Ata Abdullayevin diplomatik pasportunun olması... .....                     Azərbaycandan külli miqdarda xarici valyutanın çıxarılmasının qarşısı alınıb .....                     Saxta miqrasiya sənədlərini kim düzəldir? .....                     “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır .....                     ABŞ-ın daha bir senatoru qondarma soyqırımı haqqında qətnaməyə veto qoyub .....                     Bakıda evdən 3000 manat oğurlayan qardaşlar saxlanılıb .....                     Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib .....                     BDU-nun ölən tələbəsinin fotosu yayıldı .....                     "Qız qaçırana 10 il, adam öldürənə 15 il?" .....                     Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir .....                     Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib .....                     Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar .....                     Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib .....                     Bakıda 25 yaşlı oğlan spirtli içkidən zəhərlənərək ölüb .....                     Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi? .....                     Havanı çirkləndirən şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyulub .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Madər Musayev nəvəsinə toy edir .....                     Bakı küçələrində təhlükə saçan avtomobil idarə olunur .....                     Ali Məhkəmə vəkil İradə Cavadovın şikayətini təmin edib .....                     BDU-da zəhərlənib ölən qızın yayda toyu olacaqmış: .....                     Nazirlik faktiki hava durumu ilə bağlı .....                     Xəstəxanaya yerləşdirilən deputatın VƏZİYYƏTİ .....                     Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlandı .....                     Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır .....                     Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... .....                     "AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi" .....                     “Razin dağı”dan kişi yıxılaraq ölüb .....                     "Düzünü deyin, əvvəl evimizə gəldiniz, sonra məni bağa aparıb qorxutdunuz" .....                     Neft və Sənaye Universitetinin kafedra müdirinə İTTİHAM .....                     Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşüb .....                     "Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb..." .....                     Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? .....                     Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir .....                     "Ata Abdullayevin Mətbuat Şurası ilə, şəxsən mənimlə heç bir bağlılığı yoxdur" .....                     Tovuz Rayon İcra Hakimiyyəti məsələni bildiyi halda, bu saxtakarlığa göz yumur... .....                     Bakıda işlədiyi fermadan çıxan gənc itkin düşüb .....                     Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... .....                 

74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu – siyahıda onun adı ilk sıradadır
Tarix: 5-11-2019, 12:41 | Çap et
74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu
Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb.

Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi bir neçə gün sonra Baş nazirin iki müavininin istefa ərizəsi ilə Prezidentə müraciət etməsi, dövlət başçısının onları yüksək ehtiramla yola salması və həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurları nümunə göstərərək tutduqları postdan istefa verməyə və yerlərini gənc nəslə ötürmələrinə çağırması hakimiyyət komandasındakı islahatların ciddiliyindən xəbər verirdi. Prezidentin bu mesajından sonra hətta 26 ildir iqtidarda olan YAP hakimiyyətinin əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevin də Prezident Administrasiyasının rəhbəri postundan getdi.

Xarici İşlər nazirinin müavini Hafiz Paşayev də könüllü şəkildə Prezidentin çağırışına qoşularaq vəzifəsindən istefa verib. O, Prezidentin çağırışlarını nəzərə alaraq, həyata keçirilən islahatların effektivliyi naminə belə bir addım atdığını açıqlayıb.

Hələlik rəsmən tutduğu vəzifədən istefa verən yaşlı məmurların siyahısını 78 yaşlı Hafiz Paşayev tamamlayır. Amma proses davam edir və yəqin ki, ilin sonunadək islahat tam şəkildə başa çatdırılacaq.

Bəs, bundan sonra daha hansı yüksək ranqlı məmurlar istefaya gedəcək?

İndi ölkə ictimaiyyətini ən çox maraqlandıran və dartışılan əsas sual məhz budur. Baxmayaraq ki, az qala hər gün mətbuatda və sosial şəbəklərdə yaxın günlərdə istefaya gedəcək daha bir neçə yaşlı məmurun adları çəkilir. Bu sırada Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Səhiyyə naziri Oqtay Şirəliyevin, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin adı daha çox çəkilir. Dünən isə Səhiyyə naziri Oqtay Şirəliyevin də istefa ərizəsi yazması barədə məlumatlar yayıldı. Əhməd Əhmədzadənin də yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı və onun rəhbəri olduğu qurumun “Azərsu” ASC-nin strukturuna daxil ediləcəyi söylənilir.

Baş nazirin birinci müavini Yaqub Eyyubova gəlincə, onun məsələsi bir qədər fərqlidir. Yayılan məlumatlara görə, dövlət başçısının yaşlı məmurlarla bağlı çağırışı 74 yaşlı Yaqbub Eyyubov üçün gözlənilməz olub və indi o, vəziyyətdən necə çıxacağını özü də bilmir. Buna səbəb 1999-cu ildən Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin postunu tutan Yaqub Eyyubovun hökumətdə və cəmiyyətdə mənfi reputasiyası ilə tanınmasıdır. Belə ki, fəaliyyəti dövründə buraxdığı səhvlər, böyük biznes şəbəkəsi ilə gündəmdə olması onun ölkə başçısı yanında etimadını itirib.

Düz iyirmi ildir hökumətdə təsirli füqurlardan birinə çevrilmiş bu şəxsin ölkənin sosial-iqtisadi həyatında hansısa diqqətəlayiq fəaliyyəti ilə seçildiyini söyləmək çətindir. Əvəzində yerli və xarici mətbuatda vaxtaşırı onun özünün və ailə üzvlərinin dövlətin maliyyə vəsaitlərindən sui-istifadə etmələri barədə məlumatlar yer alır.

Yeri gəlmişkən, Baş nazirin “Şöhrət” ordenli birinci müavini Avropada böyük biznes şəbəkəsinə sahib olması ilə də tez-tez gündəmə gəlir. Hazırda xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli bir müddət əvvəl Yaqub Eyyubovun Avropadakı biznesinin izinə düşdüyünü və bununla bağlı sensasion sənədlər əldə etdiyini yazmışdı. Baş nazirin 1-ci müavininin oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərildiyini qeyd edən jurnalist yaxın vaxtlarda həmin sənədləri də yayacağını bildirib.

Bu tip məlumatları təkrarlamadan yalnız onu demək olar ki, Eyyub Yaqubov Azərbaycan hökumətinin imkanlarından, dövlət büdcəsinin vəsaitlərindən öz xeyrinə istifadə etməyə öyrəncəlidir. Məsələn, onun “Hyatt Regency Baku” otelinin villalarından birini neçə illərdir büdcə vəsaiti hesabına “məşğul etməsi” heç kimdən gizli deyil.

Baş nazirin birinci müavininin bu villaya bağlılğının səbəbi barədə əsas versiya belədir ki, o, bu super rahatlığı olan məkanda, dərddən-qayğıdan uzaq bir həyat sürür. Daha doğrusu, həyatının qayğısız anlarını yaşayır. Özü də bu anları heç də tənhalıqda keçirmədiyi barədə də ehtimallar var. Villanın qarşısında 201 dövlət nömrə nişanlı “Porşes”i ...

Eyyub Yaqubovun Qusar rayonunda 5 hektarlıq ərazini əhatə edən möhtəşəm bir “ranço”sunun varlığı da söylənməkdədir. Deyilənə görə, Baş nazirin birinci müavininin rançosu, Qərbdə olduğu kimi, kənd təsərrüfatı təyinatlı deyil… “vəhşi təbiət”in bir parçasıdır. Onun əsl zooparka çevirdiyi bu məkanda, bəlkə, kefi istəyəndə bahalı şərab içib, sonra ova çıxdığı da olur…

İctimaiyyət arasında geyimi-kecimi, yerişi-duruşu ilə nümunəvi məmur obrazı yaratmağa çalışan ahıl bir adamın şəxsi planda heç bir ədəb-ərkan, qayda-qanun gözləməməsi, vəzifədə qalmaq üçün şəraitə uyğunlaşması, dondan-dona girməsi xameleon, ana dilimizdə desək, buqələmun xüsusiyyətini xatırladır. Vəziyyətdən asılı olaraq rəngini, daha doğrusu, xasiyyətini dəyişmək anlamına gələn buqələmunluq ən mənfi mənəvi hal kimi cəmiyyətdə ikrah hissi ilə qarşılanır.

Yaqub Eyyubov Bakının ən məşhur restoranlarında bahalı sifarişlər verməsi, var-dövlət hərisliyi ilə daha çox gündəmdə olur. Heç şübhəsiz, bu cür davranışları diqqəti cəlb etməyə bilməz. Axı, cəmiyyət yüksək vəzifə tutan məmurların davranışlarını görür və ictimai müzakirəyə çıxarmaqla qiymətləndirir. Bu mənada Yaqub Eyyubovun tutduğu vəzifədən gedəcəyi gözləniləndir.

Hökumətdə yüksək post tutğu uzun müddət ərzində özünün də, ailə üzvlərinin də şəxsi maraqlarını qat-qat artıqlaması ilə təmin etməyə nail olmuş Yaqub Eyyubovun, əslində, ölkə rəhbərinin tövsiyəsini qulaqardına vurması mənəvi tənəzzülün daha dərinləşməsinin əlaməti sayıla bilər. O, korlanmış reputasiyasını qismən də olsa düzəltmək üçün vaxt qazanmaq və mümkün qədər tutduğu postda qalıb işləməkdə davam etmək istəyir. Buna nə dərəcədə nail olacağı isə yaxın həftələrdə aydın olacaq.

Belə görünür ki, Baş nazirin birinci müavini könüllü istefa verməsə belə, necə deyərlər, məcburi şəkildə yola salınacaq. Bu, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gələn dövlət və hökumət başçılarının Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən, belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib. Əvəzində Bakıdan ölkəsinə qayıdan Venesuela Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tərəfindən yola salınması diqqəti cəlb etdi.
Bu da bir gerçəklikdir ki, Prezidentin islahatlarla bağlı ortaya qoyduğu siyasi iradə qətidir və hökumətin yuxarı eşelonundakı kadr dəyişiklikləri istənilən halda davam edəcək. Hətta qısamüddətli fasilə yaransa, belə...
Gundeminfo.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ata Abdullayevin diplomatik pasportunun olması... – XİN
Bu gün, 12:55
Dövlət Komitəsi telejurnalist Elçin Əlibəylinin döyülməsinə münasibət bildirib
Bu gün, 12:54
Azərbaycandan külli miqdarda xarici valyutanın çıxarılmasının qarşısı alınıb
Bu gün, 12:49
“Şou adamından mənə gəlin olmaz” - Xalq artisti
Bu gün, 12:46
Saxta miqrasiya sənədlərini kim düzəldir? - Əsas məsələ budur
Bu gün, 12:44
“Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır - Sekuta
Bu gün, 12:38
ABŞ-ın daha bir senatoru qondarma soyqırımı haqqında qətnaməyə veto qoyub
Bu gün, 12:34
Bakıda evdən 3000 manat oğurlayan qardaşlar saxlanılıb
Bu gün, 12:30
Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib
Bu gün, 12:29
BDU-nun ölən tələbəsinin fotosu yayıldı
Bu gün, 12:28
Dadaşlinskinin oxşarı bəlli oldu: - nazir müavini
Bu gün, 12:25
"Qız qaçırana 10 il, adam öldürənə 15 il?" - Qısqanc ərinin bıçaqladığı Gülnar 12 gün sonra ölüb
Bu gün, 12:23
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Bu gün, 12:20
Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib
Bu gün, 12:15
Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI
Bu gün, 12:02
Aygün Kazımovanın həbsdə olan qardaşı azadlığa çıxdı - "Qapıları açan Allahdır"
Bu gün, 11:54
Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı
Bu gün, 11:48
Bakıda 25 yaşlı oğlan spirtli içkidən zəhərlənərək ölüb
Bu gün, 11:45
Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi?
Bu gün, 11:37
Havanı çirkləndirən şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyulub
Bu gün, 11:31
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 11:30
Səni təkcə Azərbaycan yox, bütün dünya tanımalıydı... - ANIM
Bu gün, 11:29
Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər - BDU
Bu gün, 11:25
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 11:22
Madər Musayev nəvəsinə toy edir – yalnız kişilər iştirak edəcək...
Bu gün, 11:21
Bakı küçələrində təhlükə saçan avtomobil idarə olunur - VİDEO
Bu gün, 11:18
Nadir xalq artistini lağa qoydu: - “Afaq Aslan yanında toya getməlidir”
Bu gün, 11:17
Ali Məhkəmə vəkil İradə Cavadovın şikayətini təmin edib
Bu gün, 11:14
BDU-da zəhərlənib ölən qızın yayda toyu olacaqmış: - atası isə...
Bu gün, 11:13
Nazirlik faktiki hava durumu ilə bağlı MƏLUMAT YAYDI
Bu gün, 11:12
Xəstəxanaya yerləşdirilən deputatın VƏZİYYƏTİ - qızı AÇIQLADI
Bu gün, 11:10
Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlandı
Bu gün, 11:07
"Get Qarabağda öl, dala qayıtsan bizimkilər vuracaq səni"
Bu gün, 11:06
Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır - TƏHLİL
Bu gün, 10:59
Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+
Bu gün, 10:56
Yaşar Nurinin anım günüdür
Bu gün, 10:54
"AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi" - YAP-çı deputat
Bu gün, 10:46
“Bu, millətə xəyanətdir, xainlikdir” – Xalq artisti kimləri hədəfə aldı?
Bu gün, 10:45
“Razin dağı”dan kişi yıxılaraq ölüb
Bu gün, 10:42
"Düzünü deyin, əvvəl evimizə gəldiniz, sonra məni bağa aparıb qorxutdunuz" - VİDEO
Bu gün, 10:40
Neft və Sənaye Universitetinin kafedra müdirinə İTTİHAM - Müharibə veteranının haqqına girib...
Bu gün, 10:37
Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşüb
Bu gün, 10:31
"Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb..." - VİDEOGİLEY
Bu gün, 10:31
Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:28
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir
Bu gün, 10:25
"Ata Abdullayevin Mətbuat Şurası ilə, şəxsən mənimlə heç bir bağlılığı yoxdur" - Əflatun Amaşov
Bu gün, 10:25
Tovuz Rayon İcra Hakimiyyəti məsələni bildiyi halda, bu saxtakarlığa göz yumur... - QALMAQAL
Bu gün, 10:21
Bakıda işlədiyi fermadan çıxan gənc itkin düşüb
Bu gün, 10:18
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Bu gün, 10:16
Şahdağ milli parkında atla yürüş keçirilib - FOTO
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru