“Günay Bank”ın sədri dəyişdi .....                     Tanınmış hüquq müdafiəçisindən Abbas Lisaniyə DƏSTƏK .....                     “Təhsil haqlarının artırılması mənfi nəticələrə yol açacaq” .....                     “Əyri oturub, düz danışaq: ölmək yaxşıdır, ya cüzi narahatlıq çəkmək?!” .....                     Karantin rejimini pozan müğənninin .....                     Şəki və Yevlaxın kəndlərinin əhalisi də 190 manat birdəfəlik ödəmə alacaq .....                     “Dünya jandarmı” dəyişir? .....                     “Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır” .....                     Nazir Bakının bu rayonlarının rəislərinin yerini DƏYİŞDİ .....                     Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı .....                     "Bizim Market"lər şəbəkəsinə yeni rəhbər təyin olundu .....                     Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi .....                     "Ədalət Vəliyev maraqlı məqama diqqət çəkdi, dedi ki, Azərbaycanda sonuncu dəfə... " .....                     Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb .....                     Ordudakı kadr dəyişikliyini zəruri edən nədir? .....                     Daha bir həkim koronavirusa yoluxdu .....                     Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb .....                     “Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: .....                     Daha bir jurnalist virusa yoluxdu .....                     Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: .....                     “Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb .....                     Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib .....                     Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında .....                     Karantinə nəzarət edən 3 polis əməkdaşı vəfat edib .....                     Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb .....                     BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar .....                     ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! .....                     Neft Fondu ABŞ-da .....                     Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: .....                     "Siyasi əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalıdır" .....                     Sədərək Ticarət Mərkəzinin icraçı direktoru: “Məni evimə həbs ediblər” .....                     Baş Prokurorluq Yevlaxda HƏBSLƏRƏ BAŞLADI .....                     Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI .....                     Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? .....                     4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı .....                     Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib .....                     Nazirliyi korrupsiya yuvasına çevirənlər: .....                     «Konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır” .....                 

Sosial xərclər: Gələn ilin büdcəsi rekord vuracaq - TƏHLİL
Tarix: 13-11-2019, 12:23 | Çap et
Sosial xərclər: Gələn ilin büdcəsi rekord vuracaq
Məlum olduğu kimi, 2020-ci ilin dövlət büdcəsinin xərcləri 26913,7 milyon manat məbləğində proqnozlaşdırılmaqla, 2019-cu ilə dair anoloji göstəricidən 1723,7 milyon manat və ya 6,8% çoxdur. Ümumiyyətlə, 2020-ci ilin dövlət büdcəsi bütün əvvəlki illərdəkilərdən fərqli olaraq, ən böyük həcmdədir. Və buna da əsas səbəb sosial xərclərdir. Belə ki, gələn il sosial xərclər indiyədək heç bir ildə olmadığı qədər yüksək səviyyədə təşkil edəcək.
Bunun 2 səbəbi var. Birincisi, başa çatmaqda olan bu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra olunmağa başlanıb. Minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq, 130 manatdan 250 manata, minimum pensiya məbləği 72% artırılaraq, 116 manatdan 200 manata çatdırılıb.

Paralel olaraq, dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya vəsu təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti vəfaydalı qazıntılar, nəqliyyat vərabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqqları dövlət başçısının müvafiq sərəncamları ilə orta hesabla artırılıb. Beləliklə də, bütövlükdə cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya atılıb.

İkincisi isə, 2020-ci ildə qarşıya bu tələbi ödəmək vəzifə qoyulmaqla yanaşı, bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması da nəzərdə tutulur ki, nəticədə 2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəm olaraq 4,0 milyard manatadək əlavə vəsait nəzərdə tutmaq məcburiyyəti yaranıb.

Bütün bunlar nəzərə alınaraq, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10373,7 milyon manat proqnozlaşdırılmaqla, 2019-cu ildəkindən fərqli olaraq, 2605,8 milyon manat və ya 33,5% çox müəyyən edilib. Ümumiyyətlə, gələn il sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5% təşkil edəcək ki, bu da 2019-cu illdəki ilə müqayisədə 7,7% çox olacaq.

Bəs, 2020-ci ildə sosial istiqamətdə, başqa sözlə desəm, əməkhaqqı, pensiya və digər ödənişlərdə əlavə artımlar gözlənilirmi? Doğrudanmı, maaşlar və pensiyalar bir daha artacaq? Yoxsa, gələn il ərzində heç bir dəfə də olsa, növbəti sosial paket həyata keçirilməyəcək? 2020-ci ildə 2019-cu ildə atılan addımların heç olmasa birinin də varsa, şahidi olacağıqmı?

Bəli. Ən azı, pensiyalar artırılacaq. Belə ki, əmək pensiyalarının ildə 1 dəfə indeksasiyası həyata keçirilir ki, bu, ənənəvi xarakter daşıyır. Yəni, əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin artım tempinə uyğun olaraq 2020-ci ilin yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsi artırılacaq. Xatırladım ki, əmək pensiyalarında artımla bağlı mexanizm belədir ki, mövcud məbləğlər ildə bir dəfə olmaqla ölkə üzrə əvvəl, istehlak qiymətləri indeksinin 1 il əvvəlki artım səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılırdısa keçən ildən bu, məhz il ərzində orta aylıq əməkhaqqı göstəricisinin artım göstəricisinə görə edilir.

Yeri gəlmişkən, bu il ölkə üzrə orta aylıq əmək haqqı göstəricisində ilkin olaraq təqribən 14-15% artım olduğu nəzərə çarpır ki, buna dair daha dəqiq rəqəm ilin sonunda məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün əmək pensiyaçıların pensiyaları azı bu məbləğdə indeksləşdiriləcək. Yəni, pensiya artımı son olaraq, yalnız cari ilin oktyabr ayında olan artımla yekunlaşmayacaq. Və gələn il daha çox məbləğdə pensiya alanların aylıq pensiya məbləğlərində daha çox artım qeydə alınacaq.

Büdcə təşkilatlarında çalışanların maaşlarına gəldikdə isə bəli, növbəti ildə də müəyyən artımlar həyata keçirmək nəzərdə tutulur. Ancaq bu, birinci növbədə xarici iqtisadi şəraitin təsir gücündən, ikincisi isə, ölkədə aparılan iqtisadi və struktur islahatlarının, xüsusən də kölgə iqtisadiyyatına qarşı mübarizənin nəticələrindən asılıdır.

2020-ci ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 ABŞ dolları səviyyəsində götürülməsi nöqteyi-nəzərindən hesab edirəm, növbəti il ərzində xarici iqtisadi şəraitin təsir gücündən heç bir təklükə gözlənilmir. Belə ki, vəziyyət ən azı ötən və bu ilki qədər stabil olacaq. Çünki neftin qiyməti 55 və ya 50 dollara qədər düşən deyil. Ən azı 2021-ci ilədək.

Kölgə iqtisadiyyatına qarşı mübarizəyə gəldikdə isə xırdalığa varmadan qeyd edim ki, ümumiyyətlə, dövlət büdcəsinin xərclərində sosial yönümlüyü artırmaqdan və gücləndirməkdən söhbət gedirsə mütləq, qeyri-neft sektoru inkişaf etməlidir. Başqa sözlə desəm, dövlət büdcəsi gəlirlərində iqtisadiyyatın qeyri-neft sektorunun payı yüksək həddə çatmalıdır ki, sosial ödənişlərin maliyyələşdirilməsində dayanıqlıq olsun. Bu, olduqca mühüm şərt və tələb sayılır.

Düzdür, qeyri-neft sektorunun inkişafı ilə bağlı, onun dövlət büdcəsi gəlirlərində payını artırmaq sahəsində son illər ərzində çox işlər görülüb və görülür. Və bunun nəticəsi olaraq da, qeyd olunan sektordan gəlirlər tədricən, artmaqdadır. Ancaq bu, yavaş templə baş verməkdədir, o səbəbdən ki, iqtisadiyyatın qeyri-neft sektoru qısa zaman ərzində arzuolunan səviyyədə inkişaf tempi nümayiş etdirə bilməz. Bunun üçün müəyyən zaman lazımdır.

Yeri gəlmişkən, ötən şərhimdə də qeyd etdim ki, dövlət başçımız istər oktyabrın 15-də yanında keçirdiyi iqtisadi müşavirədə, istərsə də hökumətdə etdiyi kadr dəyişiklikləri ilə əlaqədar qəbul etdiyi şəxslərlə söhbət zamanı qeyri-neft sektorunun bu gün ölkə iqtisadiyyatının lokomotivi rolunda hələlik çıxış etmədiyini qeyd etdi. Bunu ixracın strukturu da sübut edir.

Belə ki, ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın 75,79%-i xam neft və bitumlu minerallardan alınan neft məhsulları, 12,18%-i təbii qaz, 2,33%-i isə digər neft məhsulları təşkil edib ki, ötən ilin eyni aylarında isə bu rəqəmlər uyğun olaraq 81,18%, 7,2% və 2,98% olmuşdu. Odur ki, Prezident haqlı olaraq bildirmişdi ki, əsas vəzifə qeyri-neft sektorunu inkişaf etdirmək, məşğulluğu artırmaqdan ibarətdir. Gələn ilin dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla, payını 43%-ə çatdıracaq ki, hesab edirəm, ölkə əhalisinin sosial müdafiəsinin təşkilində qeyri-neft sektorundan əldə edilən gəlirlərə tam şəkildə əsaslanmaq və yaxud arxalanmaq o vaxt mümkün olacaq ki, onun ÜDM istehsalı strukturunda payı 80%-dən, dövlət büdcəsi gəlirlərinin tərkibində isə 60 %-dən yuxarı təşkil etsin. Bunun üçün isə qeyri-neft məhsulları ixracı da bu günki 1/10 hissədən heç olmasa 4/10 hissəyə qədər genişlənməlidir.

Sözün qısası, gələn il üçün, yəni 2020-cil ərzində dövlət büdcəmizin sosial yönümlüyünün əvvəlki illərə nisbətən artması səbəbini bacardıqca izah etdim. Gələn il dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 38,5% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,7 %-bənd çoxdur. Son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə sosialyönlü xərclər 1.7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 %-bənd artıb. Qeyri-neft sektoru tələb olunan səviyyəyədək inkişaf etməyənə kimi, büdcədən sosialyönümlü xərclərin artması dinamikasının dayanıqlığına güvənmək qətiyyən olmaz.
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Günay Bank”ın sədri dəyişdi – rəhbərlikdə təyinatlar var
Bu gün, 19:28
Tanınmış hüquq müdafiəçisindən Abbas Lisaniyə DƏSTƏK - VİDEO
Bu gün, 19:19
“Təhsil haqlarının artırılması mənfi nəticələrə yol açacaq” – Ekspertdən XƏBƏRDARLIQ
Bu gün, 19:02
“Əyri oturub, düz danışaq: ölmək yaxşıdır, ya cüzi narahatlıq çəkmək?!” - Paşa Qəlbinur
Bu gün, 18:56
Karantin rejimini pozan müğənninin VİDEOSU YAYILDI
Bu gün, 18:52
Şəki və Yevlaxın kəndlərinin əhalisi də 190 manat birdəfəlik ödəmə alacaq - RƏSMİ
Bu gün, 18:50
“Dünya jandarmı” dəyişir? - Yeni rola kim daha çox uyğundur?
Bu gün, 18:46
“Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır” - AÇIQLAMA
Bu gün, 18:38
Nazir Bakının bu rayonlarının rəislərinin yerini DƏYİŞDİ - SİYAHI
Bu gün, 18:31
Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı - Aygün Muradxanlı yazır...
Bu gün, 18:27
"Bizim Market"lər şəbəkəsinə yeni rəhbər təyin olundu - FOTO
Bu gün, 18:23
Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi Qaydası təsdiqlənib
Bu gün, 18:21
"Ədalət Vəliyev maraqlı məqama diqqət çəkdi, dedi ki, Azərbaycanda sonuncu dəfə... " - deputat
Bu gün, 18:18
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
Bu gün, 18:15
Ordudakı kadr dəyişikliyini zəruri edən nədir? - GƏLİŞMƏ
Bu gün, 18:04
Daha bir həkim koronavirusa yoluxdu
Bu gün, 17:58
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Bu gün, 17:57
“Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: - “Ola bilər ki…”
Bu gün, 17:55
Daha bir jurnalist virusa yoluxdu
Bu gün, 17:53
Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: - “O, belə ifadələr işlədib”
Bu gün, 17:46
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Bu gün, 17:38
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Bu gün, 17:35
Azərbaycanda müğənni karantini pozdu - Görün, harda ilişdi...
Bu gün, 17:34
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər
Bu gün, 17:23
Teleaparıcı sərt danışdı: - “İnsanlar aldadılmamalı idi”
Bu gün, 17:20
Karantinə nəzarət edən 3 polis əməkdaşı vəfat edib - AÇIQLAMA
Bu gün, 17:17
"Adam nə qədər özü üçün çalıb-oxuyar?" - Cavan Zeynallı
Bu gün, 17:09
Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb
Bu gün, 17:07
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Bu gün, 17:06
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar
Bu gün, 16:57
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu - AÇIQLAMA
Bu gün, 16:53
ATU-dan məzun olan yüzlərlə həkim hara getdi?! - Uroloq həkim Vasif İsmayıl
Bu gün, 16:52
Neft Fondu ABŞ-da 50 milyon dollarlıq daşınmaz əmlak alacaq
Bu gün, 16:46
Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: - Təxribat, yoxsa axmaq səhv?
Bu gün, 16:45
"Siyasi əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalıdır" - Vüqar Rəhimzadə
Bu gün, 16:43
Sədərək Ticarət Mərkəzinin icraçı direktoru: “Məni evimə həbs ediblər” – Təxribat, yoxsa təsadüf?
Bu gün, 16:35
"Çevrəmdə nə qədər virusa yoluxan insanlar var" - Xalq artisti
Bu gün, 16:30
Baş Prokurorluq Yevlaxda HƏBSLƏRƏ BAŞLADI - Cinayət işi açıldı
Bu gün, 16:24
Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI - "Buna şübhə də yox idi"
Bu gün, 16:21
Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar
Bu gün, 16:14
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı - SİYAHI
Bu gün, 16:13
Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər müəyyən edilib
Bu gün, 16:12
Nazirliyi korrupsiya yuvasına çevirənlər: - “Deməli, orda dövlətə xəyanət də var”
Bu gün, 16:10
«Konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır” - deputat
Bu gün, 16:06
Evdə müalicə alan koronavirus xəstələri sağaldıqlarını necə bilməlidir? - AÇIQLAMA
Bu gün, 16:06
Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? - AKTUAL
Bu gün, 15:58
''Xəzər''in məşhur siması 5 il polis əməkdaşı OLUBMUŞ
Bu gün, 15:55
Cavid Paşayevin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi
Bu gün, 15:51
AAYDA-nın vəzifələri AZALDILIB
Bu gün, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru