Azərbaycanda 2 nəfərə sığorta agenti lisenziyası verilib .....                     Putin: Dünya ciddi təhdidlərlə üzləşir .....                     Soyuqdan ölən 6 aylıq körpənin nənəsi DANIŞDI: .....                     Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb .....                     “Dövlətimizi nüfuzdan salmaq niyyətindədirlər" .....                     İntellektual oyun izləyərək “Nar”-dan hədiyyə qazanmaq imkanı! .....                     Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olu .....                     İcra başçısını kimlər hədəfə alır? .....                     Qidadan niyə zəhərlənirik? .....                     Sumqayıtın 70 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb .....                     Dolların noyabrın 25-nə olan məzənnəsi .....                     Azərbaycanın işğal altındakı əraziləri səyahət üçün riskli bölgələr siyahısına daxil edilib .....                     Məhəbbət Vəliyeva məktəb direktorlarına xəbərdarlıq edib .....                     Radikal müxalifət gerçəyi görməyib lal və kor olduğunu deyir .....                     “AAAF Park” sakinləri prezidentdən kömək istədilər .....                     "20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb .....                     Arif Hacılı faktlar qarşısında aciz qalıb .....                     “Mehman Əliyevlə, Hikmət Hacızadə ilə Əli İnsanov hansı formada birlik yarada bilər ki?” .....                     Nikola Sarkozi Azərbaycanda olub .....                     Baş redaktordan erməni əsilli olması ittihamına cavab: .....                     Gədəbəydə qudalar arasında dava düşüb, xəsarət alan var .....                     Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq .....                     Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb .....                     Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına .....                     Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 000 manat ayrılıb .....                     Bakıda müəllim şagirdi döyüb .....                     Bakıda qadın keçmiş qayınanası tərəfindən döyülüb .....                     Bakıda kredit verilməsi məqsədilə quraşdırılmış özünəxidmət terminallarının sahibi açıqlanıb .....                     Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi .....                     Elmira Süleymanova istefa verdi? .....                     Bakıda maşınların üstünə kərpic atdılar .....                     "Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır" .....                     Ombudsman vəzifəsinə namizədlərin siyahısı Milli Məclisin plenar iclasına .....                     Rafael Cəbrayılov villasına müştəri tapdı .....                     “Mən niyə istefa verməliyəm?!” .....                     Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar .....                     Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib .....                     Masallıdan Ağcabədiyə XƏBƏRDARLIQ... .....                     Milli Məclisin komitə iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur .....                     Ədliyyə işçilərinin peşə bayramı günü Abşeron rayonunda da qeyd edilib .....                 

İqtisadi proqnozlaşmada dəqiqliyə nail olmaq üçün nə etməli... - AKTUAL
Tarix: 19-10-2019, 12:52 | Çap et
İqtisadi proqnozlaşmada dəqiqliyə nail olmaq üçün nə etməli...
Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində Prezident İlham Əliyev hökumətin Azərbaycan iqtisadiyyatı ilə bağlı hazırladığı proqnozlarla maraqlanıb. Belə ki, gələn ilin büdcə layihəsi barədə danışan maliyyə naziri Samir Şərifov icmal büdcənin yuxarı həddinin gözlənilən inflyasiya səviyyəsi nəzərə alınaraq müəyyənləşdirilməsini təklif edib.

Bu zaman nazir gələn il üçün ölkədə 4,6 faizlik inflyasiya proqnozlaşdırıldığını əsas gətirib. Dövlət başçısı isə verilən proqnozların özünü nə qədər doğrultması ilə maraqlanıb: “Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox? Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq”.

Qeyd edək ki, dünya praktikasında hansısa ölkə üzrə iqtisadi artım proqnozlarının tam dəqiqliyi ilə reallığı əks etdirməsi faktına demək olar ki, rast gəlinmir. İqtisadi artım proqnozlaşdırmasında kənaraçıxmalar həm hökumətlərin, həm də beynəlxalq qurumların, analitik mərkəzlərin təcrübəsində adi hal hesab olunur. Buna görə də hökumətlər rəsmi statistik göstəriciləri, il ərzində iqtisadiyyata təsir edəcək daxili və xarici amilləri təhlil etməklə növbəti il üçün təqribi artım səviyyəsini müəyyənləışdirməyə çalışırlar. Daha sonra il ərzində bu proqnozlara hər rübün göstəriciləri təhlil olunmaqla yenidən baxılır, müvafiq dəyişikliklər aparılır. Lakin bir qayda olaraq bu dəyişikliklər, proqnozlaşmadakı kənaraçıxmalar böyük rəqəmlərlə ifadə olunmur.

Proqnozlar niyə doğrulmur?

Azərbaycan təcrübəsinə nəzər salsaq, görərik ki, ölkənin bir sıra makroiqtisadi göstəriciləri üzrə proqnozlaşdırmada qeyri-dəqiqlik dünya təcrübəsinə nisbətən daha yüksək həddədir. Xüsusilə gözlənilən iqtisadi artım səviyyəsinə dair elan olunan proqnozlarla real nəticələr arasında əksər hallarda ciddi fərqlər meydana çıxır. Məsələn, 2019-cu ilin dövlət büdcəsi layihəsi hazırlanarkən hökumət bu il üçün 3,6 faizlik ÜDM artımı proqnozlaşdırıbmış. 2020-ci ildə bu göstəricinin 3,8 faiz, 2021-ci ildə 3,6 faiz, 2022-ci ildə 2,7 faiz olacağı proqnozlaşdırılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 9 ayında ölkədə 58464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb.

Gələn ilin büdcə sənədi ilə bağlı açıqlanan ilkin məlumata görə, hökumət 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımının 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımının 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəyini gözləyir. Həmçinin hökumət 2021-ci ildə artımın 3,8 faiz, 2022-ci ildə 3 faiz, 2023-cü ildə isə 2,7 faiz olacağını proqnozlaşdırır.

Maraqlıdır ki, beynəlxalq qurumların Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarında da qeyri-dəqiqlik kifayət qədər yüksək olur. Onların əksəriyyəti 3-cü rübün əvvəlindən proqnozlarında ciddi korrektələr ediblər.

Məsələn, Dünya Bankı iyun ayındakı hesabatında Azərbaycanda 2019-cu ildə ÜDM-in artımını 3,2 faiz, 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 3,7 faiz səviyyəsində proqnozlaşdırmışdı.

Bankın Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətə dair oktyabr ayı üzrə hesabatında isə 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 2,8 faiz, 2020-ci ildə 2,3 faiz, 2021-ci ildə 2,1 faiz səviyyəsində olacağı qeyd edilir. Dünya Bankında hesab edirlər ki, Azərbaycanda ÜDM-in səviyyəsinə xarici amillər, o cümlədən dünya bazarında qeyri-müəyyənliyin dərinləşməsi, qlobal iqtisadiyyatın yavaşlaması və neftin qiymətinin aşağı düşməsinə səbəb olan axın Şərqdə yüksək geosiyasi gərginlik təsir göstərir.

Beynəlxalq Valyuta Fondu(IMF) da sentyabr ayında Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarında yenilənmə apararaq, karbohidrogen hasilatının artması və xərclər sahəsində yeni tədbirlər nəticəsində daxili tələbatın yüksək olması səbəbilə 2019-cu ildə ölkəmizdə iqtisadi artımın 2,7 faizə çatacağı qənaətinə gəlib.

IMF-in proqnozlarına görə, ÜDM-in artım tempi 2020-ci ildə 2,1 faiz, 2021-ci ildə 2,1 faiz, 2022-ci ildə 2,2 faiz, 2023-cü ildə 2,3 faiz, 2024-cü ildə 2,5 faiz olacaq. Eyni zamanda qeyri-neft sektorunda artım 2019-cu ildə 3,2 faiz, 2020-ci ildə 3,3 faiz, 2021-ci ildə 3,4 faiz və 2022-2024-cü illərdə 3,5 faiz təşkil edəcək. Neft sektorunda artım 2019-cu ildə 2,5 faiz, 2020-2024-cü illərdə isə ildə 1,2 faiz olacaq.

Asiya İnkişaf Bankı da Azərbaycanda 2019-2020-ci illər üzrə ÜDM-in artım tempinə dair proqnozlarını yeniləyib. Belə ki, əgər cari ilin aprel ayında AİB Azərbaycan iqtisadiyyatının 2,5 faiz artacağını proqnozlaşdırırdısa, yeni hesabata əsasən, bu ilin sonunda ölkədə ÜDM-in artım tempinin 2,6 faiz təşkil edəcəyi gözlənilir. 2020-ci ildə isə bu göstəricinin 2,4 faiz olacağı proqnozlaşdırılır. Bundan öncəki hesabatda isə bank gələn il Azərbaycan iqtisadiyyatının 2,7 faiz artacağını proqnozlaşdırırdı.

Qeyri-neft sektorunda uçotdanyayınma yüksək səviyyədədir

Göründüyü kimi, Azərbaycanda iqtisadi artımla bağlı proqnozlaşdırma sahəsində qeyri-dəqiqlik kifayət qədər yüksək həddədir. Bunun səbəbləri barədə danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, bu, iqtisadiyyatın təməl problemlərindən qaynaqlanan bir vəziyyətdir: “Bu təməl problemlərdən biri statistikanın siyasiləşməsidir ki, nəticədə iqtisadiyyatın real vəziyyəti barədə məlumatlar təhrif olunur. Bu halda isə iqtisadiyyatın problemləri barədə dəqiq diaqnoz qoymaq, onların aradan qaldırılması üçün effektiv mexanizmlər tapmaq mümkün olmur. Yəni tibb sahəsində diaqnostika nədirsə, iqtisadiyyatda da statistika odur. Gərək əldə dəqiq statistik məlumatlar olsun ki, iqtisadi artım və digər makroiqtisadi göstəricilər barədə dəqiq təhlillər aparıb proqnozlaşdırma aparmaq mümkün olsun”.

Natiq Cəfərli: “Kölgə iqtisadiyyatı yüksək, statistika problemlidir”

Ekspert qeyd edir ki, statistikanın real vəziyyəti əks etdirməməsinin əsas səbəblərindən biri kölgə iqtisadiyyatının yüksək səviyyədə olmasıdır: “Rəsmi statistika kölgə iqtisadiyyatının ən yaxşı halda 10-12 faiz olduğunu göstərir. Amma beynəlxalq indikatorlar əsasında hesablama apararkən 40-45 faiz, bəzi qurumlar hətta 60 faiz qeyd edirlər. Xatırlayırsınızsa, vergilər naziri pərakəndə ticarət və ictimai iaşə sahəsində real rəqəmlərin rəsmi statistikadan 7 dəfə fərqləndiyini açıqlamışdı. Belə fərq aşağı-yuxarı qeyri-neft sektorunun hər sahəsində mövcuddur. Neft sektorunda istehsal və ixrac beynəlxalq qurumların nəzarətindədir, amma qeyri-neft sektorunda vəziyyət fərqlidir. Bu sektorda uçotdanyayınma, kölgədə qalma çox yüksək səviyyədədir. Buna görə də ölkədə iqtisadi artımla bağlı proqnozlaşdırmada dəqiqliyə nail olmaq mümkün olmur”.

N.Cəfərli bildirir ki, hökumət müşavirəsində bu məsələnin ölkə rəhbərliyi səviyyəsində məsələnin qaldırılması çox müsbət haldır: “Bunu təqdir etmək lazımdır. Amma eyni zamanda qeyd edək ki, müzakirə olunan nəticədir, onu doğuran səbəbləri düzgün müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır ki, problem təkrarlanmasın.”

Fikrət Yusifov: “Kifayət qədər pul olmayanda iqtisadiyyatda inkişaf əldə etmək olmur”

Sabiq maliyyə naziri iqtisadçı-alim Fikrət Yusifov hesab edir ki, əslində proqnozlar iqtisadiyyatın inkişaf strategiyasına uyğun müəyyən olunur: “Lakin ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrasında bir sıra qurumların ətalətlə davranması, ölkə iqtisadiyyatının inkişafına töhfə verməli olan bankların praktik olaraq iqtisadiyyatı kreditləşdirməməsi bu göstəricilərin nəzərdə tutulan səviyyədə əldə olunmasına imkan vermir. Oktyabr ayının 15-də keçirilən iqtisadi müşavirədə Prezident iqtisadiyyat və maliyyə nazirlərinə suallar ünvanlayaraq onlardan son illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul edilmiş qərarların gözləntiləri doğrulda bilməməsinin səbəblərini soruşdu. İqtisadiyyat naziri səbəblərin vəsait çatışmazlığı ilə bağlı olduğunu bildirdi. O haqlıdır. Ümumi Daxili Məhsulu 80 milyard manat olan bir ölkədə, sahibkarlıq üçün bir ildə 170 milyon manat güzəştli kredit ayırmaqla iqtisadiyyatda uğur qazanmaq mümkün deyil. Bu simvolik bir rəqəmdir və ölkənin bir ildə istehsal etdiyi ÜDM-in 0,2 faizi səviyyəsində bir vəsaitdir. Biz dəfələrlə yazmışıq və demişik ki, iqtisadiyyat insan orqanizminə bənzəyir. İnsanın damarlarında normal həcmdə qan olmayanda onun başı gicəlləndiyi kimi, iqtisadiyyat da kifayət qədər pul vəsaitləri ilə təchiz edilmədikdə onun normal inkişafı mümkün olmur. Ortada olduqca ciddi məqam budur ki, bu gün bizdə dövriyyədə olan nəqd pul kütləsinin həcmi ÜDM-un heç 10 faizi qədərində deyil. İnkişaf etmiş ölkələrdə bu göstərici həmən ölkələrin ÜDM-u səviyyəsində və bəzilərində isə bundan bir neçə dəfə çoxdur. Səbəb yeganədir. Biz bu yolla manatın məzənnəsini sabit saxlamağı daha önəmli hesab edirik”.

Sabiq nazirin fikrincə, Azərbaycan Rusiyada olduğu kimi, milli valyutanı tam üzən məzənnə rejiminə keçirməlidir: “Biz nə qədər ki, bu yolla manatı sıxıb saxlamaqdan əl çəkməyəcəyik, iqtisadiyyat normal pul vəsaitləri ilə təmin olunmayacaq. Bunun olmadığı təqdirdə isə iqtisadiyyatın normal inkişafı mümkün deyil. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun normal inkişafı sadaladığımız problemlərin həllinə sistemli və kompleks bir yanaşım olduqda mümkündür. Belə yanaşımın ortaya qoyulması isə bu günün tələbidir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 2 nəfərə sığorta agenti lisenziyası verilib
Bu gün, 17:57
Putin: Dünya ciddi təhdidlərlə üzləşir
Bu gün, 17:56
"Aramız “dəyib” ona görə belə deyirəm"
Bu gün, 17:50
Soyuqdan ölən 6 aylıq körpənin nənəsi DANIŞDI: - “Bizə kömək etmədilər”
Bu gün, 17:45
Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb
Bu gün, 17:40
“Dövlətimizi nüfuzdan salmaq niyyətindədirlər" - Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Bu gün, 17:32
Özbəkistanda sevilən azərbaycanlı müğənnilər kimlərdir? – özbək müğənnidən maraqlı açıqlama
Bu gün, 17:31
İntellektual oyun izləyərək “Nar”-dan hədiyyə qazanmaq imkanı!
Bu gün, 17:26
Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olu
Bu gün, 17:23
İcra başçısını kimlər hədəfə alır? - "Bədxahların işidir..."
Bu gün, 17:21
Qidadan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, yenidən satışa çıxarırlar”
Bu gün, 17:12
Sumqayıtın 70 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb
Bu gün, 17:09
Dolların noyabrın 25-nə olan məzənnəsi belə olacaq
Bu gün, 17:01
Nazpəri stomatoloqla duet oxudu
Bu gün, 17:00
Azərbaycanın işğal altındakı əraziləri səyahət üçün riskli bölgələr siyahısına daxil edilib - SİYAHI
Bu gün, 16:57
Məhəbbət Vəliyeva məktəb direktorlarına xəbərdarlıq edib
Bu gün, 16:56
Radikal müxalifət gerçəyi görməyib lal və kor olduğunu deyir - VİDEO
Bu gün, 16:53
“AAAF Park” sakinləri prezidentdən kömək istədilər - GİLEY
Bu gün, 16:50
"20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb
Bu gün, 16:46
Arif Hacılı faktlar qarşısında aciz qalıb - FOTO
Bu gün, 16:43
“Mehman Əliyevlə, Hikmət Hacızadə ilə Əli İnsanov hansı formada birlik yarada bilər ki?” - İqbal Ağazadə
Bu gün, 16:41
Nikola Sarkozi Azərbaycanda olub - FOTO
Bu gün, 16:39
Baş redaktordan erməni əsilli olması ittihamına cavab: - "Anaların milliyyəti olmur"
Bu gün, 16:37
Gədəbəydə qudalar arasında dava düşüb, xəsarət alan var
Bu gün, 16:31
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM
Bu gün, 16:29
"Aktyoru, rejissoru qeyri-peşəkarlardır"
Bu gün, 16:27
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:24
“Üzeyir Mehdizadə hocaların hocasıdır” - Məşhur türk müğənnisi
Bu gün, 16:23
Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb
Bu gün, 16:21
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 000 manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:19
Bakıda müəllim şagirdi döyüb - VİDEO
Bu gün, 16:04
Bakıda qadın keçmiş qayınanası tərəfindən döyülüb
Bu gün, 16:00
Bakıda kredit verilməsi məqsədilə quraşdırılmış özünəxidmət terminallarının sahibi açıqlanıb - “Azpulmat” məsələsi...
Bu gün, 15:56
Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi - TƏHLİL
Bu gün, 15:54
Elmira Süleymanova istefa verdi?
Bu gün, 15:52
“30 ildir, mənzil növbəsindəyəm, piano çalırsan, qonşu qapını taqqıldadır ki, yavaş çal”
Bu gün, 15:44
"Tamaşaçının qulağı güclüdür"
Bu gün, 15:42
Bakıda maşınların üstünə kərpic atdılar
Bu gün, 15:37
"Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır"
Bu gün, 15:34
Ombudsman vəzifəsinə namizədlərin siyahısı Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün, 15:33
Rafael Cəbrayılov villasına müştəri tapdı – Məhkəməyə verilməsi sabiq deputatı təşvişə salıb...
Bu gün, 15:32
“Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA
Bu gün, 15:30
Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar - deputat
Bu gün, 15:28
Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib
Bu gün, 15:25
Masallıdan Ağcabədiyə XƏBƏRDARLIQ... - Rafil Hüseynov GƏLİR!!!
Bu gün, 15:24
Milli Məclisin komitə iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur
Bu gün, 15:09
"Kukla oynadan olanda nə olar?"
Bu gün, 15:08
Ədliyyə işçilərinin peşə bayramı günü Abşeron rayonunda da qeyd edilib - FOTO
Bu gün, 15:03
"Onlar ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər"
Bu gün, 15:01
“Rəsul Rza küçəsində yerləşən Fransa səfirliyinə çatanda özümü Parisdəki kimi hiss etdim” - Səfir
Bu gün, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru