Sumqayıtda intihara cəhdin qarşısı alınıb .....                     Fars-molla rejimi QORXU İÇİNDƏ .....                     Bakıda iki azyaşlı yoxa çıxdı .....                     Bakıda əvvəlcə qadına kömək edib pulunu oğurlayan, .....                     "...onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi" .....                     Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə .....                     Yüksək cərimələr qapıdadır? .....                     "Bəlkə uşağımı öldürüblər?" .....                     Azərbaycanın işğal altında olan ərazilərinə səyahət etmək istəyən əcnəbilərə .....                     Əli İnsanovla ittifaqa girməklə partiya onsuz da zəif olan hörmətini daha da itirmiş oldu .....                     72 yaşlı Tərtər sakini Bərdədə küçədə öldü .....                     “Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub .....                     "Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər" .....                     MTK-dan narazı olan Bakı sakini intihara cəhd etdi .....                     Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yevlaxlı narkotacirlərə qarşı əməliyyat keçirib .....                     Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? .....                     Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır .....                     Azərbaycan Dillər Universitetinə daha bir prorektor .....                     Bərdəyə qonaq gedən Goranboy sakini itkin düşüb .....                     QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... .....                     AKM sədri Arif Hacılını təkzib etdi .....                     Təhsil Nazirliyində yeni təyinat olub .....                     Bakıda xalasıgilə gedən 21 yaşlı qız itdi .....                     Bakıda küçədən qadın meyiti tapılıb .....                     “Ombudsman olmaq fikrində deyiləm” .....                     Offlayn etirazlar: İranda nə baş verir .....                     Oqtay Gülaləyev ikinci dəfə əməliyyat olunur .....                     "2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib" .....                     ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər" .....                     Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub .....                     Ağsuda Qarabağ əlilinin haqqını kimlər yeyir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     “Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində yüksəlir” .....                     "Mənə qarşı süni tənqidlər var, bəzən təhqirlərə də yol verilir" .....                     İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI... .....                     Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər .....                     “Xocalı” futbol klubu yaradılıb .....                     Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü .....                     Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə .....                     Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı yeni qərarın tətbiqinə başlanılıb .....                 

“Finoko” BOKT-un rəhbərliyi dələduzluqda ittiham olunur - ASC-nin direktoru Turan İsmayılov bir ailəni evsiz qoyub
Tarix: 24-10-2019, 12:06 | Çap et
“Finoko” BOKT-un rəhbərliyi dələduzluqda ittiham olunur
Bankların, bank olmayan kredit təşkilatlarının vətəndaşların başlarına gətirdiyi oyunlar hər zaman mətbuatda yer alır. “Finoko” BOKT ASC də (bank olmayan kredit təşkilatı) bunların sırasındadır.

Belə ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov ev 3, mənzil 27-nin sahibi Musayev Etbar Adil oğlunun “Hürriyyət”ə dediyinə görə, 2015-ci ildə “Finoko” BOKT ASC-dən 35 min dollar pul götürüblər: “Hansı ki, o pula görə, bizdən 5 min dollar özləri “şapka” götürdü. 3 aydan sonra dollar qalxmağa başladı. Bizi pulu götürəndə dollar 1.05 qəpik idi, sonra 1.50 qəpik oldu, ondan sonra isə 1.70-ə qədər gəlib çıxdı.

Bu müddətdə biz ayda 1100 dollar ödəməliydik. 2 ay 1100 dollar ödədik, 3-cü ayda, dollar qalxandan sonra ayda 800-900 dollar ödədik. Onlar da bizim xəbərimiz olmadan pulunu hamısını faizə siliblər. Faizə sildikləri halda, sonra bizə dedilər ki, “sizin orada faiziniz yığılıb, pullarınız da faizə gedir, gəlin, sizin üçün başqa yerdən 5 min manat da kredit açaq və gedək 3 min dollara sizin faizlərinizi bağlayaq”. Biz yenə razılaşdıq, 5 min manat çıxartdıq. Oradan da 400 manat özlərinə götürdülər. Təzədən o pulu da aparıb “Gunay Bank”da dollara çevirdilər və bizim addımıza atdılar. Sonradan məlum oldu ki, o 3 min dollar da orada yoxdur, o da faizə silinib.

Bütün qəbzlərin hamısı əlimizdə var. Deməli, bizə 10 min dollara yaxın pul ödətdilər, hansı ki, hamısını faizə silmişdilər”.

“Mənim 70 min manat borcum qalmışdı”

E. Musayev qeyd etdi ki, bundan sonra iş Nəsimi Rayon Məhkəməsinə getdi: “Buradan isə iş Apellyasiya Məhkəməsinə getdi. Apellyasiya Məhkəməsi qərar verdi ki, sizin ev hərraca çıxmalıdır. Artıq mənim bir şansım var idi ki, Ali Məhkəməyə verim və hərracdan şikayət edim. Bu halda mənə “Finoko” BOKT-un müdiri Turan İsmayılov zəng vurdu, dedi ki, gəl səninlə işim var. Mənim Apellyasiya Məhkəməsindən sonra Ali Məhkəməyə şikayət etmək üçün 2 ay vaxtım var idi. Getdim, onunla danışdım. Mənə dedi ki, “sən neynirsən gedib Ali Məhkəməyə verirsən, gəl imkanın nəyə çatır, aylıq ödə”. Dedi, imkanın nəyə çatır? Dedim, 600 manata. Dedi, “heç belə vecinə də alma, get yaşa, körpə uşağın var, görürəm anan da 74 yaşlı qadındır, mən kişiliyimə sığışdırıb, onları küçəyə tullayan deyiləm”. Kişi kimi əlimizi sıxdıq, mən getdim. Hər ay 600 manatı ödəməyə başladım. Bütün qəbzlərim də var. Bir neçə ay ödəyəndən sonra mənə hərracdan məktub gəldi. Mən də ona dedim ki, ay qardaş, axı, mənim evimi hərraca çıxarıblar. Dedi, “narahat olma. Mən sənə dedim, ödə. Sənin nə işinə qalıb. Onsuz da ev mənə qalacaq. Mən də səni çıxardan deyiləm”.

14 ay ödəyəndən sonra, axırıncını ayın 29-da ödədim, üstündən 3 gün keçdi icranın nümayəndəsi gəldi ki, evdən çıx, bank deyir, sən evdən çıxmalısan. Turanın özünə zəng vurdum, nə üzə çıxdı, nə də telefona cavab verdi. Ancaq öz nümayəndələrini göndərdi.

14 ayın içində 8400 manat pul ödəmişdim. Onu da mənimsədi, dedi yoxdur, faizə silinib. Bizi evdən çıxarandan sonra, gedib bütün qonşuların qapılarını döydülər ki, evi 98 minə satırıq. Hansı ki, məhkəmənin qərarı ilə mənim bunlara 78 min borcum var idi. Mən 8 mini də ödədiyim üçün 70 min manat borcum qalmışdı. Mən bunların nümayəndəsinə deyəndə ki, mənim 70 min manat borcum qalıb, dedilər, “yox, nə danışırsan, orada faizlər yığılıb”. Dedim ki, axı, məhkəmənin qərarı var. Dedi, “yox, bu bizim öz faizlərimizdir. Sən bizə təzədən 90 mindən çox pul verməlisən ki, evi əldə edəsən. İndi evi özləri 98 minə satışa çıxarıblar”.

““Finoko” BOKT-un səhmlərinin 50%-i Əliyev Elçin Rəşid oğluna, 50 %-i isə Əliyev Elmar Rəşid oğluna məxsusdur”

E.Musayev nəzərə çatdırdı ki, “Finoko” BOKT-un əsas sahubu Əliyev Elçin Rəşid oğludur: “Adını professor qoyub, guya ki, Bakı Dövlət Universitetinin müəllimdir, ancaq camaatın ailəsini küçəyə atır. Haram pullarla bunlar neynəmək istəyirlər, başa düşə bilmirəm. “Finoko” BOKT-un səhmlərinin 50%-i Əliyev Elçin Rəşid oğluna, 50% isə Əliyev Elmar Rəşid oğluna məxsusdur. İki qardaşdırlar. İsmayılov Turan Mübariz oğlu isə “Finoko” BOKT ASC-nin direktorudur.

Turana dedim ki, mənim evimi ver özüm satım, gətirim sənin pulunu ödəyim. Cavab verdi ki, “evi niyə satırsan, pulunu ödəyirsən, get yaşa. Pulunu ödəyəndən sonra ev yenə səninkidir”. Onu da satmağa qoymadı”.

“Bundan sonra Apellyasiya Məhkəməsinə, onda sonra isə Ali Məhkəməyə müraciət edəcəm”

E. Musayev məsələ ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etdiyini diqqətə çatdırdı: “Məhkəmə evə həbs qoyub. Mən bundan sonra Apellyasiya Məhkəməsinə, onda sonra isə Ali Məhkəməyə müraciət edəcəyəm. Ancaq məhkəməyə vermək o demək deyil ki, bunlar mənim evimi qaytaracaq. Evimi alandan heç mənə bankdan arayış da vermirlər ki, sən təmizsən, borcun yoxdur. Deyir, evini alandan sonra, hələ səni borclu da çıxaracam. Axı, sən kimsən, mənə 30 min manat pul vermisən, özümü də körpə uşaqla, qoca anamla küçəyə atmısan?”

“Azərbaycan məhkəmələri ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə müraciət edəcəyəm”

“Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Ədliyə naziri Fikrət Məmmədova da müraciət etmişik. Hələ ki, heç bir yerdən cavab yoxdur. Məndən 30 min pula görə, 10 min dollar bir, 8 min 400 manat bir, 100 min manatlıq da evimi alıblar. Elə belə edirlər ki, camaat da küçəyə çıxır, narazılıq edir, qışqırır. Biləsiniz ki, bizim kimi dəldəuzluqla üzləşən nə qədər adam var. Eləsi var ki, abır-həyadan səsini çıxarmır. Mən evdən sakitcə çıxdım. Dedim, qonşuların içində məni biabır eləməyin, 44 ildir mən burada yaşayıram, polisi bura hara tökürsən.

İndi məni evdən qeydiyyatdan çıxartmaq istəyirlər. Onu saxlatdırmışam. Mənə deyir ki, get polisə qeydiyyata düş. Mən 44 ildir yaşadığım evdən qeydiyyatdan çıxaramsa, gərək, onda dövlətimdən imtina edəm, gedəm. Mən ailəmlə küçədə qalmışam, neyləməliyəm? Əgər haqsızamsa, desinlər, haqsızsan. Bunlar yeyirlər-yeyirlər gözləri doymur.

Evimi əlimdən aldıqları üçün Prezident Administrasiyasına da getdim. Məni qəbul edən adam dedi, “məhkəməyə ver, əgər məhkəmə sənə qarşı düzgün qərar çıxartmasa, onda gəl bizə şikayət elə ki, məhkəmə düzgün qərar çıxartmayıb”. Məhkəmədə məni yenə yola salacaqlar, çıxıb gedəcəm. Çünki professor Rəşid kiminsə adamıdır. Ona görə də bunlar arxayındırlar, deyir, “get, kimə istəyirsən, şikayət elə”. Demək olar ki, reketlik edirlər. Get pulu olandan al da, kasıbı niyə yıxıb, sürüyürsən? Əgər Azərbaycan məhkəmələri ədaləti qərar çıxarmasalar, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Hələ Nərimanov rayon Məhkəməsində proses təzə başlayıb, lazım olsa, mərhələ-mərhələ Avropa Məhkəməsinə qədər gedəcəyəm. Onlar mənim kimi çox insanlara zülm ediblər, hamısından da “şapka” alıblar. Atam xəstə idi deyə, mən o qədər pulu götürdüm, yoxsa mən dəli deyildim ki, o qədər dollarla pul götürürdüm”,- deyə şikayətçi əlavə etdi.

“Bunların könlündən keçir ki, üstəlik 40-50 min yenə qazansınlar”

E.Musayevin sözlərinə görə, özləri də hərracda evi 49 min manat alıb, 98 minə satışa qoyublar: “Deməli, bunların könlündən keçir ki, hər tərəfdən bu qədər pulu mən ödəyəndən sonra üstəlik 40-50 min yenə də qazansınlar, camaat da bədbəxt olub, küçələrdə qalsın. Sonra o çörəyi yeyib aparıb, ailələrinə yedizdirirlər ki, bala ye, bu, halal puldur”.

“Cənab prezident, çox xahiş edirəm, mənə kömək edəsiniz”

Sonda E.Musayev “Hürriyyət” vasitəsilə prezident İlham Əliyevə müraciət etdi: “Cənab prezident, çox xahiş edirəm, mənə kömək edəsiniz. “Finoko” BOKT-un direktoru Turan İsmayılov, onu himayə edən “Sinam LTD”-nin prezidenti Elçin Əliyev cammatı dələduzluq yolu ilə talan edirlər. Camaata pul verib, sonra da evini əlindən alıb, bayıra atırlar. Mənə verdikləri pulun dəyəri 30 min manat olub. Mən bunlara 10 min dollar bir, 8 min 400 manat bir ödəmişəm, üstəlik 100 min manatlıq evimi əlimdən alıblar. Mən pulu ödədiyim halda, məhkəmə vasitəsilə məni evdən bayıra çıxarıb, atdılar.

Cənab prezident!

Çox xahiş edirəm, mənə kömək edəsiniz. Uşaqlar, ailəm, anam küçədə qalıb. Bu “Finoko” BOKT məhz Sizə qarşı işləyir ki, camaatı narazı salsınlar”.
Hurriyyet.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Bu gün, 12:59
Fars-molla rejimi QORXU İÇİNDƏ - "Traktor"un oyunu ləğv olundu
Bu gün, 12:58
Bakıda iki azyaşlı yoxa çıxdı
Bu gün, 12:54
Azərbaycanlı rejissor Moskvada “İlin adamı” mükafatına layiq görülüb
Bu gün, 12:53
Bakıda əvvəlcə qadına kömək edib pulunu oğurlayan, bir neçə ay sonra quldurluq yolu ilə həmin qadının çantasını talayan şəxs saxlanılıb
Bu gün, 12:49
"...onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi" - Əli Həsənov
Bu gün, 12:48
Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib
Bu gün, 12:44
Yüksək cərimələr qapıdadır? - Daha bir sahədə qanunvericilik sərtləşdirilə bilər
Bu gün, 12:42
“Uşaqlıqdan qaydasız döyüşləri çox sevmişəm” - Elçin Əlibəylinin xanımı
Bu gün, 12:38
"Bəlkə uşağımı öldürüblər?" - namus cinayəti
Bu gün, 12:35
Azərbaycanın işğal altında olan ərazilərinə səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq edilib
Bu gün, 12:34
Əli İnsanovla ittifaqa girməklə partiya onsuz da zəif olan hörmətini daha da itirmiş oldu - Müsavatçılar bir-birini didir
Bu gün, 12:32
Aşıq Mübarizlə restoran müdürü qırğına çıxdı: - “Sazı başında kökləyərəm”
Bu gün, 12:30
72 yaşlı Tərtər sakini Bərdədə küçədə öldü
Bu gün, 12:20
“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub
Bu gün, 12:19
"Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər" - deputat
Bu gün, 12:17
MTK-dan narazı olan Bakı sakini intihara cəhd etdi - VİDEO
Bu gün, 12:16
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yevlaxlı narkotacirlərə qarşı əməliyyat keçirib
Bu gün, 12:12
Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMA
Bu gün, 12:09
Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır
Bu gün, 12:05
Azərbaycanda bu telekanal bağlandı
Bu gün, 11:59
Azərbaycan Dillər Universitetinə daha bir prorektor təyin edilib
Bu gün, 11:57
Bərdəyə qonaq gedən Goranboy sakini itkin düşüb - FOTO
Bu gün, 11:56
QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - FOTO
Bu gün, 11:55
AKM sədri Arif Hacılını təkzib etdi – “Verməyən namərddir”
Bu gün, 11:52
Təhsil Nazirliyində yeni təyinat olub
Bu gün, 11:51
Bakıda xalasıgilə gedən 21 yaşlı qız itdi - Rusiyada tapıldı
Bu gün, 11:45
Bakıda küçədən qadın meyiti tapılıb
Bu gün, 11:34
“Ombudsman olmaq fikrində deyiləm” - deputat
Bu gün, 11:33
Offlayn etirazlar: İranda nə baş verir - TƏHLİL
Bu gün, 11:31
Müşfiq Abbasovun evini əlindən necə aldılar? - Detallar
Bu gün, 11:30
Oqtay Gülaləyev ikinci dəfə əməliyyat olunur
Bu gün, 11:28
"2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib" - "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru
Bu gün, 11:24
ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"
Bu gün, 11:23
Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub
Bu gün, 11:22
Ağsuda Qarabağ əlilinin haqqını kimlər yeyir? - GİLEY
Bu gün, 11:13
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 11:08
“Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində yüksəlir” - Əli Əhmədov
Bu gün, 11:05
"Mənə qarşı süni tənqidlər var, bəzən təhqirlərə də yol verilir" - Elxan Məmmədov
Bu gün, 11:04
İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI... - ŞOK İDDİA
Bu gün, 11:02
Elçin Əlibəylinin arvadı hardadır və ya kim yalan danışır? - İlginc faktlar
Bu gün, 10:50
Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər
Bu gün, 10:45
“Xocalı” futbol klubu yaradılıb
Bu gün, 10:43
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü - GƏLİŞMƏ
Bu gün, 10:39
Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb
Bu gün, 10:37
"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib" - QALMAQAL
Bu gün, 10:36
Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı yeni qərarın tətbiqinə başlanılıb
Bu gün, 10:34
"Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim" - Təranə Səmədova
Bu gün, 10:32
Sarkisyan Paşinyanla danışıqlara başlayıb?
Bu gün, 10:28
Arif Hacılıdan falçı mövqeyi: - Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...
Bu gün, 10:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru