“Surət Hüseynovun dedikləri mənasız, qeyri-ciddidir” .....                     “Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə hazırda baxılmır” .....                     İnsanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq .....                     "Bizdə bu proqram Gürcüstana nisbətən dəfələrlə genişdir" .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb .....                     “Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub” .....                     “Əli İnsanov təqib olunmasında Ramiz Mehdiyevi günahlandırırdı” .....                     Saatlıda yaranmış su problemi yaxın günlərdə tam şəkildə həll olunacaq .....                     Azərbaycanda daha bir tibb işçisi COVID-19-dan vəfat edib .....                     Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı .....                     "Biz risk edərək rayonlara gediş-gəlişi bərpa edə bilmərik" .....                     “Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, bunun üzərində iş gedir" .....                     Prezident Şahin Mustafayevi bu vəzifədən .....                     "Ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır" .....                     “Elmar Məmmədyarovun işdən çıxarılması...” .....                     4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır .....                     “Gələcəkdə neft bazarını kəskin dalğalanma gözləyir” .....                     Prezidentin köməkçisi rayonlararası hərəkətin nə vaxt açılacağına .....                     “Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər” .....                     Tibb içşçiləri arasında da yoluxmalar var .....                     "5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir" .....                     İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? .....                     Evdə müalicə alan COVID-19 xəstələrinə dərmanların paylanılmasına başlanılıb .....                     Karantin olan digər rayonlara da 190 manat verilməsi şamil olunacaq .....                     "Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar" .....                     Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək .....                     Bakıda xəstəxanaların 80-90%-i dolub .....                     icaze.e-gov.az portalında 5 iyula qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq .....                     Koronavirusa daha çox 50-59 yaşlı şəxslər yoluxur .....                     TƏBİB xaricdən bir sıra məşhur həkimlər .....                     Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır .....                     Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb .....                     "Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib" .....                     Reanimasiyada olan və süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin sayı açıqlanıb .....                     “TƏBİB-lə Səhiyyə Nazirliyi birgə fəaliyyət göstərir” .....                     Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… .....                     Azərbaycanda aparılan koronavirus testlərinin sayı .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 19 267-yə çatıb, 10 820 nəfər sağalıb, 235 nəfər vəfat edib .....                     Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, .....                     “Əlindəki bellə Ömərin başına vurmağa başlayıb, anası onu xilas edə bilməyib” .....                 

Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Tarix: 16-11-2019, 10:45 | Çap et
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür
Almaniyada mühacir alveri ilə məşğul olan dəstənin ifşa edilməsi, saxta sənəd hazırlamaqda şübhəli bilinənlərin saxlanılması işi getdikcə böyüyür. Alman polisinin həyata keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında Müsavat Partiyasının bəzi üzvlərinin də olması xəbəri hadisələrə yeni rəng, çalar verməkdədir.

Doğrudur, Müsavatın Almaniyadakı Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsən özünün saxlanılması xəbərini sosial media hesabında video açıqlamasında təkzib edib, həbslərin partiya ilə əlaqəsi olmadığını bildirib.

Lakin Müsavat AKM-in sədr müavini Mehdi Xəlilbəyli, sıravi üzv Abdin Cavadovun istintaqa cəlb olunması xəbərləri təkzib olunmayıb.

Eyni zamanda Müsavat Partiyasının verdiyi arayışlar əsasında sığınacaq istəmiş bir çox azərbaycanlıya imtina cavabı verildiyi, deportasiya olunduqları xəbər verilir.

Habelə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və digərlərinin - Elşən Abdullayev, Rəşad Məmmədo və Elçin Əkbərovun barəsində hansı rəsmi ittihamlar irəli sürüldüyü açıqlanmır. Son xəbərə görə, onlar sərbəst buraxılmayıblar.

Deportasiya edilən 140 nəfər Bakıda - Adlar

Bu arada isə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb. Bu məlumatı Həbib Müntəzir “facebook” hesabında qeyd edib. Onun məlumatına görə, deportasiya olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Bundan əlavə, Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deportasiya edilib.

Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər geri qaytarılıb. Həmin 61 nəfərdən 22-si kişi, 18-i qadın, 21-i uşaqdır.

XİN: “Özlərini ”siyasi mühacir" kimi qələmə verən..."

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a bildirdi ki, Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var: “Təəssüf edirik ki, özlərini ”siyasi mühacir" kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar.

Azərbaycan və Almaniya hüquq mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər".

Arif Hacılı jurnalistlərə niyə danışmır?

Müsavat başqanı Arif Hacılı isə ona ünvanlanan ittihamlarla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.

Əməkdaşımız Sevinc Telmanqızı A.Hacılını musavat.com-un canlı yayımına dəvət edib, partiya sədri isə ona mesajında gələ bilməyəcəyini söyləyib.

REAL TV-nin əməkdaşı Mahir Məmmədli isə Müsavat Partiyasının qərargahına gedib və başqan Arif Hacılıdan müsahibə almağa cəhd edib.

Müsavat başqanı istefa çağırıldı

Partiyanın bir neçə tanınmış üzvü başqan Arif Hacılın məsuliyyət daşıdığını bildirir və onu istefa verməyə çağırırlar. Onların sırasında Müsavatın Divan üzvü Alya Yaqublu, son qurultayda başqanlığa namizəd Yadigar Sadıqlı da var. ABŞ-da yaşayan tanınmış müsavatçı fəal Arif Yunus da bu çağırışlara qoşularaq Arif Hacılını istefa verməyə çağırıb: “Gəlin, hər şeyi öz adi ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu. Alman federal polisi tərəfindən açilmiş cinayət işində adı hallanan Avropada bu partiyanın AKM adı altında yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdır. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq üçün onun rəhbəri istefa verir.

Məhz buna görə hörmətli Arif bəy, istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm".

Arif Hacılı isə A.Yunusa cavabında qeyd edib ki, birbaşa Müsavat Partiyasına qarşı ittihamlar yoxdur: “Almaniya polisinin hansı sənədində Müsavat, AKM sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?”

Siyavuş Novruzov: “Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar”

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a qeyd etdi ki, bu şəbəkə haqda zaman-zaman fikirlərini açıqlayıblar. “Ümumiyyətlə mütəmadi olaraq deyirdik ki, bu adamların Azərbaycanda ictimai-siyasi fəaliyyəti yoxdur, onlara qarşı hər hansı ayrı-seçkilik olmayıb. O adamlar məsuliyyətə cəlb olunur ki, qanunu pozurlar. Bəziləri gah erməni adı altında sığınacaq alır, bəziləri iddia edirlər ki, guya Azərbaycanda siyasi baxışlarına və ya tənqidi yazılarına əsasən sıxışdırılıblar. Sadəcə, bu məsələ biznesə çevrilib.

Əli Kərimli və ətrafında olanların saxta arayışlar satdığını əvvəldən demişdik. Bu işdən bəzi səfirliklərin əməkdaşları ilə əlaqəyə də giriblər. Bütün bunlar sübut olundu ki, Avropaya göndərilən həmin insanların heç biri Azərbaycanda tanınmır, yəni siyasi fəaliyyətləri olmayıb",-deyə YAP-çı deputat vurğuladı.

S.Novruzovun sözlərinə görə, bu şəxslər nə siyasətçi, nə jurnalistdirlər: “Sıxışdırılan olsaydı, elə Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı sıxışdırılardı. Ora gedən həmin adamlar qarayaxma kampaniyası aparır, erməni lobbisinin təsirində olanlar Azərbaycana söyüşlər yağdırırlar. Müəyyən təşkilatlar onları təsir altına salır. Bu da millətin adına ləkədir. Onlar indiyə qədər bir dəfə Avropada erməni səfirliyi qabağında piket keçirməyiblər.

Arif Hacılı açıqlama verib ki, deportasiya edilənlərin ailəsi, uşağı var. Bəs dövləti, vətəni zərbə altında qoymaq olar, ancaq deportasiya ediləndə əziyyət olur?

Bu adamlar dövlət rəhbərliyini, deputatları, müxtəlif sahələrdə fəaliyyət göstərən insanları təhqirlər edirlər, ailələrini söyürlər. Ona görə də qanunvericiliyə uyğun olaraq tədbir görülməlidir.

Bütün işlərin üstü açılacaq, kimlərə saxta arayışlar verildiyi məlum olacaq. Eləsi var ki, toyuq oğrusudur, həbs edilib, onu siyasi məhbus ediblər. Bu bizneslə Əli Kərimli və Arif Hacılı, onların ətrafındakılar məşğul olublar".

İqbal Ağazadə: “Əgər partiya rəhbərliyi həmin işlərə qarışıbsa...”

Ümid Partiyasının sədri İqbal Ağazadə qəzetimizə dedi ki, həbslər barədə səhih bilgilərə malik deyil. Onun sözlərinə görə, mətbuatdan oxuduqları qədər məlumatlıdır: “İndidən şərh vermək istəmirəm. Sabah cinayət maddəsində başqa ittiham göstərilə bilər. Odur ki, gözləmək lazımdır. Kim cinayət törədibsə fərdi məsuliyyətini daşıyır. Bu, Ümid üzvü də, müsavatçı da ola bilər. Əgər partiya rəhbərliyi həmin işlərə qarışıbsa, partiyanın siyasəti bu istiqamətdədirsə, onda münasibət bildirərəm”.

Sərdar Cəlaloğlu: “Kimsə Müsavat vəsiqəsini hansısa yolla alıbsa...”

ADP sədri Sərdar Cəlaloğlu isə Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına görə vətəndaşın mühacirət haqqı olduğunu xatırlatdı. Partiya sədri hesab edir ki, kimsə vətəndaşın mühacirət etməsinə qarışa və ya cəzalandıra bilməz: “İslam dini də buyurur ki, əgər vətənində yaşaya bilmirsinizsə, mühacirət edin.

Ona görə həm hüququ, həm dini əldə rəhbər tutaraq deyə bilərəm ki, mühacirət edən şəxsin qaytarılması, cəzalandırılması insan haqlarının pozulmasıdır.

İkincisi, siyasi partiyalara yaradılan şəraitə görə üzvləri təqib olunur, bəzi adamlar qorxudan ölkəni tərk edirlər. Əgər kimlərsə alverlə məşğuldursa, onda deportasiya edilə bilər. Bu zaman mühacirət etdiyinə yox, saxtakarlığına görə deportasiya olunacaq".

S.Cəlaloğlu qeyd etdi ki, Müsavat Partiyasının üzvü olanlar Almaniyadan qaytarıla bilməz: “Müsavat adından üzvü olmayan şəxslər Bakıya qaytarıla bilər”.

ADP-dən kimsənin son hadisələrə görə saxlanmadığını deyən S.Cəlaloğlu söylədi ki, vaxtilə özü mühacirətə gedən partiya üzvünün məhkəməsində iştirak edib:

“Burada anormal heç nə yoxdur. Mən məhkəmədə çıxış eləmişəm, partiya üzvünün təqiblə üzləşdiyini demişəm, ona kömək etmişəm. Amma birdən son illərdə gedən yoxdur. Səfirlikdən də partiyaya məktub gəlirsə arayış göndəririk. Elə olub ki, həmin şəxsi tanımamışıq, partiya üzvümüz olmayıb. Amma bizə saxta arayış və s. belə ittiham olmayıb”.

ADP sədrinin fikrincə, Almaniyada istintaq kimlərinsə bu işi alverə çevirdiyini sübut eləsə, qanuna müvafiq addım atlacaq: “Bunu partiya adına yazmaq doğru deyil. Müsavatçının ölkədən getməsində günah yoxdur. Kimsə yalandan Müsavat vəsiqəsini hansısa yolla alıbsa, Avropaya gedibsə, bu, artıq cinayətdir”.

Deputat: “Milli Şura, AXCP də ”miqrant alveri" ilə məşğuldur"

“Müsavat Partiyasının Almaniyada ”miqrant alveri" ilə məşğul olmaqda ittiham edilən bir neçə üzvünün həbs olunması Azərbaycan adına bir ləkədir.

Bunu “Trend”ə deputat Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ilk növbədə, bəzi azərbaycanlıların orada belə bir qanunsuz işlə məşğul olmaları çox utancvericidir: “Azərbaycan iqtidarı, Yeni Azərbaycan Partiyası, Azərbaycan ziyalıları həmişə çalışır ki, Azərbaycan xalqının, dövlətinin beynəlxalq aləmdə nüfuzunu qaldıran işlər görsünlər, xalqı daha mədəni, daha sivil, demokratik, hüquqa hörmət edən bir millət kimi təqdim etsinlər.

Lakin radikal müxalifətdən olan bəzi azərbaycanlıların Avropada qeyri-qanuni əməllərlə məşğul olması əlbəttə bizim bütövlükdə xalqımız haqqında mənfi fikirlər yaradır. Şübhəsiz ki, bu cür hərəkətlər ictimaiyyət tərəfindən pislənməlidir.

Öncədən də biz deyirdik ki, belə faktlar var. Tək Almaniyada deyil, digər Avropa ölkələrində də belə qeyri-qanuni fəaliyyətlə məşğul olan müxalifətçilər var.

Ciddi siyasətçilər belə işlərlə məşğul olmaz. Bu, sadəcə alverdir. Bunlar bütövlükdə Azərbaycan millətinin və dövlətinin tarixinə ləkə ola biləcək addımlardır".

Deputatın sözlərinə görə, bu hadisə bir daha göstərir ki, radikal müxalifət, o cümlədən Müsavat Partiyası, Milli Şura, AXCP “miqrant alveri” ilə məşğuldurlar.

Almaniya Azərbaycanlıları Alyansı: ile ilgili görsel sonucu

Almaniya Azərbaycanlıları Alyansı: “Dələduzlardan uzaq durun”

Yeri gəlmişkən, Almaniya Azərbaycanlıları Alyansı da bəyanat yayıb və xəbərdarlıq edib: “Özünüzü bu kimi dələduzlardan uzaq durmağa, onların qanunsuz ”biznes"lərinin qurbanlarına çevrilməməyə səsləyirik.

Dünən Almaniyada həbs olunan azərbaycanlı mühacir alverçilərinin taleyi də söylədiklərimizə bariz nümunədir və bu hər bir mühacir soydaşımız üçün dərs olmalıdır.

Almaniyada və Avropada oturum almağın yeganə yolu yerli cəmiyyətlərə inteqrasiya olunmaqdan keçir".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Surət Hüseynovun dedikləri mənasız, qeyri-ciddidir” - Pənah Hüseyn
Dünən, 19:04
“Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə hazırda baxılmır” - Prezidentin köməkçisi
Dünən, 18:56
"Kaspi" qəzetinin baş redaktoru koronavirusdan sağalıb
Dünən, 18:55
Koronavirusdan ölən Etibar Babayevin ailəsi KARANTİNƏ ALINDI
Dünən, 18:52
İnsanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq - TƏBİB
Dünən, 18:49
"Bizdə bu proqram Gürcüstana nisbətən dəfələrlə genişdir" - Prezidentin köməkçisi
Dünən, 18:47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb
Dünən, 18:44
“Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub”
Dünən, 18:43
“Əli İnsanov təqib olunmasında Ramiz Mehdiyevi günahlandırırdı” – sabiq deputat 15 il öncənin sirrini açdı
Dünən, 18:41
Saatlıda yaranmış su problemi yaxın günlərdə tam şəkildə həll olunacaq - "...bu istiqamətdə iş aparılır"
Dünən, 18:38
Azərbaycanda daha bir tibb işçisi COVID-19-dan vəfat edib
Dünən, 18:37
Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
Dünən, 18:35
"Biz risk edərək rayonlara gediş-gəlişi bərpa edə bilmərik" - Prezidentin köməkçisi
Dünən, 18:31
“Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, bunun üzərində iş gedir" - Şahmar Mövsümov
Dünən, 18:29
Prezident Şahin Mustafayevi bu vəzifədən AZAD ETDİ
Dünən, 18:27
"Ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır" - TƏBİB sədri
Dünən, 18:23
“Elmar Məmmədyarovun işdən çıxarılması...” – Deputatlar XİN-dəki əməliyyat haqda...
Dünən, 18:22
4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır - Diqqət!
Dünən, 18:18
“Gələcəkdə neft bazarını kəskin dalğalanma gözləyir” - ekspert
Dünən, 18:13
Prezidentin köməkçisi rayonlararası hərəkətin nə vaxt açılacağına aydınlıq gətirib
Dünən, 18:12
"Televiziya verilişinə gələn qonaqlar SMS-lə icazə almalıdırlar"
Dünən, 18:11
“Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər”
Dünən, 18:10
"Oxuyan kimi, çağırıb cərimə yazırlar" - ETİRAZ
Dünən, 18:08
Tibb içşçiləri arasında da yoluxmalar var
Dünən, 18:05
"5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir" - Agentlik sədri
Dünən, 18:01
İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB
Dünən, 17:57
Evdə müalicə alan COVID-19 xəstələrinə dərmanların paylanılmasına başlanılıb
Dünən, 17:56
Karantin olan digər rayonlara da 190 manat verilməsi şamil olunacaq - MÜJDƏ
Dünən, 17:55
"Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar"
Dünən, 17:47
Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək - Diqqət!
Dünən, 17:45
Bakıda xəstəxanaların 80-90%-i dolub - TƏBİB
Dünən, 17:42
icaze.e-gov.az portalında 5 iyula qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq - Diqqət!
Dünən, 17:40
Koronavirusa daha çox 50-59 yaşlı şəxslər yoluxur
Dünən, 17:39
TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib
Dünən, 17:38
Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır - SİYAHI
Dünən, 17:31
Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb
Dünən, 17:30
"Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib" - Ramin Bayramlı
Dünən, 17:30
"Mən kişilərin stollarına yaxınlaşmıram"
Dünən, 17:28
Reanimasiyada olan və süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin sayı açıqlanıb
Dünən, 17:26
“TƏBİB-lə Səhiyyə Nazirliyi birgə fəaliyyət göstərir” - Ramin Bayramlı
Dünən, 17:23
Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ...
Dünən, 17:21
Azərbaycanda aparılan koronavirus testlərinin sayı 500 mini keçib
Dünən, 17:20
Azərbaycanda COVID-19-a yoluxanların sayı 19 267-yə çatıb, 10 820 nəfər sağalıb, 235 nəfər vəfat edib
Dünən, 17:19
Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib
Dünən, 17:18
“Əlindəki bellə Ömərin başına vurmağa başlayıb, anası onu xilas edə bilməyib” – DƏHŞƏTLİ TƏFƏRRÜAT
Dünən, 17:17
Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq - Şahmar Mövsümov
Dünən, 17:15
6 iyulda dollar neçəyə olacaq?
Dünən, 17:14
DYP hərəkət iştirakçılarını yoxlamağa başladı - VİDEO
Dünən, 17:12
Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir: - Amerika məyus, Avropa kədərli, Rusiya dirəşib
Dünən, 17:08
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi - RƏSMİ
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru