Vədəndaşlar “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edir .....                     Azərbaycanda erkən seçkilərdən sonra 5 il heç bir seçki gözlənilmir .....                     Qarabağla bağlı birtərəfli “hakimlik”: ATƏT işğalçıya niyə yerini göstərmir? .....                     “Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz-utanmaz bizə müxalifətçilik dərsi keçirlər” .....                     "Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." .....                     Röya 6 saat plastik əməliyyat keçirib .....                     “YAP-ın siyahısını çox səbirsizliklə gözləyirik, bunu gizləmək lazım deyil” .....                     Gəncədə seçkiyə oliqarxlar gedir.... .....                     Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, bir nəfər ölüb .....                     Bakıda ahıl qadın bıçaq xəsarəti alıb .....                     Musa Şəkiliyevin böyük yeyintisi... .....                     Lələtəpə döyüşçüsü məhkəmələrdə qalıb... .....                     Ağ Ev Trampla Lavrovun görüşünün təşkil edilməsi üzərində işləyir .....                     Abşeronda toy mərasimində əslən iranlı şəxs bıçaqlanıb .....                     "Əlilliyim əsassız olaraq ləğv edilib..." .....                     Azərbaycan AYİB-in investisiya yatırdığı ölkələrin ilk onluğunda yer alıb .....                     Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib .....                     Bakıda bacı və qardaş bıçaqlanıblar .....                     Bu gün dollar neçəyədir? .....                     ABŞ və İran girov mübadiləsi həyata keçirib .....                     Azercell ilə Nəsimi irsindən zövq al .....                     Nazirlər Kabinetinə yeni səlahiyyət verilib .....                     Şahin Mustafayevə yeni vəzifə verilib .....                     Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək .....                     Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiqləyib .....                     MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib .....                     Azərbaycan neftinin qiyməti 70 dollara çatıb .....                     "Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək” .....                     Prezident İlham Əliyevin “əlyazmaları” .....                     Yevlaxda həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb .....                     Qəbələ sakininin başına necə oyun açdılar... .....                     Almaniyada "mühacir alveri" işinә görә dәli statusu almaq üçün özünü dәliliyә vuranlar var .....                     İşini düzgün qurmayan icra başçıları kimlərdir? .....                     Pompeo Lavrovla Suriya, Ukrayna və Venesuela məsələsini müzakirə etmək niyyətindədir .....                     Lerikdə İqbal Məmmədov erası bitir: .....                     Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... .....                     Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub .....                     Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi ilə üzləşdi .....                     Kürdəmirdə acınacaqlı mənzərə... .....                     Bakıda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır .....                 

Beynəlxalq hesabatlarda irəliləyiş Azərbaycana yaxşı imkanlar yaradır - TƏHLİL
Tarix: 19-10-2019, 16:35 | Çap et
Beynəlxalq hesabatlarda irəliləyiş Azərbaycana yaxşı imkanlar yaradır
Dünyanın tanınmış iqtisadi reytinq və hesabat qurumlarının inkişaf etməkdə olan ölkələr haqda söylədikləri rəylər və hazırladıqları hesabatlar böyük əhəmiyyət kəsb edir və buna ciddi yanaşılır. Odur ki, məsələn, istər "Fitch Ratings" və “Moody’s” reytinq agentliklərinin, istər Dünya İqtisadi Forumunun (DIF), istərsə də “Doing Business” kimi beynəlxalq qurumların əsas diqqət yetirdikləri və nəzərdən keçirdikləri göstəricilərdə ölkəmizin ardıcıl irəliləməsi üçün biznes mühitin durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması Azərbaycan hökuməti tərəfindən artıq, çoxdan müvafiq kursa çevrilib.
Ən əsası da ona görə ki, xarici investorların, ümumiyyətlə, inkişaf etmiş iqtisadiyyata sahib ölkələrin inkişaf etməkdə olan ölkələrə sərmayə qoyması məsələsi, bilavasitə məhz nüfuzlu təşkilatların hazırladığı hesabatlardan da asılıdır. Belə ki, bu və ya digər ölkə barədə verilən rəylərin müsbət olması ilk növbədə o anlama gəlir ki, ölkədə investisiya mühiti əlverişlidir, böyük risklər yoxdur, dövlət təminatı yüksək səviyyədədir.

Bu isə o deməkdir ki, inkişaf etmiş ölkələrin sərmayədarlarında müsbət rəy verilən ölkəyə investisiya qoymaqda müvafiq maraq formalaşır və onlarda kəskin risklərlə qarşılaşmayacaqlarına xüsusi əminlik yaranır. Ona görə də nüfuzlu qurumların Azərbaycan haqqında verdikləri müsbət rəylər və hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün daha çox əhəmiyyətlidir.

Təsadüfi deyil ki, dövlət başçımız da hökumətin üzvləri ilə keçirdiyi demək olar, bütün iclaslarda hər dəfə yuxarıda adlarını çəkdiyim qurumların açıqladığı rəylər və hesabatlara toxunur və istər-istəməz bu barədə də danışmalı olur. Cari ayın, yəni oktyabrın 15-də keçirilən məlum iqtisadi müşavirədə də dövlət başçısı qeyd etdi ki, “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. "Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır",- deyə Prezident nəzərə çatdırdı.

Yeri gəlmişkən, Prezident İlham Əliyev hər il yanvarda Davos toplantısına qatılır. Həmin toplantılarda dövlət başçısı iri şirkətlərin, investisiya qurumlarının rəhbər şəxsləri ilə görüşür. Və bu görüşlərdə iri şirkətləri təşviq etmək üçün ciddi sənədlərdən biri kimi məhz DİF-in və “Doing Business” hesabatları təqdim olunur ki, dövlət başçımız bilavasitə bunlara əsaslanaraq investorları Azərbaycana sərmayə qoymağın əlverişliliyinə inandırır və hər il Azərbaycanla bağlı müsbət rəylərin verilməsinin də bu mənada ölkəmiz üçün necə yeni şanslar və əlavə imkanlar açdığı daha aşkar görünür.

Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Yeni hesabatda 4 istiqamət üzrə indikatorlar yaxşılaşıb ki, bunlar qeydiyyat və nizam-intizamla bağlıdır. Hansı ki, xarici investor üçün bu amillər çox önəmli xarakter daşıyır. Dolayısı ilə Azərbaycan dövləti xarici investorun sərmayəsini qoruyacağına təminat verir. Ümumiyyətlə, son hesabatda ölkəmizin mövqeyi 5 pillə irəliləyib ki, keçən ilki hesabatda isə 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci ildən 25-ci yerə yüksəlmişdik. 2017-ci ildəki hesabatda isə 8 pillə irəliləmişdik. Bu fakt da onu göstərir ki, son illərdə Azərbaycan iqtisadiyyatında, aparılan islahatlarda dayanıqlı inkişaf əldə olunub.

Azərbaycan, həmçinin, Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində də irəliləyib. Belə ki, ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Bundan əvvəl, DIF-in "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” üzrə də, ölkəmizin mövqeyi yaxşı qiymətləndirilmişdi. Bu haqda yazdığım şərhdə qeyd etmişdim ki, DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq təqdim ediləcəyi bildiriləndə çoxları Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərə biləcəyinin çətin olacağını bəyan etmişdilər.

Amma qeyd etdiyim kimi, Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində bu dəfə də 11 pillə irəliləmiş və “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslər ötən ilə nisbətən, buna əsas səbəb olub.

Sözün qısası, bütün bunlar ölkədə investisiya artımının yaxın illərdə daha da yüksək təşkil edəcəyinə zəmanət verir. Ölkədə 2003-cü ildən bəri ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5%-ə, işsizlik 4.9%-ə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb.

2019-cu ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 58 464,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ÜDM istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb. Belə ki, tikinti sektoru istisna olmaq şərtilə, iqtisadiyyatın bütün sahələrində istehsalda artım müşahidə olunur.

Bəzən belə düşünülür ki, neftin dünya bazar qiymətləri yaxşı həddə olanda, Azərbaycanın ixrac etdiyi əsas məhsul növü olan xam neftdən qazancı və dövlət gəlirləri buna müvafiq olaraq yüksək olanda "Fitch Ratings" və “Moody’s” reytinq agentlikləri də, DIF, “Doing Business” və digərləri də rəylərini və hesabatlarını yaxşılaşdırırlar. Amma belə deyil.

2017-ci il ölkəmizdə iqtisadiyyatda sabitlik ili idi. O mənada ki, bundan əvvəlki 2 il ərzində neftin dünya bazar qiymətləri ilə əlaqədar, iqtisadi cəhətdən tənəzzül yaranmışdı. Və ölkə iqtisadiyyatı birdən-birə xeyli geriləmişdi. Az qala, hətta, makroiqtisadi sabitlik belə, əldə getmək təhlükəsiylə üzləşmişdi. Demək istədiyim budur ki, sabitlik yaranan ildə də “Doing Business” hesabatı üzrə 8 pillə irəliləyiş özü sözsüz ki, mühüm hadisə idi.
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vədəndaşlar “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edir - FOTO
Bu gün, 09:09
Azərbaycanda erkən seçkilərdən sonra 5 il heç bir seçki gözlənilmir - Savaş üçün münbit şərait
Bu gün, 09:07
Qarabağla bağlı birtərəfli “hakimlik”: ATƏT işğalçıya niyə yerini göstərmir? - TƏHLİL
Bu gün, 09:04
“Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz-utanmaz bizə müxalifətçilik dərsi keçirlər” - Partiya sədri
Bu gün, 09:03
"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY
Bu gün, 09:01
Röya 6 saat plastik əməliyyat keçirib
Bu gün, 08:59
“YAP-ın siyahısını çox səbirsizliklə gözləyirik, bunu gizləmək lazım deyil” - Tahir Kərimli
Bu gün, 08:49
Gəncədə seçkiyə oliqarxlar gedir.... - İDDİA
Bu gün, 08:48
Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, bir nəfər ölüb
Bu gün, 08:42
Bakıda ahıl qadın bıçaq xəsarəti alıb
Bu gün, 08:41
Musa Şəkiliyevin böyük yeyintisi... - İTTİHAM
Bu gün, 08:40
Lələtəpə döyüşçüsü məhkəmələrdə qalıb... - Müraciət...
Bu gün, 08:37
Ağ Ev Trampla Lavrovun görüşünün təşkil edilməsi üzərində işləyir
Bu gün, 08:33
Abşeronda toy mərasimində əslən iranlı şəxs bıçaqlanıb
Bu gün, 08:31
"Əlilliyim əsassız olaraq ləğv edilib..." - GİLEY
Bu gün, 08:30
Azərbaycan AYİB-in investisiya yatırdığı ölkələrin ilk onluğunda yer alıb
Bu gün, 08:26
Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib
Bu gün, 08:24
Bakıda bacı və qardaş bıçaqlanıblar
Bu gün, 08:22
Bu gün dollar neçəyədir?
Bu gün, 08:19
ABŞ və İran girov mübadiləsi həyata keçirib
7-12-2019, 17:58
Azercell ilə Nəsimi irsindən zövq al
7-12-2019, 17:55
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
7-12-2019, 17:51
Şahin Mustafayevə yeni vəzifə verilib
7-12-2019, 17:49
Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək
7-12-2019, 17:48
Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiqləyib
7-12-2019, 17:47
Afətə atmaca atan Flora Kərimovaya Ramiz Rövşəndən CAVAB
7-12-2019, 11:52
MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib - "Əsas addımların hamısı atılıb"
7-12-2019, 11:49
Azərbaycan neftinin qiyməti 70 dollara çatıb
7-12-2019, 11:48
Xalq artisti Könül Xasıyeva evini satışa çıxarıb
7-12-2019, 11:46
"Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək” - Məzahir Pənahov
7-12-2019, 11:36
Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL
7-12-2019, 11:33
Yevlaxda həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb
7-12-2019, 11:28
"İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər" - VİDEO
7-12-2019, 11:25
Qəbələ sakininin başına necə oyun açdılar... - VİDEO
7-12-2019, 11:18
Almaniyada "mühacir alveri" işinә görә dәli statusu almaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
7-12-2019, 11:16
Nazilə Səfərlinin iddialarına sərt cavab - İş məhkəməyə gedir?
7-12-2019, 11:14
İşini düzgün qurmayan icra başçıları kimlərdir? - Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar...
7-12-2019, 11:12
Pompeo Lavrovla Suriya, Ukrayna və Venesuela məsələsini müzakirə etmək niyyətindədir
7-12-2019, 11:10
Lerikdə İqbal Məmmədov erası bitir: - Yeni iddialılar kimlərdir?
7-12-2019, 11:05
Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... - deputat
7-12-2019, 11:02
Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
7-12-2019, 11:00
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi ilə üzləşdi - POLİS XİLAS EDİB...
7-12-2019, 10:59
Kürdəmirdə acınacaqlı mənzərə... - "Nəticələri çox acı ola bilər"
7-12-2019, 10:58
Bakıda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır
7-12-2019, 10:56
Qarabağ qazisi haqqın tələb edir... - Müraciət...
7-12-2019, 10:54
Bəzi partiyalar bu gün, bəziləri isə gələn həftə qərar verəcək... - Seçki-2020
7-12-2019, 10:50
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
7-12-2019, 10:46
Rəsul Quliyevin partiyası iqtidarı dəstəkləyir
7-12-2019, 10:44
“Hakimiyyətə qətiyyən müxalifətsiz parlament gərək deyil” - Gözlənti
7-12-2019, 10:42
Heyvan bazarlarından gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ
7-12-2019, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru