"Azərbaycanda su ehtiyatları məhduddur" .....                     İstirahət günlərinin hava proqnozu açıqlanıb .....                     Polislərimiz bu gün 11400 ağac əkdi .....                     Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar .....                     Nizami sakinləri də ağacəkmə kampaniyasına qoşulublar .....                     "65 yaşdan yuxarı olan deputatlar öz mənfəətini güdür" .....                     "Cinli Əhməd"in məhkəməsində gərginlik .....                     Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib .....                     Vaqif Əliyevin 385 milyon dollar pulu var .....                     Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR? .....                     Bu şəxslər deputat ola bilməyəcək .....                     Dilqəm Əsgərovun oğlu NARAZIDIR: .....                     "Vəziyyəti ağır olsa da, müalicəsi davam edir" .....                     "Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi .....                     Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... .....                     Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər .....                     Azərbaycanda rektor təyinatları: .....                     Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər .....                     Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı .....                     Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək .....                     Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir .....                     Bakıda hüquq müdafiəçisi döyülüb .....                     Bakıda 58 yaşlı kişi itkin düşdü .....                     Füzuli sakinləri də Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar .....                     İsmayıllıda 20 min 200 ağac əkilib .....                     Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, .....                     Habil Vəliyev azadlığa buraxılıb .....                     Bakıda taksi sürücüsü bıçaqla hədələnib .....                     YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Rusiyadan Türkiyə ilə yeni `S-400` müqaviləsi barədə açıqlama .....                     Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda .....                     "YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik" .....                     Alman polisinin saxladığı Əlövsət Əliyevdən .....                     Ucarda baş verən yeyinti araşdırılarsa... .....                     Məmurlar gəlir deklarasiyası verməlidirlər: .....                     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə .....                     Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir .....                     “O deputatlar çox çirkin işlərlə məşğul olublar” .....                     Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi .....                 

Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC
Tarix: 16-11-2019, 11:17 | Çap et
Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də...
Son 5 ildə dünyada sərvətinin həcmi 1 milyard dollara çatan şəxslərin sayı 589 nəfər artıb.

UBS Billionaire Insights (UBS) apardığı araşdırma nəticəsinə əsasən bildirib ki, ötən il bir çox varlı şəxslərin bank hesablarına ciddi zərbə dəyməsinə baxmayaraq, onların sayı durmadan artır.

“UBS Billionaire Insights 2019” illik hesabatına görə, hazırda dünyada 2101 milyarder var. Bu, beş il əvvəllə müqayisədə 589 nəfər və ya 38.9 faiz artım deməkdir.

Hesabat 2013-2018 illəri əhatə edir. Qeyd edilən beş il ərzində milyarderlərin məcmu sərvəti 34.5 faiz artaraq 8.5 trilyon dollara çatıb.

Məlumdur ki, dünyadakı varlılar siyahısında azərbaycanlı milyarderlərin də adı var. Cebhe.info azərbaycanlı milyarderlərin bu pilləyə çatanadək keçdikləri həyat yolunu araşdırıb.

Araz Ağalarov

1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1977-1982-ci illərdə indiki Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.Daha sonra Moskvaya gedərək aspirantura təhsili alıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub. 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə “Comtech” adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Bir neçə il sonra bu sərgi dünyada 3-cü yeri tutub. Onun sərgisi Rusiyada beynəlxalq sərgilər üzrə yeganə böyük operatora çevrilib. Ağalarov tədricən fərqli yerlərdə mağazalar açıb. Bunlardan biri 1991-ci ildə açdığı ayaqqabı mağazasıdır. 1992-ci ildə isə Rusiyada ilk hipermarket tikdirib. Bildirək ki, bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. Ağalarov müsahibələrinin birində bildirib ki, o zaman Amerikaya tez-tez səfər etdib və səfərləri zamanı oradakı böyük alış-veriş mərkəzləri diqqətini çəkib. Bundan sonra o, bütün mağazalarını bir araya toplayaraq Moskvada ticarət mərkəzi açmağı qərarlaşdırıb. Nəticədə isə 2000-ci ildə “Crocus City” şəhərciyini yaradıb. Bu, son onilliyin ən maraqlı layihəsi hesab edilir. Araz Ağalarov 2012-ci ildə “Forbes” jurnalının Rusiyanın “daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə ikinci yerə çıxıb.

Mübariz Mənsimov

1968-ci il martın 22-i Bakıda doğulub, Mənsimovlar ailəsi isə əslən Masallının Miyanku kəndindəndir. Mübariz Mənsimov 9 uşaqlı aztəminatlı bir ailədə böyüyüb. Bakıda C.Naxçıvanski adına hərbi məktəbə daxil olub, bundan sonra isə Rostov İqtisadiyyat Universitetində ali təhsil alıb. Sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışıb.1985-ci ildə Şərqi Almaniyaya göndərilib. 1989-cu ildə erməni generalla mübahisə etdiyinə görə əsgərlik həyatı sona çatıb. Mənsimov mətbuata açıqlamasında vurğulayıb ki, şirkətində hətta üçüncü nəsil erməninin çalışdığını bilsə, onu dərhal qovar. Əsgərlikdən gəldikdən sonra aşpazlıqla məşğul olub, daha sonra isə 3 dostu ilə 150 tonluq balıqçı gəmisi kirayə götürüb. Lakin təbii ki, milyarder olmasındakı əsas faktor bu olmayıb. Həmin dövrdə Rüsiyadakı özəlləşdirmədən istifadə edən Mənsimov satışa çıxarılan gəmilərdən alır. Lakin bu gəmilərin çox da ürəkaçan vəziyyətdə olduğunu demək çətindir. Mübariz Mənsimov heç kimin almaq istəmədiyi gəmiləri alır. Rusiyadan gəmi alaraq onu İstanbula gətirib. 1994-cü ildə “Agent-34” gəmi agentliyini alıb. 1998-ci ildə isə “Palmali” Şirkətlər qrupunu yaradıb. Bir müddət sonra Mənsimov öz donanmasını yaradıb və bu donanmaya görə ilk 5 şirkətdən biri olub. 2008-ci ildə “Palmali” gəmiləri ilə 110 milyon ton neft daşınıb. "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti hazırda 1,5 milyard dollaradək varidata malikdir. “Palmali” şirkətlər qrupu özündə 48 şirkəti birləşdirir. Hazırda Mənsimov həm “Palmali” şirkətlərin qrupunun, həm də “Xəzər-Lənkəran” futbol klubunun sahibi olub. Onun maliyyə məsələləri ilə bağlı problemlərinin olduğu bildirilsə də, özü bu xəbərləri təkzib edib.

Fərhad Əhmədov

15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub. Atası Teymur Əhmədov uzun müddət yüksək vəzifədə çalışıb. Lakin karyerasının zirvəsində olarkən iqtisadi cinayət ittihamı ilə həbs edilib. Məhkəmə onun güllələnməsinə qərar verib və təəssüf ki, hökm icra edilib. Atasının ölümündən sonra Fərhad məktəbi atıb və Moskvaya üz tutub. Burada qaynaqçı-montajçı ixtisasını bitirib. 1975-77-ci illərdə hərbi xidmətdə olub. Daha sonra Skryabin adına Baytarlıq Akademiyasında əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alıb. Sonda isə Ali İqtisadiyyat Məktəbini bitirib. Akademiya dövründə müxtəlif şirkətlərlə əlaqə qurub. 1986-cı ildə Londona səfər edir və xəz alveri ilə məşğul olub. 1987-ci ildə neft-qaz sahəsində işə başlayıb. 1989-cu ildə Beynəlxalq Neft Konsorsiumunun yaradımasında iştirak edib. 1993-cü ildə “Nortqaz” şirkətinin üzvü olub. 2004-cü ildə isə bu şirkətin prezidenti vəzifəsindən istefa verib. Rusiya parlamentinin milyarder deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə dayanıb.

Telman İsmayılov

1956-cı il oktyabrın 26-ı Göyçay rayonunda anadan olub. O, ilk olaraq “Narxoz” kimi tanınan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb, daha sonra isə təhsilini Moskvada Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda davam etdirib. Bunun ardınca Ticarət Nazirliyində kiçik inspektor vəzifəsində çalışıb. Bir qədər sonra isə “Vostokintorq”un aparıcı ekspert titulunu qazanıb. Moskvadakı qanlı 1993-cü il hadisələri Telman İsmayılov üçün əsl dönüş nöqtəsinə çevrilib. Belə ki, Yuri Lujkov o vaxt Rusiya Baş Ordu Qərargahını “suiqəsdçilərlə əlaqə” ittihamı ilə cəzalandırmaq istəyərkən fikrini dəyişib sovet ordusunun bütün mal-mülkünü, restoranlarını, hərbi dükanlarını Telman İsmayılova verib. Həmin dövrdə məşhur “Praqa” restoranı da Telman İsmayılovun ixtiyarına keçib. Bununla yanaşı, çox sayda dükanlar da onun ixtiyarında olub. Əldə etdiyi gəlir nəticəsində Telman İsmayılov “Çerkizov bazarı”nı açaraq Bakının valyuta bazarına nəzarəti əlinə alıb. 2009-cu ildə Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beşulduzlu "Mardan Palace" adlı hotel inşa olunub. Hotelin tikintisi 1,4 milyard dollara başa gəlib. Sərvətinin 3 milyard dollar olduğu təxmin edilsə də, müflis elan olunub və Rusiyadan qaçıb





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda su ehtiyatları məhduddur" - Qorxmaz Hüseynov
Bu gün, 16:52
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Bu gün, 16:50
"Vasif niyə kimsəsiz qadını qınayır?" - Rəqsanə tənqid etdi
Bu gün, 16:46
Polislərimiz bu gün 11400 ağac əkdi
Bu gün, 16:42
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar - FOTO
Bu gün, 16:40
Nizami sakinləri də ağacəkmə kampaniyasına qoşulublar
Bu gün, 16:38
"65 yaşdan yuxarı olan deputatlar öz mənfəətini güdür" - VİDEO
Bu gün, 16:17
"Cinli Əhməd"in məhkəməsində gərginlik - ölüm işi
Bu gün, 16:11
Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib
Bu gün, 16:03
Vaqif Əliyevin 385 milyon dollar pulu var
Bu gün, 16:02
Vasif Talıbovun sərəncamı QANUNA ZİDDİR? - QALMAQAL
Bu gün, 15:59
Bu şəxslər deputat ola bilməyəcək
Bu gün, 15:54
Dilqəm Əsgərovun oğlu NARAZIDIR: - “Atamgil həkim nəzarətində saxlanılır”
Bu gün, 15:45
"Vəziyyəti ağır olsa da, müalicəsi davam edir" - Yevda Abramovun SON DURUMU
Bu gün, 15:43
"Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum" - Elza Seyidcahan
Bu gün, 15:40
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirdi
Bu gün, 15:34
"Kişilər qadın paltarları geyinərkən çox aşağı səviyyəli insanları göstərirlər"
Bu gün, 15:29
Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM
Bu gün, 15:25
Tərtərlilər 650 min ağac əkilməsi aksiyasında yüksək fəallıq göstəriblər
Bu gün, 15:23
Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?
Bu gün, 15:20
Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL
Bu gün, 15:16
Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı - “Əməllərinin cəzasını çəkir”
Bu gün, 15:10
Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək
Bu gün, 15:07
"Mən erməniyə "super" yazmaram" - Faiq Ağayev
Bu gün, 15:06
Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?
Bu gün, 15:05
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir - FOTO
Bu gün, 14:59
Bakıda hüquq müdafiəçisi döyülüb - KAFEDƏ
Bu gün, 14:55
Bakıda 58 yaşlı kişi itkin düşdü
Bu gün, 14:54
Füzuli sakinləri də Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar
Bu gün, 14:52
İsmayıllıda 20 min 200 ağac əkilib
Bu gün, 14:50
"Həyatımda ilk dəfədir ki, ağac əkirəm"
Bu gün, 14:49
Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
Bu gün, 14:45
Habil Vəliyev azadlığa buraxılıb
Bu gün, 14:44
Bakıda taksi sürücüsü bıçaqla hədələnib
Bu gün, 13:08
YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO
Bu gün, 13:05
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 13:02
Speys TV “tam məxfi” sənədləri yaydı - VİDEO
Bu gün, 13:00
Rusiyadan Türkiyə ilə yeni `S-400` müqaviləsi barədə açıqlama
Bu gün, 12:55
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Bu gün, 12:46
"YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik" - Bahar Muradova
Bu gün, 12:44
"Mənə televiziyada bayağı hesab edilən bir proqramın adını çəkin"
Bu gün, 12:41
Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR
Bu gün, 12:39
Ucarda baş verən yeyinti araşdırılarsa... - İDDİA
Bu gün, 12:34
Məmurlar gəlir deklarasiyası verməlidirlər: - "Əyinlərindəki kostyumdan tutmuş..."
Bu gün, 12:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
Bu gün, 12:29
Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir
Bu gün, 12:28
“O deputatlar çox çirkin işlərlə məşğul olublar” – Musa Musayevdən sensasion açıqlamalar
Bu gün, 12:22
"Ofisianta 10 manat belə vermədi ki..."
Bu gün, 12:20
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bu gün, 12:16
“Sosial xarakterli layihələr daha da genişlənəcək” - Əli Əhmədov
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru