ABŞ və İran girov mübadiləsi həyata keçirib .....                     Azercell ilə Nəsimi irsindən zövq al .....                     Nazirlər Kabinetinə yeni səlahiyyət verilib .....                     Şahin Mustafayevə yeni vəzifə verilib .....                     Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək .....                     Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiqləyib .....                     MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib .....                     Azərbaycan neftinin qiyməti 70 dollara çatıb .....                     "Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək” .....                     Prezident İlham Əliyevin “əlyazmaları” .....                     Yevlaxda həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb .....                     Qəbələ sakininin başına necə oyun açdılar... .....                     Almaniyada "mühacir alveri" işinә görә dәli statusu almaq üçün özünü dәliliyә vuranlar var .....                     İşini düzgün qurmayan icra başçıları kimlərdir? .....                     Pompeo Lavrovla Suriya, Ukrayna və Venesuela məsələsini müzakirə etmək niyyətindədir .....                     Lerikdə İqbal Məmmədov erası bitir: .....                     Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... .....                     Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub .....                     Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi ilə üzləşdi .....                     Kürdəmirdə acınacaqlı mənzərə... .....                     Bakıda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır .....                     Qarabağ qazisi haqqın tələb edir... .....                     Bəzi partiyalar bu gün, bəziləri isə gələn həftə qərar verəcək... .....                     Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb .....                     Rəsul Quliyevin partiyası iqtidarı dəstəkləyir .....                     “Hakimiyyətə qətiyyən müxalifətsiz parlament gərək deyil” .....                     Heyvan bazarlarından gələn TƏHLÜKƏ .....                     Bu gün MSK-nın iclası keçiriləcək, .....                     Azərbaycanda "İvanovka malları" fırıldağı... .....                     Vəzifədən azad edilən məmur məsul katib oldu .....                     Həmsədrlər Azərbaycanın əl-qolunu bağlamağa çalışır .....                     Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tiflisdə yerləşəcək .....                     Yevda Abramovun ölümündən öncə dediyi söz .....                     Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan .....                     Bütün ölkənin ağac əkdiyi gün ağac kəsən Füzuli sakini... .....                     “Sovetski” sakinlərini aldadan qadınlar Ali Məhkəməyə müraciət ediblər .....                     Deməli, bu milyonlar Fazil Məmmədovun cibinə axıb... .....                     TRASEKA Hökumətlərarası Komissiyasına Azərbaycan sədrlik edəcək .....                     Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub .....                     Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi? .....                 

İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Tarix: 14-11-2019, 17:44 | Çap et
İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

APA xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Zati-müqəddəsləri, Sizə bir daha “Xoş gəlmisiniz” demək istəyirəm, Sizi yenidən görməyimə çox şadam. Sağ olun ki, Dünya Dini Liderlərinin Sammitində iştirak edirsiniz. Sizin bu tədbirdə iştirak etməyiniz ona xüsusi əhəmiyyət verir. Sizin dərin nitqinizi çox diqqətlə dinlədim. Sizin tezislərinizlə, vəziyyətə verdiyiniz qiymətlə, ənənəvi dəyərləri, dünya dinlərinin prinsiplərini müdafiə etmək və dinlərarası dialoqu inkişaf etdirmək üçün nə etmək lazım olması barədə fikirlərinizlə tam razıyam.

Mənim fikrimcə, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, dini liderlərin bu formatda keçirilən, bu cür təmsil olunmuş Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığa yönəlmiş əhval-ruhiyyəsini əks etdirir. Dünya dinlərinin nümayəndələrinin sözündən çox şey asılıdır. Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər. Ona görə də bu gün bütün çıxışlarda səslənən bu cür konsensus belə bir nikbinlik yaradır ki, biz birgə səylərimizlə humanizm, əməkdaşlıq, sülh, qarşılıqlı anlaşma dəyərlərini inkişaf etdirəcəyik. Əlbəttə ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Mən öz çıxışımda dedim ki, biz mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı humanitar xarakterli çoxlu tədbirlər keçiririk. Lakin bugünkü tədbir, əlbəttə ki, xüsusi tədbirdir. Sevindirici haldır ki, bu tədbirdə dünya dinlərinin görkəmli nümayəndələri, rəhbərləri iştirakı edirlər.

Bir daha təşəkkür edirəm ki, Siz vaxt tapıb gəlmisiniz və bu tədbirdə iştirak edirsiniz. Bu gün Mehriban ilə mən Sizinlə həm Bakıda, həm də Moskvada bütün görüşlərimizi xatırladıq. Bütün Azərbaycan xalqının adından Sizə bir daha dərin ehtiramımızı bildirmək istərdim. Biz bilirik ki, Sizin bizə, ölkəmizə münasibətiniz çox xeyirxahdır, Siz dəfələrlə bizə təşrif gətirmisiniz. Sizə bir daha təşəkkür edirəm və ümidvarıq ki, yaxın vaxtlarda yenidən görüşəcəyik.

xxx

Moskvanın və Bütün Rusiyanın Patriarxı KİRİLL dedi:

-Cənab Prezident, hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən təşəkkür edirəm. Bakıya səfər etmək mənim üçün həmişə yalnız müsbət emosiyalarla bağlıdır. Biz özümüzdən soruşanda ki, hər hansı bir yer nə üçün xoşumuza gəlir və ya xoşumuza gəlmir, yəqin ki, cavab belə olacaq: hər şey bizim bu və ya digər yerə gedərkən keçirdiyimiz hisslərdən asılıdır. Bakı çox cəhətdən heyrət doğurur. Mən hələ sovet dövründə burada, Bakıda olmuşam və bu şəhər yadımdadır. İndi gördüklərimizi müqayisə etsək, gecə və gündüz qədər fərq var. Bu, əlbəttə, Sizin rəhbərliyinizlə ölkənizdə həyata keçirilmiş və davam edən böyük inkişafa dəlalət edir. Əlbəttə, Azərbaycan yoxsul ölkə deyil, lakin biz elə nümunələr bilirik ki, pulun olması inkişafa kömək etmir. Burada isə həqiqətən görürük ki, vəsait həyatın daha da yaxşılaşmasına, insanların daha yaxşı yaşamasına sərmayə kimi qoyulur.

Bir daha vurğulamaq istərdim ki, təkcə Bakının zahiri görkəmi, əlbəttə, çox böyük tərəqqiyə dəlalət edir. Mən Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Siz bizə dünya dinlərinin nümayəndələri ilə görüşmək imkanı yaratdınız. Mənim fikrimcə, bizim bu cür görüşlərdən çıxarmalı olduğumuz ən başlıca nəticə ondan ibarətdir ki, əxlaq olmasa dünyada istər siyasi, istərsə də fəlsəfi səviyyədə heç bir konsensus ola bilməz. Dünyada konsensus üçün yalnız bir bazis var - əxlaq. Ona görə ki, əxlaq universal dəyərdir. Əgər nəzərə alsaq ki, əxlaq universaldır, xeyir və şər anlayışları bütün bəşəriyyət üçün eynidir. Bu, birinci növbədə əlbəttə, onu göstərir ki, Tanrı var. Ona görə ki, materialist nöqteyi-nəzərdən bəşər mədəniyyətlərinin bu cür böyük müxtəlifliyi şəraitində vahid əxlaqa malik olmaq mümkün olmazdı. Lakin əxlaq vahid və ümumi olduğuna görə, o bizim ünsiyyət saxlamağımıza, həqiqətən birlik yaratmağımıza və qarşıda duran hədəflərə nail olmağımıza imkan verir. Bu mənəvi, dini amilin vacibliyini anlayan dövlət xadimləri, əlbəttə ki, dərin hörmətə layiqdirlər.

Mən Sizi aşkar görünən nailiyyətlər, Sizin rəhbərliyinizlə xalqınızın, ölkənizin qazandığı uğurlar münasibətilə bir daha ürəkdən təbrik etmək, gələcək işlərinizdə Tanrıdan Sizə kömək diləmək, Sizin gözəl ailənizə xeyir-dua vermək istərdim. Mən bu ailə ilə sadəcə tanış olmaq deyil, onunla daxilən, mənəvi cəhətdən yaxın oldum. Qoy Sizin bütün işləriniz, xalqınızın, ölkənizin firavanlığına yönəlmiş fəaliyyətiniz həqiqətən uğurlu olsun. Tanrının köməyi ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər inkişaf etsin. Həqiqətən bu ölkələr çox sıx qarşılıqlı əlaqə saxlayırlar. Moskvada necə böyük Azərbaycan diasporu olduğunu bilirsiniz. Bu, bizim Moskva həyatının mühüm hissəsidir. Tanrının köməyi ilə bütün bu amillər ümumi rifaha xidmət etsin. Qonaqpərvərliyə görə Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm.

İlham Əliyev: Çox sağ olun.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və İran girov mübadiləsi həyata keçirib
7-12-2019, 17:58
Azercell ilə Nəsimi irsindən zövq al
7-12-2019, 17:55
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
7-12-2019, 17:51
Şahin Mustafayevə yeni vəzifə verilib
7-12-2019, 17:49
Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək
7-12-2019, 17:48
Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiqləyib
7-12-2019, 17:47
Afətə atmaca atan Flora Kərimovaya Ramiz Rövşəndən CAVAB
7-12-2019, 11:52
MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib - "Əsas addımların hamısı atılıb"
7-12-2019, 11:49
Azərbaycan neftinin qiyməti 70 dollara çatıb
7-12-2019, 11:48
Xalq artisti Könül Xasıyeva evini satışa çıxarıb
7-12-2019, 11:46
"Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək” - Məzahir Pənahov
7-12-2019, 11:36
Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL
7-12-2019, 11:33
Yevlaxda həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb
7-12-2019, 11:28
"İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər" - VİDEO
7-12-2019, 11:25
Qəbələ sakininin başına necə oyun açdılar... - VİDEO
7-12-2019, 11:18
Almaniyada "mühacir alveri" işinә görә dәli statusu almaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
7-12-2019, 11:16
Nazilə Səfərlinin iddialarına sərt cavab - İş məhkəməyə gedir?
7-12-2019, 11:14
İşini düzgün qurmayan icra başçıları kimlərdir? - Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar...
7-12-2019, 11:12
Pompeo Lavrovla Suriya, Ukrayna və Venesuela məsələsini müzakirə etmək niyyətindədir
7-12-2019, 11:10
Lerikdə İqbal Məmmədov erası bitir: - Yeni iddialılar kimlərdir?
7-12-2019, 11:05
Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... - deputat
7-12-2019, 11:02
Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
7-12-2019, 11:00
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi ilə üzləşdi - POLİS XİLAS EDİB...
7-12-2019, 10:59
Kürdəmirdə acınacaqlı mənzərə... - "Nəticələri çox acı ola bilər"
7-12-2019, 10:58
Bakıda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır
7-12-2019, 10:56
Qarabağ qazisi haqqın tələb edir... - Müraciət...
7-12-2019, 10:54
Bəzi partiyalar bu gün, bəziləri isə gələn həftə qərar verəcək... - Seçki-2020
7-12-2019, 10:50
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
7-12-2019, 10:46
Rəsul Quliyevin partiyası iqtidarı dəstəkləyir
7-12-2019, 10:44
“Hakimiyyətə qətiyyən müxalifətsiz parlament gərək deyil” - Gözlənti
7-12-2019, 10:42
Heyvan bazarlarından gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ
7-12-2019, 10:40
Bu gün MSK-nın iclası keçiriləcək, növbədənkənar parlament seçkilərinə hazırlıq müzakirə olunacaq
7-12-2019, 10:39
Azərbaycanda "İvanovka malları" fırıldağı... - Arxasında kimlər dayanır?
7-12-2019, 10:38
Vəzifədən azad edilən məmur məsul katib oldu
7-12-2019, 10:37
Həmsədrlər Azərbaycanın əl-qolunu bağlamağa çalışır - TƏHLİL
7-12-2019, 10:35
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tiflisdə yerləşəcək
7-12-2019, 10:33
Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO
7-12-2019, 10:32
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan - GƏLİŞMƏ
7-12-2019, 10:30
Bütün ölkənin ağac əkdiyi gün ağac kəsən Füzuli sakini... - Başına iş gəldi
7-12-2019, 10:29
“Sovetski” sakinlərini aldadan qadınlar Ali Məhkəməyə müraciət ediblər
7-12-2019, 10:27
“Özəl kanallarda islahatlara ehtiyac var, bayağı müğənnilər efirə çox ayaq açıb...”
7-12-2019, 10:26
Deməli, bu milyonlar Fazil Məmmədovun cibinə axıb... - Mikayıl Cabbarov əslində keçmiş naziri ifşa edib...
7-12-2019, 10:24
TRASEKA Hökumətlərarası Komissiyasına Azərbaycan sədrlik edəcək
7-12-2019, 10:22
Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub
7-12-2019, 10:21
Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?
7-12-2019, 10:18
Neft yenidən bahalaşıb
7-12-2019, 10:15
Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub
7-12-2019, 10:14
Ağacəkmə aksiyasında daha çox fəallıq göstərən rayonların adları açıqlanıb
6-12-2019, 18:14
"Bu ölkə imici üçün də yaxşı hal deyil" - deputat
6-12-2019, 18:06
Qətlə yetirilən FHN əməkdaşının atası: - Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
6-12-2019, 18:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru