Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib .....                     Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, .....                     Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı .....                     “Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var .....                     “Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” .....                     “Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” .....                     Tovuzda gərginlik davam edir .....                     Şəhid General-mayor Polad Həşimovun bacısı: .....                     Xaçmazda 30 yaşlı kişi intihar etdi .....                     “Hazırda bizə mane olan yoxdur” .....                     NATO Minsk qrupuna çağırış etdi .....                     Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib .....                     Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb .....                     "KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" .....                     “Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” .....                     "MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." .....                     "İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” .....                     “Rusiya və Fransanın fikri bizi tam qane etmir” .....                     Ermənistan itkilərini etiraf etməyə davam edir, .....                     İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: .....                     Tovuzda daha bir ev atəşə tutuldu .....                     Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub .....                     Təbrizli professordan Azərbaycana .....                     Tərtərin icra başçısı geniş videokonfrans keçirdi .....                     Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin .....                     İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi .....                     “Düşmənə daha ciddi zərbələr endirilməlidir” .....                     “Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” .....                     Deputatdan MÜHÜM ÇAĞIRIŞ: .....                     İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub .....                     Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar .....                     “Azərbaycan hərbi hissəyə zərbə endirib” .....                     “Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik” .....                     “e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə .....                     “Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” .....                     Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistanın Berd şəhərində panika .....                     “Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...” .....                 

Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM
Tarix: 15-11-2019, 08:53 | Çap et
Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları
Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

Nazirlər Kabineti aprelin 12-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin (TƏBİB) balansına verilmiş səhiyyə müəssisələrinin siyahısını təsdiq edib.

8 elmi tədqiqat institutu, 18 tibb mərkəzi, 12 stasionar müəssisə, Səhiyyə Nazirliyi yanında 15 təcili yardım müəssisəsi, şəhər və rayon səhiyyə şöbələri və onların tabeliyində olan xəstəxanalar, klinikalar və tibb müəssisələri, habelə 18 təsərrüfat hesablı müəssisəsi TƏBİB-in balansına verilib.

Azərbaycanda 2020-ci ilin Yanvarından ölkə üzrə icbari tibbi sığortanın tətəbiqinə başlanacağı gözlənilir.

Göründüyü kimi səhiyyə sistemində hökm sürən korrupsiyanın,rüşvətin kökünü kəsmək üçün atılan bu inqilabi addımlar ciddi dəyişikliklərin olacağından xəbər verir. Lakin nədənsə TƏBİB-in balansına verilən tibb müəssisələri siyahısında ən çox korrupsiyaya bulaşan,rüşvətin total şəkildə hökm sürdüyü bir çox institutlar kimi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun adına rast gələ bilmədik. Hamıya məlumdur ki, yarıtmaz idarəçilik səbəbindən Kardiologiya İnstitunda acınacaqlı durum yaranıb. Kollektivdə hökm sürən narazılıq, kütləvi şəkildə kadrların işdən qovulması, heç bir imtahansız,vakansiya elan edilmədən onlarla şəxsin işə qəbulu burada korrupsiyanın və rüşvətin göstəriciləridir. Lakin nədənsə TƏBİB-in balansına keçəcək tibb ocaqlarının siyahısını hazırlayanlar bütün institutları “siqqətdən kənar” saxlayıblar. Bunun özü korrupsiyaya və rüşvətə növbəti dəfə rəvac vermək,meydan açmaqdır. Zənnimizcə dövlət başçısının iradəsinə zidd olaraq bu addımı atanlar bilərəkdən səhiyyə sistemində ikitirəliyin yaranmasına, bir qrup korrupsioner şəxsin “toxunulmazlıq” statusunun qorunmasına xidmət edirlər. Təsadüfi deyil ki, yaranmış şəraitdən maksimum yararlanan G.Dadaşova Kardiologiya İnstitutunu hər gün uçurumun astanasına bir addım daha yaxınlaşdırır.

Ölkədə aparılan son kadr islahatları,prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşnalıqlarına qarşı mübarizə günün başlıca tələbidir. Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır,hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bundan bir nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradarlar. Amma,çifayda…

C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifəyə gələr-gəlməz böyük bir kollektivi,tibb ocağını çətin duruma salıb. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq aylardır ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb olub. Yalnız Səhiyyə naziri ilə olan “qudalıq”dan yararlanan G.Dadaşova “burda mənəm nazirlikdə Oqtay müəllim” deyərək istədiyini edir-işdən çıxarır,işə qəbul edir…G.Dadaşova ”Sobsan” şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır. O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir təzə qohumluğu daha da möhkəmləndirmək üçün (hər halda başqa nəsə səbəb düşünmək istəmirik) Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyayıb. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verib. Gülnaz xanım instituta gəlib nə gəlib. İnstituta təmir adıyla yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başlayıb otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozub.

Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində olub. Məhz bu “islahatlar” Kardiologiya İnstitutnun altını üstünə çevirib. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırıb.Qanunsuz olaraq işdən çıxarılanlar isə məhkəmələrdə öz haqqlarını qorumağa çalışsalar da hələ ki, G.Dadaşova səddini keçmək mümkün olmayıb. İnstitutun keçmiş əməkdaşlarının tələbləri nəinki yerinə yetirilmir,hətta G.Dadaşova bu məsələyə münasibət bildirməyi belə özünə sığışdırmır.

G.Dadaşova instituta işə qəbul etdiyi şəxsləri hansı kriteriyaları əsas götürərək seçdiyini isə ancaq özü bilir. Çünki həmin şəxslərin nazirliyin keçirdiyi imtahanlarda iştirakı və yaxud hansı vakansiyalara qəbul olunması barədə demək olar ki,heç bir məlumat yoxdur. Xüsusilə qeyd edilməlidir ki, G.Dadaşovanın qısa müddət ərzində işə qəbul etdiyi şəxslərin sayı son 10 ildə işə götürülənlərin sayından qat-qat çoxdur. Bu isə məsələdə şəxsi maraqların və qaranlıq məqamların olmasından xəbər verir. Onun institutun təsərrüfat işləri müdiri vəzifəsinə isə öz yaxın qohumunu təyin etməsi bildirilir. Bu barədə Gülnaz xanım susmağa üstünlük verir.

Ümumiyyətlə G.Dadaşova bu və ya digər mənada öz yaxınlarını ətrafına toplamaqda davam edir. Aldığımız məlumatlara görə yaxın əlaqələri olan türk iş adamı nəinki institutun təmir olunmasında,hətta idarə olunmasında belə yaxından iştirak edir.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib. Direktorun köməkçisi Firuzə Fərəcovanı “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

Bu gün Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatı geniş vüsət alıb. Saytımıza daxil olan məlumatlara görə, hərbi xidmətdən yayınmaq istəyən şəxslərdə “ürək qüsurunun” aşkarlanması İnstitutda çox ürəklə həyata keçirilir. “Saxta hərbi bilet” alverçiləri ilə ciddi işbirliyi quran Kardiologiya İnstitutunun rəhbərliyi çoxsaylı şəxslərə saxta sənədlər verərək hərbi xidmətə yararsızlığını göstərib. Birbaşa dövləti cinayət hesab olunan bu addım ciddi şəkildə araşdırılmalı, müharibə şəraitində olan ölkəmizdə xəyanətə bərabər bu əmələ imza atanlar qanunların ən sərt maddələri ilə cəzalandırılmalıdırlar.

G.Dadaşova elm aləmində “inqilab” hesab olunan plagiat əsəri barədə deyilənlərə də reaksiya verməyi özünə sığışdırmır. Bu barədə etdiyimiz müraciətlərə hələ ki,düz-əməlli bir cavab ala bilməsək də müvafiq qurumlar-konkret olaraq Ali Attestasiya Komissiyası da susqunluğunu qoruyur.

Bir daha bildiririk ki, G.Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika,qanın lipid spektri,insulinərezistenlik,ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya i izmeneniya qemodinamiki,qemoreoloqii u jenşin postmenopauze,perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə-uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür. Məlumata görə, zəif tərzdə yazılmış,plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib.

Göründüyü kimi fəaliyyəti “dramatik çalarla” zəngin olan G.Dadaşova bu gün ölkədə aparılan islahatları, yenilənmə proseslərini görməzdən gəlir. Sanki bütün bunların onun rəhbərlik etdiyi instituta heç bir aidiyyatı yoxdur.

Səidə xanım və Gülnaz xanımın "ortaq əməliyyatları"

G.Dadaşovanın fəaliyyətində bu qədər nöqsanların (nöqsan bu əməllərə verilən ən yumşaq addır) olmasına baxmayaraq hələ də yüksək səviyyədə himayə olunur. Aldığımız məlumatlara görə, onu qoruyan qüvvələr arasında Səhiyyə nazirliyinin Kadrlar,elm və təhsil şöbəsinin rəhbəri Səidə xanım xüsusilə fərqlənir. Hələ Kəmalə xanımın dövründən xəstəxana,klinika,institut rəhbərləri ilə işlərdən sorumlu olan Səidə xanım onlarla “sıcaq münasibətlər” yaradıb. G.Dadaşova isə istisna təşkil edir. Verilən məlumatlarda onların münasibətləri işbirliyi səviyyəsinə qədər yüksəlib. Yuxarıda qeyd etdiyimiz saxta işəgötürmə əməliyyatlarının çoxu məhz Səidə xanımla G.Dadaşovanın ortaq fəaliyyətinin məhsuludur. Səidə xanım G.Dadaşovanın bütün qanunsuz əməllərinə qanuni don geydirmək istiqamətində xüsusilə canfəşanlıq göstərir. Məhz bu himayədarlıq Kİ-da korrupsioner,rüşvətxor ab-havanın yaranmasına gətirib çıxarır.

Bu gün dövlət başçısı İ.Əliyev, birinci vitse prezident Mehriban xanım səhiyyənin inkişafı üçün bütün zəruri addımları atırlar. Amma, G.Dadaşova və onu himayə edən güclər sanki bu işləri sabotaj edirmişlər kimi öz qanunsuz əməllərini davam etdirirlər. Üzümüzü Mehriban xanıma tutaraq demək istəyirik ki, G.Dadaşova və onun himayədarları bu gün Azərbaycan səhiyyəsini məhvə sürükləyirlər. Onların bütün əməlləri sizin fəaliyyətinizə kölgə salmağa hesablanıb,dövlətimizin imicinə zərbə vurur. Qısa müddət ərzində bu şəxslərin fəaliyyəti ciddi təftiş olunmalı, səhiyyə sistemi bu bəlalardan qurtarılmalıdır!
Rubrika.Az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb
Dünən, 20:37
Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib
Dünən, 20:37
Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib
Dünən, 20:36
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı - "Koxa Nəbi kəndində evimizi vurublar"
Dünən, 20:33
“Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var
Dünən, 20:29
“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” - AKTUAL
Dünən, 20:28
“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” - AÇIQLAMA
Dünən, 20:08
Tovuzda gərginlik davam edir - Nazirlik məlumat yaydı
Dünən, 20:05
DİN Nura Suri ilə bağlı MƏLUMAT YAYDI
Dünən, 20:03
Şəhid General-mayor Polad Həşimovun bacısı: - "Hamımızın Poladıdı"
Dünən, 20:00
Xaçmazda 30 yaşlı kişi intihar etdi
Dünən, 19:57
“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı
Dünən, 19:54
NATO Minsk qrupuna çağırış etdi
Dünən, 19:52
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
Dünən, 19:50
Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb - FOTO
Dünən, 19:12
"KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" - AÇIQLAMA
Dünən, 19:05
“Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” - Rauf Arifoğlu
Dünən, 18:52
"MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." - Şəhid polkovnikin xanımı səhid generaldan yazdı
Dünən, 18:49
"İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” - ekspert
Dünən, 18:37
“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!
Dünən, 18:31
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
Dünən, 18:25
İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: - "Yaşasın Azərbaycan ordusu"
Dünən, 18:20
Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO
Dünən, 18:17
Nadir Qafarzadə yenə də öz ampluasında - VİDEO
Dünən, 18:07
Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub
Dünən, 17:59
Təbrizli professordan Azərbaycana QARABAĞ ÇAĞIRIŞI
Dünən, 17:57
Tərtərin icra başçısı geniş videokonfrans keçirdi
Dünən, 17:55
Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin - MƏĞLUBİYYƏT FONUNDA PORTRET
Dünən, 17:53
İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi - “Döyüş!“
Dünən, 17:48
“Düşmənə daha ciddi zərbələr endirilməlidir” - Eldar Namazov
Dünən, 17:46
“Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” - ekspert
Dünən, 17:44
Deputatdan MÜHÜM ÇAĞIRIŞ: - “Düşmənin informasiya “tələ”sinə düşməyin!”
Dünən, 17:42
İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub - Diqqət!
Dünən, 17:37
Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar - Bir polkovnik və bir mayorları daha öldürülüb - YENİLƏNİB
Dünən, 17:34
“Azərbaycan hərbi hissəyə zərbə endirib” - Ermənistan mətbuatı
Dünən, 17:21
“Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik”
Dünən, 17:18
“e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə
Dünən, 17:16
İTV-nin koronavirusa yoluxan əməkdaşı sağalıb
Dünən, 17:12
“Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri
Dünən, 17:07
Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: - “Arzunuz gözünüzdə qalacaq...”
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Ermənistanın Berd şəhərində panika - HAKİMİYYƏT QADIN VƏ UŞAQLARI TƏXLİYƏ EDİR
Dünən, 16:57
“Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...”
Dünən, 16:53
“Semaşko”ya yeni direktor təyin olunub
Dünən, 16:49
“Döyüşə getmək istəyənlərin sırasında birinciyəm” - Əməkdar artist
Dünən, 16:38
Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq - BQXK
Dünən, 16:31
Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...
Dünən, 16:30
"KTMT-nin təcili iclasının təxirə salınması Ermənistanın təcrid olunduğunu göstərir" - Rusiyalı hərbi ekspert
Dünən, 16:29
Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək
Dünən, 16:27
Ermənilər cəbhə xəttini GENİŞLƏNDİRİR - Bu dəfə Qazaxı atəşə tutublar
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru