Biləsuvarda yanacaq daşıyan maşın aşıb alovlandı, sürücü öldü .....                     Bakıda hər gün sürücülərdən reketsayağı 25-30 min manat pul yığılır .....                     "Qışda günlərlə ət, yağ üzünə həsrət qalırıq..." .....                     Azərbaycan neftinin qiyməti 68 dolları ötüb .....                     Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından .....                     Səhiyyə nazirliyindəki ən yaxın dəstəkçisi belə artıq onun əməllərini ört-basdır etməkdən yorulub... .....                     Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı .....                     Dilarə Kazımova Leyla Əliyevanın sözlərinə yazılmış mahnısına klip çəkdirdi .....                     Zəhərlənən tələbələrin vəziyyəti ağır-stabildir .....                     "Deyirəm, a kişi, öləcəyik burda, nə edirsən? Deyir: "Ə, cəhənnəm ol!" .....                     Ramiz Mehdiyevi daha bir postunda kim əvəzləyəcək? .....                     "Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb" .....                     Neft ucuzlaşmaqda davam edir .....                     “Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər” .....                     "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib" .....                     Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” .....                     ABŞ prezidenti növbəti müvəqqəti büdcəni imzalayıb .....                     Adı rüşvətə bulaşmış daha yüksək vəzifəlilər də cinayət məsuliyyətinə cəlb olunacaq .....                     Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR .....                     "Həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib" .....                     Energetika Nazirliyinə sərt ittihamlar .....                     “Siyasətdən gedəcəm” vədinə əməl etməyən kimdir .....                     Oqtay Gülalıyevdən yeni xəbər var .....                     Bakıda bu aparat hamıya pul paylayır, amma əslində... .....                     “Beynəlxalq Qızıl Xaç Komitəsindən artıq heç nə soruşmuram, onsuz da...” .....                     Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə mühüm danışıqlarda .....                     “Mən heç onun üzünü də görmək istəmirəm” .....                     “Vəzifədən azad olunanlar potensial təhlükədir” .....                     ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var” .....                     Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... .....                     Məhbus anası da DSMF-dən giley edir... .....                     İsmayıllıda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub .....                     Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN .....                     Samuxda sahibsiz itlər təsərrufata hücüm edib, .....                     Moralesin qızı Meksikaya getməkdən imtina edib .....                     İvanovkalı şairənin ilk kitabının təqdimatı .....                     Qurban Məmmədovdan Müsavat və AXCP rəhbərliyinə şok ittihamlar .....                     Bakıda 19 yaşlı qız itkin düşdü .....                 

Parisdən Bakıya qəfil zəng: İrəvan və Xankəndi şokda - GƏLİŞMƏ
Tarix: 21-10-2019, 09:12 | Çap et
Parisdən Bakıya qəfil zəng: İrəvan və Xankəndi şokda
Ötən həftəsonu Fransandakı Lion İnzibati Məhkəməsi ölkənin Vilörban şəhəri ilə işğal altındakı Azərbaycan şəhəri Şuşa arasında imzalanmış qanunsuz “qardaşlıq müqaviləsi”ni ləğv edib. Bu haqda Frans-Press xəbər yayıb. Çıxarılan məhkəmə qərarında deyilir ki, müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanunsuzdur.

Bununla bağlı Azərbaycan XİN-i də məlumat yayıb və qərarı alqışlayıb. “Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qanunsuz ”sənədlər" də tezliklə ölkə məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidir ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır", - deyə məlumatda qeyd olunub.

“Yeni Müsavat” xatırladır ki, 2013-cü ildən bəri ən azı, 12 fransız şəhəri arasında belə müqavilələr imzalanıb. 2018-ci ildən isə Fransa Xarici İşlər Nazirliyinin tələbi əsasında prefekturalar Azərbaycanın işğal altındakı ərazilərindəki “yerli özünüidarə orqanları ilə” Fransa şəhərləri arasında imzalanmış anlaşmaların məhkəmələrdə ləğvinə nail olmağa başlayıblar. Artıq bu qəbildən 10 qanunsuz “müqavilə”, o sırada Şuşa ilə bağlı 3 “xartiya” sıfırlanıb.

*****

Onu da yada salaq ki, ötən həftə işğal altında olan Şuşada qədim Azərbaycan məscidi olan Gövhər ağa məscidinin “təmir”indan sonra təntənəli “açılış mərasimi” olmuşdu. Çıxış edən ermənilər bu islam məbədini sırf fars mədəniyyət abidəsi kimi qələmə verməyə çalışmış, eyni zamanda, bunu özlərinin guya tolerant, mədəni bir xalq olduğunun təzahürü kimi gözə soxmağa səy etmişdilər. Ancaq etnik təmizləməyə məruz qalan və bircə azərbaycanlının belə yaşamadığı Şuşada məscid kimə lazımdır, əgər orada ibadət edəcək müsəlman, yerli əhali yoxdursa?

Eləcə də etnik təmizləmə aparılmış qədim Azərbaycan yurdu Şuşa ümumbəşəri haqlara sayğılı olan Fransanın hansısa şəhəri ilə necə qardaşlaşa bilər? Bu, ən birinci elə təməl insan haqlarına həqarət deyilmi? Şəksiz. Həmçinin, erməni işğalı altındakı digər yaşayış məntəqələrimizlə Fransa şəhərləri arasında bağlanmış və beynəlxalq hüquqa ziddi olan anlaşmalar.

Nə yaxşı ki, belə üzdəniraq sənədlər bir-bir ləğv olunaraq, zibil qutusuna atılır. Sözsüz ki, bu prosesdə Azərbaycanın diplomatik və lobbi fəallığının həlledici rolu var. Erməni tərəfi də etiraf artıq etməyə başlayıb ki, son illər Bakı Qarabağla bağlı beynəlxalq arenada daha aktiv iş aparır və bu, hətta Ermənistanı özünün “kiçik bacısı” adlandıran, dünyada ən böyük və fəal erməni icmasının yaşadığı Fransada da özünü göstərməkdədir. Nəticə ortadadır: Paris daha “kiçik bacı”sının göz yaşlarına inanmır. İrəvan və Xankəndi üçün növbəti bir şok.

*****

Yeri gəlmişkən, Şuşa ilə Vilrbörn şəhəri arasında qondarma “dostluq müqaviləsi”nin ləğvindən cəmi bir həftə qabaq (10 oktyabr) Fransa prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmişdi. Məlumatda bildirilirdi ki, Makron onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan prezidentindən xahiş edib. İlham Əliyev Fransa rəhbərinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Fransa prezidenti dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə edikləri də deyilirdi.

Doğrudur, Makronun telefon zənginin motivi humanitar xarakterli olub. Lakin Fransanın Qarabağ məsələsində üç həmsədr dövlətdən biri və ən böyük, ən təşkilatlanmış erməni lobbisinin yaşadığı dövlət olması ciddiyə alınarsa, bu həm də siyasi anlam daşıyır, ölkəmizə bölgədə verilən önəmi göstərir. Güney Qafqazda aparıcı və vazkeçilməz dövlətin, zəngin və varlı məmləkətin hansı ölkə olduğunu bir daha bəlli edir.

Qısası, Makron bilir hara, kimə zəng edir. Acından ölən, tarix boyu onun-bunun himayəsində və qoltuğunda, dotasiya ilə yaşamağa adət eləmiş ermənilərdən, onların “Ermənistan” adlı süni və saxta dövlətindən Fransaya hansı fayda gələ bilər ki. Təsadüfi deyil ki, son illər Fransa və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq da təşəkkül tapmağa başlayıb, bu yöndə ilkin anlaşmalar əldə edilib, mühüm zəmin yaradılıb.

*****

Şübhə yox ki, Ermənistan hər vəchlə işğal altındakı Dağlıq Qarabağda yaradılmışı qanunsuz rejimi dünyada müstəqil dövlət qurumu kimi təbliğ etməyə çalışır. Fransa şəhərləri ilə işğal altındakı şəhərlərimiz arasında imzalanmış “qardaşlıq anlaşmaları” da müstəsna olaraq, bu məkrli məqsədə xidmət edir. Hərçənd, Ermənistanın özü indiyədək saxta qurumu “müstəqil dövlət” kimi tanımağa sürət etməyib. Çünki özü də müstəqil dövlət deyil, Rusiyanın vassalıdır .

Bu xüsusda ötən həftə sonunun diqqətçəkici olaylarından başqa birisi Ermənistanın baş naziri Nikol Paşinyanın separatçı rejimin başçısı Bako Saakyanı yanına çağırması oldu. Artıq bəllidir ki, Paşinyan hakimiyyətə gələr-gəlməz, “DQR”i özünün “müstəqil idarəçiliyi” olan və Ermənistana dəxli olmayan, bu üzdən Qarabağa dair sülh prosesinin üçüncü müstəqil tərəfi kimi təqdim etməyə çalışır. “Qarabağ ermənilərinin öz hakimiyyəti var, mən Ermənistana cavabdehəm”. Bu da Paşinyanın sevimli ifadələrindən idi. Ancaq az sonra sanki bu ifadəni unudubmuş kimi, Nikol “Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsini dilə gətirdi.

Bu da hamısı deyil. Məsələ ondadır ki, Paşinyan Saakyanı İrəvana hansısa üzdəniraq “dövlət”in rəhbəri qismində yox, Ermənistanın hansısa bölgəsinin (ermənilər ona “marz” deyirlər) başçısı, tutaq ki, Gümrünün meri kimi çağırıb, elə bu statusda da onunla söhbət edib. Üstəlik, yayılan fotodan görünür ki, Paşinyanla Saakyanın görüşdüyü otaqda onların arxasında yalnız Ermənistanın bayrağı qoyulub, “DQR”-in əskisi yoxdur. Daha önəmlisi, Paşinyan Saakyana “hörmətli, marzpet” deyə müraciət edib (“Marzpet” rayon administrasiyaların başçılarına deyilir). Yada salmağın yeri var: bir neçə ay öncə Saakyanı artıq bir dəfə “marzpet” adlandırıblar - Gümrüdəki tədbirlərin birində...

Bu da sizə “müstəqil Arsax”! Necə deyərlər, ermənilərin dünyanın gözünə kül üfürməsi, hiyləgər “dövlət-dövlət” oyunu fiasko olmaqdadır. Oyun bitir. Qalır nəticəni rəsmiləşdirmək. Görünür, bunu Ermənistanı “kiçik bacı” sayan Fransada da anlamağa başlayıblar...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biləsuvarda yanacaq daşıyan maşın aşıb alovlandı, sürücü öldü - YENİLƏNİB
Bu gün, 09:58
Bakıda hər gün sürücülərdən reketsayağı 25-30 min manat pul yığılır - Özbaşınalıq
Bu gün, 09:56
"Qışda günlərlə ət, yağ üzünə həsrət qalırıq..." - İcra başçısı isə aciz olduğunu deyir...
Bu gün, 09:54
Azərbaycan neftinin qiyməti 68 dolları ötüb
Bu gün, 09:50
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
Bu gün, 09:44
Səhiyyə nazirliyindəki ən yaxın dəstəkçisi belə artıq onun əməllərini ört-basdır etməkdən yorulub... - İDDİA
Bu gün, 09:42
Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı - İLGİNC
Bu gün, 09:40
Dilarə Kazımova Leyla Əliyevanın sözlərinə yazılmış mahnısına klip çəkdirdi
Bu gün, 09:34
Zəhərlənən tələbələrin vəziyyəti ağır-stabildir - Nazirlik
Bu gün, 09:31
"Deyirəm, a kişi, öləcəyik burda, nə edirsən? Deyir: "Ə, cəhənnəm ol!" - VİDEO
Bu gün, 09:30
Ramiz Mehdiyevi daha bir postunda kim əvəzləyəcək? - Gözlənti
Bu gün, 09:27
"Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb"
Bu gün, 09:24
Neft ucuzlaşmaqda davam edir
Bu gün, 09:24
“Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər” - Etibar Əliyev
Bu gün, 09:23
"Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib" - Nazir
Bu gün, 09:21
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib
Bu gün, 09:20
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:19
İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk pomidorunun ümidinə qalan ermənilər...
Bu gün, 09:18
“Sığmazam” sual yaratdı: Kim doğru ifa edib? - VİDEO
Bu gün, 09:16
ABŞ prezidenti növbəti müvəqqəti büdcəni imzalayıb
Bu gün, 09:13
Adı rüşvətə bulaşmış daha yüksək vəzifəlilər də cinayət məsuliyyətinə cəlb olunacaq - GƏLİŞMƏ
Bu gün, 09:12
Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR - Özbaşınalıq
Bu gün, 09:10
"Həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib" - QALMAQAL
Bu gün, 09:06
Energetika Nazirliyinə sərt ittihamlar - “Onlar ya Aydan gəliblər, ya da…”
Bu gün, 09:03
“Siyasətdən gedəcəm” vədinə əməl etməyən kimdir - "...mən seçkiləri təyin eləyən adam deyiləm"
Bu gün, 09:01
Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb
Bu gün, 08:58
Bakıda bu aparat hamıya pul paylayır, amma əslində... - YENİ TƏHLÜKƏ
Bu gün, 08:57
“Beynəlxalq Qızıl Xaç Komitəsindən artıq heç nə soruşmuram, onsuz da...”
Bu gün, 08:53
"AzTV-də "qara siyahı" mövcud deyil"
Bu gün, 08:52
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə mühüm danışıqlarda - FOTO
Bu gün, 08:48
“Mən heç onun üzünü də görmək istəmirəm” - Eldar Namazov
Bu gün, 08:44
“Vəzifədən azad olunanlar potensial təhlükədir” - Ekspertdən xəbərdarlıq
Bu gün, 08:41
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”
Bu gün, 08:39
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Bu gün, 08:38
Məhbus anası da DSMF-dən giley edir... - Prezidentə müraciət olundu
Bu gün, 08:36
İsmayıllıda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
Bu gün, 08:32
Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN
Bu gün, 08:27
Samuxda sahibsiz itlər təsərrufata hücüm edib, xeyli sayda heyvan parçalanıb
Bu gün, 08:26
Moralesin qızı Meksikaya getməkdən imtina edib
Bu gün, 08:25
İvanovkalı şairənin ilk kitabının təqdimatı - FOTO
Bu gün, 08:24
Qurban Məmmədovdan Müsavat və AXCP rəhbərliyinə şok ittihamlar - “Almaniya Müsavata verilib, Fransa və Hollandiya AXCP-yə...”
Bu gün, 08:22
Bakıda 19 yaşlı qız itkin düşdü
Bu gün, 08:20
Bakıda oğru marketi qarət edib, 2 nəfəri bıçaqlayıb
Bu gün, 08:17
Bu gün dollar neçəyədir?
Bu gün, 08:15
Azərbaycanın özəl aviaşirkətinin nizamnamə kapitalı kəskin artırılıb
Dünən, 18:08
Naxçıvan və bütün regionlara investisiya cəlb edilməlidir - AKTUAL
Dünən, 18:06
"Məlumatlıyam, rahat olun" - Elmira Süleymanova DANIŞDI
Dünən, 18:01
SOCAR və “Uzbeknefteqaz” ticarət əməliyyatları üçün birgə müəssisə yaradacaq
Dünən, 17:59
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib
Dünən, 17:58
Zəhərlənən tələbələrin vəziyyəti stabil-ağır olaraq qalır - Baş həkim
Dünən, 17:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru