və dərslikdə göstərilir ki, guya F. Nəsibov və qeyriləri 2009-2012-ci illərdə Rusiyanın Voloqda vilayətində ümumilikdə 22380 iribuynuzlu heyvan (inək) üzərində təcrübələr aparıblar. Guya heyvanlarda reproduktiv funksiya pozğunluqlarını, ətlik və südlük mal-qarada ginekoloji, daxili orqanların analiz təhlillərini müəyyənləşdiriblər. Belə bir təhlillərin F.Nəsibov tərəfindən aparılmaması, heç o tədqiqat işlərində iştirak etməməsi alimin həmin illərdə Azərbaycandan Rusiyaya səfər edib-etməməsi ilə tam müəyyənləşdirilə bilər. Bundan başqa, təhlillərdə 22 mindən artıq inəyin tədqiqat subyekt kimi qeyd edilməsi özü də bu təhlilin yalan olduğunu üzə çıxarır.

Famil Nəsibovun guya o yazdıqlarını özünün ayrıca etməsi üçün Voloqdada gedib orada ən azı 2-3 il qalması, hər gün isə azı 30-40 inəyi analiz etməsi vacibdir. Bu isəo illərdə Voloqdada olmayan, orada o illərdə yaşamayan alim üçün həm nəzəri, həm də fiziki imkanlar xaricində olan uydurmadır. (İstinad sənəd: (Jivotnovodstvo) Vestnik, Altayskoqo Qosudarstvennoqo Aqrarnoqo Universiteta N10(108) 2013 )

***

Onsuz da zaman-zaman eşidirik ki, universitetlərdə rektorun istəyi kimədirsə, o da dekan seçilə və ya kafedra müdiri ola bilir. Formallıqda normal seçkiyə dayanan proses isə ifşadan heç də sığortalanmayıb. Məncə, yuxarıdakı yazılanlar - ADAU-da qeyri-şəffaf "dekanlıq seçimləri"nin ifşası ola, qarşısı alınmaqla növbəti dekanlıq və digər seçkili vəzifələrin formalaşmasına stimullaşdırıcı amil ola bilər...

Ümidvaram ki, ölkə başçısının yüksək etimad və inamına sığınaraq nazir adı daşıyan cənab İnam Kərimov və ölkənin təhsil nazirliyi ADAU-ya diqqət ayıracaq, hazırda rektorun diqtəsilə universitetin "Baytarlıq təbabəti və Zoomühəndislik" fakultəsinə kimin dekan "təyin" ediləcəyini aydınlaşdıraraq biabırçılığı durduracaqlar. Bunun üçün isə KT naziri sələfi Heydər Əsədovun imzaladığı 08.08.2016-cı il tarixli kollegiya qərarında yarıtmaz sabiq direktor Famil Nəsibov barədə yazılan sətirləri oxumaq, nəticə hissəsi ilə tanış olmaq kifayətdir.

ADAU-da şəffaf və ədalətli seçkilər yolu ilə dekan adını ləyaqətlə daşıya biləcək alimləri görmək ümidilə nazir İnam Kərimova özəl sayğılarımla...
Demokratik.Az-dan: Sözügedən dekanlıq seçkisi barədə universitetin koridorlarında danışılır ki, fakultənin seçki marafonuna namizədliyin qeydə alınması ötən ayın 28-də yekunlaşıb. Həmin müddətə isə yalnız Zahir Ələsgərovun namizədliyi tanınıb. Seçkiyə bir həftə qalmış birdən-birə Famil Nəsibovun ortaya atılması, bəlkə də adının köhnə tarixə namizəd olaraq "qeyd" edilməsi, şanslı namizədə rektor tərəfindən açıq təzyiq edilməsi seçkinin qeyri-şəffaf mühitə dayandığına işarə edir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vasif niyə kimsəsiz qadını qınayır?" - Rəqsanə tənqid etdi
Bu gün, 16:46
Polislərimiz bu gün 11400 ağac əkdi
Bu gün, 16:42
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar - FOTO
Bu gün, 16:40
Nizami sakinləri də ağacəkmə kampaniyasına qoşulublar
Bu gün, 16:38
"65 yaşdan yuxarı olan deputatlar öz mənfəətini güdür" - VİDEO
Bu gün, 16:17
"Cinli Əhməd"in məhkəməsində gərginlik - ölüm işi
Bu gün, 16:11
Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib
Bu gün, 16:03
Vaqif Əliyevin 385 milyon dollar pulu var
Bu gün, 16:02
Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR? - QALMAQAL
Bu gün, 15:59
Bu şəxslər deputat ola bilməyəcək
Bu gün, 15:54
Dilqəm Əsgərovun oğlu NARAZIDIR: - “Atamgil həkim nəzarətində saxlanılır”
Bu gün, 15:45
"Vəziyyəti ağır olsa da, müalicəsi davam edir" - Yevda Abramovun SON DURUMU
Bu gün, 15:43
"Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum" - Elza Seyidcahan
Bu gün, 15:40
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi
Bu gün, 15:34
"Kişilər qadın paltarları geyinərkən çox aşağı səviyyəli insanları göstərirlər"
Bu gün, 15:29
Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM
Bu gün, 15:25
Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər
Bu gün, 15:23
Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?
Bu gün, 15:20
Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL
Bu gün, 15:16
Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı - “Əməllərinin cəzasını çəkir”
Bu gün, 15:10
Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək
Bu gün, 15:07
"Mən erməniyə "super" yazmaram" - Faiq Ağayev
Bu gün, 15:06
Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?
Bu gün, 15:05
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir - FOTO
Bu gün, 14:59
Bakıda hüquq müdafiəçisi döyülüb - KAFEDƏ
Bu gün, 14:55
Bakıda 58 yaşlı kişi itkin düşdü
Bu gün, 14:54
Füzuli sakinləri də Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar
Bu gün, 14:52
İsmayıllıda 20 min 200 ağac əkilib
Bu gün, 14:50
"Həyatımda ilk dəfədir ki, ağac əkirəm"
Bu gün, 14:49
Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
Bu gün, 14:45
Habil Vəliyev azadlığa buraxılıb
Bu gün, 14:44
Bakıda taksi sürücüsü bıçaqla hədələnib
Bu gün, 13:08
YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO
Bu gün, 13:05
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 13:02
Speys TV “tam məxfi” sənədləri yaydı - VİDEO
Bu gün, 13:00
Rusiyadan Türkiyə ilə yeni `S-400` müqaviləsi barədə açıqlama
Bu gün, 12:55
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Bu gün, 12:46
"YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik" - Bahar Muradova
Bu gün, 12:44
"Mənə televiziyada bayağı hesab edilən bir proqramın adını çəkin"
Bu gün, 12:41
Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR
Bu gün, 12:39
Ucarda baş verən yeyinti araşdırılarsa... - İDDİA
Bu gün, 12:34
Məmurlar gəlir deklarasiyası verməlidirlər: - "Əyinlərindəki kostyumdan tutmuş..."
Bu gün, 12:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
Bu gün, 12:29
Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir
Bu gün, 12:28
“O deputatlar çox çirkin işlərlə məşğul olublar” – Musa Musayevdən sensasion açıqlamalar
Bu gün, 12:22
"Ofisianta 10 manat belə vermədi ki..."
Bu gün, 12:20
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bu gün, 12:16
“Sosial xarakterli layihələr daha da genişlənəcək” - Əli Əhmədov
Bu gün, 12:14
Qaxda 30 yaşlı qadın yoxa çıxıb
Bu gün, 12:04
İnvestisiya şirkətində daha bir təyinat - FOTO
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru