Gəncədə oğul atasını qətlə yetirib .....                     Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı .....                     "Kənd Təsərrüfatə Nazirliyi, obrazlı ifadə etsək, futboldakı kimi "het-trik" etdi" .....                     "Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir"” .....                     Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi .....                     Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini .....                     Artıq Avropada saxta sənədlə status almaq mümkün deyil: .....                     İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib .....                     ABŞ və Səudiyyə xarici işlər nazirləri "İran təhlükəsi"ni müzakirə ediblər .....                     Girovlardan nə məktub var, nə də videogörüntü .....                     Daim 23 yaşında qalacaq Albert Aqarunov .....                     Fransadan Almaniyaya qaytarılan Azərbaycan vətəndaşı .....                     Tarif Şurası istiliyi də bahalaşdıracaq? .....                     "Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir" .....                     Müsavat Partiyası ittihamlara .....                     Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? .....                     İstirahət günlərində gözlənilən hava proqnozu .....                     “Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı .....                     İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına .....                     Dolların noyabrın 18-nə olan məzənnəsi açıqlanıb .....                     Sultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib .....                     XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinin səbəbini açıqlayıb .....                     "125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi" .....                     BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib .....                     “Deportasiya olunan vətəndaşları hüquqi məsuliyyət gözləmir” .....                     Radikal müxalifətin xəstəliyi ağırdır .....                     İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu .....                     Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini .....                     Qarabağ klanı Paşinyana qarşı birləşir .....                     Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini .....                     Məmurlar Prezidentdən nümunə götürməlidirlər... .....                     Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir .....                     Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? .....                     Paşinyan narkomandır? .....                     “Saxta müxalifətçi adı ilə Avropada siyasi sığınacaq alan nə qədər məmur övladı var...” .....                     Moskvada Xalidənin saunasında kişi müştərilərlə... .....                     Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb .....                     Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü .....                     "Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız" .....                     Bakıda evdən meyit tapılıb .....                 

İki gedişli oyun və polisə qarşı ideoloji təxribat - TƏHLİL
Tarix: 22-10-2019, 08:54 | Çap et
İki gedişli oyun və polisə qarşı ideoloji təxribat
Şənbə günü Bakıda baş verən hadisənin real çəkisi ilə sosial şəbəkədəki virtual əks-sədası arasında dəhşətli fərq oldu. Əgər reallıqda mitinq cəhdini 10 ballıq şkalada ən yaxşı halda 3-4 bal ilə qiymətləndirə biləriksə, feysbukda bu təsir 11 balı keçirdi. Reallıq ilə onun virtual obrazı arasında böyük bir uçurum yaranmışdı. Niyə belə oldu?
Aksiyanın baş tutduğu, daha doğrusu, tutmadığı saatlarda sosial şəbəkədə nisbətən sakitlik idi. Amma sonra – aksiya arealında çəkilən video və fotolar sosial şəbəkəyə yükləndikcə, axşama doğru aqressiya da sürətlə artmağa başladı. Çünki artıq mövzunun mahiyyəti dəyişmiş, yeni bəhanə tapılmışdı. Daha müzakirə olunan aksiya cəhdi yox, polis “zorakılığı”, hətta sosial şəbəkədə yayğın olan ifadə ilə desək, “vəhşiliyi” idi.

Bəli, məhz “zorakılıq” və “vəhşilik”! Soruşuram: Siz aksiyadan sonra başı partlamış, qolu-qıçı sınmış, bədənində göyərmiş dəyənək və polis çəkməsinin izləri qalmış neçə adam saymısınız? Mən deyimmi? Sıfır!!! Bəli, sıfır, cənablar, məhz sıfır! Əmrə tabe olmayanın qollarından tutub, aparıb avtobusa mindirib, şəhərdən kənardakı qəsəbədə buraxmaq “zorakılıq” və ya “vəhşilik” deyil. Zorakılıq odur ki, başqa ölkələrdə, xüsusilə də demokratik Qərbdə olduğu kimi, insanları itlərə çeynətdirir, atlara tapdaladır, beş-altı polis birdən dəyənəyinin altına salıb, tozlu palaz kimi çırpırlar.

Şənbə günü polisin davranışını hansısa epitetlə ifadə etmək lazım gəlsə, “o qədər də mülayim davranmadı” deyə bilərik. Hətta “sərt davrandı” demək də yerinə düşmür. Amma feysbuk kütləsi nəyə görəsə, bunu “vəhşilik” və “zorakılıq” kimi qəbul etdi. Niyə? Bunun iki səbəbi vardı: Birincisi, biz heç vaxt həqiqi polis zorakılığı və vəhşiliyi görməmişik, ona görə.
Hətta Azərbaycanın yeni tarixindəki ən dağıdıcı iki icazəsiz aksiya – 1998-ci ilin sentyabr və 2003-cü ilin oktyabr hadisələri zamanı da polis zorakılıq və ya vəhşilik etməmişdi. Atanın heç vaxt döymədiyi bir uşağa günlərin birində möhkəm acıqlanması necə effekt doğurursa, şənbə günü axşam feysbuk kütləsində məhz həmin əhval formalaşmışdı. Belə bir paradoks yaşanırdı: Kütlə polisdən heç vaxt əsl zorakılıq və vəhşilik görmədiyi və bunun necə olduğunu bilmədiyi üçün, gördüyünün zorakılıq və vəhşilik olduğunu düşünməyə başlamışdı.

İkinci tərəfdən isə, bu emosiyanı körükləyənlər də vardı: Şuluğun təşkilatçısı, bütün bu prosesləri əvvəlcədən iki gedişli oyun kimi planlaşdıran Əli Kərimli. Bu qartımış siyasət tülküsü əvvəlcədən gözəl bilirdi ki, aksiyanın özü boş bir şey olacaq. Ona görə, əsas effekti onun feysbukda doğuracağı səs-küyə hesablamışdı. Məhz o səbəbdən canlı yayımlarında hər dəfə təkidlə insanları “görəcəkləri hər şeyi çəkib paylaşmağa” çağırırdı. Aksiyanın bilavasitə özü, yəni fiziki hissəsi sadəcə, diqqəti yayındıran manevr olmalı, əsl aksiya isə feysbukda baş tutmalı idi. Təəssüf ki, belə də oldu.
Kütlə heç vaxt mürəkkəb taktikaları, ikili-üçlü gedişləri anlaya bilmir. O, ancaq gördüyünə reaksiya verir. Bəs gördüyü nə idi? Kərimlinin başından basılaraq, avtobusa mindirilməsi. Sonradan plastr yapışdırılmış alnı. Polisin kiməsə çəkdiyi 3-4 şapalaq... Heyhat, kütlə anlaya bilməzdi və anlamadı da ki, bütün oyun məhz onun bu kadrları görməsi üçün qurulmuşdu.

Kütlə təhlilçi deyil, reaksionerdir. Ona görə, Əli Kərimlinin həmin gün axşam internetdə canlı yayımda danışdığı nağılların yalan olduğunu da anlamadı. Kərimli deyirdi ki, “Avtobusda 6-7 nəfər mənim qollarımı bağlayıb, yerə yıxıb, hər tərəfdən təpikləyirdilər”. Amma adamın bütün daxili orqanları salamatdır, bu haqda həkim rəyinə hətta özü də qol çəkib! Bu adam Rembodur-nədir? Belə bir şey mümkündürmü ki, yaxşı fiziki hazırlıqlı 5-6 nəfər insanı saat yarım möhkəm döysünlər, amma onun bütün daxili orqanları sağ-salamat olsun?! Əgər elə bir şey həqiqətən baş versə, Kərimlinin qabırğalarından 12 dənə Həvva düzəltmək olardı. Vizual görünüşünə gəlincə isə, alnındakı plastırdan başqa görünən heç bir ciddi zədəsi yox idi, onu da sonradan məlum olduğu kimi, avtobusda özü “təşkil edibmiş”.

Bunu da keçək. 5-6 güclü insan tərəfindən saat yarım döyülən şəxs həmin günün axşamı çıxıb uzun-uzadı canlı yayımda danışa bilərdimi? Normalda həmin şəxs o axşamı və daha bir neçə sonrakı axşamları ən yaxşı halda, reanimasiyada, ən pis halda isə morqda keçirməli idi.

Bu nağılı danışandan sonra Kərimli deyir ki, “Özümü Xocalıda, erməni əsirliyində hiss edirdim”. Vicdansızlığa baxın! Xocalıda erməni əsirliyində olanlar xəstəxanayamı aparılıb, müayinəmi edilib, yarasına plastrmı yapışdırılıb, evinəmi aparılıb?! Bu sözü demək elə bir vicdansızlıqır ki, hətta onun belə danışmaqla daha çox kimi təhqir etdiyinə qərar vermək də çətindir: Polisi, yoxsa Xocalıda erməni zülmü görmüş insanlarımızı?! Mən Xocalıda əsirlikdə olmuş insanlarla şəxsən danışmışam. Onların çoxu şikəstdir, aldıqları yaralar, zədələr hələ də bədənlərində görünür, həmin günləri yada salanda haldan-hala düşürlər, dilləri topuq vurur... Yoxsa, alınlarına plastr yapışdırıb, dil-dil ötmürlər.

İki gedişli oyunda ikinci və əsas gediş əvvəlcədən məhz belə planlaşdırılmışdı: Polisə nifrət yaradaraq, bu amilin köməyilə sosial şəbəkədə böyük rezonansa səbəb olmaq. Kərimlinin qəhrəmana çevrilməsi üçün bu ssenarinin bir antiqəhrəmanı da olmalı idi və məkrli planda həmin rola polis nəzərdə tutulmuşdu. Kütlənin siyasi cəhətdən yetkin olduğu ölkələrdə bu, bəlkə də alınmazdı, amma bizdə təəssüf, alındı. Və burulğanlı bir formada polisin pislənməsinə, Kərimlidən isə qəhrəman düzəldilməsinə başlandı.

Kütlə siyasi cəhətdən yetkin olsa, belə düşünməli idi: Polis zorakılıq edibmi? Yox. İcazəsiz aksiya keçirməyə cəhd göstərənlərlə sərt davranılacağına dair əvvəlcədən bir neçə dəfə bəyanat verilmişdi (Hərçənd, heç preventiv bəyanatlarda deyildiyi qədər sərt də davranılmadı). Belə halda, həmin əraziyə gedən hər bir insan bütün məsuliyyəti və riski əvvəlcədən öz üzərinə götürmüş sayılmalıdır. Hər kəs bilirdi, nəyə və niyə gedir.

Polis nə etməli idi? “Dağılışın, burada dayanmayın” əmrinə tabe olmayanları öpüb-qucaqlayıb, sığallayıb-tumarlayaraq maşına mindirib, cibindən də konfet çıxarıb verməli idi?! Ekstremal anlarda polisdən nəvaziş gözləmək ağılsızlıqdır – gərginlik o qədər çox olur ki, centelmenlik etməyə sadəcə, imkan qalmır.

Problem həm də oradan qaynaqlanır ki, Azərbaycan cəmiyyətində polisə layiq olduğu və əslində haqq etdiyi qədər sevgi yoxdur və bu, belə anlarda onu qaralamaq istəyənlərin işinə yarayır. Polisin ictimai obrazının üstündə ciddi şəkildə işləməyə ehtiyac var. Bu, təkcə polis yox, həm də ümumiyyətlə, dövlətçilik nöqteyi-nəzərindən ciddi məsələdir. Düz başa düşün, biz polisin ideal olduğunu iddia etmirik. Amma məsələn, əgər polis 10 ballıq şkalada obyektiv olaraq, möhkəm bir “7”-ni haqq edirsə, kütlənin nəzərində o qiymət “3”-dən yuxarı görünmür. Və bu, dediyim kimi, problemdir.

Halbuki, Azərbaycan insanının rifahında polisin çox böyük və danılmaz rolu var. Açıq danışaq: biz qanunsevər bir toplum deyilik. Belə bir toplumda qanunların işləməsini təmin etmək çətindir. Polis bunun öhdəsindən bizim reallıq üçün kifayət qədər bacarıqla gəlir. Məhz polisin peşəkarlığı nəticəsində Azərbaycanda kriminogen durum tamamilə nəzarətdədir və fərqində olmasaq da, bu, böyük nemətdir. Çox əfsuslar ki, polisin icazəsiz mitinqin qarşısını alması dərhal şişirdilir, amma vətəndaşların təhlükəsiz həyatını peşəkarlıqla qoruması haqqında bir cümlə də deyilmir. “Bu, onun işidir”,- deyəcəksiniz. Tamam, amma həmin anda aksiyanın qarşısını almaq da onun eyni dərəcədə işi idi.

Dövlətə qarşı təbliğat aparanların əsas taktikalarından biri də polislə xalq arasında bir divar hörmək, onların bizdən olmadığını, özgə, yad bir qüvvə olduğunu beyinlərə yeritməkdir. Bu, əsl ideoloji təxribatdır. Əgər evimizdə rahat yaşamaq istəyiriksə, polisə işinin ağırlığına və daşıdığı məsuliyyətə uyğun münasibətimiz olmalıdır. Anlamalıyıq ki, bəzən sərt, hətta arada vicdansız əməlləri olsa belə, o, məhz BİZİM polisdir, özgəsi deyil, bizim yetişdirdiyimiz övladlardırlar. Polisə ictimai sevgi olmalıdır, bunun ayrı yolu yoxdur. Bilməliyik ki, hər bir azərbaycanlı polis yeri gələndə vətəndaşın uğrunda özünü təhlükəyə də atır. Xalq öz polisinə sahib durmalı, arada uçurum yaratmağa çalışan ideoloji təxribatçılara şans verməməlidir. Bizi qoruyanı biz də qorumalıyıq!
Vüsal Məmmədov
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə oğul atasını qətlə yetirib
Bu gün, 22:33
Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib
Bu gün, 22:32
"Kənd Təsərrüfatə Nazirliyi, obrazlı ifadə etsək, futboldakı kimi "het-trik" etdi" - VİDEO-MÜSAHİBƏ
Bu gün, 22:30
"Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir"” - Prezident İlham Əliyev
Bu gün, 22:29
Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi
Bu gün, 18:11
Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
Bu gün, 18:09
Müğənnilərin vergi təlaşı - “Qoy, kasıbçılığımızı çəkək”
Bu gün, 18:08
Artıq Avropada saxta sənədlə status almaq mümkün deyil: - Situasiya kardinal şəkildə dəyişib
Bu gün, 18:04
İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 18:02
ABŞ və Səudiyyə xarici işlər nazirləri "İran təhlükəsi"ni müzakirə ediblər
Bu gün, 17:58
Girovlardan nə məktub var, nə də videogörüntü - Ümidlər "ölür"
Bu gün, 17:51
Daim 23 yaşında qalacaq Albert Aqarunov - VİDEO
Bu gün, 17:49
Fransadan Almaniyaya qaytarılan Azərbaycan vətəndaşı deportasiya ediləcək
Bu gün, 17:45
Tarif Şurası istiliyi də bahalaşdıracaq? - “Zərərlə işlədiyimizi göstəririk” - RƏSMİ CAVAB
Bu gün, 17:45
"Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir"
Bu gün, 17:38
Müsavat Partiyası ittihamlara CAVAB VERDİ
Bu gün, 17:37
Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...
Bu gün, 17:33
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Bu gün, 17:30
Bakıda 14 yaşlı qız ANA OLDU - Nadirdən SƏRT REAKSİYA
Bu gün, 17:28
“Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı - GİLEY
Bu gün, 17:24
İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb
Bu gün, 17:22
Dolların noyabrın 18-nə olan məzənnəsi açıqlanıb
Bu gün, 17:21
Sultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:19
XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinin səbəbini açıqlayıb
Bu gün, 17:19
"125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi" - deputat
Bu gün, 16:48
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Bu gün, 16:44
“Deportasiya olunan vətəndaşları hüquqi məsuliyyət gözləmir” - deputat
Bu gün, 16:40
Afaq Aslan bu müğənniləri yıxıb-sürüdü: - Kiminsə ərini əlindən almıram
Bu gün, 16:37
Radikal müxalifətin xəstəliyi ağırdır - VİDEO
Bu gün, 16:34
"Mən, Elnarə hara, Miri Yusif hara?"
Bu gün, 16:31
İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu
Bu gün, 16:26
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
Bu gün, 16:22
Qarabağ klanı Paşinyana qarşı birləşir
Bu gün, 16:20
“Müğənnilərə özünüz o pulu verirsiniz, sonra da...” – “Vergi qalmaqalı”na cavab
Bu gün, 16:15
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
Bu gün, 16:12
Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir
Bu gün, 16:11
Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir - deputat
Bu gün, 16:09
Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ
Bu gün, 16:07
Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)
Bu gün, 15:59
“Saxta müxalifətçi adı ilə Avropada siyasi sığınacaq alan nə qədər məmur övladı var...”
Bu gün, 15:57
Moskvada Xalidənin saunasında kişi müştərilərlə... – Şok təfərrüat
Bu gün, 15:55
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb
Bu gün, 15:52
Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü
Bu gün, 15:48
"Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız" - QALMAQAL
Bu gün, 15:44
Prezident Bilal Əliyevə mənzil hədiyyə etdi
Bu gün, 15:41
Bakıda evdən meyit tapılıb
Bu gün, 15:39
Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm
Bu gün, 15:34
İki ədavətli başçının bir aqibəti - İDDİA
Bu gün, 15:26
lham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib
Bu gün, 15:21
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub
Bu gün, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru