Azərbaycan XİN Sergey Lavrova cavab verib .....                     "Qızılları lombarda qoyub pul götürdük" .....                     "Bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər namizədliyini irəli sürüb" .....                     Maliyyə Nazirliyindən gələn ilin dövlət büdcəsində “zəif bənd” axtaranlara .....                     Zərdabda ata oğlunu bıçaqlayıb .....                     Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutulub .....                     Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb .....                     Bakıdakı marketdə erməni içkisi SATILIR .....                     Bakıda tələbələrin kartından 232 manat oğurlanıb .....                     “Azəriqaz”ın baş direktoru istixana sahibləri ilə görüşüb .....                     Tərtərdə minik avtomobili traktorla toqquşub, ölən var .....                     Azərbaycanda ərəblər hotelə “sevgili” gətirdilər, sonra isə... .....                     “Araz” marketdən yağ alan müştəridən HƏYƏCAN TƏBİLİ: .....                     "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir" .....                     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında .....                     Bakıda namus üstündə arvadının boğazını kəsən şəxs yenidən hakim qarşısında .....                     Publik hüquqi şəxslərə dövlət nəzarətinin tətbiq edilməsi və gəlirlərinin mənfəət vergisinə cəlb olunması təklif edilir .....                     Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb .....                     Bəzi yerlərdə duman olacaq .....                     Bakı Dövlət Sirki bərbad haldadır .....                     Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? .....                     Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK .....                     “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır” .....                     ETSN-in "Sahil" restoranına qarşı iddiası qismən təmin edilib .....                     Brauzer istifadəçilərin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb .....                     Gələn il dövlət büdcəsindən ayrılacaq qrantların həcmi açıqlanıb .....                     Bəşər Əsəd: "ABŞ Suriyadakı neft yataqlarını talayır" .....                     İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi .....                     Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı .....                     “Evi dağıdıb-tökür, viran qoyurlar...” .....                     Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir .....                     Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... .....                     Avropa Şurasına sədrlik Gürcüstana keçəcək .....                     Fəhlələr arasındakı dava qanla bitdi: .....                     Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq .....                     Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü .....                     Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı .....                     Bakıda lombardda işləyən qadını döyərək pul və qızıl aparan şəxslərin məhkəməsi başlayır .....                     Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb .....                     Şəkidə maşınını aşıran sürücünü xilas etmək mümkün olmadı .....                 

Müharibənin fitili hər an çəkilə bilər - GƏLİŞMƏ
Tarix: 21-10-2019, 09:53 | Çap et
Müharibənin fitili hər an çəkilə bilər
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə daha bir səfəri başa çatdı. Yəqin ki, bu, il ərzində regiona edilən sonuncu ziyarət idi. Budəfəki səfərlə bağlı vasitəçilərin yaydığı bəyanat əvvəlkilərdən heç nə ilə fərqlənmədi: yenə xalqları sülhə hazırlamaqla bağlı ənənəvi ifadə və tezislər, atəşkəsdən dolayı narahatlıqlar. Yenə nizamlama prosesini irəli apara biləcək heç bir təklif, ideya gözə dəymədi.

Gerçək belədir ki, Minsk Qrupu həmsədrliyi vasitəçilik institutu olaraq tükənib və Dağlıq Qarabağ konfliktinin dinc həlli üçün potensiala malik deyil. Bu da o anlama gəlir ki, ya təzə və daha çevik bir həll formatı tapılmalı, ya da münaqişənin radikal həll variantı - müharibə bütün ciddiliyi ilə gündəliyə gələcək. Müharibə isə ərazisinin 1/5-i 25 ildən artıqdır işğalı altında olan Azərbaycanın müstəsna hüququdur. Bu hüququ ona ilk növbədə BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 822, 853, 874 və 884 saylı qətnamələri, habelə digər mötəbər təşkilatların Ermənistanı işğalçı kimi tanıyan qərar və qətnamələri verir. Hələ ki, bu sənədləri heç kim ləğv eləməyib - onlar yada az salınsa da.

Ayrı sözlə, müharibə hələ bitməyib. Bunu az öncə düşmən ölkənin başçısı Nikol Paşinyan da etiraf edib. Demək, bitməyən müharibənin nəticəsini qələbə kimi bayram eləmək, Dağlıq Qarabağ münaqişəsinin həllini məhz bu “nəticələr” əsasında tələb eləmək, ən azından absurddur. Şübhə yox ki, artıq Ermənistan rəhbərliyi də danışıqların illər uzunu real nəticəyə - sülh anlaşmasına gətirməyəcəyi təqdirdə yeni müharibənin fitilinin hər an çəkilə biləcəyinin fərqindədir. Ötən həftəsonu Paşinyanın rəhbərliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclası bu qənaəti möhkəmlədir.diyi kimi, iclasda Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Erməni baş nazir regionda və dünyada baş verən son proseslərə diqqət çəkib. Ölkəmizə qarşı radikal ritorika və sərsəm bəyanatları ilə seçilən Nikol Paşinyan bölgədə baş verən gərgin proseslər fonunda Qarabağ ixtilafının dinc yolla həllinin vacibliyini vurğulayıb. Bundan bir gün öncə isə o, İrəvanda Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanı qəbul eləmişdi.

*****

Lakin hələlik erməni tərəfi sülh danışıqlarından daha çox bu danışıqların imitasiyası ilə məşğuldur. Siyasi şərhçilərin icmal və proqnozları da daha çox bu yöndədir.

“Ermənistan rəhbərliyinin son davranışları bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək niyyətləri yoxdur”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqraf.com-a açıqlamasında deputat Elman Nəsirov deyib. Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk Qrupunun təzyiqi altında ara-sıra danışıqlara getsə də, əslində onun heç bir konstruktiv mövqeyi yoxdur.

“Ermənilər danışıqlara danışıqlar naminə gedir, göz kül üfürürlər ki, guya danışıqlarda maraqlıdırlar. Əslində bu gün Ermənistan rəhbərliyinin başı ən çox ölkə daxilindəki problemlərə qarışıb. Bu baxımdan Qarabağ məsələsi də Paşinyan hakimiyyətinin öz mövqeyini gücləndirməsi üçün bir vasitəyə çevrilib. Paşinyanın başı daha çox ”Qarabağ klanı" ilə mübarizəyə qarışıb", - deyə politoloq qeyd edib.

O vurğulayıb ki, bu gün Ermənistanda Qarabağla bağlı yumşaq mövqe sərgiləyən hər kəsi “vətənə xəyanət”də ittiham edirlər: “Buna görə də Paşinyan iqtidarı elə bir vəziyyətdədir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv addım atmağa nə imkanı, nə də niyyəti var. Ona görə də danışıqlar nəticəsizdir. Bir ölkənin rəhbəri ”Qarabağ Ermənistandır" deyirsə, danışıqlar nəticəsiz qalacaq".

Elman Nəsirov daha sonra xatırladıb ki, mövcud vəziyyətlər bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da pozitiv danışmayıb: “Nazir öz erməni həmkarı ilə son görüşdən məyusluğunu dilə gətirdi. Əlbəttə, danışıqlar nəticə verməsə, hərbi əməliyyatlar məsələsi aktuallaşa bilər. Bunun məsuliyyəti də Minsk Qrupu və Ermənistanın üzərinə düşür. Çünki Minsk Qrupu Ermənistana heç bir təzyiq göstərmir. Üstəgəl, regiona səfər edən həmsədrlər görüşlərini keçirdikdən sonra ünvansız bəyanatlar verir. Reallıqda isə işğalçı Ermənistana heç bir təsir mexanizmi yoxdur. Reallıq bundan ibarətdir. Buna görə də bundan sonra hadisələrin mürəkkəb ssenari üzrə inkişafı labüd ola bilər. Hərbi əməliyyatlar başlayacağı təqdirdə bunun məsuliyyəti Ermənistanın üzərinə düşəcək - o cümlədən prosesləri kənardan seyrçi mövqeyindən izləyən Minsk Qrupu bundan məsuliyyət daşıyacaq. Çünki həmsədrlərin fəaliyyəti heç bir məna kəsb etmir. Təəssüf ki, Qarabağ münaqişəsinin həll prosesi mürəkkəb bir dalana dirənib”.

Erməni tərəfdən də mövcud vəziyyətlə bağlı maraqlı yanaşmalar var.

“Nikol Paşinyan Azərbaycanla müharibə istəmir, çünki bilir ki, bu müharibə onun idarəçiliyinin sonu olacaq”. Bu sözləri Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyan deyib. “Biz hamımız anlamalıyıq ki, bu müharibə bizim çiçəklənən ölkə həyatı haqqında arzularımızın sonu deməkdir. Bu bizim regionda sahib olmağa çalışdığımız rəqabət qabiliyyətli, təhlükəsiz ölkənin sonudur”, - deyə o bildirib.

Gevorkyan hətta müharibədə Ermənistanın qələbə qazanacağı təqdirdə bunun “Pirr qələbəsi” olacağını deyib. O, ermənilərin çoxunun hazırda vətənpərvərliyini döyüş meydanı yerinə sosial şəbəkələrdə göstərdiyini söyləyib. Gevorkyan Bakının diplomatiyasının artıq öz bəhrəsini verdiyini etiraf edib. “İlham Əliyev müharibə istəyirmi? Əminəm ki, yox. O, qisas haqqını özündə saxlayır və sərfəli ana qədər gözləyəcək”, - deyə Gevorkyan əlavə edib.

*****

Bu arada Azərbaycanın öz hərbi xərclərini daha 20% artıracağı məlum olub. Bildirilir ki, 2020-ci il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizliyinə yönələn xərclər 3 milyard 853 milyon 600 min manat təşkil edəcək. Bu rəqəm Maliyyə Nazirliyinin növbəti il üçün təqdim elədiyi dövlət büdcəsi layihəsində əksini tapıb. Həmin rəqəm builki ilə müqayisədə 20.09% çoxdur. Bu ilin büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 187 milyon 600 min manat təşkil edir.

Bəs hərbi müdafiə xərclərinin artması müharibənin başlamasına zəmin yarada bilərmi? Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov düşünür ki, xərclərin artırılması, döyüş hazırlığını yüksəltmək üçün bir təkan rolunu oynayır (Modern.az).

“Bu, kadr potensialı hazırlığını daha da keyfiyyətli etmək üçün nəzərdə tutulub. Köhnə silahlar yenilənir və müasir silahların alınması isə müəyyən xərc tələb edir. Hər hansı bir dövlətin hərbi xərcləri artırsa, bu onun iqtisadi potensialının artmasının göstəricisidir. Çünki dövlətin iqtisadi potensialı artırsa, öz silahlı qüvvələrinin büdcəsini artırmağa imkan verir. Ancaq bu, ona əsas vermir ki, sabah müharibə olacaq. Öz ordusunu və texnikasını yeniləməlidir ki, müharibə də olanda qələbə qazana bilsin”, - deyə o qeyd edib.

Öz növbəsində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca, hər zaman müharibənin başlaması məsələsi gündəmdə qalacaq: “Düşünmürəm ki, budəfəki büdcə artımı Azərbaycanın müharibəyə başlayacağına bir işarə olsun. Çünki hər zaman Azərbaycan büdcəsində dinamik olaraq, hərbi xərclər artır. Ordunun texniki təchizatı və kadr resursları yaxşılaşdırılır. Ərazisinin bir hissəsi işğal altında olan ölkənin hərbi xərclərini artırması təbiidir. Ancaq hazırkı vəziyyətdə xüsusi bir məna axtarmaq da düzgün deyil. Biz bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısındadır və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu dost və düşmən də çox yaxşı bilir”.

*****

Şübhəsiz ki, hərbi xərclər həm də yeni silah növlərinin əldə edilməsinə hesablanıb. Ona da şübhə yox ki, işğalçı Ermənistanın Azərbaycanla silahlanma yarışına tab gətirmək imkanında deyil. Əgər bizim təkcə hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsinə bərabərdirsə, o zaman nəticəni ilk növbədə düşmən tərəf çıxarmalıdır. Üstəgəl, Azərbaycanla Ermənistanın xeyrimizə olan və müqayisəyə gəlməz insani və təbii resursları, hərbi göstəriciləri budəfəki müharibənin kimin xeyrinə bitəcəyini bəri başdan bəlli edir.

Müharibə ilk növbədə Ermənistana, onun böhran vəziyyətində olan iqtisadiyyatına fəlakətlər, daha dəqiqi, tam çöküş vəd edir. Odur ki, işğalçı ölkənin indiki “demokrat” rəhbərliyi öz ağlını və məntiqini tam itirməyibsə, nə qədər gec deyil, Azərbaycanla real sülh danışıqlarında maraqlı olmalı, böyük anlaşmanı yaxınlaşdıran addımlar atmalıdır, nəinki Rusiyaya, digər havadarlarına arxalanıb atəşkəs rejimini süni surətdə uzatmalıdır.

Atəşkəs rejimindən, işğal rejimindən erməni xalqının nə qazandığı ortada - miskin güzəran, ölkədən davam edən kütləvi köç, blokada rejimi, inildəyən iqtisadiyyat, “izqoy” ölkə statusu. Atəşkəs sülhə çevrilmədikcə daha betər olacaq...
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan XİN Sergey Lavrova cavab verib
Dünən, 18:38
"Qızılları lombarda qoyub pul götürdük" - vəzifəli şəxslərin adından istifadə edən Abıyevin işi
Dünən, 17:30
"Həcini basketbol topu ediblər"
Dünən, 17:28
"Bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər namizədliyini irəli sürüb" - Məzahir Pənahov
Dünən, 17:21
Maliyyə Nazirliyindən gələn ilin dövlət büdcəsində “zəif bənd” axtaranlara - CAVAB
Dünən, 17:08
Zərdabda ata oğlunu bıçaqlayıb
Dünən, 17:02
Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutulub - VİDEO
Dünən, 17:01
Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI
Dünən, 16:55
Bakıdakı marketdə erməni içkisi SATILIR - Utanaqmı, ölüb yerə girəkmi?..
Dünən, 16:51
Bakıda tələbələrin kartından 232 manat oğurlanıb
Dünən, 16:47
Ərini döymək üçün dünya çempionuna üz tutan Roza Zərgərli - "Zövq alıram"
Dünən, 16:46
“Azəriqaz”ın baş direktoru istixana sahibləri ilə görüşüb - FOTO
Dünən, 16:43
Fatimədən Günellə bağlı şok açıqlama: - "Dərmana oturub"
Dünən, 16:41
Tərtərdə minik avtomobili traktorla toqquşub, ölən var
Dünən, 16:37
Azərbaycanda ərəblər hotelə “sevgili” gətirdilər, sonra isə...
Dünən, 16:34
“Araz” marketdən yağ alan müştəridən HƏYƏCAN TƏBİLİ: - “Çox təhlükəli qidadır”
Dünən, 16:28
"Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir" - Xarici ekspert
Dünən, 16:18
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
Dünən, 16:16
Bakıda namus üstündə arvadının boğazını kəsən şəxs yenidən hakim qarşısında
Dünən, 13:00
Publik hüquqi şəxslərə dövlət nəzarətinin tətbiq edilməsi və gəlirlərinin mənfəət vergisinə cəlb olunması təklif edilir
Dünən, 12:53
Şou-biznesin ən varlı və ən kasıb nümayəndəsi - VİDEO
Dünən, 12:51
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Dünən, 12:47
Bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Dünən, 12:43
Bakı Dövlət Sirki bərbad haldadır - FOTO
Dünən, 12:41
Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL
Dünən, 12:39
Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF
Dünən, 12:37
“Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır” - deputat
Dünən, 12:30
ETSN-in "Sahil" restoranına qarşı iddiası qismən təmin edilib
Dünən, 12:27
Brauzer istifadəçilərin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb
Dünən, 12:26
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb
Dünən, 12:21
Gələn il dövlət büdcəsindən ayrılacaq qrantların həcmi açıqlanıb
Dünən, 12:19
"Pərviz haqsızlıq edib" - Türkandan SƏRT CAVAB
Dünən, 12:15
Bəşər Əsəd: "ABŞ Suriyadakı neft yataqlarını talayır"
Dünən, 12:09
İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi
Dünən, 12:07
Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı
Dünən, 11:42
“Evi dağıdıb-tökür, viran qoyurlar...” - tələbə oğlanların kirayə dərdi
Dünən, 11:33
Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir - SƏFALƏT
Dünən, 11:32
Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ
Dünən, 11:28
Avropa Şurasına sədrlik Gürcüstana keçəcək
Dünən, 11:24
Fəhlələr arasındakı dava qanla bitdi: - SƏBƏB bəlli oldu
Dünən, 11:16
Möhtəşəm yüzilliklərimiz olub, bəs hanı “Diriliş”imiz, “Fəth”imiz, “Hökmdar”ımız?
Dünən, 11:14
Salam Sarvan meyxanaçıları duelə çağırdı: - Ağır şərtlər
Dünən, 11:10
Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
Dünən, 11:05
Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü
Dünən, 11:03
Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
Dünən, 11:01
Bakıda lombardda işləyən qadını döyərək pul və qızıl aparan şəxslərin məhkəməsi başlayır
Dünən, 10:58
Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO
Dünən, 10:55
Şəkidə maşınını aşıran sürücünü xilas etmək mümkün olmadı
Dünən, 10:53
"Özümün də, valideynlərimin də kəfənini almışam" - azərbaycanlı müğənni
Dünən, 10:48
"Anam həbsdən çıxandan sonra onu qucaqladım"
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru